Ali Məqamlı Rəhbərin informasiya bloku

Şəri vəzifə yaşına yenicə çatan qızların orucu

Sual. Əgər şəri vəzifə yaşına yeni çatan qızlara oruc tutmaq bir qədər çətindirsə, onların hökmü nədir? Qızların şəri baxımdan həddi-büluğ yaşı qəməri ili ilə doqquz yaşın tamamlanmasıdırmı?
Cavab: Məşhur nəzərə görə, qızların şəri baxımdan həddi-büluğu qəməri ili ilə doqquz yaşın tamamlanmasıdır. Bu yaşda oruc tutmaq onlara vacib olur və bir sıra üzrlərə görə orucu tərk etmələrinə icazə verilmir. Amma əgər oruc tutmağın onlara zərəri, yaxud böyük əziyyəti olarsa, iftar etmələrinə icazə verilir.
 
700 /