Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hacıların təhlükəsizliyi, şərəfi, rifah və asayişi qorunmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər builki Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Həcc İslam ümmətinin mövqe və münasibətlərini ifadə etməsi üçün ən yaxşı mövqeyə, misilsiz mənəvi və ictimai potensiala malikdir. O həm də vurğuladı ki, biz 2015-ci il faciəsini əsla unutmayacağıq: “İslam Respublikasının daimi və ciddi tələbi  bütün hacıların, xüsusilə iranlı hacıların təhlükəsizliyi, şərəfi, rifahı və asayişinin qorunmasıdır. Həccin təhlükəsizliyi də iki şərafətli hərəmə nəzarət edən ölkənin vəzifəsidir”.

Həccin çox mühüm vacibi bir ayin olduğunu deyən Həzrət Ayətullah Xamenei onun mənəvi potensiallarına işarə edərək dedi: “Bu vacib olan ayinin namaz, təvaf, səy, vüquf və ehram kimi bütün tərkib hissələri Allah-taala ilə mənəvi rabitə qurmaq kontekstində heyrətamiz imkanlara malikdir. Bu fürsətin qədrini bilmək lazımdır”.

İslam İnqilabının Rəhbəri vacib olan Həcc ayininin üstün xüsusiyyətlərindən birinin onun misilsiz ictimai potensiala malik olduğunu dedi: “Həcc İslam ümmətinin əzəməti, vəhdəti, birliyi və qüdrətinin simvoludur. Bu ayin xüsusi şərtlər və davranışlar çərçivəsində hər il davamlı olaraq müəyyən bir məkanda yerinə yetirilir”.

O qeyd etdi ki, müxtəlif xalqların bir-biri ilə tanış olması, qəlblərin yaxınlaşması, yardım əlinin uzadılması Həccin daxili və sosial aspektlərindəndir: “Həcc bütün bu spesifik mənəvi və sosial xüsusiyyətləri ilə İslam ümmətinə İslam dünyasının mühüm problemləri ilə bağlı mövqelərini elan etmək fürsəti verən ən yaxşı zaman və məkandır”

İslam İnqilabının Rəhbəri vurğuladı ki, dahi İmamın (r.ə) daim diqqət mərkəzində saxladığı “Müşriklərə nifrət” mövzusu İslam ümmətinin qəbul etdiyi məsələlərdə mövqe bildirmək üçün bir fürsətdir: “Bu mövzulardan biri Məscidül-Əqsa mövzusudur. Bu günlərdə qondarma və qəsbkar sionist rejimin həyasızlığı, çükinliyi və kin-küdurəti sözügedən məsələnin əvvəlkindən daha çox aktual olmasına, diqqət mərkəzində qalmasına və İslam ümmətinin qəlbinin Məscidül-Əqsa ilə döyünməsinə səbəb olmuşdur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Fələstin məsələsi heç bir vəchlə diqqətdən kənarda qalmamalı və İslam dünyasının ümdə problemlərinin mərkəzində dayanmalıdır: “Müsəlman xalqlarının Fələstin və Məscidül-Əqsa ilə bağlı fikir və mövqelərini elan etməsi üçün Allahın evi, Məkkə, Mədinə, Ərəfat, Məşər və Minadan yaxşı hansı yer ola bilər?”

O vurğuladı ki, ABŞ-ın İslam ölkələri və regiona düşməncəsinə müdaxilələri, təkfirçi terrorist qruplaşmalar yaratması mühüm mövzulardandır. Müsəlman xalqlar Həccdə bununla bağlı mövqe bildirməlidirlər.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bütün terrorçu cərəyanlardan daha xəbis və daha bədxah ABŞ rejiminin özüdür”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında məsul şəxslərin hacıların göndərilməsi ilə bağlı qərarına işarə edərək dedi: “Bu məsələ ilə bağlı narahatlıqlar var idi. Ancaq Milli Təhlükəszilik üzrə Ali Şuranın cavabdeh şəxsləri məsələni hərtərəfli araşdırdıqdan sonra Həcc mərasiminin təşkil edilməsi qənaətinə gəldilər”.

O əlavə etdi: “2015-ci ilin acı Həcc hadisələrinin iranlı hacıların qəlbinə çəkdiyi dağ unudulmazdır. Buna görə də hacıların təhlükəsizliyi və toxunulmazlığı çox mühüm əhəmiyyət daşıyır və qorunmalıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, hacıların təlükəsizliyi və asayişi mühüm əhəmiyyət daşıyır: “Təbii ki, təhlükəsizliyin mənası heç də təhlükəsiz mühit yaratmaq deyil”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, müsəlman xalqların vəhdət və birlik üçün çalışması da çox mühüm və zəruridir: “Müsəlmanların arasına təfriqə, ixtilaf və düşmənçilik salmaq üçün milyardlarla dollar xərcləndiyi bir vaxtda müsəlmanlar diqqətli olmalıdırlar ki, bu təxribata köməklik göstərməsinlər. Çünki bu plana köməklik göstərən İslam ümmətlərindən hər hansı biri həmin böyük günahın nəticələrinə ortaq olacaq”.

İnqilabın Rəhbərinin habelə iranlı hacılara tövsiyəsi bu oldu ki, çalışıb namazları vaxtında qılsınlar, Məscidül-Həram və Məscidün-Nəbidə təşkil edilən camaat namazlarında iştirak etsinlər, iki şərafətli hərəmdə Quran oxusunlar, Ərəfə gününün əməllərinə xüsusi diqqət göstərsinlər, bazar gəzintisindən uzaq dursunlar: “Möhtərəm hacılar hər şeydən çox ruhlarını və qəlblərini təmizləməyin, Həcc ayininin böyük fəzilətlərindən faydalanmağın fikrində olsunlar. Çünki Həccin mənəvi faydalarına nail olmaq onun sosial nəticələrinə nail olmaq üçün bir girişdir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı: “Əzəmətli və şərafətli bir həccin keçirilməsi üçün hamı diqqətli olmalı və öz vəzifələrinə diqqətlə əməl etməlidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin nümayəndəsi və iranlı zəvvarların başçısı Höccətül-İslam vəl-müslimin Qazi Əskər 2015-ci il Həccdə bir qrup iranlı hacının şəhid olması ilə nəticələnən acı hadisəyə işarə edərək dedi: “Bu günə qədər o hadisələrlə bağlı hələ də yekun məlumat açıqlanmayıb, şəhidlərin yaxınlarına diyə və konpensasiya ödənilməyib. Biz yekun nəticə əldə edənə qədər bu məsələni gündəmdə saxlayacağıq”.

Cənab Qazi Əskər qeyd etdi ki, İslam Respublikası Həccin dayandırılmasını əsla istəməmişdir: “Cari ildə bir neçə müzakirə aparıldıqdan və İslam Respublikasının şərtləri qəbul edildikdən sonra həccin izzətlə yerinə yetirilməsinə şərait yaradıldı. Əgər keçən il də şərtlərimizi qəbul etsəydilər Həcc mərasimi keçirilərdi”.

Həcc və Ziyarət İdarəsinin rəhbəri cənab Məhəmmədi Rəis bu idarənin fəaliyyətləri haqqında məlumat verdi: “Ərəbistanın Həcc Nazirliyinin dəvəti, Milli Təhlükəsizlik üzrə Ali Şuranın qərarı və böyük mərcələrin təkidlərindən sonra hacıların təhükəsizliyi, şərəf və ləyaqəti, Mina şəhidlərinin hüquqları ilə bağlı irəli sürülən haqlı tələbələr əsasında müzakirələr aparıldı. Nəzərdə tutulan tələblərin və gözləntilərin təmin olunacağı ilə bağlı əminlik hasil olduqdan sonra Milli Təhlükəsizlik üzrə Ali Şura Həcc ziyarətinin təşkil edilməsinə razılıq verdi”.

Cənab Məhəmmədi əlavə etdi: “Ötən illərdəki həccin çatışmazlıqlarını müəyyən etmək üçün bütün imkanlar səfərbər edildi. Arzuolunan həcc mərasiminin həyata keçirilməsi üçün lazım olan hazırlıq işləri görüldü. Bu sahədə xidmətlərin səviyyəsi və imkanlar əvvəlki illərlə, eyni zamanda digər ölkələrlə müqayisədə daha yüksək göstəricilərə malikdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /