Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabçı olmaq hegemoniya qarşısında təslim olmamaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra xalqın həmişəyaşar və ulu öndəri dahi Xomeyninin (r.ə) vəfatının iyirmi səkkizinci ildönüm mərasiminə toplaşmış böyük xalq izdihamı qarşısında çıxış edərkən dedi: “İnqilabçı ruhiyyəsi, təfəkkürü və davranışından bəhrələnmə dahi İmamın (r.ə) verdiyi böyük dərsdir. İran xalqı İmamın (r.ə) cəlbedici hədəf və ideyaları sayəsində, eyni zamanda “Böyük Şeytan” qarşısında ayıqlıq göstərərək İnqilabın hədəflərinin həyata keçirilməsi işini  əsl rasional mənada, yəni inqilabçı kimi davam etdirir”.

Çıxışının əvvəlində dahi İmamın ürək ağrıdan vəfatının ildönümünü əziz tutan İslam İnqilabının Rəhbəri keçən illər ərzində İmam və inqilabla bağlı qeyd edilmiş məsələlərə və həqiqətlərə toxunaraq dedi: “İmam haqqında deyilməmiş qalan həqiqətlər var. Onlar tədricən xalqın yaddaşına köçürülməlidir. Keçən illər ərzində deyilmiş qalan həqiqətlər var. Onlar təkrar edilməlidir ki, İmamın yolu və prinsipləri təhrifdən qorunsun və bəzi insanlar İmamı təhrif etməyə fürsət tapmasınlar”.

O qeyd etdi ki, onun bu günkü çıxışının əsl ünvanı gənclərdir: “Gənclər böyük qəhrəmanlılqar dövrünü, İslam İnqilabının qələbəsini, Müqəddəs Müdafiə dövrünü və separatçılar qarşısında nümayiş etdirilən böyük hərəktlər dövrünü görmədikləri üçün mənim bu gün İmamın hüzurundakı açıqlamalarımın əsl ünvanı gənclərdir. Bu, həm də onunla bağlıdır ki, gənc nəsil başqaları ilə müqayisədə təhrifçilərin hücumlarına daha çox məruz qalırlar”.

İslam İnqilabının Rəhbəri üzünü gənclərə tutaraq dedi: “İmam Xomeyninin (r.ə) rəhbərliyi və xalqın yardımı ilə İlahi iradənin həyata keçməsi, yəni İslam İnqilabının qələbə çalması sırf siyasi yerdəyişmə, bir dəstənin iqtidardan getməsi, başqa bir dəstənin hakimiyyət başına gəlməsi deyildi. İslam İnqilabı ölkə siyasətində, İran cəmiyyətində böyük və dərin bir dəyişiklik idi”.

Həzrət Ayətullah Xamenei ölkə siyasətində meydana gələn böyük dəyişikliyə işarə edərək dedi: “İslam İnqilabı yadlara bağlı, onlara itaət göstərən, asılı və irsi bir diktaturanı xalq əsaslı, xalqa söykənən, müstəqil, başıuca, kimliyi olan bir hökumətə çevirdi”.

O, İslam İnqilabının sosial sferada yaratdığı dərin dəyişikliyə işarə edərək dedi: “İran cəmiyyəti qədim mədəniyyəti, əzəməti, böyük alimləri, üstün bəşəri maarifi olduğu halda, kimliyi olmayan, Qərbi təqlid edən bir cəmiyyətə çevrilmişdi. Ancaq İslam İnqilabı İran cəmiyyətini kimliyi, müstəqilliyi, əsaləti, təşəbbüskarlığı və yeni söz sahibliyi olan bir cəmiyyətə çevirdi”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, dahi İmam belə əzəmətli dəyişikliyə İnqilabın qələbəsi ilə nail oldu: “İmam Xomeyni çıxışları zamanı İslam İnqilabının elə maksimal hədəflərini bəyan edirdi ki, hətta bəzi təcrübəli və mübariz siyasətçilər belə, onların reallaşacağına şübhə ilə baxırdılar. Lakin İmam bütün bu maksimal hədəfləri həyata keçirməyi bacardı”.

Həzrət Ayətullah Xamenei İmamın qarşıya qoyduğu hədəf və məqsədlərlə müqayisədə minimal hədəflər hesab edilən “Məşrutə və Neft Sənayesinin Milliləşdirilməsi” kimi hərəkatlara işarə edərək dedi: “Bu hərəkatlar öz minimal məqsədlərini həyata keçirə bilmədilər. Lakin İmam İslam İnqilabının maksimal hədəflərinə nail olmaqla yanaşı bu inqilabı qorumağı və ölümsüzləşdirməyi bacardı”.

O, “İmam bu böyük hərəkatı qalib etməyi və onun maksimal hədəflərini qorumağı necə bacardı?” – deyə bir sual səsləndirərək onu belə cavablandırdı: “İmam Xomeyninin uğurunun və böyük bacarığının sirri onda idi ki, o xalqı, xüsusilə gəncləri səhnəyə gətirib səhnədə saxlamağı bacardı”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Xalqın səhnəyə daxil olub duruş gətirdiyi və müqavimət göstərdiyi hər bir ölkədə xalqın hədəfləri həyata keçəcək”.

Həzrət Ayətullah Xamenei sonra belə bir sual səsləndirdi: “İmam xalqı, xüsusilə gəncləri meydana çıxarıb onları meydanda saxlamağı necə bacardı?”

Bu suala cavab verərkən o, İmamın şəxsi xarizması, üsul və prinsipləri, habelə şüarların cəlbediciliyinə işarə edərək dedi: “İmam Xoemyni şəxsiyyət baxımından çox möhkəm, çətinliklərə sinə gərə bilən, sözdə və əməldə Allaha təvəkkül edən, imanlı, şəffaf və düz adam idi. Bu şəxsi xarizması gəncin İmamı, onun yolunu, hərəkat və inqilabı seçməsinə səbəb oldu”.

İslam İnqilabının Rəhbəri daha sonra İmamın prinsiplərinin cəlbediciliyinə işarə edərək əlavə etdi: “Dahi İmamın təqdim etdiyi prinsiplərdən biri daşlaşma və eklekika əsiri olmayan xalis Məhəmmədi (s) İslam idi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müstəqillik, azadlıq, sosial və iqtisadi ədalət İmamın cəlbedici prinsiplərindən idi: “İmamın prinsiplərindən biri Amerikanın ağalığının çənbərindən çıxmaq idi. Bu, İran gənci üçün cəlbedici idi”.

O vurğuladı: “ABŞ-ın imperiya çənbərindən çıxmaq uzun illərdən bəri indi də hökumətləri Amerikanın mənafelərinə uzun illər xidmət etmiş Səudiyyə Ərəbistanı kimi ölkələrin gəncləri üçün cəlbedicidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İmamın prinsilərindən biri də demokratiya, seçmək hüququ, xalqın hakimiyyəti, habelə xalqda özünəinam yaratmaq idi: “İmam Xomeyninin şəxsi xarizması və prinsiplərinin cəlbediciliyi gənclərin İslam hərəkatına və inqilabına qoşulmasının əsas amili idi. Sonda bu qoşulma İnqilabın qələbə çalmasına və dünyada siyasi bir zəlzələ yaranmasına səbəb oldu”.

O, dünyada İslam İnqilabının tərəfdarları və düşmənləri bölgüsünün formalaşmasına işarə edərək dedi: “İslam İnqilabının qələbəsindən sonra böyük güclər, xüsusilə ABŞ, SSRİ, sionistlər kimi güc cərəyanları, böyük kompaniyalar təhlükə hiss etdikləri üçün İslam İnqilabının düşmənlərinə çevrildilər. Ancaq digər tərəfdən, müsəlman xalqların çoxu, hətta bəzi qeyri-müsəlman xalqlar İnqilaba sevgi bəsləyib ona tərəfdar oldular. Bu cərəyan bu gün də davam edir”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbəsinin başlanğıcında böyük güclərin başlarını itirməsinə işarə edərək dedi: “Onlar bir müddətdən sonra özlərinə gələrək düşmənçiliklərinə start verdilər, keçən 38 il ərzində müxəlif layihələr həyata keçirdilər, ancaq bütün bu düşmənçilikləri zamanı İran xalqı qarşısında məğlubiyyətə uğradılar. Bundan sonra da belə olacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsində İslam İnqilabının qələbə çaldığı dövrə, İmamın bərəkətli həyatına təsadüf edən 60-cı onillikdə mövcud olmuş şəraitə işarə edərək dedi: “60-cı onillik zülm və haqsızlıqla müşayiət edilən, eyni zamanda İslam İnqilabı tarixində çox mühüm və həlledici rol oynamış bir onillikdir. Ancaq təəssüflər olsun ki, öyrənilməmişdir. Son illər də bəzi tribunlar və onların sahibləri tərəfindən hücuma məruz qalmışdır”.

O bildirdi ki, 60-cı onillik ölkədə ən qəddar terrorçu fəaliyyətlərinin həyata keçirildiyi böyük sınaqlar onilliyi olmuşdur: “Güclərin himayə etdiyi terrorçular  60-cı onillikdə minllərlə xalq nümayəndəsini və dövlət məmurunu şəhid etdilər. Onların arasında adi işçidən tutmuş siyasi fəala, gəncə, böyük şəxsiyyətlərə qədər adam var idi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 60-cı onillik 8 illik məcburi müharibənin baş verdiyi, ən ağır sanksiyaların tətbiq edildiyi onillik idi: “Əlbəttə, 60-cı onillik böyük fəxr, separatçılığa qarşı mübarizə onilliyidir. İran xalqı, xüsusilə gənclər bu onillikdə qətiyyətli müqavimətləri ilə bütün məkrli planlar və düşmənçiliklər üzərində qələbə qazanmağı bacardılar”.

O, mütəfəkkir insanları 60-cı onilliyin həqiqətləri və reallıqları haqqında düşünməyə çağırdı: “Ayıq olmalıyıq, 60-cı onillikdəki şəhidlə cəlladın yeri səhv salınmasın. Çünki İran xalqı 60-cı ildə zülm və haqsızlığa məruz qalmışdı. Terrorçular, münafiqlər və onların havadarları İmama və İran xalqına qarşı zülm edib düşmənçilik göstərdikləri üçün xalq müdafiəyə keçdi və sonda qələbə çaldı”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında İmamın vəfatına və ondan sonrakı dövrə işarə edərək dedi: “İmamdan sonra bir dəstə İmamın yolunu dəyişdirəcəklərinə ümidləndilər. Ancaq Allahın lütfü ilə bacarmadılar”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, dahi İmamın vəfatından sonra ölkənin xaricində bir qrup insan və onların ölkə daxilindəki əlaltıları İmamın yolunu geri döndərəcəklərinə, İnqilabın köhnəlib yararsız hala düşəcəyinə ümid etdilər: “Onlar İnqilabdan əvvəlki piştaxtanı yenidən açmaq istəsələr də, bacarmadılar. Çünki İmam Xomeyninin İran xalqı üçün müəyyən etdiyi üsul və prinsiplər öz cəlbediciliyini, təravətini və şövqünü qoruyub saxlayırdı”.

O vurğuladı: “İmam cismən aramızda olmasa da, adı düyünləri açmaqda davam edir, yolu, ruhu və xatirəsi yaşayır, köhnəlməyən prinsipləri və şüarları öz cazibəsini saxlayır, xalqa və ölkəyə istiqamət verir. Bu parlaq gerçəklik İslam İnqilabının səfərbər etmək gücünün göstəricisidr”.

İnqilabın Rəhbəri mərhum İmamın bəzi şüarlarının, o cümlədən sosial ədalətin, bəzi prinsipial şüarların həyata keçməsində mövcud olan geriliyə işarə edərək dedi: “Ərşə ucalmış o İmamın hədəflərini və ideyalarını daha ciddi cəhdlə davam etdirəcəyik”.

İnqilabın səfərbər etmək gücünün çox böyük bir nemət olduğunu deyən Həzrət Ayətullah Xamenei bu gün və gələcəkdə ölkənin  bu böyük gücə olan real ehiyacına işarə edərək dedi: “İmamın cəlbedici şüarları və İnqilab böyüklükdə və gücdə bir hərəkətverici yoxdur. Siyasi fəallar və dövlət rəsmiləri bu təyinedici gücü əsla diqqətdən qaçırmamalıdırlar”.

O, düşmənlərin mürəkkəb planlarının davam etdirilməsinə işarə edərək dedi: “Allahın lütfü ilə İnqilab və İmamın cəlbedici ideyaları gəncləri, əzmkar və iradəli insanları meydana daxil etmək, hərəkətə gətirmək, irəli aparmaq gücündədir. Bu, düşmənlərin məkrli planlarının uğursuzluğunun ən mühüm amilidir”.

İnqilabın Rəhbəri düşmənlərin həyasızlıqlarının zirvəsin əks etdirən bir nümunə qeyd etdi: “ABŞ-ın prezidenti geri qalmış və tam dekadent olan bir qəbilə dövlətlətin rəhbəri ilə qılınc oynadır, ancaq digər tərəfdən, İran xalqının azad seçkilərinə və qırx milyonluq səsinə nöqsan tutur ”.

O, ABŞ prezidentinin günahsız və sığınacağı olmayan Yəmən xalqının qatilləri ilə sevgi dolu münasibətlərinə işarə edərək dedi: “Bizim düşmənlərimiz Yəmən xalqını qırmış insanların yanında tam bir həyasızlıqla insan hüquqlarından dəm vurur, insan hüquqları adı altında nəcib İran xalqına qarşı sanksiya tətbiq edirlər. Bundan böyük həyasızlıq olarmı?”

Həzrət Ayətullah Xamenei vurğuladı: “İranın bu həyasız düşmənlər qarşısında inqilabın səfərbəredici gücünə ehtiyacı var. Bütün dövlət rəsmiləri və İnqilaba ürəyi yananlar dəyərlər və ideyalara sözün əsl mənasında dəyər verməli, qısamüddətli məqsədlər, keçici və gündəlik siyasi dəyişikliklərdən ötrü prinsipləri və dəyərləri unutmamalıdırlar”.

İnqilabın Rəhbəri qeyd etdi ki, elm, iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində inkişafa nail olmaq üçün inqilabdan qaynaqlanan cürətə və özgüvənə ehtiyac var: “Əgər 60-cı onillikdə baş vermiş hadisələrə bənzər bir hadisə baş versə, heç şübhəsiz milyonlarla qətiyyətli və cəsur gənc tam gücü ilə və izzətlə meydana atılacaq və ölkəni qoruyacaq”.

Həzrət Ayətullah Xamenei İnqilab şüarlarının rasionallıqla təzad əşkil etdiyini deyən bəzi insanları tənqid edərək dedi: “Əsl rasionallıq inqilabçılıqdadır. Həqiqətləri və gerçəkləri inqilabçı baxışı göstərə bilər”.

O, bu mühüm məsələnin bir nümunəsini qeyd edərək dedi: “Dahi İmam otuz neçə il bundan qabaq inqilabçı və rasional baxış sayəsində ABŞ-ı güvənilməyən “Böyük Şeytan” adlandırdı. Üzərindən otuz il keçdikdən sonra Avropa dövlətlərinin rəhbərləri bu gerçəyi etiraf edir, ABŞ-ın güvənilməz olduğunu deyirlər. Bu məsələ İmamın inqilabçılıqdan qaynaqlanan rasionallığını göstərir”.

İslam İnqilabının Ali Rəhbəri əlavə etdi: “Təbii ki, İran xalqı da bütün təcrübələri çərçivəsində dərk edib ki, amerikalılara həqiqətən, güvənmək olmaz”.

Həzrət Ayətullah Xamenei rasionallığın həqiqi mənasını başqa bir yöndən izah edərək dedi: “Rasionallığın mənası ABŞ-ın hökmranlıq çənbərindən xilas olduqdan sonra yenidən özünü Böyük Şeytana yaxınlaşdırmaq deyil, əsas prinsipləri bilmək, xalqa və daxili qüvvələrə arxalanmaq, Allaha təvəkkül etməkdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, inqilabçı ruhiyyə, təfəkkür və davranışdan faydalanma İmamın verdiyi ən böyük dərsdir: “Bu yolaçan və xoşbəxtlik bəxş edən dərs qətiyyən unudulmamalıdır”.

O, İmama mədəni bir irs kimi baxan insanları tənqid edərək dedi: “İran xalqının öndəri mədəni irs deyil, sözləri, təfəkkürü və ideyaları ilə İran xalqına istiqamət verməkdə davam edən ölməz rəhbər və öndərdir”

Həzrət Ayətullah Xamenei rasionallığı şüar edib böyük güclərlə mübarizənin xərc aparan olduğunu deyən şəxsləri tənqid edərək dedi: “Bəli, mübarizə xərc aparır, ancaq uzlaşmağın da əlavə xərcləri var”.

İslam İnqilabının rəhbəri bildirdi ki, ABŞ-ın istəklərini, hədəf və məqsədlərini reallaşdırmaqdan ötrü səudiyyəlilərin öz xalqlarının milyardlarla dollar pulunu xərcləməsi Böyük Şeytanla uzlaşmaq xərcidir: “Əgər insan özünə, inqilabçı məntiqinə və rasionallığına güvənib hər hansı mübarizəyə qalxsa, xərcləri saziş xərclərindən az olar”.

O, xalqa səslənərək dedi: “Allahın izni ilə sonralar bu barədə daha çox danışacağam. Ancaq hər halda, həqiqət ondan ibarətdir ki, hiyləgər və təcavüzkar güclər heç nə ilə qane olmurlar. Son bir neçə ilin qarşılıqlı münasibətlərində şahidi olduğumuz kimi, düşmənlər qarşısında hər bir geri çəkilmə onları yeni tələblər etməyə təhrik edir və bu minvalla geriçəkilmə və yeni tələb etmələr heç bitmək bilmir”.

İslam İnqilabının Rəhbəri rasionallıqla inqilabçılığın dəqiq və təbii əlaqəsinə açıqlama gətirdikdən sonra əlavə etdi: “İnqilabçı olmağın mənası budur ki, dövlət rəsmilərinin məqsədi böyük gücləri razı salmamaq olsun, hegemonlar qarşısında təslim olub iraədsizlik  göstərməsinlər, onların hiylələrinə aldanmasınlar, Böyük Şeytan qarşısında zəiflik göstərməyib öz güclərini və məqsədlərini daxili qüvvələrdən istifadə, mövcud problemləri həll etmək və xalqı razı salmaq üzərində mərkəzləşdirsinlər”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən bir daha vurğuladı ki, ölkənin İnqilabın və İmamın ruhiyyəsinə, davranış tərzinə üsul və prinsiplərinə ehtiyacı var: “İnqilabçılığı ifratçılıq kimi qələmə verib inkar etməyin. Çünki inqilabçılıq ölkənin və cəmiyyətin əsl ehtiyacıdır”.

İslam İnqilabının Rəhbəri çıxışının bir hissəsini bəzi daxili problemlərə həsr etdi.

Həzrət Ayətullah Xamenei prezident seçkilərinə və əhalinin seçkilərdəki genişmiqyaslı iştirakına işarə edərək dedi: “Səhnəyə çıxan və seçki qutularına 41 milyondan çox səs blankı salan insanlaırn hər birinə tək-tək səmimi qəlbdən təşəkkür edirəm”.

O bildirdi ki, xalqın seçkilərdəki izdihamlı işirakı onların dövlətə olan etimadının göstəricisidir və bu ölkənin etibarının artmasına səbəb olur: “Xalqın yetmiş faizindən çoxu seçkilərdə iştirak etməklə İslam Respublikasına hə dedi və onu dəstəklədi. Bu səs əslində İslam dövlətinə verilmiş səs idi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Təəssüflər olsun ki, bəzi insanlar bilməzlikdən və ya başqa səbəblərdən bu reallığı inkar edir və xalqın bu səsinin İslam dövlətinə heç bir aidiyyatı olmadığını deyirlər. Halbuki hətta ürəklərində dövlətdən narazı olması mümkün olan insanlar da dövlət çərçivəsində səs verməklə gösərdilər ki, bu çərçivəni qəbul edir, ona etimad göstərir və onu effektiv hesab edirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Xoşbəxlikdən Nəzarət Şurası seçkilərin düzgünlüyünü elan etdi. Əlbəttə, seçkilərdə qanun pzuntularına yol verildiyi də elan edildi, bu barədə bizə də məlumat çatdı”.

O qeyd etdi ki, pozuntuların seçkilərin nəticələrinə heç bir təsiri olmadı: “Seçkilərdə qanun pozuntusuna yol vermək İslam Respublikası sisteminə ziddir. Dövlət rəsmiləri bu hallara ciddi nəzarət etməli, pozuntulara yol verənləri müəyyən etməlidirlər ki, İran xalqının gələcəkdə həyata keçirəcəyi seçkilərdə bu pozuntular baş verməsin. Çünki pozuntuya göz yumsaq, pozuntular təkrarlanar ”.

Həzrət Ayətullah Xamenei seçkilərin təşkilatçılarına və nəzarətçilərinə təşəkkür etdikdən sonra seçkilərin təbliğatı zamanı yol verilmiş bəzi əxlaqa zidd davranışları tənqid etdi: “Təbliğatlar və debatlar zamanı deyilmiş bəzi sözlər, yol verilmiş bəzi əxlaqa zidd hərəkətlər və müxtəlif qurumların ittiham edilməsi yaxşı işlər deyildi”.

O əlavə etdi: “Keçmiş keçmişdə qaldı. Seçkilərdə olanlara tolerant yanaşılmalıdır, bu hallar təkrar edilməməli və davam etdirlməməlidir”.

İslam İnqilabının Rəhbəri bütün xalqa soyuqqanlı olmağı tövsiyə etdi: “İstər namizədləri seçkidə qalib gələn tərəf olsun, istərsə də səs toplamayan tərəf, dözümlülük göstərib soyuqqanlı olsunlar, dözümsüzlükdən  və hövsələsizlikdən çəkinsinlər ”.

Həzrət Ayətullah Xamenei dedi: “Bir dəstənin ölkə üçün problemlər yaratdığı 2009-cu ildən fərqli olaraq bu il xoşbəxtlikdən  seçkilərdə uğur qazanmayanlar dözümlülük göstərdilər”.

İstehsal və məşğulluq məsələsinə diqqət çıxışının davamında İslam İnqilabı Rəhbərinin hökumətə tövsiyə etdiyi məsələ oldu: “Prezident konstitusiyaya əsasən ölkədə çox geniş imkamlara malikdir. Buna görə də həmin imkanlardan istifadə edib potensialları əməli müstəviyə keçirsin, xalqa verilmiş vədlərin icrasında heç bir səhlənkarlığa yol verilməsin”.

O dedi: “On ikinci hökumətə işguzar, fəal və bacarıqlı işçilər seçilsin. Çünki iqtisad və qeyri-iqtisad sektorlarında effektivsizlik dövlətin effektevsizliyi kimi izah ediləcək. Halbuki bu, insafsızlıqdır, sistem effektivdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkə ABŞ-ın sanksiyaları qarşısında təchizatlandırılmalıdır: “Amerikalılar utanmadan hər gün İran xalqına qarşı yeni bir saz kökləyirlər. Dövlət rəsmiləri onların qarşısında ölkəni bütün siyasi və iqtisadi cəhətlərdən müqavimətli etməlidirlər”.

İslam İnqilabının Rəhbəri dedi: “Beynəlxalq məsələlərdə dövlət rəsmilərindən vahid və güclü səs eşidilməlidir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında bir neçə regional məsələyə oxundu: “Təəssüflər olsun ki, mübarək Ramazan ayında Yəmən, Suriya, Bəhreyn və Liviya kimi bəzi ölkələrdə oruc tutmuş qardaşlarımız böyük problemlərlə qarşılaşdılar”.

O, Yəmən xalqının gecə-gündüz Səudiyyə hökuməti tərəfindən bombardman edilib təzyiqlərə məruz qoyulması məsələsinə toxunaraq dedi: “Səudiyyə hökuməti bilməlidir ki, on il, iyirmi il də həmin cinayətkar metodunu davam etdirsə, günahsız və sığınacaqsız Yəmən xalqına qalib gəlməyəcək, yalnız öz günah və cəzasını, eləcə də Allahın intiqamını daha da ağırlaşdıracaq”.

İslam İnqilabının Rəhbəri Səudiyyə hökumətinin Bəhreynə müdaxiləsinin məntiqsiz olduğunu dedi: “Bəhreynin problemləri Bəhreyn xalqının özünə məxsusdur. Bəhreyn xalqı özü öz hökuməti ilə danışıb nəticə əldə etməlidir”.

O, Bəhreyn xalqının iradəsini sındırmaq məqsədilə yad dövlətin müdaxilə etməsinin və hərbi qüvvələrini yürütməsinin məntiqi cəhətdən yanlış və əməli cəhətdən effektsiz olduğunu dedi: “Bu cür hallar Səudiyyə hökumətinin rüsvayçılığına səbəb olur. Hətta ABŞ-ın bir neçə yüz milyardlıq rüşvətini aldığı surətdə belə, yenə də nəticə əldə etməyəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, əcnəbi dövlətlərin Suriyaya girməsi o dövlətin və oranın əhalisinin iradəsinə zidd hərəkətdir: “Suriya problemləri danışıqlar yolu ilə həll edilməlidir”.

İslam İnqilabının Rəhbəri düşmənlərin İslam dünyasında bir-birini əvəz edən müharibələrin baş verməsində və xalq qarşıdurmalarında oynadıqları rola işarə edərək dedi: “Bu məsələlərin həlli yolu danışıqlar və müzakirələrdir. Kənardan ölkələrə silah inyeskiya edilməməli və başqaları xalqların işlərinə müdaxilə etməməlidirlər”.

O, İŞİD-in İraq və Suriyadakı formalaşdığı yerdən qovulmasına işarə edərək dedi: “Terrorçular indi Əfqanıstan, Pakistan, hətta Filippin və digər Avropa ölkələri kimi başqa ölkələrə getmək niyyətindədirlər. Qərblilərin öz əlləri ilə alovlandırdıqları bu od indi öz yaxalarından yapışıb”.

Həzrət Ayətullah Xamenei çıxışının yekununda vurğuladı: “İran xalqı Allahın lütfü ilə bütün bu hadisələrdə məntiq, ağıl, əzmkarlıq və qətiyyətli iradə ilə irəliləyə bilib. Bundan sonra da Allahın izni ilə ölkənin bütün siyasi dəyişiklikləri xalqın qələbəsi və ideyalarının gerçəkləşməsi ilə nəticələnəcək”.

İslam İnqilabının Rəhbəri dedi: “Allahın yardımı və 38 illik təcrübə sayəsində bu millətin sabahı bu günündən daha yaxşı olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /