Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Aşura axşamı təşkil olunan matəm mərasimində iştirak etdi

Aşura axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunan matəm mərasimi keçirildi.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Ali Həzrət Seyyidüş-şühədanın (ə) dəvət və çağırışının Allahın dostu olan insanlar üçün zaman və məkan sərhədlərini aşan ümumi bir çağırış olduğunu qeyd edərək dedi: “Bu çağırış zahirən insanın özünə havadar axtarmasına, yardım istəməsinə bənzəyir, amma əslində İmam Hüseyn (ə) özü insanlığa əl uzadıb yardım və şəfaət etmək, bəşəriyyətin xilası naminə Allah-taalanın cəzbedici təlimlərini bəndələrə çatdırmaq istəyir”.

“Özündə mənəvi güc çatıb, kamil insanın formalaşmasına xidmət edən bu çağırışa cavab vermək üçün insanda işıqlı qəlb və şəxsiyyət olmalıdır” – deyən cənab Ali əlavə etdi: “Dünya malına aludəlik, haqq yolu seçməkdən qaçmaq, Allahın dininə yardım etmək üçün cürbəcür şərtlər qoymaq, ilahi rəhbərin çağırışı qarşısında şəxsi problem və narahatlıqlara üstünlük vermək insanı Həzrət Seyyidüş-şühədanın (ə) əbədi dəvətinə cavab verib onun aşiqlərinin nurlu əhatəsində yer almaqdan geri salan maneələrdəndir”.

Mərasim zamanı Əhli-Beyt (ə) məddahları cənab Əkbəri və Kərimi Həzrət İmam Hüseynin (ə) müsibətini yada salaraq mərsiyələr oxudular.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /