Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilərin təhlükəsizliyini pozmaq istəyən hər kəs sillə yeyəcək

Bu gün səhər Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri meydana daxil olduqdan sonra əvvəlcə adsız şəhidlərin məzarını ziyarət etdi, ruhlarına mübarək “Fatihə” surəsi oxudu, Müqəddəs Müdafiə şəhidlərinin xatirəsini əziz tutaraq onlar üçün Allah dərgahında uca məqamlar dilədi. Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri salamladı.

Həzrət Ayətullah Xamenei habelə meydanda olan şərəfli veteranlar və Hərəmin müdafiəçi şəhidlərinin övladları ilə hal-əhval tutdu.

Mərasimdə İran dövlətinin və xalqının güc amilləri, bədxahların bu amillərlə düşmənçilik səbəbindən danışan Həzrət Ayətullah Xamenei İslam dövlətinin düşmənlərinin qısamüddətli, ortamüddətli və uzunmüddətli hədəfləri haqqında açıqlama verdi. O vurğuladı ki, qeyri-sabitliyin hökm sürdüyü regionda ölkənin malik olduğu təhlükəsizlik və əmin-amanlıq İslam Respublikasının qürur hissi keçirdiyi cəhətlələrdən biridir. İmperialist qüvvələr bu cəhəti hədəfə almışlar. O, prezident seçkilərinin namizədlərinə bir neçə mühüm məsələni, o cümlədən əhalinin iqtisadi və məişət problemlərinin onların prioritetləri olduğunu açıq və qətiyyətli şəkildə elan etməyi sifariş etdi: “Ölkənin milli təhlükəsizliyi və əmin-amanlığı çox mühüm əhəmiyyət daşıyır. Möhtərəm namizədlər diqqətli olsunlar, seçim yanlışına yol verib etiqad, coğrafiya, dil və etnik fərqlilikləri təhrik edərək düşmənin natamam qalmış layihələrinin iştirakçısına çevrilməsinlər. Belə ki, kimsə ölkənin təhlükəsizliyinə zidd davranmaq istəsə, müləq, ağır bir sillə zərbəsi alacaqdır”.

Hər kəsi Həzrət Bəqiyyətullahın (ə.f) mövlud ildönümü münasibətilə təbrik edən İslam İnqilabının Rəhbəri ölkənin güc amillərindən danışdı və düşmənin İslam Respublikasını gücləndirən amillərə qarşı daim qəzəb və kin-küdurət bəslədiyini vurğuladı: “İslam İnqilabının Keşikçilər Korpusu (SEPAH) ölkənin güc amillərindən biridir. Onunla bağlı qəzəb və narahatlıqlar özünü imperialist siyasətçilərin beynəlxalq təbliğatları və açıqlamalarında tamamilə açıq şəkildə göstərir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elm və elmi inkişaf da ölkənin güc amillərindəndir: “Buna görədir ki, onlar öz muzdurlarını bizim nüvə alimlərini terror etmək üçün ezam etdilər. Bunun səbəbi onlarda İranın elmi inkişafına qarşı qəzəb və kin-küdurətin olmasıdır”.

O vurğuladı ki, güclü və müstəqil iqtisadiyyat da güc amillərindəndir: “İranla bağlı sanksiyaların tətbiq edilməsi, ölkə iqtisadiyyatına zərbə endirmək üçün müxtəlif tədbirlərin seçilməsinin səbəbi də budur. Kaş ölkənin mömin iqtisadçıları xalqa bədxahların iqtisadiyyata zərbə vurmaq məqsədi daşıyan müxəlif tədbirləri haqqında məlumat verəydilər”.

İslam İnqilabının Rəhbəri güc amillərindən birinin hərbi güc olduğunu dedi: “İslam Respublikasının raketlərinin imkanları ilə bağlı ortaya atılmış böyük qalmaqallar onların bu güc amilinə qarşı ürəklərində bəslədikləri qəzəb və nifrətdən irəli gəlir”.

Ali Baş Komandan vurğuladı: “Bizim raketimiz var və raketlərimiz çox dəqiqdir, nəzərdə tutulan hədəfləri minlərlə kilometr uzaqlıqdan yüksək dəqiqliklə hədəfə alır. Bu bacarığımızı gücümüz hesabına qoruyacaq və onu daha da artıracağıq”.

O bildirdi ki, Şəhid Səyyad Şirazi və Şəhid Şüştəri kimi fədakar hərbçilər də güc amillərindəndir: “Gənclərin imanı, həyası və əxlaqı, habelə millətdə cihad və müqavimət ruhiyyəsinin olması güc və iqtidar amillərinəndir. Buna görə də müqavimət və cihad ruhiyyəsinə düşmənçilik və ekstremizm iftirası yaxırlar. Təəssüflər olsun ki, bəziləri bu müstəmləkəçi ifadələri daxildə də təkrarlayırlar”.

İslam İnqilabının Rəhbəri dedi ki, təhlükəsizliyi qoruyan birliklər, o cümlədən Silahlı Qüvvələr iqtidar amillərindəndir: “Hər bir ölkə üçün təhlükəsizlik yatağının olması hər şeydən zəruri və mühümdür. Çünki təhlükəsizlik olmazsa, elmi və iqtisadi inkişaf da olmaz”.

Həzrət Ayətullah Xamenei güc amillərini qeyd etdikdən sonra müqavimət dövləti məsələsinə açıqlama gətirdi: “İran İslam Respublikası bu gün müqavimət dövlətidir. Müqavimət dövlətinin mənası hegemonların qarşısında təslim olmamaq və güc məsələsində ayaq üstə dayanmaqdır”.

O vurğuladı ki, müqavimət dövləti filan ölkədəki müqavimət komponenti və ya təşkilatı ilə müqayisə edilə bilməz: “Müqavimət dövləti siyasət, iqtisadiyyat, silahlı qüvvələr, beynəlxalq fəallıq, geniş regional nüfuza malik olmaqdır”.

İslam İnqilabının Rəhbəri vuğuladı ki, müqavimət dövləti həmişə avtoritarlar və onların kölələrinin düşmənçilik hədəfində olur: “Müqavimət dövləti nə imperialistdir, nə dövlətlərə ağalıq etmək istəyir, nə də müdafiə və passiv mövqedə dayanır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəziləri hesab edirlər ki, özümüzü imperializm, beynəlxalq və regional güc sahibi olmaq iftirasından xilas etmək üçün müdafiə qınına çəkilməliyik. Halbuki, bu, yanlış fikirdir”.

O, Quranın bir neçə ayəsinə toxunaraq dedi: “Müqavimət dövlətinin mövqeyi qabaqlayıcı güc və qüdrət mövqeyidir. İran İslam Respublikası keçmişdə olduğu kimi öz əzminə, səyinə, təşəbbüs və potensiallarına söykənərək qabaqlayıcı iqtidar yoluna davam edəcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam dövlətinin qabaqlayıcı güc siyasətinin məqsədi beynəlxalq hegemonların İrana təcavüz təsəvvürünün qarşısını almaqdır: “Düşmənlər bilməlidirlər ki, əgər İrana təcavüz etmək fikrinə düşsələr, ciddi müqavimətlə qarşılaşacaqlar. Çünki daha öncə də qeyd etdiyim kimi, artıq “qapını döy” dövranı keçib. Onlar başlayan ola bilərlər, ancaq işin sonu onların əlində olmayacaqdır”.

Həzrət Ayətullah Xamenei daha sonra düşmənin İslam Respublikası ilə bağlı hədəflərindən danışdı: “Düşmən öz gündəliyinə qısamüddətli, ortamüddətli və uzunmüddətli olmaqla üç məqsəd daxil edib. Onların qısamüddətli hədəflərini ölkənin təhlükəsizliyini pozmaq, qarışıqlıq və xaos yaratmaqdır”.

O vurğuladı ki, İslam Respublikasının qürur səbəblərindən biri qeyri-sabit bir regionda, xaosa uğramış bir dünyada təhlükəsiz mühit yaratmasıdır: “Bu təhlükəsizliyi xalq və şəfqətli dövlət rəsmiləri zəkaları, ayıqlıqları hesabına, günün tələbələrinə cavab verəcək şəkildə yaradıblar”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, düşmənin ortamüddətli məqsədi xalqın iqtisadiyyatı və məişətidir: “Bədxahların planına əsasən ölkə iqtisadiyyatı hərəkətdə olmamalı, əhalinin məişəti axsamalı, iş və istehsal inkişaf etməməli, işsizlik bir bəla kimi ümumi səciyyə almalı, nəticədə, xalq İslam Respublikasından məyus olmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənin hədəfinə qarşı mübarizə aparmağın yeganə yolu ilin şüarını həyata keçirmək, müqavimət iqtisadiyyatı siyasətlərinə əməl etmək, yerli istehsalı inkişaf etdirmək və iş yerləri yaratmaqdır: “Əgər bu yol davam etdirilsə, düşmən öz məqsədinə əsla yetişməyəcək”.

O bildirdi ki, düşmənin uzunmüddətli məqsədi dövlətin əsasını məhv etməkdir. İnqilabın ilk illərindən fərqli olaraq bu məsələ artıq açıq şəkildə elan edilmir: “İndi davranış dəyişikliyi vasitəsilə dövlətin əsasına qarşı mübarizə onların gündəliklərində yer almışdır. Davranış dəyişməsi deyildikdə İslam və İnqilab yolunda, habelə İmamın xəttində tədricən bucaq yaratmaq, sonda da İnqilaba əks yolda hərəkət etmək nəzərdə tutulur”.

İslam İnqilabının Rəhbəri sonra 29 ordibehişt seçkilərinə işarə edərək dedi: “Seçkilər həm ölkənin yüksəlişinə və şan-şöhrətinə zəmin yarada bilən, həm də onun zəifləməsinə, süstləşməsinə və problemlərin ortaya çıxmasına səbəb ola biləcək faktorlardandır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər xalq seçkilərdə iştirak etsə və bu iştirak nizam-intizam, əxlaq, İslamın qayda-qanunlarına riayət etməklə müşayiət olunsa, mütləq, İslam Respublikasının izzət və şan-şöhrətinə səbəb olacaq. Ancaq seçkilərdə qanun pozuntusuna yol versək, əxlaq nomalarını pozsaq və danışıqlarımızla düşməni ümidləndirsək, seçkilər bizim zərərimizə tamamlanacaq”.

O vurğuladı ki, seçkilərin keçirilməsi İslam dövləti üçün yeni bir hadisə deyil, keçən 38 il ərzində müxtəlif seçkilər keçirmiş, fikir mühitləri və qıcıqverici faktorlarla tanış olmuşdur: “Mənim möhtərəm namizədlərə bir neçə tövsiyəm var. Birincisi budur ki, öz platformaları və açıqlamalarında xalqın iqtisadi və məişət məsələlərini, iqtisadi problemlərinin həllinə çalışmağı öz prioritetləri edəcəklərini qəiyyətlə desinlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İkinci tövsiyəm budur ki, namizdələrin açıqlamaları və platformalarında milli istiqlal, İran xalqının əzəməti və ucalığı özünü qabarıq şəkildə göstərsin”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqı inqilabçı, başıuca bir xalqdır. Bu xalqı böyük güclərin qarşısında təslim olmağa vadar etmək, zəiflətmək və başaşağı etmək olamz. Çünki İran xalqı güc və qüdrət hesabına həyatdadır. Əgər bu güc və qüdrət olmasaydı, düşmən regionun bəzi asılı və muzdur dövlətləri kimi bizim ölkəni də istila edərdi”.

O dedi: “Cənab namizədlər açıq şəkildə göstərsinlər ki, amerikalıların acgözlükləri və sionistlərin çirkinliyi qarşısında dayanmışlar”.

İslam İnqilabının Rəhbərinin prezidentliyə namizədlərə üçüncü tövsiyəsi milli təhlükəsizliyin və ölkənin əmin-amanlığının qorunması ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Cənab namizədlər diqqətli olsunlar, ölkədə etiqad, coğrafiya, dil və etnik ayırımları təhrik etməsinlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşmən uzun illər bu məqsədi güdüb. Ancaq Kürdüstan əyalətinin mömin, Azərbaycanın qeyrətli, Xuzistanın ərəbmənşəli əhalisi, Bəlucistanlılar və türkmənlər İnqilabın sahibləri kimi yumruqla düşmənin ağzına vurmuş və qarşısında dayanmışdır”.

O, təhlükəsizlik məsələsinin çox mühüm əhəmiyyət daşıdığını qeyd etdi: “Namizədlər diqqətli olsunlar, seçim səhvinə yol verib düşmənin yarımçıq qalmış planını tamamlamasınlar”.

İslam İnqilabının Rəhbəri ölkənin təhlükəsizlik və asayişinə cavabdeh qurumlara, xüsusilə, məhkəmə və polis qüvvələri, Daxili İşlər Nazirliyinə diqqətli olmağı, təhlükəsizliyi tam təmin etməyi israrla tövsiyə etdi: “Əgər kimsə seçkilərdə dövlətin təhlükəsizliyinin əksinə bir iş görmək istəsə, mütləq, sərt bir reaksiya və sillə ilə qarşılaşacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, 1388-ci ildə düşmənlər düşüncəsizliyə yol verdilər, İran kimi əzəmətli ölkəni daha öncə onlarla milyon dollar verib qarışıqlıq və qeyri-sabitlik yaratdıqları bəzi ikinci əl dövlətlərlə səhv saldılar: “Həmin ağılsızlıq xalqın milli iradə və əzminin möhkəm divarına tuş gəlməklə nəticələndi”.

O, bir daha vurğuladı: “Təhlükəsizlik ölkə üçün, xalq üçün və nəticədə, mənim üçün çox mühüm əhəmiyyət daşıyır. Seçkilərdə təhlükəsizlik tam şəkildə qorunmalıdır”.

İslam İnqilabının Rəhbərin çxışının başqa bir yerində İmam Hüseyn (ə) adına Hərbi akademiyanın müdavimlərinə tövsiyəsində bildirdi ki, bu universitetdə təhsil almağı qiymətli fürsət bilsinlər: “Bu universitet istedadlı insanları elmli, mərifət və hikmət sahibi olan hər bir insanın qibtə edəcəyi bir nöqtəyə çatdıra bilər”.

Habelə, Şaban ayınının ilahi rəhmət yağışının yağdığı bir ay olduğunu deyən Həzrət Ayətullah Xamenei bütün xalqa, xüsusilə gənclərə bu ayın, xüsusilə Nimeye-Şəban (Şaban ayının on beşinci gecəsi) gecəsinin bərəkətindən istifadə etməyi tövsiyə etdi: “Şaban ayı başdan-başa ilahi lütf və şadlıq ayıdır. Ancaq təəssüflər olsun ki, bu il Gülüstan əyalətindəki mədəndə baş verən faciə, Sistan və Bəlucistan əyalətlərində sərhədçilərin şəhid olması hadisəsi ilə qarşılaşdıq. Ancaq istənilən halda, bu ay Əhli-beytə (ə) məftunluq ayıdır”.

O vurğuladı ki, İmam Zamana (ə.f) təvəssül etmək Allah-taalanın dərgahında sevgi və bəndəçiliyin ifadəsi üçün bir vasitədir: “Zühura inananlar ümidsizlik və məyusluğa əsla qapılmazlar. Onlar bilirlər ki, zülmətdən sonra mütləq günəş çıxacaq. Bu Allahın qəti vədidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, biz nizam-intizamı təmin etmək vəzifəsi daşıyırıq: “Gözləməyin mənası səbirsizlik etmək deyil. Gözləməyin mənası daim hazır olmaqdır. Gözləyən insan özünü və əməllərini o cənabın qəlbini şad edəcək şəkildə islah etməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Güc, qüdrət və qəlblər Allaha məxsusdur. İran xalqı Allahın lütfünə sığınaraq öz yollarını qüdrətlə qət edəcək. Bu yolda gənclər daha böyük rol oynayırlar”.

Mərasimdə çlxış edən Keşikçi Korpusun Baş Komandanı general Cəfəri İslam İnqilabı cəbhəsinin imperialist sistem qarşısındakı ardıcıl qələbələrindən söz açdı və bildirdi ki, düşmənin xalqa qarşı faktiki strategiyası iqtisadi təzyiqdir: “Bu gün xalqımız sevinir ki, raket şəhərləri ölkənin sənaye şəhərlərinin təhlükəsizliyinin təminatçısı və zəmanətçisidir”.

SEPAH-ın Baş Komandanı əlavə etdi: “SEPAH məhrumlar və zəif təbəqənin sığınacaq və güvənc yeri olmağı, cəmiyyətdəki yoxsulluq və məhrumiyyətə son qoymağı öz vəzifəsi, habelə Hayfa və Tel-Əvivi hədəfə almağı əsas hədəfi hesab edir”.

İmam Hüseyn (ə) adına Universitetin komandanı admiral Mürtəza Səffari də bu universitetin elmi, mədəni, təhsil və döyüş bacarığının gücləndirilməsi proqramları və fəaliyyətləri haqqında məlumat verdi.

Mərasimdə İmam Hüseyn (ə) adına universitetin nümunəvi komandirləri, idarə heyəti və tədqiqatçılarından bir neçəsi Ali Baş Komandan tərəfindən hədiyyələrlə təltif edildi. İmam Hüseyn (ə) adına universitetin iki tələbəsi də rütbə və apoletlə təltif edildi.

Hərəmin müdafiəçi şəhidlərinin övladlarının nümayiş etdirdikləri Xürrəmşəhrlər irəlidədir, habelə hərbi müdafiə proqramları İmam Hüseyn (ə) adına Universitetin müdavimlərinin bu günkü mərasim proqramlarından oldu.

Mərasimdə meydanda olan hərbi birliklər Ali Baş Komandanın önündən keçdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /