Ali Məqamlı Rəhbərin informasiya bloku

Xeyriyyə köməklərinin yığılması məqsədilə hazırlanan biletlərin

Sual. Xeyriyyə işlərinə yardımların yığılması kütləvi aksiyası üçün çeklər tərtib edilir və satılır. Belə ki, bu çekləri alanlar arasında püşk atılır və yığılan yardımların bir qismi hədiyyə ünvanında püşkdə adı çıxanlara verilir, qalan vəsait isə ümumi xeyriyyə işlərinə sərf edilir. Belə çeklərin satılması caizdirmi?
Cavab: Bu işin “satmaq” adlandırılması düzgün deyildir. Bəli, belə çeklərin tərtib edilməsi və xeyriyyə işləri üçün yardımların yığılmasının işkalı yoxdur. Xeyriyyə işlərində iştirak etməkdə insanları təşviq etmək məqsədilə, püşkdə adı çıxanlara hədiyyələrin təqdim ediləcəyini vəd etmək caizdir. Bu şərtlə ki, camaat bu çekləri xeyriyyə işlərində iştirak etmək məqsədilə almış olsunlar.
 
700 /