Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dövlətin müdafiə qüdrəti qətiyyən müzakirə mövzusu ola bilməz

Bu gün (çərşənbə günü) səhər Ali Baş Komandan Həzrət Ayətullah Xameninin iştirakı ilə İmam Əli (ə) adına Hərbi Akademiyada hərbi akademiyaların müdavimlərinin birgə məzun, andiçmə və epolet təqdimatı mərasimi keçirildi.

İslam İnqilabının Rəhbəri meydana daxil olduqdan sonra şəhidlərin xatirəsinin yad edildiyi məkanı ziyarət etdi, ruhlarına mübarək “Fatihə” surəsini oxuyaraq mücahid şəhidlərin xatirəsini əziz tutdu.

Ali Baş Komandan daha sonra meydanda düzülmüş hərbi birləşmələrə baxış keçirdi.

O, habelə meydanda olan məğrur əlillərlə salamlaşıb hal-əhval tutdu.

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei mərasim çıxışı zamanı bildirdi ki, Silahlı Qüvvələrin ən mühüm vəzifə və məsuliyyəti ölkənin təhlükəsizliyini təmin etməkdir. O vurğuladı ki, müxtəlif sahələrdə, o cümlədən elm, sənaye və iqtisadiyyat sahəsində inkişaf təhlükəszlik və əmin-amanlığın olması ilə şərtlənir: “Təhlükəsizlik bütün güc və inkişaf komponentlərinin yüksəlişi üçün bazadır. Çünki güvənli olmayan mühitdə böyük və parlaq ideyalar unudulub gedir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hazırki şəraitdə ölkənin ən mühüm problemi iqtisadiyyat və xalqın məişətidir: “Ölkə iqtisaidyyatının binası da güvənli bir özül olmalıdır”.

O bildirdi ki, ölkə iqtisadiyyatı neft gəlirlərindən asılı olduğu üçün güvənli deyil: “İqtisadiyyatın neftdən asılı olması İnqilabdan əvvəlki dövrün yadigarı olan tarixi bir problemdir. Bu məsələ bizim ayrı-ayrı dövrlərdə neft satışı və ondan əldə edilən gəlirlər mövzusunda narahatlıq hissi keçirməyimizə səbəb olmuşdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, nə vaxta qədər ki, ölkə iqtisadiyyatı neftdən təcrid olunmayıb, düzgün və güvənli bünövrə yaranmayacaq: “İqtisadiyyatın bu mövzusunun bu hərbi mühitdə bəyan edilməsi təhlükəsizliyin bütün sahələrdəki əhəmiyyətini göstərmək üçündür”.

Həzrət Ayətullah Xamenei hər kəsə, xüsusilə gənclərə ölkədə İslam Respublikasının bərəkəti sayəsində əldə edilmiş təhlükəsizlik, izzət, əmin-amanlıq və başıucalığın qədrini bilməyi tövsiyə etdi: “Bir vaxtlar əziz İran özünün parlaq və tarixi keçmişinin, sonsuz potensiallarının olmasına baxmayaraq, asılı, zəif və alçaq rəbərlərin əli ilə ABŞ, sionist və ingilis müşavirlərinin ayaqları altında təhqir edilirdi. Amma İslam bu ölkəni xilas etdi, İslam Respublikasını İranı izzətli və qüdrətli etdi”.

O qeyd etdi ki, imperialist güclər İranın regional qüdrətindən narahat və qəzəblidirlər: “İslam dövlətinin düşmənləri ölkənin milli iqtidar komponentlərini özlərinə maneə hesab edir və onlara qarşı mübarizə aparırlar. Bu səbəbdən də İslam Respublikasının regoinda və regiondan kənar, habelə xalqlar arasındakı iqtidarının artmasına qarşıdırlar. Çünki bu iqtidar İslam dövlətinin strateji dərinliyidir”.

İslam İnqilabının Rəhbəri imperialist qüvvələrin ölkənin müdafiə imkanına qarşı olmasını da bu kontekstdən qiymətləndirərək vurğuladı: “Bu müxalifətlərə qarşı mübarizə yolu onların istəklərinə qarşı çıxıb milli iqtidar komponentərinə əsaslanıb müqavimət göstərməkdir”.

Həzrət Ayətullah Xamenei bu məsələyə belə aydınlıq gətirdi: “Daha öncə dəfələrlə elan etdiyimiz kimi, yenə də elan edirik, ölkənin müdafiə imkanları və gücü müzakirə və mübahisə mövzusu ola bilməz. Ölkənin müdafiə vasitələri, milli gücü təmin edən və ya dəstəkləyən hər nə varsa, bu barədə düşmənlə heç bir müzakirə və danışığımız ola bilməz. Güc və iqtidar yolunu qüdrətlə davam etdirəcəyik”.

İslam İnqilabının Rəhbəri gənclərə səslənərək dedi: “Bu ölkə sizə məxsusdur. Dünənin gəncləri öz vəzifələrinə əməl etdikləri kimi, siz də İslam sayəsində və İslam İnqilabının ideyaları çərçivəsində ölkəni izzətin ən yüksək nöqtəsinə çatdırın”.

İmam Əli (ə) adına Hərbi Akademiyanın komandirləri və müəllimlərinə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei bu universiteti ordunun feyziyyəsi adlandırdı və ordu şəhidlərinin, xüsusilə İmam Əli (ə) adına Hərbi Akademiyanın şəhidlərinin xatirəsini əziz tutdu.

Mərasimdə çıxış edən ordunun baş komandanı general Musəvi İslam İnqilabının Ali Məqamlı Rəhbərinə xoş gəldin etdikdən sonra dedi: “Əhd edirik ki, hegemon rejimin sütunları dağılmayana və sionizm rejiminin ömrü tezliklə sona çatmayana qədər, ordu əlini Keşikçilər Korpusunun əlindən çəkmiyəcək”.

İmam Əli (ə) Akademiyasının komandiri Əmir Fuladi də bu akademiyanın elmi, mədəni, təhsil və döyüş bacarığının yaxşılaşdırılması proqramları və fəaliyyətləri haqqında məlumat verdi.

Mərasimdə Hərbi Akademiyanın nümunəvi komandir, müəllim və ruhanilərindən bir neçəsinə, habelə ordu şəhidlərindən olan şəhid Rüstəminin həyat yoldaşına hədiyyələr verildi, məzun və müdavimlərin nümayəndələri Ali Baş Komandan tərəfindən dərəcə və epoletlə təltif edildi.

Marş oxuyub döyüş bacarıqlarını nümayiş etdirmək İmam Əli (ə) adına Hərbi Akademiyanın məzun tədbirinin başqa bir hissəsi oldu.

Mərasimin sonunda meydanda düzülmüş birləşmələr özünəinam proqramları nümayiş etdirərək Ali Baş Komandanın önündən təntənəli keçid etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /