Ali Məqamlı Rəhbərin informasiya bloku

Borc şərti ilə icarə

Sual. Hal-hazırda belə bir qayda yaranıb ki, evi icarəyə verərkən öncədən müəyyən bir məbləğ pul alırlar. Şəri baxımdan bunun hökmü nədir?
Cavab: Əgər evin sahibi öz evini müəyyən müddətə və müəyyən məbləğə bu şərtlə icarəyə versə ki, icarəyə götürən şəxs müəyyən bir məbləği borc ünvanında ona versin, bunun işkalı yoxdur. Baxmayaraq ki, evin sahibi bu məbləğə görə evin icarəsini öz qiymətindən aşağı edir. Amma əgər evin sahibi evi icarəyə götürən şəxsdən bu şərtlə borc alsa ki, öz evini pulsuz, yaxud icarə qiymətinə və ya aşağı, yaxud yuxarı qiymətə ona verəcəkdir – belə ki, onlar arasında ilk növbədə borc vermək və borc almaq baş tutarsa və evi icarəyə götürən şəxsə evi icarə vermək və ya evi onun ixtiyarında qoymaq borcun şərti ünvanında olarsa – bütün bu hallar haramdır və etibarsızdır.
 
700 /