Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran daha da güclənib inkişaf etmişdir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 13 aban Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində bu gün (şənbə) səhər minlərlə tələbə və şagirdlə görüşdü. Görüş zamanı çıxış edən Ali Rəhbər xalqın sözlə ifadə edilməsi mümkün olmayan misilsiz və heyrətamiz “Ərbəin yürüşü”ndəki məzmunlu və əzəmətli iştirakını yüksək qiymətləndirdi. 1343, 1357 və 1358-ci illərin 13 aban (1964, 1978 və 1979-cu il 4 noyabrın 4) hadisələrinin İran və Amerika arasında yaranmış dərin və davamlı bir mübarizənin əlamətlərindən olduğunu deyən Ali Rəhbər “Böyük Şeytan”ın son qırx il ərzində həyata keçirdiyi planlarının əsasını təşkil edən despot şahlıq rejimi dövründə İran üzərindəki ağalığını geri qaytarmaq məqsədinin iflasa uğradığını dedi: “ABŞ-ın tənəzzülü dünya mütəfəkkirlərinin yekdilliklə qəbul etdiyi bir həqiqətə çevrilmişdir. Halbuki bu mübarizənin digər tərəfi olan İran xalqını öz motivasiyalı, yüksək əhval-ruhiyyəli, zəhmətkeş və çalışqan gəncləri sayəsində daha parlaq bir gələcək gözləyir”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində izdihamlı Ərbəin yürüşündə iştirak edə bilmiş hər kəsi təbrik etdi: “Qərblilər bu fövqəladə hadisəni dərk və analiz etməkdə acizdirlər. Onlar bir neçə il əzəmətli Ərbəin hərəkatı qarşısında sükut planından istifadə etdilər. Lakin bu il düşməncəsinə, yanlış və axmaqcasına təhlillərlə ona bir qədər maliyyə sərf etmək məcburiyyətində qaldılar”.

O vurğuladı ki, Ərbəin yürüşünün ilham verən mənəviyyat dolu mənbəyi qərbliləri və onların medialarını çaş-baş salıb: “Qərbin informasiya vasitələri, o cümlədən İngiltərə radiosu bu əzəmətli mərasimin idarə edildiyini iddia etdi. Ancaq hansı dövlət 10-15 milyon insanı 80 km-lik bir məsafəni piyada getməyə məcbur edə bilər?”

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər bu qeyri-mümkün fərziyyəni qəbul etsək ki, belə bir əzəmətli hərəkatı formalaşdıran İran İslam Respublikası və İraq dövlətidir, onda bu bir möcüzədir. Qərblilər də bacarırlarsa, belə bir misilsiz hərəkat yaratsınlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Misilsiz Ərbəin hərəkatı yalnız uca şəhidlərin eşqi, imanı və qanının cuşa gəlməsi sayəsində baş verir. Başqa heç bir amil belə bir əzəməti yaratmaq iqtidarında deyil”.

Ərbəin hərəkatının ildən-ilə daha da əzəmətli və gözəl olacağını deyən İslam İnqilabının Rəhbəri İraq dövləti və xalqına, bu ölkənin alim və siyasətçilərinə sevgi dolu qonaqpərvərliklərinə görə təşəkkür etdi.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində bir növ Amerika ilə bağlı olan üç “on üç aban hadisəsi”nə toxunaraq dedi: “Birinci hadisə 1343-cü ildə İranda kapitulyasiya və ya Amerika vətəndaşlarının toxunulmazlığı layihəsinə etiraz edən İmam Xomeyninin (r.ə) sürgün edilməsi ilə bağlıdır. İkinci hadisə amerikanpərəst pəhləvi rejiminin 1357-ci ildə şagird və tələbələri qətlə yetirməsi ilə bağlıdır. Üçüncü hadisə 1358-ci ildə baş verdi. ABŞ-ın casus yuvası tələbələr tərəfindən ələ keçirildi. Bu, əslində, İran xalqının Amerikaya vurduğu bir sillə idi”.

O bildirdi ki, ABŞ-ın sillə yeməsi və təhqir olunması İslam İnqilabının xalqa bəxş etdiyi qüdrətin nəticəsi idi: “Bu üç hadisə İranla ABŞ-ın mübarizəsini göstərir. Bu mübarizə keçən qırx il ərzində davam etdi. Amerikalılar bu mübarizədə müxtəlif təhriklər və düşmənçiliklərdən isitfadə etdilər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Təbəsə hücum, Səddamın İranla müharibəyə təhrik edilməsi, Sərnişin təyyarəsinə raket hücumu, İranın neft platformalarına hücum bu qırx illik mübarizə dövründə ABŞ-ın hərbi müharibəsinin nümunələrindəndir: “ABŞ-ın bu qırx il ərzindəki təhriklərindən biri də iqtisadi müharibədən istifadədir. Hal-hazırda sanksiyaların İrana qarşı həyata keçirilən yeni tədbirlər olduğunu deyirlər. Bu, əslində, özlərini və Amerika xalqını dolamaqdır. Çünki sanksiya məsələsi İslam İnqilabı qələbəsinin ilk günündən mövcud olmuşdur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İrana qarşı bu müharibədə ABŞ-ın isitfadə etdiyi vasitələrdən biri də informasiya müharibəsi olmuşdur: “ABŞ-ın yalan informasiya yaymaq, fitnə salmaq, fəsad, günah yaymaq və insanları təhrik etməklə səciyyələnən media müharibəsi İslam İnqilabının ilk günündən başlamışdır. Təbii ki, bu gün virtual məkandan istifadə etməklə onun metodları daha da modernləşmişdir”.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “ABŞ-la İranın qırx illik müharibəsində bəzən gözlərdən yayınan mühüm bir həqiqət yatır. O da budur ki, bu mübarizənin qalib tərəfi İran İslam Respublikası, məğlub tərəfi ABŞ-dır”.

İslam İnqilabının Rəhbəri bu məsələnin arqumentinə aydınlıq gətirərək dedi: “ABŞ-ın son qırx il ərzindəki əsas məqsədi yenidən İranı öz əsarəti altına almaq olmuşdur. Ancaq bütün səy və planlarına baxmayaraq, bu məqsədə nail ola bilməmişdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu gün İran İslam Respublikası yeganə dövlətdir ki, qəbul etdiyi qərarlarında ABŞ-ın ən kiçik rolu belə, yoxdur. Bu, ABŞ-ın məğlubiyyəti deməkdir”.

İslam Respublikasının Rəhbəri qeyd etdi ki, ABŞ-ın Səddamı İrana qarşı səkkiz illik məcburi müharibəyə təhrik etməkdə əsas məqsədi İslam dövlətini məğlub və dünyada biabır etmək olmuşdur: “İran keçən iki yüz il ərzində baş verən müharibələrdə daim məğlub olmuşdu. Ancaq 8 illik müharibədə qarşı tərəfi məğlub etməyi bacardı və torpağının bir qarışının belə, düşmən əlinə keçməsinə imkan vermədi”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ-ın keçən qırx il boyunca iqtisadi müharibə aparmaq və sanksiya tətbiq etməkdə məqsədi ölkəni iflic edərək inkişafdan saxlamaq olmuşdur: “İqtisadi müharibədə də ABŞ-ın istədiyinin əksi baş verdi. Çünki özünü təmin və daxili istehsal istiqamətində hərəkət sürətlənmiş və bu gün ali təhsilli aktiv və iti zəkalı gənclərdən ibarət olan yüzlər aktiv qrup ölkədə mühüm iş və fəaliyyətlərlə məşğuldur”.

O, daha sonra ABŞ-ın dünyadakı mövqeyindən söz açaraq dedi: “Daha geniş bir baxış bucağından baxsaq, görərik ki, ABŞ-ın dünyadakı qüdrəti, iqtidarı və vüqarı tənəzzülə və süquta uğramaqdadır. ABŞ bu gün 40 il əvvəlki ABŞ-dan daha zəifdir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, dünyanın bir çox mötəbər siyasətçisi və sosioloqunun etiraflarına görə ABŞ-ın yumşaq gücü zəfiləməkdə və aradan getməkdədir: “ABŞ-ın yumşaq gücü, yəni öz fikrini digər dövlətlərə diktə və qəbul etdirmək gücü indi mümkün olan ən zəif həddədir. Xüsusilə, ABŞ-ın indiki prezidentinin hakimiyyət başına gəldiyi vaxtdan başlayaraq təkcə xalqlar yox, Avropa dövlətləri, Çin, Rusiya, Hindistan, Afrika və Latın Amerikası da ABŞ-ın qərarlarına açıq şəkildə qarşı çıxır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün ABŞ-ın təkcə mənəvi və yumşaq gücü tənəzzülə uğramır, onun indiki əcayib prezidentinin addımları Qərb mədəniyyətinin əsasını təşkil edən liberal demokratiyanı da biabır edir”.

O, bir neçə ilə bundan əvvəl “ABŞ-ın indiki vəziyyəti bəşəriyyətin tarixi inkişafının ən son nöqtəsidir” fikrini səsləndirmiş bir tədqiqatçının fikrini qeyd edərək dedi: “Həmin sosioloq indi öz sözünü geri götürüb və elə sözlər danışır ki, ABŞ və liberal demokratiyanın zəifliyini və tənəzzülünü göstərir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ-ın hərbi və iqtisadiyyat sahəsindəki sərt gücü də tənəzzülə uğramaqdadır: “Onların hərbi təchizatı var. Ancaq əsgərlərinin depressiyası, çaşqınlığı və tərəddüdü üzündən, digər ölkələrlə bağlı məqsədlərini həyata keçirmək üçün Bləkvoter kimi cinayətkar təşkilatlardan mədəd ummaq məcburiyyətində qalıblar”.

O, ABŞ-ın fantastik borcu və cari ildəki 800 milyardlıq büdcə kəsirinin ABŞ iqtisadiyyatının tənəzzül prosesinin göstəricilərindən olduğunu dedi: “Onlar bu həqiqətləri riyakarlıq və şüar verməklə ört-basdır edirlər. Lakin bu dəb-dəbənin altından iqtisadiyyatın tənəzzülü görünməkdədir”.

Həzrət Ayətullah Xamenei region dövlətlərinin diqqətini ABŞ-ın tənəzzül gerçəyinə yönəldərək dedi: “ABŞ-ın dəstəyi ilə Fələstin problemini tamamilə unutmağa hazır olanlar bilsinlər ki, ABŞ hətta öz regionunda da tənəzzülə uğramaqdadır. Ancaq bu regionun xalqları və onun həqiqətləri diri və ayaq üstədir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran gənclərinin istənilən fikir və davranış qarşısındakı müstəqillik ruhiyyəsinin davamlılığı ABŞ-ın məğlubiyyətinin başqa bir göstəricisidir: “Onlar informasiya və media imperiyalarının bütün səylərinə baxmayaraq, bu ölkənin gənclərinin imperialist yadlara qarşı nifrətini, müstəqillik ruhiyyəsini və müqavimətini qıra bilməmişlər. Belə ki, indiki gənc nəsil müqavimət ruhiyyəsi baxımından İnqilabın əvvəlki nəslindən irəli olmasa da, geri qalmır”.

Həzrət Ayətullah Xamenei İran gənclərinin müstəqillik ruhiyyəsənin digər ölkələrə sirayət etdiyinə toxunaraq dedi: “İraq, Suriya, Livan, Əfqanıstan, Pakistan və digər ölkələrin əhalisi və gəncləri hegemonluğu və təhqirlərinə görə ABŞ-a nifrət edirlər. Ancaq bu nifrətin səbəblərini dərk etməyi bacarmayan ABŞ rəsmiləri bizi günahkar hesab edirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Amerikalılar bizi təhdid edir və nota göndərirlər ki, əgər filan ölkənin gəncləri bizim qüvvələrə və ya tərəfdarlarımıza hücum etsələr, sizi müqəssir biləcəyik. Biz isə deyirik, siz səhv edərsiniz İranı müqəssir bilərsiniz. Özünüzün o ölkələrdə atdığının nifrət doğuran addımlara baxın”.

Həzrət Ayətullah Xamenei ABŞ-la sazişə meyilli olan adamlara ABŞ-ın tənəzzülünü xatırladaraq əlavə etdi: “Əbəs yerə əsasssız plan çəkməyin, ABŞ-ın tənəzzülü bir həqiqətdir”.

“Böyük Şeytan”ın tənəzzül səbəblərinin uzunmüddətli olduğunu deyən Həzrət Ayətullah Xamenei bunu onun tarix boyu bu ölkədəki hegemonluq fəaliyyətləri ilə izah etdi: “İlahi qanuna əsasən, ABŞ dünyanın güc səhnəsindən silinməyə məhkumdur”.

İslam İnqilabının Rəhbəri ABŞ-İran müharibəsinin iki tərəfindən biri kimi ABŞ-ın mövcud vəziyyətinin təsvirini verdikdən sonra dedi: “Heç bir mübaliğəyə yol vermədən bu mübarizənin digər tərəfində son qırx ilin daha böyük güc və inkişafının şahidi ola bilərik”.

O qeyd etdi ki, ayrı-ayrı fikir, elm və texnologiya sahələrində iti zəkalı, təşəbbüskar və əzmkar gənclərdən ibarət yüzlərlə aktiv qrupların təmsil olunması İslam Respublikasının siyasət və sənaye müstəqilliyi yolunda ciddi hərəkət etdiyinin bariz nümunəsidir: “Bu gənclər rəhbər, nazir və vəkil olmaq fikrində deyillər. Bu mübarək proses davam edəcək”.

İnqilabın Ali Rəhbəri şagird və tələbələr qarşısındakı çıxşını gənclərə ünvanlanmış bir neçə tövsiyə ilə davam etdirdi. Bu tövsiyələrdən birincisində qeyd edilir ki, ABŞ-la olan düşmənçilik unudulmamlıdır.

O, düşmənin hiyləsi və yalançı təbəssümü qarşısında ayıq olmağın zəruri olduğunu dedi: “Amerikalılar bəzən deyirlər ki, bizim İran xalqı ilə düşmənçiliyimiz yoxdur. Sanksiyalar xalqa qarşı deyil. Əslində, biz İran dövləti ilə mübarizə aparmaq məcburiyyətindəyik.

Bu, rüsvayçı bir yalandır. Çünki İran dövləti xalq olmadan heç nədir. Onlar xalqın varlığı və iradəsinə düşməndirlər”.

İnqilabın Rəhbəri İran xalqının ABŞ-a qarşı müqaviməti və düşmənçiliyinin nə vaxta qədər davam edəcəyi sualına cavab verərkən dedi: “ABŞ hegemonluğunu bir kənara qoyduğu vaxt onunla digər ölkələrlə olduğu kimi davranmaq olar. Ancaq bu zəif ehtimaldır. Çünki ağalıq, dominantlıq və avtoritarlıq etmək imperiyanın zatındadır”.

Həzrət Ayətullah Xameneinin gənclərə ünvanladığı ikinci tövsiyə müqavimət nəzəriyyəsinin təbliği və şərh edilməsi ilə bağlı oldu.

O bildirdi ki, qolu zorlu düşmənə qarşı müqavimət nəzəriyyəsi həm nəzəri, həm də praktiki müstəvilərdə doğru və əsaslı bir nəzəriyyədir: “Gənclər ayrı-ayrı mühitlərdə imperiyanın, yəni hegemoniyanın əsas məqsədini açıqlasınlar ki, müqavimət nəzəriyyəsinin zəruriliyi və düzgünlüyü yaxşı aydın olsun və dərk edilsin”.

İnqilabın Rəhbəri əlavə etdi: “Praktiki cəhətdən də biz müqavimətin İraq, Suriya, Livan, Şimali Afrika, subkontinent dövlətləri və digər regionların gənclərinin haqqı olduğunu hesab edirik. Bu cərəyanların gücləndirilməsi, müqavimət nəzəriyyəsinin gücləndirilməsidir”.

Həzrət Ayətullah Xameneinin İranın əziz gənclərinə ünvanladığı sonuncu tövsiyə ölkənin inkişafı məsələsində məsuliyyət hissinin olması ilə bağlı oldu.

O bildirdi ki, təkmilləşdirmək üçün mütəxəssis və ekspertlərin sərəncamına verilmiş İran İslam Respublikasının əlli illik inkişaf modeli düşünülmüş bir proqramdır: “Gənclər özlərini bu əlli illik geniş planın bir hissəsi hesab etsinlər və elmi, texnloji, iqtisadi, sosial və siyasi sahələrdə zamanın təlbləri əsasında rol oynamağa hazır olsunlar”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkə iqtisadiyyatını neft gəlirlərinin asılılığından xilas etmək onun özü və iqtisadçıları daim düşündürən məsələlərdəndir. O, fikir və əməl adamı olan mömin gəncləri bu sahədə həll yolu təqdim etməyə çağırdı.

Həzrət Ayətullah Xamenei İranın inkişaf modelinin Qərbin inkişaf modellərindən götürülmədiyinə işarə edərək dedi: “Biz müasir elm və texnologiyadan maksimum həddə isitfadə edirik. Lakin bilirik ki, Qərb modelləri zahiri dəbdəbəsinin əksinə olaraq daxildə problemlidir, ayrı-ayrı ölkələri çətinlik və bədbəxtliklə qarşı-qarşıya qoyub”.

O bildirdi ki, gənclərin proplemlərin həllinə çalışması ölkənin əsas ehtiyacıdır: “Gənclər qorxmadan və tənbəllik etmədən təşəbbüs və innovasiyanı səylərinin sərlövhəsi etsinlər, inkişaf, səadət, xalqın iftixarı və ölkənin təhlükəszizliyi müstəvisində üzərlərinə düşən vəzifələrini milli qeyrət və təəssübkeşliklə yerinə yetirsinlər”.

İnqilabın Rəhbəri rəhbərliyə də motivasiyalı gənclərə ciddi yanaşmağı və onları həqiqi mənada qarşılamağı tövsiyə etdi: “Bəzən görürsən ki, bəzi aidiyyatı qurumlar gənclərin yaxşı, qiymətli və həlledici işlərinə köməklik göstərmirlər”.

İslam İqnilabının Rəhbəri çıxışının sonunda vurğuladı: “Şübhəsiz ki, ölkənin gələcəyi indikindən daha parlaq və daha yaxşı olacaq. Əgər millət bu ruhiyyə və istəklə irəliləsə, əziz İran yaxın gələcəkdə elə bir zirvəyə yüksələcək ki, beynəlxalq əlaqələr müstəvisində üstünlük qazanacaq və gənclər İslam və İnqilab sayəsində əldə edilmiş bu inkişafın şahidi olacaqlar”.

İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən tələbə və şagirdlərin nümayəndələri Məhəmmədsabir Bağxani və Mürtəza Əzizi öz fikir və görüşlərini qeyd edərək İnqilab ruhiyyəsi ilə imperializmin planlarına qarşı müqavimət göstərilməsinin və ölkə gənclərinin potensiallarına arxalanmağın zəruri olduğunu vurğuladılar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /