Ali Məqamlı Rəhbər informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin nümayəndəsi Plasko qəzasında yaralananları ziyarət etdi
Rəhbərin nümayəndəsi Plasko qəzasında yaralananları ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Təqəvi bu gün (cümə) səhər Plasko qəzasında yaralanmış yanğınsöndürənlərin yerləşdirildiyi iki xəstəxanada olub. Yaralıları ziyarət edən Təqəvi müalicə prosesi ilə yaxından maraqlanıb və İslam İnqilabı Rəhbərinin bu fədakar və məsul qüvvələri salamladığını, habelə sağalmaları ilə bağlı dua etdiyini deyib.
İnqilabın Rəhbəri Fiqhin xaric dərsi mühazirəsində 9 Dey Qəhrəmanlıq günündən danışdı
İnqilabın Rəhbəri Fiqhin xaric dərsi mühazirəsində 9 Dey Qəhrəmanlıq günündən danışdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər 1388-ci ilin 9 Dey (30 dekabr 2009) Qəhrəmanlıq ildönümü ərəfəsinə təsadüf edən Fiqhin xaric dərsi fənnindən mühazirəsinin əvvəlində hegemonların İslam hakimiyyəti ilə düşmənçiliyi, İslam dövlətinin güc komponentlərini sıradan çıxarmaq üçün göstərdikləri səy və fəaliyyətdən danışdı.
İslam İnqilabının Rəhbəri İslam vəhdəti konfransının qonaqları ilə görüşdü
İslam İnqilabının Rəhbəri İslam vəhdəti konfransının qonaqları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər hökumət rəsmiləri, otuzuncu İslam vəhdət konfransının qonaqları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqlərindən olan insanlarla görüşdə vurğuladı: “Bu regionda iki iradə bir-birinə qarşı dayanıb – vəhdət iradəsi və təfriqə iradəsi. Bu həssas vəziyyətdə vəhdət bəxş edən dərman kimi Quran və Böyük Peyğəmbərin ilahi təlimlərinə əsaslanmaq İslam dünyasının problemlərinin həlli yoludur”.
İslam İnqilabının Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
İslam İnqilabının Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşnbə) günorta Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdə dedi: “Fələstin problemini unutdurmaq üçün sionist rejimin himayəçilərinin davamlı olaraq böhranlar yaratmasına baxmayaraq, bu müqəddəs torpaqlar xalqın və fələstinli qrupların müqavimət və mübarizəsi sayəsində azad olunacaq”.
Ali Məqamlı Rəhbər Hərbi Dəniz Donanmasının komandanları və şəxsi heyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Hərbi Dəniz Donanmasının komandanları və şəxsi heyəti ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Hərbi Dəniz Donanmasının komandanları və şəxsi heyəti ilə görüşdə Hərbi Dəniz Donanmasının kadrlar, komandanlıq və texniki sahələrdəki nailiyyətləri və potensiallarının diqqət və tərifəlayiq olduğunu dedi, habelə proqramların başa çatdırılması, işlərin daha etibarlı görülməsi və tələskənliyə yol verməkdən çəkinməyin zəruri olduğunu vurğuladı: “Çatışmazlıqların aradan qaldırılmasının şərti böyük iradə və məhdudiyyətlər qarşısında təslim olmamaqdır”.

Seçilmiş ünvanlar