Ali Məqamlı Rəhbər informasiya bloku

Qibləni təyin etmək

Sual: Xahiş edirəm, aşağıdakı sualları cavablandırın:
1) Bəzi fiqh kitablarında qeyd olunub ki, may ayının 25-i və iyul ayının 16-ı Günəş Kəbənin üstündə şaquli şəkildə saçır. Bu günlərdə Məkkənin azan səsi ucaldığı bir vaxtda yerə şaxis(1) basdıraraq qiblənin istiqamətini təyin etmək mümkündürmü? Əgər məscidlərin mehrabında qiblənin istiqaməti ilə şaxisin kölgəsinin istiqaməti arasında fərq olarsa, hansı biri daha düzgündür?
2) Qiblənümaya etimad etmək düzgündürmü?

Cavab: Mükəlləfdə əminliyin yaranmasına bais olduğu təqdirdə şaxisə və qiblənümaya etimad etmək düzgündür və ona uyğun əməl edilməlidir. Əks təqdirdə, məscidlərin mehrabı və müsəlmanların qəbirləri əsasında qiblənin istiqamətini təyin etmək olar.


(1) Zöhr vaxtını təyin etmək üçün yerə basdırılan mil və ya bu kimi bir şey.

 

700 /