Ali Məqamlı Rəhbərin informasiya bloku

Oruc tutmuş şəxsi orucu batil etməyə vadar etmək

Sual. Əgər oruc tutmuş şəxsin ağzına zorla bir şey qoysalar və ya onun başını zorla suya salsalar, orucu batil olurmu? Əgər oruc tutmuş şəxsi orucunu batil etməyə vadar etsələr – məsələn, ona desələr ki, əgər orucunu iftar etməsən, özünə və ya malına ziyan yetirəcəyik, o da ziyanı dəf etməkdən ötrü yemək yesə – orucu düzgündürmü?
Cavab: Əgər oruc tutmuş şəxsin boğazından qeyri-ixtiyari olaraq bir şey keçsə və ya başı zorla suya salınsa, orucu batil olmur. Amma əgər başqası tərəfindən məcbur edildiyinə görə onun özü orucu batil edən bir işi yerinə yetirsə, orucu batil olur.
 
700 /