Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu cinayətlər İran xalqının iradəsini sarsıtmayacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayının on ikisi Tehranda oruclu olan bir qrup insanın şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı başsağlığı müraciəti ünvanladı.

İnqilabın Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Mübarək Ramazan ayının on ikisi mərhum İmamın ziyarətgahı və İslami Şura Məclisində bir neçə oruclu əzizin şəhid olması və çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror hadisəsi imperializm muzdurlarının şərəfli İran xalqına, İnqilaba, İslam dövlətinə aid olan hər şeyə və onun ali mərhum rəhbərinə qarşı kin-küdurəti və nifrət dolu düşmənçiliyinin aşkar göstəricisidir.

Hadisənin səbəbkarları, göstəriş verənləri və icraçılarının çirkinliyi, eyni zamanda cılızlığından xəbər verən bu cür cinayətlər İran xalqının iradəsini zəiflətməyəcək qədər kiçikdir. Bunların qəti nəticəsi yalnız ABŞ və onun regiondakı Səudiyyə kimi muzdurlarına qarşı nifrəti artırır. İran xalqı Allahın izni ilə vahid şəkildə və sarsılmaz əzmkarlıqla irəliləyəcək. Bu hadisə zamanı şəhid olmuş insanların xatirəsini əziz tutur, onların ailələrini təbrik edir və başsağlığı verirəm. Yaralılar və zərərçəkmişlərə Uca Allahdan şəfa diləyirəm.

Seyyid Əli Xamenei
09 iyun 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /