Ali Məqamlı Rəhbərin informasiya bloku

Əsr namazı əsnasında zöhr namazını qılmadığını anlayan şəxsin

Sual: Əsr namazı əsnasında zöhr namazını qılmadığını xatırlayan şəxs nə etməlidir?
Cavab: Zöhr namazını qıldığını güman edib əsr namazını qılmağa başlasa və namaz əsnasında zöhr namazını qılmadığı yadına düşsə, əgər zöhr və əsr namazlarının müştərək vaxtıdırsa, həmin şəxs dərhal niyyətini zöhr namazına çevirib namazı tamamlamalı, sonra əsr namazını qılmalıdır. Lakin əgər belə bir çaşqınlıq zöhr namazının xüsusi vaxtında* baş versə, vacib ehtiyata görə, niyyəti zöhr namazına çevirib namazı tamamlamalı, sonra hər iki namazı tərtiblə yerinə yetirməlidir. Məğrib və işa namazlarında da qayda belədir.

* Zöhr namazının xüsusi vaxtı zöhrün əvvəlindən etibarən zöhr namazının qılınması – qeyri-müsafirlərin dörd rəkət və müsafirlərin iki rəkəti qılmaları – üçün lazım olan vaxt ölçüsündədir.   
 
700 /