
Fiqh və şəri hökmlər


Hansısa bir malı nisyə olaraq nəqd qiymətindən baha almaq
Malı nisyə olaraq, onun nağd qiymətindən baha qiymətə almağa icazə verilirmi?

Namazqılanın yerinin napak olması
Namazqılanın məkanı pak olmasa, yalnız səcdə yеri pak olsa, bu halda namaz səhihdirmi?

Xeyriyyə köməklərinin yığılması məqsədilə hazırlanan biletlərin satılması
Xeyriyyə işlərinə yardımların yığılması kütləvi aksiyası üçün çeklər tərtib edilir və satılır. Belə ki, bu çekləri alanlar arasında püşk atılır və yığılan yardımların bir qismi hədiyyə ünvanında püşkdə adı çıxanlara verilir, qalan vəsait isə ümumi xeyriyyə işlərinə sərf edilir. Belə çeklərin satılması caizdirmi?

Xüms verməyən insanlarla alış-veriş və get-gəl etmək
Biz xüms verməyən və xüms ilinin hesabatını aparmayan şəxslərlə alış-veriş edirik, görüşürük və bir yerdə yemək yeyirik. Bu məsələnin hökmü nədir?

Ölüm səbəbinin araşdırılması üçün meyitin yarılması
Ölüm səbəbi şübhəli olduğu təqdirdə, ölüm səbəbini araşdırmaqdan ötrü meyitin yarılması caizdirmi, yoxsa yox? Məsələn, meyitin zəhərlənmə, boğulma və ya başqa səbəblərə görə öldüyünə şübhə edilir.

Namaz zamanı kişinin qadından öndə dayanması
Dеyirlər ki, namazda kişilər qadınlardan öndə dayanmalıdırlar. Bu düzdürmü?

Sahibinin icazəsi olmadan kitab çap etmək
Kitabda “Çap hüquqları qorunur” ifadəsi olduğu halda, kitab sahibinin icazəsi olmadan onu çap etmək caizdirmi?

Qızıl sikkənin xümsünün hesablanma qaydası
Müntəzəm olaraq qiyməti dəyişən qızıl sikkələrin xümsü nеcə hеsablanır?

Xümsü verilməyən paltarla namazın qılınması
Əgər bir şəxs bir müddət xüms düşən səccadə üzərində, yaxud xüms düşən bir paltarla namaz qılsa, onun namazlarının hökmü nədir?

Böyük şəhərlərdə müsafirin hökmü
Böyük şəhərləri vətən seçmək və ya orada 10 gün qalmaq barəsində sizin rəyiniz nədir?

Naməhrəm kişinin qadına sürücülük öyrətməsi
Bir qadın şəri hicaba və iffətə riayət edərək, sürücülük məktəbində naməhrəm kişidən sürücülüyü təlim ala bilərmi?

Satılmış hansısa bir malın çatdırılmasına rəsmi qadağa
Əgər rəsmi idarələr mülkü alıcının adına keçirməkdən imtina edərsə, bu vəziyyət alıcı üçün müamiləni pozmaq haqqının yaranmasına səbəb olurmu?

Rütubətin keçməsində meyar
Rütubət və yaşlıq hansı miqdarda olduqda bir şeydən başqa bir şeyə keçdiyi söylənilir?

Əzadarlıq dəstələrinin gecə yarısınadək yürüşü
Məhərrəm ayının gecələrində əzadarlıq dəstələrinin yürüşünün təbil və neyin müşayiəti ilə gecə yarısına qədər davam etməsi barədə sizin nəzəriniz nədir?

Aşura günü gizli şəkildə başa xəncər vurmaq
Gizli şəkildə başa xəncər vurmaq halaldırmı? Yoxsa sizin fətvanız ümumidir?

Əzadarlıq məclislərində bayraqlardan istifadə edilməsi
Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərində bayraqdan istifadə etməyin – belə ki, bayrağı məclisdə qoymaq və ya dəstələrin yürüşündə qaldırıb gəzdirmək – hökmü nədir?

Əzadarlıq məclislərində təbil, sinc və şeypurdan istifadə edilməsi
Əzadarlıq məclislərində və dəstələrin yürüşündə təbil, sinc və şeypurdan istifadə etməyin hökmü nədir?

Aşura mərasimi xərclərindən artıq qalan məbləğ
İmam Hüseynin (ə) Aşura mərasimi üçün yığılan xərclərdən artıq qalanı hansı yerə xərclənməlidir?
