Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni suallar (Yanvar, 2019)

 
Camaat namazının sıralarında maneənin olması
Sual-1: Əgər camaat namazında 2-ci, 3-cü və ya sonrakı sıralarda dayananlar divar və ya başqa maneəyə görə, ön sırada dayananların heç birini görə bilməsələr - baxmayaraq ki, ətraflarında duranların vasitəsi ilə camaata qoşuludurlar, camaat namazına qoşulmaları doğrudurmu?
Cavab: Camaat namazına bu cür qoşulmaq doğru deyil.
 
Birjalara qoyulan investisiyaların xümsü
Sual-2: Birja və ya digər yerlərə yatırım edilmiş investisiyaya xüms ilinin sonunda xüms düşürmü və həmin yatırımların xümsü verilməlidirmi?
Cavab: Yatırım edilmiş məbləğ ilin qazancındandırsa, xüms düşür.
 
Şəxslərin və ya müəssisələrin haqqının aradan getməsi ehtimalı
Sual-3: Ehtimal edirəm ki, hesablama zamanı diqqətsizliyim üzündən hansısa şəxslərə və ya müəssisələrə 500 və ya 600 min tümən (100 manat) məbləğində borcum yaranıb. Dəqiq də bilmirəm ki, kimə və nə qədər borcluyam. Bunu necə həll edə bilərəm.
Cavab: Sırf ehtimalla sizə bir şey vacib olmur. Amma ehtiyat üçün ehtimal etdiyiniz məbləğləri onların sahibləri tərəfindən yoxsula sədəqə verə bilərsiniz. Əgər bu borcun dövlət müəssisələri və təşkilatlarına aid olduğunu ehtimal edirsinizsə, həmin məbləği dövlət büdcəsinə köçürə bilərsiniz.
 
Birtərəfli şərtləşmə
Sual-4: Mən və qardaşım bəzən oyun oynayırıq. Qardaşım deyir ki, əgər sən udsan, sənə filan qədər pul verəcəm. Amma mən bu şərti qəbul etmirəm. Belə bir şərtləşmə qumar sayılır və haramdırmı? Mən bu pulu udsam, bu pul haramdırmı?
Cavab: Əgər göstərilən şərt əsasında pul ödənilərsə, qumar və haramdır.
 
Ziyarət karvanı işçilərinin namaz və orucunun hökmü
Sual-5: Bəzi şəxslər ziyarət karvanlarının tərkibində başçı, ruhani və məddah kimi hər ay iki ya üç dəfə səfərə çıxırlar və bu səfər onların işi sayılır, onların namaz və oruclarının hökmü nədir? Birinci səfərdən namazlarını tam qılmalıdırlarmı?
Cavab: Sualda deyilən şəkildə cəmiyyət arasında məşğuliyyət hesab edilən bu cür səfərlərdə namaz səfər boyunca, hətta birinci səfərdə tamdır. Əgər bir yerdə 10 gün qalarsa, iqamətdən sonra çıxdığı ilk səfərdə namazı şikəstə (qəsr) qılacaq. Sonrakı iş səfərlərində isə namaz tamdır.
 
Yaşayış evinin artıq mərtəbələrinin xümsü
Sual-6: Bir şəxsin üç mərtəbəli evi var. Birinci mərtəbədə özü, ikinci mərtəbədə oğlu ailəsi ilə birlikdə qalır və üçüncü mərtəbəni kirayə vermişdir. Qeyd olunan şəkildə digər 2 mərtəbənin xümsünü vermək vacibdirmi?
Cavab: Əgər ikinci mərtəbədə oğlunun məskunlaşması həmin adamın dolanışıq xərclərinin bir hissəsi və ictimai şəninə uyğun sayılırsa, ikinci mərtəbənin xümsü yoxdur. Amma üçüncü mərtəbəni öz qazancı ilə tikibsə və elə tikildiyi vaxtdan da ona ehtiyacı olmayıb və kirayəyə veribsə, xümsü vardır.
 
Bank hesabına səhvən yatrılan puldan istifadə etmək
Sual-7: Təqribən 3 ay əvvəl mənim bank hesabıma 1.9 milyon tümən pul köçürüblər. Pulu səhvən hesabıma köçürdüyünü ehtimal etdiyim mərkəzə bu barədə bir neçə dəfə xəbər verdim. Amma onlar buna heç bir reaksiya və cavab vermədilər. Bu pulla bağlı vəzifəm nədir? Habelə bank hesabımda bu pulun üzərinə gələn cüzi faizin hökmü nədir?
Cavab: Hər bir halda siz həmin puldan və onun üzərinə gələn faizdən istifadə edə bilməzsiniz. Pulu sahibinə qaytarmalısınız. Əgər onun sahibini tapmaq mümkün olmazsa, onda həmin pulu sahibi tərəfindən yoxsula sədəqə verin.
 
Başqalarının internetindən (wifi-dan) istifadə etmək
Sual-8: Başqasının həmişə yanılı qalan və parolu olmayan internetindən istifadə etmək olarmı? İnternet sahibinin bu istifadə barədə məlumatı olmasının mümkünlüyünü də nəzərə alsaq, bu iş "həqqün-nas" (başqasının haqqını zay etmək) sayılırmı? Əgər "həqqün-nas"dırsa, nə etməliyik?
Cavab: Əgər internet sahibinin razı olmasına yəqininiz yoxdursa, o internetdən istifadə etmək olmaz və icazəsiz istifadə etdiyiniz internetin miqdarına (şəri baxımdan) cavabdehsiniz.
 
Qüsldə maneə yaradan şein araşdırılması
Sual-9: Qüsl zamanı dırnağın üzərində bir şey olsa və şəxs bilməsə ki, həmin şey suyun qarşısını alır, ya yox, bunu araşdırmaq lazımdırmı? Buna əhəmiyyət verməmək olarmı?
Cavab: Araşdırmalı, həmin şeyin suya mane olmamasından əmin olmalı. Əks halda, suyu həmin şeyin altına çatdırmalıdır.
 
Şərtləşmə ilə əldə edilmiş qazancdan istifadə etmək
Sual-10: Bir qrup şəxsin şərtləşməsi nəticəsində həmin şərtləşmədə iştirak etməyən, onu qəbul etməyən bir şəxsə qida və ya hər hansı bir şey çatarsa, həmin qidadan istifadə etməyin hökmü nədir? Şərtləşməyə əsaslanan haramlıqdan çıxarmaq üçün həmin qidanının haqqını ödəməlidirmi?
Cavab: Şərtləşmədə iştirak etməyən başqa adamlar da həmin vasitə ilə əldə edilmiş qazancdan istifadə edə bilməzlər.
700 /