Ali Məqamlı Rəhbərin informasiya bloku

Novruz bayramına dair hökmlər

 
Novruz bayramı
Sual: Siz möhtərəmin Novruz bayramı haqqında nəzəri nədir? Müsəlmanların ciddi yanaşdıqları Qurban və Fitr bayramları kimi bu bayram da şəri baxımdan isbatını tapmışdırmı, yoxsa cümə günü və digər münasibətlər kimi mübarək bir gün hesab olunur?
Cavab: Novruz bayramının dini bayram və ya şəri mübarək günlərdən olmasına dair mötəbər sənəd (ayə, hədis, sünnə) olmasa da, həmin gün bayram etməyin, bir yerə toplaşmağın heç bir eybi yoxdur, əksinə həmin günlərdə qohumlarla əlaqə yaradıldığına görə təqdirəlayiqdir.

 

“Yeddi sin”(1) süfrəsi
Sual: Novruz bayramında “Yeddi sin” süfrəsindən istifadə etməyin hökmü nədir?
Cavab: Öz-özlüyündə işkalsızdır.

 

Novruz bayramının müstəhəb qüslü
Sual: Novruz bayramı günündə oruc tutmaq və qüsül almaq müstəhəbdirmi?
Cavab: Bəli, Novruz bayramı günündə oruc tutmaq və qüsül almaq müstəhəbdir.

 

Musiqi və dəf
Sual: Novruz bayramı kimi bəzi günlərdə müsiqi alətlərindən istifadənin hökmü nədir?
Cavab: Necə istifadə edilməsinə bağlıdır. Əgər özünəməxsusluğu ilə insanı Allah, mənəviyyat və əxlaqi dəyərlərdən uzaqlaşdırıb, tam azadlıq, bihudəlik və günaha sövq edərsə, haramdır.

 

Sileyi-rəhm (qohumlarla əlaqə bağlarını möhkəmlətmək, bərpa etmək)
Sual: Ailəmizdə anamın ana babamla münaqişəsi olub. Anam bu münaqişə ucbatından mənə və üç qardaşıma tapşırıb ki, Novruz bayramında nənəmizin evinə getməyək. Bu halda təklifimiz nədir?
Cavab: Əgər sizin getməyinizlə ananız narahat olacaqsa, ananızdan xəbərsiz halda bu işi görün.

 

Naməhrəmə əl vermək
Sual: Görüş və qonaqlıq zamanı qohumlardan olan qadınlara heç bir qəsd və niyyət olmadan əl vermək günahdırmı? Bəzən əl verməməyim onlar tərəfindən hörmətsizlik sayılır ki, bu da dərin ədavətə gətirib çıxarır. Bu halda əl vermək günah sayılırmı?
Cavab: Ümumiyyətlə, naməhrəmə əl vermək caiz deyil. Əgər dini və şəri hökmləri gözləmək xatirinə naməhrəmlə görüşməkdən imtina etdiyinizi ifadə edə bilsəniz, bu imtina heç kəsə təhqir deyil, hörmətsizlik də sayılmır.

 

Qohumlardan olan naməhrəm qadınlara get-gəl etmək
Sual: Dayım arvadı hicabsızdır və ona baxmaq məndə təsir qoymur. Bu halda Novruz bayramında bayramlaşmaq üçün ailəmlə qısa müddətliyə onlara gedə bilərəmmi?
Cavab: Bütün hallarda görüş və baxışda şəri qaydalara riayət etmək lazımdır. Əgər çəkindirdiyiniz halda buna məhəl qoymayan qadınlardandırsa, ehtiyat-vacibə əsasən, qəsdən ona baxmaqdan çəkinin.
Nəzərə alın ki, sileyi-rəhmdən ötrü telefon və bu kimi vasitələrlə də hal-əhval tuta və bayram təbriki edə bilərsiniz.

 

Naməhrəmə baxmaq
Sual: Əgər yoldan keçərkən idarə və bazar kimi ümumi toplumda hicaba tam riayət etməyən qadınları görürüksə, bu halda günaha düşürükmü?
Cavab: Qeyd edilən fərzə əsasən, gördüyünüz qadınlar, adətən, özlərini örtməyən və bundan çəkindirildikdə də qəbul etməyən, məhəl qoymayan qadınlardandırsa, günaha düşmək qorxusu olmadığı təqdirdə belə yerlərdən keçməyin işkalı yoxdur, baxmarayaq ki, gözünüzün onlara sataşacığını bilirsiniz.
 

1. İran adətlərinə görə bayram süfrəsində “s” hərfi ilə başlayan yeddi nemət olmalıdır; sünbül, sarımsaq, səməni və s.
700 /