Ali Məqamlı Rəhbərin informasiya bloku

Fiqh və şəri hökmlər

Fitr bayramı namazı
Fitr bayramı namazı
Fitr bayramında Günəş üfüqdən qalxdıqdan sonra əvvəlcə yemək yemək və fitrə zəkatını vermək, daha sonra bayram namazını qılmaq müstəhəbdir.
Müsafir orucunun hökmləri
Müsafir orucunun hökmləri
Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.
Təxir kəffarəsi
Təxir kəffarəsi
Təxir kəffarəsi bir müdd təamdır, yəni 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardır və fəqirə verilməlidir.
Orucun qəzasının hökmləri
Orucun qəzasının hökmləri
Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, düzgündür. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.
Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
Əgər bir şəxs mübarək Ramazan ayında orucu pozan işləri bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzr olmadan yerinə yetirsə, oruc pozulur və orucun qəzasından əlavə, ona orucu bilərəkdən pozmağın kəffarəsi də vacib olur.
Orucu pozan işlər
Orucu pozan işlər
Orucu pozan işlər (yemək, içmək və s.) bilərəkdən və ixtiyari şəkildə yerinə yetirildikdə oruc pozulur.
Orucu vacib edən şərtlər
Orucu vacib edən şərtlər
Şəri büluğ yaşına yeni çatan qızlara  oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
Hicri-qəməri 1445-ci il Ramazan ayının əvvəlinin təyin edilməsi qaydası
Hicri-qəməri 1445-ci il Ramazan ayının əvvəlinin təyin edilməsi qaydası
Aliməqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq) Ramazan ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadır:
Orucun niyyəti
Orucun niyyəti
Başqa ibadətlərdə olduğu kimi, orucda da niyyət etmək vacibdir. Yəni Allahın əmrinə itaət etmək niyyətilə yeyib-içməkdən və orucu pozan digər işlərdən çəkinmək lazımdır.
Ayın əvvəlinin sübuta yetməsi yolları
Ayın əvvəlinin sübuta yetməsi yolları
Oruc – səmavi dinlərdə insanın kamilləşməsinə xidmət edən ən mühüm ibadətlərdən biridir. Bu ibadət İslam şəriətindən öncəki şəriətlərdə də vacib buyurulmuşdur. İslam şəriətində orucu mübarək Ramazan ayında tutmaq əmr olunub.

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər