Ali Məqamlı Rəhbərin informasiya bloku

Oruc nəticəsində südəmər uşaq üçün zərər qorxusu

Sual. Mən Mütəal Allahın lütfü sayəsində övlad sahibi olmuşam və hal-hazırda o, südəmər körpədir. İnşaallah, tezliklə mübarək Ramazan ayı daxil olacaqdır. Mən oruc tuta bilərəm, amma əgər oruc tutsam, südüm quruyacaqdır. Bədənimin zəif olduğunu və körpəmin də hər on dəqiqədən bir süd istədiyini nəzərə alaraq, mənim vəzifəm nədir?

Cavab: Əgər oruc tutmaq nəticəsində südünüz azalsa və ya qurusa və bunun körpənizə zərəri olacağından qorxsanız, orucunuzu iftar edin. Amma hər gün üçün bir müdd təam fəqirə verməlisiniz. Sonradan orucun qəzasını da tutmalısınız.

 

700 /