Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmən hücumlarının artmasının səbəbi İranın gücünün artmasıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələrin yüksək rütbəli komandirlərindən bir qrupu ilə bu gün (bazar günü) günorta keçirdiyi görüşdə onları bayramlar və xüsusilə Rəcəb ayı münasibəti ilə təbrik edərək dedi: “Rəcəb, Şaban və Ramazan ayları mübarək günlərə malik olduqları üçün Allahın saleh bəndələrinin bayramlarıdırlar. Buna görə də adıçəkilən bərəkətli aylardan daha çox mənəvi faydalar əldə etmək lazımdır”.

Lazım olan vaxtda iqtidar, təhlükəsizlik, izzət və yetərli imkanın olmasının Silahlı Qüvvələrin əsas məqsədlərindən olduğunu deyən İslam İnqilabının Rəhbəri Silahlı Qüvvələrin tərkibində kadr və əvəzləyicilərin yetişdirilməsinin zəruri olduğunu vurğuladı: “Silahlı Qüvvələr tərəfindən həyata keçirilmiş fəaliyyətlərin və atılan addımların nəticəsi təyin edilmiş məqsədlərin təmin edilməsinə istiqamətləndirilməlidir”.

O, indiki dövrün İran İslam Respublikasının izzət dövrü olduğunu dedi: ”Hal-hazırda İslam dövlətinə qarşı yönəlmiş analoqsuz hücumların səbəbi bu dövlətin artmaqda olan qüdrətidir. Çünki düşmənlər bu artmaqda olan qüdrətin təhlükə olduğunu hiss edərək hücumlarını artırıblar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün məkrli planlara baxmayaraq, habelə düşmənlərin acığına İslam dövlətinin qüdrəti gündən günə artacaqdır”.

Ali Baş Komandandan əvvəl çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqiri Silahlı Qüvvələrin keçən ilki fəaliyyətləri və nailiyyətləri haqqında məlumat verdi: “Yeni ildə məqsədlərə nail olmaq üçün mücahid səylərini və fəaliyyətlərini artırmağa söz vermişik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /