Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnformasiya Nazirliyi inqilabçı qalmalı, inqilabçı davranmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İnformasiya naziri, nazirliyin rəyasət heyəti və işçilərindən ibarət bir qrupla görüşdə nazirliyin bütün işçilərinin İnqilabın yetirmələri, İmam və İnqilabın övladları olduğunu dedi. İnformasiya Nazirliyinin yüz faiz inqilabçı qalıb inqilabçı davranmasının zəruri olduğunu deyən Ali Məqamlı Rəhbər düşmənlərin İslam dövlətinə qarşı böyük bir cəbhədə apardığı informasiya müharibəsinin müxtəlif cəhətlərindən danışaraq dedi: “Bu müharibənin ən mühüm və əsas istiqamətlərindən biri rəhbərliyin hesablama sisteminə nüfuz və təsir göstərmək, xalqın inanclarında dəyişiklik yaratmaqdır. Buna görə də sözügedən müharibədə müdafiə və təsir məkanlarını bağlamaqla yanaşı, hücuma da keçmək, istənilən növ qəflət və sadəlövhlükdən qorunmaq lazımdır”.

Çıxışının əvvəlində Şaban ayının gəlişinə işarə edən İslam İnqilabının Rəhbəri bu ayın da Rəcəb və Ramazan ayları kimi Allahla daha çox rabitə, Quranla ünsiyyət, daha böyük məzmunları ehtiva edən maarifləndirici dualardan istifadə üçün əlverişli şəraitə malik olduğunu dedi. İnformasiya Nazirliyinin İslam İnqilabının qələbəsindən sonra formalaşdığını bildirən İnqilabın Rəhbəri əlavə etdi: “İnformasiya təşkilatları əvvəldən sağlam və xalis təşkil edildi. Bu günə qədər də eyni şəkildə davam edib sınaqlardan yaxşı keçib”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İnformasiya Nazirliyinin işçiləri İnqilabın yetirmələri, İmam və İnqilabın övladlarıdır: “Bu əsasla İnformasiya Nazirliyi və onun bütün işçiləri daim tam inqilabçı qalmalı və inqilabçı davranmalıdırlar”.

O, İnformasiya Nazirliyinin dövlət siyasətlərinə tabe olduğunu dedi: “Dünyanın hər yerində informasiya qurumları ölkənin hakim sisteminin siyasətlərinə tabedir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Respublikasının siyasətlərinin hüdudlarını İmam (r.ə) müəyyən etmiş və bu çərçivə onun vəsiyyətnaməsi və göstərişləri əsasında formalaşmışdır: “Bu çərçivədə rəhbərlik də dövlətin özü yox, bir hissəsidir”.

O qeyd etdi ki, İnformasiya Nazirliyində istənilən cinahbazlıq günahdır: “İnformasiya Nazirliyinin bir cinahı var, o da İnqilab cinahıdır”.

İslam İnqilabının Rəhbəri İnformasiya Nazirliyinin bütün işçilərindən İmamın (r.ə) vəsiyyətnaməsi və göstərişlərini diqqətlə oxumasını istədi: “Nazirliyin bütün şöbələri və idarələri İnqilabın əsasları və prinsipləri ilə tam tanış olmalı və bu çərçivədə inqilabçı davranmalıdır”.

O, çıxışının davamında qarşı cəbhənin İslam Respulikasına qarşı iri miqyaslı və mürəkkəb müharibə apardığını qeyd etdi: “Biz, bir tərəfdə İslam Respublikasının, digər tərəfdə də düşmənlərin böyük və güclü cəbhəsinin yer aldığı böyük bir müharibə meydanının ortasındayıq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, qarşı tərəfin casus şəbəkələri bu qarşıdurmanın əsas xəttidir: “Qarşı cəbhənin informasiya qurumları, bütün imkanlarına baxmayaraq, elə də böyük bir iş görə bilməmişlər”.

İslam İnqilabının Rəhbəri bildirdi: “Əlbəttə, bu müharibədə diqqətsizliyə yol versək, məğlub olacağıq, sadəlövhlük etsək, zərbə alacağıq”.

Həzrət Ayətullah Xamenei sonra bu mürəkkəb informasiya müharibəsinin ayrı-ayrı yönlərinə işarə edərək dedi: “Bu müharibədə gündəliyə nüfuz və informasiya oğurluğu, qərar qəbul edən şəxslərin hesabatlarının saxtalaşdırılması və xalqın inanclarının dəyişdirilməsindən tutmuş iqtisadi və maliyyə hərc-mərcliyi və təhlükəsizliyin pozulmasına qədər, müxəlif üsul və metodlar daxildir”.

O, valyuta bazarı ilə bağlı son məsələlərə toxunaraq dedi: “Bu məsələlərə daha diqqətlə nəzər saldıqda özgə ayağının və onların informasiya qurumlarının izi görünür”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu müharibədə və qarşı cəbhənin proqramları qarşısında dayanmaq lazımdır. Düşmənə qalib gəlmək üçün müdafiə ilə yanaşı hücum proqramına da malik olmaq lazımdır; oyun məkanı da bizim informasiya qurumu tərəfindən təyin edilməlidir”.

Həzrət Ayəullah Xamenei qeyd etdi ki, gələcək hadisələrin proqnozu, informasiyanın dəqiq tədqiqi və təhlilinə əsaslanan uzunmüddətli proqramın işlənib hazırlanması ölkənin informasiya təşkilatının qarşı cəbhənin proqram fəaliyyətinə qarşı mübarizə vasitələrindən biridir.

O bildirdi ki, qarşı cəbəhənin hücumuna qarşı mübarizə vasitələrindən biri də nüfuz məsələsinin ciddiyə alınmasıdır: “İslam Respublikasında ölkənin və xalqın əmanətdarı olmaq istəyən şəxsin buna səlahiyyəti olmalıdır. Buna görə də fərdlərin səlahiyyəti ilə bağlı ən kiçik tərəddüd işıqlandırılmalı və qurumlar İnformasiya Nazirliyinin rəyi əsasında işləməlidirlər”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində ölkənin informasiya qurumlarına əməkdaşlıq etməyi, qarşılqlı mübadilə və peşəkar rəqabəti tövsiyə etdi.

O, habelə korrupsiyaya qarşı mübarizə mövzusuna toxunaraq dedi: “Korrupsiyaya qarşı mübarizə mövzusu çox ciddiyə alınmalı və onun əsas arterial damarlarına qarşı mübarizə aparmaq lazımdır. Çünki korrupsiya fərdlərin və cəmiyyətin ruhi və mənəvi məğlubiyyəti və iflasına səbəb olur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, korrupsiya əksər hallarda ifrat şöhrətpərəstlik, lüks və arikstokratik həyat tərzinə meyillik ruhiyyəsindən qaynaqlanır: “Dahi İmamın dəfərlərlə rəhbər işçilərdən tələbə görkəmi və sadə həyat tərzinə malik olmalarını istəməsinin səbəbi bu olmuşdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövlətinin rəhbər işçiləri başqa ölkələrin rəhbər işçilərinin müxtəlif cür imkanlara malik olduqlarını əsas gətirərək İslam dövlətində də bu cür halların doğru olması qənaətinə gələ bilməzlər”.

O vurğuladı: “İslam Respublikasında biz İslam peyğəmbəri (s) və Əmirül-möminin (ə) hökumətini örnək götürmüşük. Buna görə də aristokrat və şöhrətpərəstlik ruhiyyəsi ilə mübarizə aparılmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda İnformasiya Nazirliyinin işçilərinə səslənərək dedi: “Mənim salamımı nazirliyin ölkə üzrə bütün işçilərinə, ailələrinizə çatdırın və bilin ki, iş və fəaliyyətlərinizin savabının böyük bir hissəsi həyat yoldaşlarınıza aiddir. Çünki bu iş və fəaliyyətlər onların zəhmətə qatlaşması və əməkdaşlıqlarının nəticəsidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İnformasiya naziri Höccətül-İslam vəl-müslimin Ələvi nazirliyin fəaliyyətləri və strategiyaları haqqında məlumat verərək dedi: “Bütün adsız əsgərlərin son damla qanına qədər yırtıcı Amerika, cinayətkar sionizm və uşaq qatili Ali Səudun rəhbərlik etdiyi beynəlxalq imperializm və hegemoniya sisteminin dəstəkçilərinə qarşı mübarizə aparmağa və İslam İnqilabının ideyalarını müdafiə eməyə hazır olduqlarını elan edirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /