Ali Məqamlı Rəhbər Yəzd və Həmədan əyalətlərinin bir qrup mədəniyyət işçisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Yəzd və Həmədan əyalətlərinin bir qrup mədəniyyət işçisi ilə görüşdü
Ali Məqamlı Rəhbər:

Əziz şəhid Höcəci hamının gözü önündə Allahın höccəti oldu

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Yəzd və Həmədan əyalətlərinin mədəniyyət işləri üzrə bir qrup məsul şəxsi və fəalları ilə görüşdü.
İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
Bu gün (cümə axşamı) səhər dövlət məmurları, mülki və hərbi şəxsiyyətlər, xarici ölkələrin səfirlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə prezidentlik səlahiyyətlərinin təsdiqi mərasimi keçirildi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın səsini təsdiqləyərək Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Rspublikasının prezidenti vəzifəsinə təyin etdi.

Digər ünvanlar

Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər yeni ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili adlandırdı”.
Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ünvanladığı bir müraciətdə mömin və ixlaslı yanğınsöndürənlərin Plasko qəzasındakı əzəmətli və məzlumcasına fədakarlığını böyük hörmətlə andı və bu ağrılı-acılı on gündə var gücləri ilə böyük bir işi başa çatdırmış bütün qurumlara və insanlara təşəkkür etdi.
Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli birinci assambleyasına müraciətində gənclik və tələbəliyin təkanverici bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərdiyini vurğulayıb: “Siz əzizlərin öz çevrənizə təsir göstərəcəyinə, danışıq və əməllərinizlə Allah yolunun yolçularının sayını artıracağına ümid bəsləyirik”.