Ali Məqamlı Rəhbərin informasiya bloku

Silahlı Qüvvələrin Ali Baş Komandanı:

Əminliklə demək olar ki, gənclərimizin öhdəsindən gələ bilməyəcəyi heç bir iş yoxdur

Bu gün axşam Silahlı Qüvvələrin Ali Baş Komandanı Nouşəhrdəki imam Xomeyni (r.ə) adına Dənizçilik Universitetində təşkil edilmiş sərgidə Ordunun Hərbi Dəniz Donanmasının elmi nailiyyətlərindən bir qismi ilə yaxından tanış olmuşdur.

Sərgidə zabit müdavimlər kompyuter texnologiyası sahəsində “virtual müharibə” adlanan təlim məşqini nümayiş etdirərək düşmənin İİR-nın Hərbi Dəniz Qüvvələrinin kompyuter şəbəkə və sistemlərinə daxil olmaq, orada dağıntı və təxribat törətmək cəhdlərinin qarşısının alınması işində öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Həzrət Ayətullah Xamenei xüsusilə hərbi akademiyaların tələbələrinin kompyuter və kompyuter texnologiyaları sahəsinə mümkün qədər yaxından və aktiv maraq göstərməsinin əhəmiyyətini vurğulayaraq dedi: “Bu məmləkətin gənclərində olan böyük istedad və əzmi nəzərə alıb əminliklə demək olar ki, onların öhdəsindən gələ bilməyəcəyi heç bir iş yoxdur”.

Sərgidə Hərbi Dəniz Qüvvələrinin uzaq məsafəli informasiya və kommunikasiya sistemi də müvəffəqiyyətlə sınaqdan keçirildi. Sərginin digər hissəsi isə Ordunun Hərbi Dəniz Donanmasının daha bir elmi nailiyyətinin – tələbələrin eyni vaxtda üç mərkəzdə: Buşəhr, Bəndərabbas və Tehranda həyata keçirilən onlayn təhsil prosesinin təqdimatına həsr olunmuşdu.

Sərgidə hərbi akademiya müdavimlərinin bir sıra digər layihələri, o cümlədən rütubəti hopdurma, distasion idarə edilən sualtı və suüstü robotların, su üzərində hərəkət edən və naqillə idarə olunan robotların konstruksiya layihələri də nümayiş olundu.

Sərgiyə baxış keçirən Silahlı Qüvvələrin Ali Baş Komandanı Hərbi Donanmanın komandanlarının və rəsmilərinin iştirakı ilə keçirilən iclasda Hərbi Dəniz Qüvvələrinin gördüyü işləri, həmçinin hazırladığı layihələri “müsbət və əhəmiyyətli tədbirlər” kimi qiymətləndirərək əlavə etdi: “Gördüyünüz işləri dərindən, əsaslı şəkildə və məntiqə uyğun bir templə həyata keçirin”.

Həzrət Ayətullah Xamenei insan potensialını hər bir sosial toplumun, o cümlədən ordunun ən mühüm infrastrukturu adlandıraraq Hərbi Dəniz Qüvvələrinin komandanlarına belə bir tövsiyə etdi: “Gənc zabit və müdavimlərin, onların istedadının qədrini bilin”.

Ali Baş Komandanın xüsusi qeyd etdiyi məsələlər sırasında Hərbi Dəniz Qüvvələrinin strateji mövqeyinə uyğun fəaliyyət proqramının hazırlanması, Ordunun Hərbi Dəniz Qüvvələri ilə İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri arasında qarşılıqlı surətdə mükəmməl həmkarlıq əlaqələrinin qurulması, bu qüvvələrin müvafiq infrastruktur yaratma istiqamətindəki fəaliyyətinin döyüş tapşırığı məntəqələrinə, o cümlədən ölkənin cənub-şərqinə müsbət təsiri də yer almışdır.

İclasda həmçinin Ordunun Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Səyyari Hərbi Dəniz Qüvvələrində əldə olunan nailiyyətlər, gələcək üçün nəzərdə tutulan layihə və tədbirlər barədə ətraflı məlumat vermişdir.

700 /