Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikasında sünni və şiə ən çətin anlarda bir yerdədir

İslam İnqilabı Rəhbərinin Sistan və Bəluçistan əyalətinin şəhidlərinə həsr edilmiş konqresin təşkilatçıları ilə baş tutmuş 16 bəhmən 1396-cı il (5 fevral 2018) tarixli görüşündə verdiyi bəyanat bu gün səhər Zahidanda - konfransın keçirildiyi məkanda yayımlandı.

Bu görüşdə Sistan və Bəluçistan əhalisinə dərin sevgisi olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei Bəluç əhalisinin səmimi, səfalı və istedadlı, Sistan əhalisinin bütün İran xalqları arasında misilsiz və parlaq tarixi keçmişə malik olduğunu bildirdi: “Bu zəngin istedadlarına baxmayaraq, qacarlar və pəhləvilər dövründə Sistan və Bəluçistan əhalisinə etinasızlıq göstərilirdi. Bu da xalqın istedadlarının üzə çıxmamasına səbəb olurdu”.

İnqilabdan sonrakı illərdə bu regionda həyata keçirilmiş xidmətlərin xalq və dövlət arasındakı ikitrəfli məhəbbətin göstəricisi olduğunu qeyd edən İnqilabın Rəhbəri bu görüşdə əyalət rəhbərinin qeyd etdiyi ehtiyaclara toxunaraq dedi: “Əyalət əhalisinin su şirinləşdirici vasitələr, dəmiryolu xətti və bu kimi ehtiyaclarını yüksək dövlət qurumlarının vasitəsilə həll edin. Özəl sektorlar vasitəsilə Milli İnkişaf Fondunun resurslarından istifadə etmək də mümkündür”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Kürdüstan və Gülüstan əyalətləri kimi, Sistan və Bəlucistan əyaləti də dünyada şiə və sünnilərin islami vəhdət, qardaşlıq və əməkdaşlıq içində yaşaması üçün bir meyardır. O hebalə vurğuladı ki, düşmənin hiyləsi qarşısında ayıq olmaq lazımdır: “Yeniyetmə bir sünninin Müqəddəs Müdafiə uğrunda şəhid olması və ya İslam İnqilabını müdafiə etdiyi üçün mövləvi bir süninin inqilab əleyhdarı tərəfindən şəhid edilməsi İslam Respublikasında şiə və sünninin ən çətin meydanlarda bir-birinin yanında yer aldığını göstərir. Mədəniyyət və incəsənət fəaliyyətləri ilə bu həqiqətləri və gerçək vəhdəti nümayiş etdirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənlərin bütün hərbi və mədəni planlarına və sanksiyalarına rəğmən, İslam Respublikasının modern cahiliyyətə qarşı müqaviməti xalqın imanının gücü və fədakarlığının bəhrəsidir: “İman və müqavimətin çox mühüm silsiləsindəki sarsılmaz imanın kamil nümunəsi şəhidlər və fədakarlardır. Buna görə də İslam dövlətində şəhidlərə təzim edilməsi və ehtiram göstərilməsinə ehtiyac var”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /