Ali Məqamlı Rəhbər informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məkkədə həcc ziyarətində olan zəvvarlara ünvanladığı müraciətdə imperializm sisteminin müsəlmanlar arasına konflikt salmaq məqsədi ilə yürütdüyü siyasətlərə toxunaraq qeyd edir ki, müsəlman ölkələrinin başçılarının, habelə İslam dünyasının bütün aydınlarının vəzifəsi vəhdət yaratmaq, xalqları məlumatlandırmaq, müsəlman ölkələrində baş verən faciələri dərhal dayandırmaqdır.
Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər yeni ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili adlandırdı”.
Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ünvanladığı bir müraciətdə mömin və ixlaslı yanğınsöndürənlərin Plasko qəzasındakı əzəmətli və məzlumcasına fədakarlığını böyük hörmətlə andı və bu ağrılı-acılı on gündə var gücləri ilə böyük bir işi başa çatdırmış bütün qurumlara və insanlara təşəkkür etdi.
Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli birinci assambleyasına müraciətində gənclik və tələbəliyin təkanverici bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərdiyini vurğulayıb: “Siz əzizlərin öz çevrənizə təsir göstərəcəyinə, danışıq və əməllərinizlə Allah yolunun yolçularının sayını artıracağına ümid bəsləyirik”.
Ali Məqamlı Rəhbərin dünya müsəlmanlarına mühüm müraciəti
Ali Məqamlı Rəhbərin dünya müsəlmanlarına mühüm müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həcc mərasimi ərəfəsində dünya müsəlmanları və Allah evinin ziyarətçilərinə ünvanaldığı mühüm müraciətdə İbrahimi Həccin İslam ümmətinin beynəlxalq hegemonlar qarşısındakı izzət və əzəmətinin göstəricisi olduğunu qeyd etdi.

Seçilmiş ünvanlar