Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçicilər diqqətli olsunlar və tanıdıqları şəxsə səs versinlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 12-ci prezident, habelə şəhər və kəndlərin İslami şuralarının 5-ci seçkilərində iştirak etmək üçün səsvermənin ilk dəqiqələrində İmam Xomeyni (r.ə) adına hüseyniyyənin 110 saylı səyyari seçki məntəqəsinə gələrək səs verdi.

Həzrət Ayətullah Xamenei sonra demokratiya neməti və xalqın seçkilərdə iştirakına işarə edərək dedi: “Xalq seçkilərdə daha aktiv iştirak etsin, səs qutularının yanına daha tez gəlsin. Çünki xeyirli işi vaxtında yerinə yetirmək lazımdır, onu yubatmaq olmaz,”.

İslam İnqilabının Rəhbəri prezident seçkilərinin əhəmiyyətli olduğunu vurğuladı: “Ölkənin taleyi xalqın hər tək-tək fərdinin əlindədir. Çünki icraedici orqanın rəhbərini seçirlər. Habelə şəhər və kənd şuralarının seçkiləri də mühüm əhəmiyyət daşıyır. Çünki burada seçilənlər şəhər və kənd xidmətləri, yəni əhalinin gündəlik işləri ilə bağlı vəzifələri öz üzərlərinə götürürlər”.

Teleradio şikətinə və çox mühüm əhəmiyyət daşıyan xəbərçilik vəzifəsini yerinə yetirən müxbirlərə öz təşəkkürünü bildirən İslam İnqilabının Rəhbəri xalqa tövsiyə verdi: “Seçkilərdə diqqətli olun və tanıdığınız şəxsə səs verin”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /