Ali Məqamlı Rəhbər informasiya bloku

Həzrət Hüseynə (ə) həsr edilmiş sonuncu matəm mərasimi keçirildi

Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri və minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Hüseyni Qummi İmam Səccadın (ə) işıqlı həyatının siyasi, ictimai, elmi və ibadi yönlərindən danışaraq dedi: “O həzrət çətin şəraitdə, yəzidi və əməvilər hökumətinin zülm və təzyiqlərinin hökmranlıq etdiyi bir dövrdə Əhli-beyt ardıcıllarını tarixin kəskin döngəsindən izzət və əzəmətlə keçirdi. İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə elmi hərəkatın geniş vüsət alması İmam Səccadın (ə) səy və fəaliyyətlərinin nəticəsidir”.

Habelə, mərasimdə Mürtəza Tahiri və Səid Xiyabani cənabları mərsiyələr oxudular.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /