Ali Məqamlı Rəhbər informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşündə bu məclisin İslam dövlətindəki misilsiz və müstəsna roluna işarə edərək Xubriqan Məclisindən mühüm bir vəzifəyə əməl etməsini istədi: “Bu məclis makro, strateji və dərin baxış bucağına malik olan düşüncə qrupu təşkil etməklə İslam İnqilabının keçən 38 il ərzində əsl məqsədə doğru necə hərəkət etməsini, bu yolda əldə edilən nailiyyətləri, durğunluqları və geriləmələri araşdırmalı və ümumiləşdirmə əsasında müxtəlif qurumlar qarşısında tələblər qoymalıdır”.
Ali Məqamlı Rəhbər Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni çağırışına təyin olunmuş sədr və üzvlərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə şuranın dahi İmamın qiymətli təşəbbüslərindən olduğunu dedi və bu qurumun üç mühüm vəzifəsinə - mənafeyin müəyyənləşdirilməsi, ümumi siyasətlərin təyin edilməsi məsələsində məsləhətləşmə və ölkənin problemlərinin həlli yollarını təklif emək vəzifələrinə işarə edərək vurğuladı: “Şura yüz faiz inqilabçı düşünüb əməl etməli və inqilabçı qalmalıdır”.
Ali Məqamlı Rəhbər beynəlxalq təşkilatlar və insan hüquqları carçılarını kəskin tənqid etdi
Ali Məqamlı Rəhbər beynəlxalq təşkilatlar və insan hüquqları carçılarını kəskin tənqid etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər “Fiqhin xaric dərsi”ndə oxuduğu mühazirənin əvvəlində Myanmada baş vermiş faciələrə toxunaraq beynəlxalq təşkilatları və insan hüquqları çarçılarını bu faciələr qarşısında sükut etdikləri və passivlik göstərdikləri üçün kəskin tənqid etdi.
Ali Baş Komandan Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri ilə görüşdü
Ali Baş Komandan Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri ilə görüşdü
Bu gün (bazar günü) Xatəmül-Ənbiya (s) adına Hava Hücmundan Müdafiə Qərargahının rəsmiləri və komandanları ilə görüşü zamanı bu qərargahın dövlətin mövcudluğu və şərəfinin müdafiəsinin ön xətti olduğunu deyən Ali Baş Komandan Həzrət Ayətullah Xamenei müxtəlif sahələrin, o cümlədən silahlı qüvvələrin inkişafında işçi qüvvələrinin misilsiz rolundan danışaraq dedi: “Dayanmadan səy və fəaliyyət göstərib çoxsaylı işçi qüvvəsinin istedad və bacarıqlarını çiçəkləndirin, ondan ölkənin ehtiyacları və çatışmazlıqlarının aradan qaldırılmasında istifadə edin”.
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məkkədə həcc ziyarətində olan zəvvarlara ünvanladığı müraciətdə imperializm sisteminin müsəlmanlar arasına konflikt salmaq məqsədi ilə yürütdüyü siyasətlərə toxunaraq qeyd edir ki, müsəlman ölkələrinin başçılarının, habelə İslam dünyasının bütün aydınlarının vəzifəsi vəhdət yaratmaq, xalqları məlumatlandırmaq, müsəlman ölkələrində baş verən faciələri dərhal dayandırmaqdır.
İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
Bu gün (cümə axşamı) səhər dövlət məmurları, mülki və hərbi şəxsiyyətlər, xarici ölkələrin səfirlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə prezidentlik səlahiyyətlərinin təsdiqi mərasimi keçirildi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın səsini təsdiqləyərək Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Rspublikasının prezidenti vəzifəsinə təyin etdi.
Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.
İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi.
İmam Əliyə (ə) həsr edilmiş matəm mərasimi keçirildi
İmam Əliyə (ə) həsr edilmiş matəm mərasimi keçirildi
Səmimi inanclıların imamı Həzrət Əli ibn Əbutalibin (ə) şəhadətinin ildönümü günlərinə təsadüf edən Mübarək Ramazan ayının iyirminci günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətə matəm mərasimi keçirildi.

Seçilmiş ünvanlar