Ali Məqamlı Rəhbərin informasiya bloku

Vətən xüsusunda qadının tabe olması

Sual. Qadın vətən seçməkdə və iqamətdə (müəyyən yerdə daimi və ya müvəqqəti qalmaqda) öz ərinə tabеdirmi?
Cavab: Sırf ər-arvadlıq məcburi tabeçiliyə səbəb olmaz. Qadın, özünə vətən seçmək və iqamət mövzusunda, ərinə tabe deyildir. Əlbəttə, əgər qadın özünə vətən seçmək və iqamət mövzusunda ərinə tabe olmaq istəsə, ərinin qərarı onun üçün də kifayət edir və ərinin daimi yaşayış üçün seçdiyi şəhər, onun da vətəni hesab olunur. Yaxud əri onunla müştərək olan vətənlərini tərk etsə, qadın da vətənini tərk etmiş hökmündədir. Həmçinin əgər qadın ərinin səfər edəcəyi yеrdə on gün qalma niyyətində olduğunu bilsə və bu mövzuda ərinə tabe olmaq istəsə, həmin niyyət o qadın üçün də kifayət еdir. Hətta əgər o qadın məcburiyyət qarşısında əri ilə orada qalmağı qəbul еtsə də, hökm eynidir.
 
700 /