Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Silahlı qüvvələr rol ifa etməyə həmişə hazır olmalıdırlar

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Şəhid Səttari adına Aviasiya Akademiyasında təşkil edilmiş İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının müdavimlərinin buraxılış, andiçmə və epoletlərin təqdimatı mərasimində iştirak etdi.

İslam İnqilabının Rəhbəri bu mərasimdə silahlı qüvvələrin iman və inanc, elm və texnologiya, təşkilatlanma və nizam-intizam baxımından hazırlıq vəziyyətinin günbəgün artırılması və Müqəddəs Müdafiənin qiymətli təcrübələrinin gənc qüvvələrə transfer edilməsi zərurətindən danışdı: “Bu gün İran xalqı İslam, müstəqillik, malik olduğu yüksək dəyərlər və Allah dininin hakimiyyətinə inanc prinsipində israrlı olduğu üçün düşmənlərin çox böyük cəbhəsi ilə qarşı-qarşıyadır. Silahlı Qüvvələr ehtiyac yarandıqda rol ifa etməyə həmişə hazır olmalıdırlar”.

Həzrət Ayətullah Xamenei gənc, mömin və işbilən qüvvələrin ölkənin böyük və həqiqi sərvəti olduqlarını qeyd etdi və Müqəddəs Müdafiə dövrünə işarə edərək dedi: “Müqəddəs Müdafiə dövrü çətin bir sınaq idi. Həmin vaxt İran İslam Respublikası Ordusunun əsl mahiyyəti üzə çıxdı. Ordu qüvvələrinin əli ilə parlaq və böyük işlərə imza atıldı".

O, qeyd etdi ki, Silahlı Qüvvələrə məxsus olan hərbi akademiyalarda görüləcək zəruri işlərdən biri "Müqəddəs Müdafiə" dövrü ilə tanışlıq və gənc nəslə o şəraiti izah etməkdir: “Səkkiz illik məcburi müharibə əslində, böyük güclərin, onların dünya və regiondakı davamçılarının İran xalqının İslam sisteminə və İnqilabına, dəyərlərinə, kimliyinə və sərhədlərinə etdiyi hərtərəfli hücum və beynəlxalq bir müharibədir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu böyük müharibədə böyük İran xalqı və Silahlı Qüvvələr Allaha inam, müqavimət və iman gücünə arxalanaraq, eyni zamanda Ruhullaha etimad göstərərək Allah qiyamı etdilər və bütün güclər üzərində qələbə çala bildilər”.

Həzrət Ayətullah Xamenei hərbi akademiyaların müdavimlərinə səslənərək dedi: “Keçmiş nəsil belə qürurverici nəsil olmuşdur. İndi siz gənclər onların varislərisiniz”.

O, Səyyadlar və Babayilər kimi kapitan və ordu başçılarıının rəşadət, qeyrət və mübarizə yolundan böyük qürur hissi ilə danışaraq dedi: “Bu gün bütün dünya, həm dost, həm də düşmən dilində və ürəyində İran xalqının İslam sisteminin böyük, ayıq, 1 cəsur və qüdrətli olduğunu etiraf edir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda ordu komandirləri və hərbi akademiyaların komandirlərinə təşəkkürünü bildirərk dedi: “Allahın lütf və mərhəməti ilə bu ölkənin sabahı getdikcə bu günkündən də yaxşı və parlaq olacaq”.

Mərasimin əvvəlində İslam İnqilabının Rəhbəri Şəhidlərin Xatirə Komleksində uca şəhidlərə ehtiram göstərdi və fatihə oxuyaraq onların dərəclərinin uca olmasını Allahdan dilədi.

Ali Baş Komandan daha sonra meydandakı hərbi birləşmələrin qarşısından keçdi.

Bu mərasimdə bir nümunəvi ruhani, bir nümunəvi fədakar, üç komandir, iki müəllim və tədqiqatçı və hərbi akademiyaların altı məzunu Ali Baş Komandan tərəfindən hədiyyələrlə təltif edildi. Habelə, Şəhid Səttari Universitetinin komandiri universitetin məzun diplomunu aldı, Şəhid Səttari Universitetinin məzunlarının nümayəndəsi və müdavimlərin nümayəndəsi rütbə və epoletlə təltif edildilər.

Yeni müdavimlərin andiçməsi, marşlar oxunması, “Vilayət dəyərlərinin müdafiəçiləri” dəstəsinin hərbi meydan təlimlərini nümayiş etdirməsi bu günkü mərasim proqramlarından oldu.

Bu mərasimdə ordunun baş komandanı general-mayor Ətaullah Salehi ordunun hazırlığına işarə edərək dedi: “İran xalqının inqilabçı ordusu ABŞ başda olmaqla dünyanın bütün imperialistlərinin təhdidlərinə, ingilis və sionist rejiminin hiylələrinə yaxşı bələddir, düşmənin istənilən təcavüz və təhdidini ölkə sərhədlərindən uzaqda dəf etməyə hazırıq”.

Şəhid Səttari adına Aviasiya Akademiyasının komandiri ikinci briqadir Hadiyan da hərbi akademiyaların müdavim və məzunlarının təhsili, elmi və ixtisas təlimləri və tərbiyə proqramları prosesi haqqında məlumat verdi.

Mərasimin davamında meydanda olan birliklər tribunanın önündən keçdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /