Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhidlərin əbədi mesajı budur ki, cəmiyyət qorxmamalıdır

İslam İnqilabının Ali Rəhbərinin 6 isfənd 1397-ci il tarixində (25.02.2019) Kerman əyalətinin 6500 şəhidinin əziz xatirəsinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Kermanın “İmam Əli (ə) müsəllası”nda yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə şəhidlərin adı və xatirəsinin əziz tutulmasının Allah uğrunda edilən cihad və mücahidlərə hörmət, habelə onların şanlı yolunun davam etdirilməsinə stimul olduğunu dedi: “Müqəddəs Müdafiə dövründə şəhidlərin və döyüşçülərin hörmət və iftixarla birlikdə yad edilməsi ölkənin müdafiəsi meydanında iştiraka meyl göstərilməsinə səbəb oldu. Bu gün də düşmənlərin şəhidlərin xatirəsinin yaşadılmasına qarşı çıxmaqda məqsədi şanlı şəhadət yolunu bağlamaq, cəmiyyətin fərdlərinin mücahid hərəkətə stimullaşdırılmasının qarşısını almaqdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Şəhidlərin adı və xatirəsinə ehtiram göstərilməsi ölkədə mücahid hərəkətini gücləndirir”.

O bildirdi ki. hər bir xalqın iqtidarının sirri cəsur, qorxmaz, ayrı-ayrı nöqtələrdə sinəsini sipər etməyə və müqavimət göstərməyə hazır olan gənclərin olmasındadır: “Bu cür sərmayəsi olan hər bir xalq qalib və qüdrətlidir, heç vaxt xar olmayacaq. Şəhidlərin adlarının yaşadılması bu cür sərmayəni və gəncləri yaradıb yetişdirir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, şəhidlərin əbədi mesajı bundan ibarətdir ki, cəmiyyət qorxmamalı və qəm-qüssəyə batmamalıdır: “İran düşmənlərinin yumşaq müharibə səyləri və məqsədləri İran xalqını ümidsizliyə və qəm-qüssəyə sürükləmək, onda meydana atılmamaq qorxusu yaratmaqdır. Ancaq bunun əksinə olaraq şəhidlərin bizə mesajı və müjdəsi budur ki, əgər düşmənlərin istəklərinin əksinə olaraq mübarizə meydanına girsəniz, Allah-taala Müqəddəs Müdafiə dövründə olduğu kimi, qorxu və qüssəni yox edəcək”.

İslam İnqilabının Rəhbəri habelə Kermanın mömin, şərəfli və nəcib alimləri, gəncləri və əhalisinə hörmətini bildirərək onların İslam və İnqilaba xidmətlərini qeyd etdi: “Hamı, xüsusilə gənclər keçmişdə olduğu kimi, ölkənin inkişafında pay sahibi ola bilmək üçün bacardıqca çox işləyib çalışmalıdırlar”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /