Ali Məqamlı Rəhbərin informasiya bloku

Лидером Исламской революции:

Əhvaz faciəsini törədənlərə möhkəm bir qulaqburması verəcəyik

Cakartada (İndoneziya) keçirilən Asiya oyunları-2018 yarışında medal qazanaraq ölkəmizin adını qaldırmış idmançılardan bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb söhbət etdi.

Həzrət Ayətullah Xamenei bu görüşdə idmançılara ünvanladığı müəyyən nüansları qeyd etməzdən əvvəl İran xalqının Həzrət Seyyidüşşühədaya həsr edilmiş mərasimlərdəki izdihamlı iştirakının əvəvlki illərlə müqayisədə çox əzəmətli və məzmunlu olduğunu dedi. Daha sonra o, iki gün bundan əvvəl Əhvazda baş vermiş terror hadisəsindən söz açdı: “Bu acı faciə bir daha göstərdi ki, qürurverici inkişaf və yüksəliş yolunda İran xalqının çox düşmənləri var”.

O bildirdi ki, dinc insanlara hücum çəkmək qorxaq insanların işidir: “Cəsarətli iş elm, müdafiə və idman arenalarında ölkənin fəxr ediləcək abırlı gənclərinə məxsusdur”.

O əlavə etdi: “Əldə edilən məlumatlara görə bu qorxaqcasına hərəkət Suriya və İraqda çətinə düşdükdə amerikalıların xilas etdiyi, əlləri Səudiyyə və BƏƏ-nin cibində olan insanların işidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu hadisəni törədənlərə mütləq, möhkəm bir qulaqburması verəcəyik”.

Həzrət Ayətullah Xamenei çıxışının növbəti hissəsində medalçıların imza atdıqları böyük işin qiymətli olduğunu vurğulayaraq onlara bir neçə tövsiyə verdi.

O idmançılara səslənərək dedi: “Əsl medal sizsiniz. Çünki ölkə üçün ən yüksək dəyər və həmin dəyərin inkişaf şərti məhsuldar, mömin, ciddi, ayıq və çalışqan işçi qüvvəsinin olmasıdır”.

İnqilabın Rəhbəri İranın beynəlxalq yarışlarda medal qazanmış oğlan və qəzlarının uğurlarının azad xalqların sevinci, imperialist cəphənin isə qəzəbinə səbəb olduğunu dedi: “İmperialistlər İran xalqının hər bir sahədəki qələbəsindən qəzəblənir. Buna görə də sizin qələbə xalqın qələbəsi, habelə İranın düşmənlərinin böyük cəbhəsinin məğlubiyyətidir. Buna görə də sizinlə, həqiqətən, fəxr edirəm. Mənim sizə təşəkkürüm sözün əsl mənasında qəlbdən gəlir”.

O bildirdi ki, düşmənlər İran xalqının ayrı-ayrı sahələrdə əldə etdiyi böyük uğurları gizlətmək üçün dayanmadan çalışırlar: “Əlbəttə, siz əziz idmançıların dünyanın yüz milyonlarla tamaşaçısının gözləri önündə qazandığı uğur inkaredilməzidr. Bu imtiyaz işinizin dəyərini ikiqat artırır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qələbə çaldıqdan sonra dua və Allah dərgahına səcdə kimi həmişəyaşar səhnələrin yaradılması, ölkəmizin qadın idmançılarının vüqarı və yarışlarda İslam hicabına riayət etməsi, medalların məğrur şəhidlərə hədiyyə edilməsi İranın qeyrətli idmançılarının iranlı, müsəlman və inqilabçı kimliyi və şəxsiyyətindən xəbər verir: “Bəzi ölkələrin satın aldığı qəhrəmanlar həmin xalqın kimliyini göstərməkdə acizdir. Lakin bizim bu cür qürurverici həqiqi qəhərmanlar İran xalqının kimliyini təmsil edir. Sizin əməyiniz heç bir maddiyyatla ölçülə və qiymətləndirilə bilməz”.

İslam İnqilabının Rəhbəri bu aspektdən ölkəmizin idmançılarının bəzi xarici mərkəzlər tərəfindən təhdid edilməsi mövzusuna toxunaraq dedi: “İmperialist normalar qarşısında əyilmək başıucalıq gətirməz. Buna görə də “əgər filan yarışı uduzmasanız və ya hər hansısa işi görməsəniz, filan federasiya sizdən narazı qalacaq” kimi təhdidlərlə qarşılaşdıqda, təhdidlər, yanlış və məcbur edilmiş qaydalar qarşısında təslim olmayın”.

O vurğuladı ki, idman meydanı qorxu və tərəddüd meydanı deyil, şücaət və inkişaf meydanıdır: “Dəyərləri və şərəfi ayaqlar altına atmaq olmaz və buna yol verilməməlidir. Əlbəttə, İran xalqının dəyərlərinə qarşı olanlar da bir iş görə bilməzlər. Belə ki, ötən il daha mühüm məqsəd üçün məğlubiyyəti qəbul etmiş əzizimiz Əlirza Kərimini və federasiyanı təhdid etdilər. Bütün bunlara baxmayaraq, bu məğrur gənc bu ilki yarışlarda iştirak edib qalib gəldi”.

Həzrət Ayətullah Xamenei sionist rejimin təmsilçiləri ilə yarışmaqdan imtina edilməsinin səbəbinə aydınlıq gətirərkən dedi: “İslam Respublikası İnqilabın əvvəllərində sionist rejimi və Cənubi Afrika Respublikasının irqçi rejimini rəsmi olaraq tanımadı. Əlbəttə, Cənubi Afrikanın Apartayd rejimi süquta uğradığı kimi qəsbkar, yalançı və irqçi sionist rejimi də süquta uğrayacaq”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İran İslam Respulikası idman yarışlarında qəsbkar rejimin təmsilçiləri il yarışmayacaq. Biz hesab edirik ki, keçən il bunun bir nümunəsini nümayiş etdirən Əlirza Kərimi həqiqi bir qəhrəmandır”.

O, xalqın qəhərman gənclərə xüsusi diqqət göstərdiyinə işarə edərək onlara belə bir tövsiyə verdi: “Qəhrəman olmaqla yanaşı, təvazökar, dindar, qabaqcıl inqilabçı və ailəcanlı olun ki, insanların gözündə düzlük, xilas və paklık nümunəsi olasınız”.

İslam İnqilabının Rəhbəri İranın idman karvanının qürurverici nümayəndələri ilə görüşün çox şirin və bu günün yadda qalan bir gün olduğunu dedi: “Qəhrəmanın idman nailiyyəti bir zirvə kimi bütün xalqı idmana həvəsləndirməli və idmanı hamının gözündə şirin etməlidir”.

Səmimi və yüksək əhval ruhiyyə mühitində keçən bu görüşdə qəhrəman idmançılardan hər biri özünü təqdim edib qalibiyyətləri və uğurlarından danışdı.

İdman və Gənclər naziri, Milli Olimpiya Komitəsinin sədri və bəzi federasiyaların sədrlərinin iştirak etdiyi bu görüşdə Asiya oyunlarının medalçıları Zöhr və Əsr namazlarının İslam İnqilabının Rəhbərinin imamətliyi ilə qıldılar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /