Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın həcc mesajlarını İslam dünyasına çatdırın

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günorta Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Allah-taala “müsəlmanların qarşılıqlı əlaqə və münasibətlərinin zəruriliyi” və “İslam ümmətinin qüdrətinin nümayiş etdirilməsi” kimi mühüm siyasi aspekt və mesajlara malik olan Həcc əməlini yerinə yetirmək üçün müsəlmanlara eyni zaman və məkanda toplaşmaq göstərişi vermişdir: “Həcc ziyarətinin çox mühüm əhəmiyyət daşıyan mənəvi yönləri ilə yanaşı, İslamın qeyd etdiyim həqiqət və hədəfləri də uca tutulmalı, onlarla bağlı proqram tərtib edilməli və tədbir görülməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam ümmətinin ayrı-ayrı fərdlərinin Həcc mərasimi zamanı əlaqələri, İslam İnqilabının mesajının ziyarətçilərə çatdırılması, onlar üçün şübhəli və müəmmalı qalan məsələlərə aydınlıq gətirilməsi, İran İslam Respublikası ilə digər İslam ölkələrinin münasibətlərini gücləndirmək üçün zəmin yaradılması, İslam firqələri ilə qardaşcasına yaşamaq Həcc mərasiminin yerinə yetirildiyi günlərdə İslam dünyasına lazım olan siyasi mesajlardandır: “Həcc mərasimi İslam Respublikasının reputasiyasını yaxşılaşdırmalıdır. Buna görə də Həccin siyasi aspektləri unudulmamalıdır. Belə ki, İbrahimi həcc, yəni İslam İnqilabından sonrakı həcclə, ondan əvvəlki həcc, habelə İslam inqilabı və İslamın əsaslarından heç bir əsər-əlamət olmayan İslam ölkələrinin həcci arasında fərq var”.

O, Səudiyyə hökumətinin “Kumeyl duası” mərasiminin keçirilməsinə maneə yaratdığına toxunaraq dedi: “Bu maneə və xəsarətləri səy, təlaş və təşəbüskarlıqla adlamaq lazıdmır”.

İslam İnqilabının Rəhbəri Həccin genişləndirilməsi bəhanəsi ilə əziz Peyğəmbər (s), Əmirül-mömininin (ə), İslamın ilk xəlifə və mücahidlərinə aid olan İslam abidələrinin uçurdulmasını şiddətlə tənqid edərək dedi: “Halbuki ayrı-ayrı ölkələr öz tarixi abidələrini diqqətlə qoruyur, hətta tarixi keçmişlərinin zəngin olduğunu göstərmək üçün abidələr yaradırlar. İndiyə qədər Məkkə və Mədinədə çoxlu sayda İslam abidəsi dağıdılmışdır”.

O bildirdi ki, İslam abidələrinin qalan hissələrinin uçurdulmasının qarşısını almaq üçün Həcc və Ziyarətlərin Təşkili İdarəsi və aidiyyatı qurumlar iş görməli, təşəbbüskarlıq göstərməli və digər İslam ölkələri ilə əlaqə yaratmalıdır.

İslam İnqilabının Rəhbəri Həcc mərasiminin təşkili üzrə cavabdeh şəxslərə həccin yerinə yetirildiyi günlərdə digər ölkələrdən gəlmiş ziyarətçilərlə əlaqə yaradılması istiqamətində yeni vasitələrdən istifadə etməyi, habelə əvvəlkindən daha sıx əlaqə yaratmağı və birlikdəliyi tövsiyə etdi. O, builki həcc mərasimi təşkilatçılarının hər tək-təkinə çəkdikləri zəhmətlərə görə təşəkkürünü bildirdi.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətül-İslam Qazi Əsgəri, Həcc və Ziyarətlər İdarəsinin müdiri cənab Məhəmmədi Həccin mədəni və icra sahələrində həyata keçirilmiş tədbir və fəaliyyətlər haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /