Ali Məqamlı Rəhbərin informasiya bloku

Ğina və musiqi məclisində iştirak etmək

Sual. Diskdən ğina musiqiləri dinlənilən məclislərdə iştirak etməyə icazə verilirmi? Əgər şəxs musiqinin ğina olmasında şəkk edərsə, habelə, diskin oxutdurulmasının qarşısını almaq imkanı olmazsa, hökmü nədir?
Cavab: Əgər ğina məclisində, eyş-işrət və günah məclislərinə uyğun olan musiqi məclisində iştirak etmək belə musiqiləri dinləmək və ya onları təsdiqləməklə nəticələnərsə, belə məclislərdə iştirak etmək caiz deyildir. Amma əgər musiqinin ğina və ya günah məclislərinə uyğun musiqi olduğuna şəkk olunarsa, belə məclisdə iştirak etmək və belə musiqiləri dinləməyin öz-özlüyündə işkalı yoxdur.          
 
700 /