1 00:00:00,900 --> 00:00:03,170 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,320 --> 00:00:05,820 و الحمدلله ربّ العالمين 3 00:00:06,920 --> 00:00:11,120 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:20,100 --> 00:00:25,670 سيّما بقيّةالله في الارضين و لعنةالله علي اعدائهم اجمعين 5 00:00:26,600 --> 00:00:31,970 Sizinlə olan görüşlər mənim üçün həmişə çox xoş və arzulanandır. 6 00:00:33,620 --> 00:00:44,000 Bu an sanki hər tərəfi bəsici əhval-ruhiyyəsinin rayihəsi bürüyüb. Çıxış edən əziz dostlarımızın 7 00:00:45,400 --> 00:01:00,500 hər biri ayrı-ayrılıqda çox xoş və əhəmiyyətli həqiqətlərə toxundular; onların çıxışlarından da faydalandıq, zövq aldıq. 8 00:01:02,700 --> 00:01:12,120 Mənim özümün də siz əzizlərimə – bəsici gənclərə, oğlan və qızlarımıza deyəcəyim sözlər çoxdur. 9 00:01:13,270 --> 00:01:21,100 Bu gün mən bəsicilərlə bağlı bir neçə məqama toxunacağam, 10 00:01:21,270 --> 00:01:31,070 amma əvvəlcə, hazırda yaşadığımız bu günlər, həqiqətən tarixi bir hadisə olan bu böyük və möhtəşəm yürüş barədə 11 00:01:33,550 --> 00:01:42,400 və möhtəşəm yürüş barədə bir cümlə demək istəyirəm. 12 00:01:43,400 --> 00:01:50,550 Adətən insan öncədən heç bir təbliğat aparılmadığı halda, 13 00:01:51,800 --> 00:02:05,250 qəflətən çox böyük bir olayın baş verdiyini gördükdə, möhtəşəm bir təzahür müşahidə etdikdə 14 00:02:05,800 --> 00:02:13,250 o yerdə Allah-taalanın görünməz əli olduğunu başqa hər bir yerdən daha aydın sezir. Belə hadisələrin bir nümunəsi də elə İslam İnqilabının özüdür. 15 00:02:13,870 --> 00:02:20,600 İnqilabdan əvvəlki mübarizələr öz yerində, 16 00:02:21,870 --> 00:02:27,570 amma inqilab bizim ölkəmiz kimi böyük bir ölkədə bir il, il yarım ərzində sürətlə genişləndi, 17 00:02:27,970 --> 00:02:32,000 xalqın çox genişmiqyaslı iştirakı müşahidə olundu. 18 00:02:33,450 --> 00:02:39,450 Uzaq qəsəbə və kəndlərdə yürüşlər edən insanlar 19 00:02:40,120 --> 00:02:44,950 eynilə Tehran küçələrində səsləndirilən şüarlarla çıxış edirdilər. 20 00:02:46,470 --> 00:02:55,070 Elə buna görə də o zaman İmam Xomeyni – eşitdiyimə görə – buyurmuşdu ki, bu inqilab qələbə çalacaq, 21 00:02:56,420 --> 00:03:01,100 çünki onda Allah-taalanın qüdrətli əlinin əlamətləri müşahidə olunur. 22 00:03:02,370 --> 00:03:07,420 Başqa bir vaxt isə o özü mənə belə demişdi: 23 00:03:07,800 --> 00:03:17,370 “İnqilabın baş verdiyi müddətdə mən bu möhtəşəm xalq hərəkatının arxasında həmişə qüdrətli bir əl olduğunu müşahidə edirdim”. Xalq hərəkatlarında həmişə belə olur. 24 00:03:19,120 --> 00:03:22,020 Casus yuvasının ələ keçirilməsi olayı da, 25 00:03:22,170 --> 00:03:28,420 ondan sonra bu ölkədə baş vermiş müxtəlif hadisələr də, 26 00:03:28,620 --> 00:03:31,920 bu yaxınlarda baş vermiş 9 dey hadisəsi də, 27 00:03:32,670 --> 00:03:40,670 ölkəmizdə keçirilən itikaflar da eynilə bu cürdür. Bunlar elə hadisələrdir ki, onlar üçün heç bir təbliğat aparılmır, 28 00:03:41,420 --> 00:03:43,670 xüsusi bir səy də göstərilmir. 29 00:03:44,370 --> 00:03:50,570 Özünüz baxın, bu gün dünyada 10 min, 50 min adamı bir yerə yığmaq üçün 30 00:03:50,620 --> 00:03:55,800 nə qədər təbliğat işləri görülür, heç axırda bir nəticəsi də olmur. 31 00:03:57,300 --> 00:04:03,400 Burda isə müxtəlif əngəllər olduğuna baxmayaraq, təkcə elə İrandan 2 milyon adam 32 00:04:04,100 --> 00:04:10,620 80 kilometrlik piyada yürüş üçün – 33 00:04:11,870 --> 00:04:19,070 oteldə yastığa söykənib kef etmək üçün yox, piyada yürüş etmək üçün – 34 00:04:20,120 --> 00:04:24,370 qalxıb Kərbəlaya gedir; İraqın özündən 35 00:04:26,570 --> 00:04:32,450 və başqa yerlərdən də bir o qədər; bu, ilahi bir hadisədir, ilahi bir təzahürdür; 36 00:04:37,100 --> 00:04:42,020 bu, onu göstərir ki, bu yol eşq yoludur; 37 00:04:42,850 --> 00:04:50,120 intəhası məcnunsayağı bir eşq deyil, mahiyyətində bəsirət, gözüaçıqlıq olan bir eşqdir; 38 00:04:51,920 --> 00:04:56,150 övliyaların Allaha olan eşqi kimi; 39 00:04:56,670 --> 00:05:06,320 اَللٰهُمَّ ارزُقني حُبَّکَ وَ حُبَّ مَن يُحِبُّکَ وَ حُبَّ کُلِّ عَمَلٍ يوصِلُني اِليٰ قُربِک 40 00:05:10,170 --> 00:05:18,670 Bu eşqin, bu sevginin gözü açıqdır. Bilir, dərk edir 41 00:05:19,370 --> 00:05:24,420 və bu cazibə onu cəlb edir, bu maqnit onu özünə tərəf çəkir. 42 00:05:27,500 --> 00:05:38,200 Odur ki bu iş böyük bir işdir, bu təzahür böyük bir təzahürdür. Əvvəla, mən gedib o yürüşlərdə iştirak etməyə müvəffəq olmuş insanları 43 00:05:40,570 --> 00:05:51,320 salamlayıram, Allahdan onların bu əməlini qəbul etməsini diləyirəm, bu işlərinə görə 44 00:05:52,170 --> 00:05:57,800 onlara qibtə etdiyimi bildirirəm; bizə nəsib olmayıb, onlar isə iştirak ediblər. 45 00:05:59,670 --> 00:06:05,770 İraq əhalisinə də qonaqpərvərliklərinə, ziyarətçilərə sevgi ilə yanaşdıqlarına, 46 00:06:06,950 --> 00:06:18,800 bir neçə gün ərzində bu qədər qonağa ev sahibliyi edə bildiklərinə görə təşəkkürümü bildirirəm. Bu, fövqəladə dərəcədə əhəmiyyətli bir hadisədir. 47 00:06:19,300 --> 00:06:27,200 Yaxşı, bəs bundan nə nəticə çıxarmaq lazımdır? Qeyd etmək istəyirəm ki, 48 00:06:27,700 --> 00:06:33,120 Allah-taalanın qüdrət əlinin açıq-aydın müşahidə olunduğu 49 00:06:34,170 --> 00:06:38,250 bu kimi bərəkətli hadisələr baş verdiyi zaman şükür etmək lazımdır. 50 00:06:39,550 --> 00:06:46,450 Şükür etsək, qalıcı olacaq, şükür etməsək, əlimizdən alınacaq. 51 00:06:48,670 --> 00:06:54,320 Əgər İran xalqı İslam İnqilabına görə şükür etməsəydi, bu inqilab yox olub aradan gedərdi. 52 00:06:54,920 --> 00:07:01,600 Belə ki dünyanın bəzi digər yerlərində inqilablar baş verdiyinə baxmayaraq, insanlar şükür etmək lazım olduğunu bilmədiklərinə görə 53 00:07:02,200 --> 00:07:08,720 o inqilablar əldən gedib. Təkcə inqilabı əldən verməyiblər, 54 00:07:09,220 --> 00:07:15,450 üstəlik 20 il, 30 il də geri düşüblər. İran xalqı isə şükür etdi. 55 00:07:15,720 --> 00:07:21,220 Şükür etmək təkcə bu deyil ki, insan: “Allah, sənə şükür!” – deyə və ya şükür səcdəsi edə. 56 00:07:22,220 --> 00:07:28,950 Şükür etmək həm də odur ki, insan həmin nemətin tələb etdiyi şərtlərə əməl edə. İran xalqı bunu etdi. 57 00:07:29,770 --> 00:07:38,570 Lazım olan hər bir meydanda iştirak etdi, fədakarlıq tələb olunduğu yerdə fədakarlıq göstərdi, canından, malından, əzizlərindən, övladından, 58 00:07:38,950 --> 00:07:43,070 nüfuz və qürurundan – hər şeyindən keçdi. 59 00:07:43,920 --> 00:07:50,720 Deməzdim ki, ayrı-ayrılıqda İran xalqının hər bir üzvü belə idi, amma nəhəng bir kütlə, 60 00:07:51,200 --> 00:07:58,500 böyük əksəriyyət məhz bu cür davrandı, Allah-taala da onlara qarşılıq verdi, 61 00:07:58,650 --> 00:08:07,020 inqilabı onlar üçün qoruyub saxladı. Bu gün İslam İnqilabı qələbə qazandığı ilk gündə olduğundan daha güclü, daha qüdrətlidir, 62 00:08:07,550 --> 00:08:11,920 gələcək üçün daha yaxşı planlar qurmağa qadirdir. 63 00:08:13,170 --> 00:08:17,050 Həmin yürüşə görə şükür edin. 64 00:08:18,120 --> 00:08:25,720 Onun şükrünü etməyin yollarından biri də budur ki, 65 00:08:26,300 --> 00:08:30,200 yürüşə qatıldığınız o bir neçə gündə 66 00:08:30,670 --> 00:08:36,320 orada müşahidə etdiyiniz, yaşadığınız o mənəvi halları özünüzdə qoruyub saxlayasınız; 67 00:08:37,370 --> 00:08:45,070 o qardaşlığı, o mehribanlığı, Əhli-Beyt (ə) imamlarına olan o diqqəti, 68 00:08:46,400 --> 00:08:53,020 bədənin ağır bir zəhmət üçün o cür hazırlaşmasını, 69 00:08:55,950 --> 00:09:07,420 insanın zəhmət çəkməyi, qan-tər içində yürüməyi rahatlıq və tənbəllikdən üstün tutmasını. 70 00:09:08,020 --> 00:09:12,820 Həyatdakı bütün işlərdə bu əhval-ruhiyyəni davam etdirmək lazımdır; bax bu, olur şükür. 71 00:09:13,150 --> 00:09:18,670 Şükür etməyin formalarından biri də 72 00:09:19,070 --> 00:09:24,850 bu işi onun vurğunu olan insanlar üçün asanlaşdırmaqdır. 73 00:09:25,200 --> 00:09:30,070 Bu isə müxtəlif sferaların rəsmilərinin öhdəsinə düşən bir məsuliyyətdir. 74 00:09:30,870 --> 00:09:37,150 Bəzən müəyyən xoşagəlməz hadisələr baş verir, onların yenidən təkrarlanmasına imkan verməsinlər, nəzarət etsinlər. Bu da şükürə aiddir. 75 00:09:37,500 --> 00:09:41,170 Hər halda, bu, böyük bir nemətdir, gəlin onun qədrini bilək. 76 00:09:43,070 --> 00:09:51,500 İnşallah, bu nemət qalıcı olacaq və İran, eləcə də İraq xalqları üçün 77 00:09:51,820 --> 00:09:56,670 qürur və iftixar mənbəyinə çevriləcək. 78 00:09:56,850 --> 00:10:07,120 Doğrudur, güclü bir projektor kimi ətrafa nur səpələyən bu təzahürü bu gün dünyada gizlətməyə çalışırlar, amma heç bir şey edə bilməyəcəklər; 79 00:10:07,620 --> 00:10:12,850 o görünəcək. Onu göstərməməyə, gizlətməyə, təhrif etməyə çalışırlar, 80 00:10:13,050 --> 00:10:19,920 amma səyləri heç bir nəticə verməyəcək. Siz bu hərəkatı davam etdirsəniz, həqiqət istər-istəməz aşkara çıxacaq. 81 00:10:20,700 --> 00:10:25,850 Bu gün mənim toxunmaq istədiyim əsas mövzulardan biri də bəsiclə bağlıdır. 82 00:10:27,170 --> 00:10:35,720 Bəsic inqilab dövrünün heyrətamiz təzahürlərindən biridir; 83 00:10:36,500 --> 00:10:45,700 belə bir addım atmaq dahi liderimiz İmam Xomeyniyə (r.ə) Allah-taala tərəfindən ilham olunmuşdu. 84 00:10:45,950 --> 00:10:55,700 Onun elan etdiyi 20 milyonluq səfərbərlik və Bəsic Komitəsinin təsis edilməsi çox böyük bir iş idi. 85 00:10:55,920 --> 00:11:08,200 Bu, əslində nə demək idi? Bu o demək idi ki, Allah-taala dahi İmam Xomeyniyə 86 00:11:08,370 --> 00:11:20,720 İslam İnqilabının müqəddəratını gənclərə həvalə etməyi öyrətmiş, ilham etmişdi. Özü də təkcə o dövrün gənclərinə yox. 87 00:11:22,820 --> 00:11:31,750 Gənclər meydana atılandan sonra onlara tapşırılmış bu əmanəti, 88 00:11:32,050 --> 00:11:36,000 onlara göstərilmiş bu etimadı vaxt keçdikcə əldən-ələ 89 00:11:36,970 --> 00:11:44,470 bir-birinə ötürəcəkdilər. Və bu, baş verib də. 90 00:11:44,670 --> 00:11:53,700 Bax bu gün bura toplaşanların, demək olar, 90 faizi nə İmam Xomeyninin dövrünü, nə də onun özünü görüb, 91 00:11:54,750 --> 00:12:03,220 əksəriyyətiniz müharibəni görməmisiniz, amma ruhiyyə həmin ruhiyyədir. 92 00:12:04,800 --> 00:12:14,800 Mən bunu bayaq əziz gənclərimizin etdiyi çıxışlardan ilhamlanaraq demirəm; yox, xəbərim var, 93 00:12:15,150 --> 00:12:22,000 gənclərlə əlaqədəyəm, ona görə deyirəm. Bugünkü gəncliyimizin ruhiyyəsi 94 00:12:22,350 --> 00:12:31,150 eynilə o dövrün gəncliyində olduğu kimidir. Bircə fərqlə ki, o vaxt onlar inqilabın qızğın meydanlarının ortasında idilər, 95 00:12:31,820 --> 00:12:35,800 bu gün isə vəziyyət o cür deyil; amma eyni zamanda həmin əhval-ruhiyyə var. 96 00:12:37,350 --> 00:12:47,920 Digər bir fərq isə odur ki, bugünkü gənclərdə olan gözüaçıqlıq, məlumatlılıq və təcrübə o zaman yox idi; 97 00:12:48,600 --> 00:12:57,550 demək istədiyim odur ki, biz inkişaf etmişik. İmam Xomeyni İslam İnqilabının müqəddəratını siz gənclərə tapşırdı; 98 00:12:59,520 --> 00:13:09,650 hər bir gənc nəsil gənclik dövründən orta yaşlarına qədəm qoyanda əslində 99 00:13:10,300 --> 00:13:17,320 bu əmanəti özündən sonra gələn gənc nəsilə ötürür və bu silsilə heç vaxt başa çatmayacaq. 100 00:13:18,900 --> 00:13:24,920 Əlbəttə, biz İmam Xomeyninin inqilabı qorumağı, onun keşiyində durmağı gənclərə tapşırdığını deyiriksə, 101 00:13:25,020 --> 00:13:30,950 bu o demək deyil ki, gənclərdən savayı heç kəs bu iş üçün məsuliyyət daşımır. Bu, hamının vəzifəsidir. 102 00:13:32,200 --> 00:13:38,250 80 yaşlı, bəlkə, bundan da ahıl insanlardan tutmuş 103 00:13:39,500 --> 00:13:49,500 yeniyetmələrə, alimindən tutmuş sıravi vətəndaşına qədər, kişili-qadınlı 104 00:13:50,000 --> 00:13:57,150 bu ölkənin və xalqın hər bir nümayəndəsi öz inqilabını qorumaqda məsuliyyət daşıyır; 105 00:13:57,370 --> 00:14:04,270 bu, bizim hamımızın vəzifəsidir; amma gənclər avanqarddır, hərəkətverici qüvvədir. 106 00:14:05,200 --> 00:14:14,170 Əgər gənc nəsil olmasaydı, istəməsəydi və addım atmasaydı, 107 00:14:14,270 --> 00:14:20,520 bu hərəkat yarımçıq qalardı. Yaşlıların düşüncəsi, müdrikliyi və təcrübəsi 108 00:14:20,970 --> 00:14:29,770 o vaxt işə yarayır ki, meydanda gənclərin gəncliyə xas dinamikliyi, hərəkətliliyi də olsun. 109 00:14:30,500 --> 00:14:33,920 Bu hərəkatın avanqardları gənclərdir. 110 00:14:34,370 --> 00:14:42,220 Odur ki İmam Xomeyni bu gün onu canlı olaraq görməmiş siz gənclərə də müraciət edib, sizinlə də danışıb, 111 00:14:44,620 --> 00:14:53,920 sizinlə də həmsöhbətdir. Onun söhbətlərinə, çıxışlarına müraciət edin. Bu, bir məqam. 112 00:14:54,620 --> 00:15:02,300 Digər bir məqam isə odur ki, ölkəmizdəki bu bəsic hərəkatı, heç şübhəsiz, qalib olacaq. 113 00:15:05,600 --> 00:15:10,450 Bu qalibiyyətin əsas şərti isə aşağıdakından ibarətdir: biz hamımız – 114 00:15:12,420 --> 00:15:18,450 qocalı-cavanlı – təqvalı olub 115 00:15:19,370 --> 00:15:26,600 yaxşı işlər görməyi özümüzə vəzifə bilməliyik. 116 00:15:28,250 --> 00:15:35,170 Şəxsi təqva, ictimai təqva, insanın aid olduğu kollektiv daxilində təqva – bunların hamısının öz mənası var. 117 00:15:35,720 --> 00:15:45,050 Mən bunların hər biri, eyni zamanda kollektiv daxilində təqva haqqında da danışmışam, demişəm və artıq təkrara yol vermək istəmirəm. Təqva lazımdır; 118 00:15:47,400 --> 00:15:55,200 özünüzə qarşı tələbkar və ehtiyatlı olun; həm şəxsi miqyasda, həm də kollektiv miqyasında. 119 00:15:55,320 --> 00:15:58,470 Əgər belə olsa, Allah-taala buyurur ki: 120 00:15:58,900 --> 00:16:03,420 “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. 121 00:16:04,250 --> 00:16:14,170 Kimlər təqvanı özlərinə peşə edibsə və yaxşı işlər görürsə, Allah onlarladır. 122 00:16:14,750 --> 00:16:24,450 Allah-taalanın bir qrup insanla birlikdə olması isə çox önəmli bir məsələdir. 123 00:16:24,900 --> 00:16:31,500 Baxın, sizə Qurandan və Quran tarixindən bir misal çəkim: 124 00:16:33,150 --> 00:16:39,270 Allah-taala Fironun yanına getmək missiyasını Musa və Haruna həvalə edir. 125 00:16:40,200 --> 00:16:51,170 İki nəfərin təkbaşına o dövrün nəhəng bir gücü ilə qarşılaşmaya getməsi çox böyük bir iş idi; 126 00:16:51,520 --> 00:16:56,820 Firon çox nəhəng güc və hakimiyyətə sahib idi – 127 00:16:57,950 --> 00:17:04,800 siyasi cəhətdən, ictimai cəhətdən, hətta xalqa təsiri, 128 00:17:06,150 --> 00:17:16,220 idarəçilik qurumları baxımından; Fironun güc və hakimiyyətindən çox danışmaq olar – Firon çox qəribə, inanılmaz bir hökmdar idi, 129 00:17:17,070 --> 00:17:24,300 ürəyi istədiyini edən bir diktator idi, o qədər güc və imkanlara sahib idi. 130 00:17:24,420 --> 00:17:30,170 Və Allah-taala Firon kimi bir hökmdarın qarşısına çıxmaq, onunla mübarizə aparmaq işini iki nəfərə tapşırır. 131 00:17:30,470 --> 00:17:35,320 Həzrət Musa deyir ki, Pərvərdigara, ola bilsin, 132 00:17:36,250 --> 00:17:45,120 biz gedək, misal üçün, bizi öldürə, işimiz yarımçıq qala (ölməkdən qorxmurdular, deyirdilər, birdən işimiz yarımçıq qalar), 133 00:17:45,570 --> 00:17:50,270 Allah-taala isə buyurur: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (“Taha” surəsi, 46-cı ayə) 134 00:17:50,450 --> 00:17:54,620 Baxın, Allahın müşayiəti, Onun insanla birlikdə olmağı budur: 135 00:17:55,870 --> 00:17:59,020 – “Sizinləyəm, eşidirəm və görürəm”. 136 00:17:59,520 --> 00:18:04,820 Allah-taala: “Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”, – deyə buyurursa, 137 00:18:05,070 --> 00:18:09,150 (bax mən də deyirəm ki, əgər biz təqvalı olsaq, Allah bizimlə olacaq) 138 00:18:09,970 --> 00:18:19,120 bu müşayiət, bu birlikdəlik o deməkdir ki, 139 00:18:20,070 --> 00:18:25,500 iki nəfər əliyalın adamı Fironla döyüşə də göndərmək olar. 140 00:18:27,250 --> 00:18:36,050 Başqa bir yerdə yenə də Həzrət Musa – əlbəttə, bu haqda Quranda dönə-dönə danışılır, indi mən birini qeyd edirəm – 141 00:18:37,070 --> 00:18:44,520 iş gəlib açıq-aşkar qarşıdurmaya, üzbəüz savaşa çatanda 142 00:18:45,200 --> 00:18:51,970 Bəni-İsraili toplayır 143 00:18:52,220 --> 00:18:56,420 və Fironun əlindən qaçıb qurtulmaq üçün 144 00:18:56,770 --> 00:19:00,470 sübh çağı (yaxud gecəyarı) yola düşür. 145 00:19:01,420 --> 00:19:04,600 Səhər olub günəş bir qədər qalxandan sonra 146 00:19:05,750 --> 00:19:10,300 casuslar Firona xəbər verirlər ki, Bəni-İsrail hamılıqla şəhəri boşaldaraq çıxıb gedib. 147 00:19:10,970 --> 00:19:16,800 Firon onların gedib başqa bir yerdə mərkəz yaradaraq onun əleyhinə iş aparacağından narahat olur. 148 00:19:16,950 --> 00:19:24,550 Qoşunu toplayıb onların arxasınca yola düşür. İndi bilmirəm, aralarında nə qədər məsafə olur; 149 00:19:25,020 --> 00:19:30,920 bir gün, iki gün, bəlkə bundan az və ya çox; 150 00:19:31,500 --> 00:19:39,620 nə isə, qoşun Həzrət Musa və tərəfdarlarının arxasınca yola düşür. Onlar heç bir tədarükləri olmadan piyada gedirlər – bir ovuc adam; kişi, qadın, uşaq – 151 00:19:39,870 --> 00:19:49,370 bunlar isə atla, lazım olan hər cür ehtiyat və tədarüklə; təbii ki, onlara daha tez çatacaqdılar; və çatırlar da. 152 00:19:50,620 --> 00:19:57,770 Musanın tərəfdarları uzaqdan Firon ordusunun gəldiyini görüb təşvişə düşür. 153 00:19:58,970 --> 00:20:03,550 Quranda – “Şuəra” surəsində buyurur: فَلَمّا تَرٰٓءَا الجَمعان 154 00:20:04,670 --> 00:20:07,620 فَلَمّا تَرٰٓءَا الجَمعان 155 00:20:08,220 --> 00:20:15,850 – iki dəstə, yəni Musanın öndə gedən dəstəsi və Fironun onların arxasınca gələn qoşunu 156 00:20:16,000 --> 00:20:21,050 bir-birini uzaqdan görəndə, bir-birini görə biləcək qədər yaxınlaşanda 157 00:20:21,670 --> 00:20:24,220 Musa ilə gələn Bəni-İsrail deyir: 158 00:20:24,620 --> 00:20:28,770 – “(İşimiz bitdi!) Artıq yaxalandıq” (“Şuəra” surəsi, 61-ci ayə) 159 00:20:29,270 --> 00:20:36,950 Musa ilə birlikdə olan Bəni-İsraili qorxu bürüyür, “Ey Musa! Artıq yaxalandıq” – deyirlər. 160 00:20:36,950 --> 00:20:43,020 “مُدرَکون” – yəni indi gəlib bizə çatacaq, hamımızı tutub qətlə yetirəcəklər. 161 00:20:43,620 --> 00:20:53,220 Musa nə cavab verir? Həzrət Musa cavabında deyir: – “Xeyr!” Əsla belə bir şey baş verməyəcək. Nəyə görə? 162 00:20:53,550 --> 00:20:55,520 – “Rəbbim mənimlədir”. 163 00:20:56,720 --> 00:21:02,570 Allahın insanla birlikdə olmağı budur. Musa deyir ki, Allah mənimlədir, Rəbbim mənimlə birlikdədir; 164 00:21:04,250 --> 00:21:08,020 “Xeyr! Rəbbim mənimlədir. O, mütləq, mənə yol göstərəcəkdir!” (“Şuəra” surəsi, 62-ci ayə) 165 00:21:09,220 --> 00:21:13,370 Baxın, Allahın bəndə ilə birlikdə olmağı bu qədər əhəmiyyətlidir. 166 00:21:13,750 --> 00:21:18,870 – “Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir” deyilirsə, 167 00:21:19,300 --> 00:21:27,170 bu birliyin qədrini bilmək lazımdır. Əgər mən və siz Allah-taalanın bu müşayiətini, bu birliyini qoruyub saxlaya bilsək, 168 00:21:27,350 --> 00:21:37,550 Amerika nədir, lap dünyada kimlərsə Amerikadan da on qat güclü olsa, 169 00:21:37,850 --> 00:21:42,450 Allah-taalanın birlikdə olduğu bu qüvvə hamısına qalib gələcək. 170 00:22:04,670 --> 00:22:09,900 Mən bəsiclə bağlı bir neçə əsas məsələni başlıq kimi qeyd etmək istəyirəm. 171 00:22:11,120 --> 00:22:18,370 Sizlər bəsicin müxtəlif sferalarında çalışırsınız; 172 00:22:18,750 --> 00:22:26,520 mənim qeyd edəcəyim bu başlıqların hər birini həm şərh etmək, açıqlamaq lazımdır 173 00:22:26,850 --> 00:22:31,370 (amma bu gün buna nə vaxtımız var, nə də indi bunun yeridir), 174 00:22:32,220 --> 00:22:39,850 həm də həmin istiqamətlərdə fəaliyyət proqramları qurulmalı, iş metodları seçilməlidir. Mən yalnız başlıqları deyəcəyəm, qalanı sizin öhdənizə düşür. 175 00:22:42,320 --> 00:22:47,450 Biri budur ki, bəsic sırf emosional bir hərəkat deyil, 176 00:22:48,550 --> 00:22:56,520 bəsic biliyə, dərkə, gözüaçıqlığa əsaslanır. 177 00:22:57,920 --> 00:23:03,470 Bəsic, doğrudan da, belədir və məhz bu istiqamətdə irəli getməlidir. 178 00:23:04,420 --> 00:23:13,700 Əgər sırf hislər, emosialar olsaydı, hislər cüzi bir təsirlə dəyişir. 179 00:23:14,350 --> 00:23:24,150 İnqilabın əvvəlində bir qrup adam var idi ki, inqilabı böyük coşğu və həvəslə dəstəkləyənlərdən idilər, amma bunu emosialarının təsiri altında edirdilər, 180 00:23:25,050 --> 00:23:35,050 dini dərindən dərk etdikləri üçün etmirdilər. Universitetlərdə və oradan kənarda olan bu cür insanlardan bəziləri ilə 181 00:23:35,550 --> 00:23:42,150 mənim münasibətim var idi, tanıyırdım; dində dayaz idilər. 182 00:23:42,550 --> 00:23:51,070 Axırı da bu oldu ki, inqilaba uzaq olan bəzi insanlarla oturub-durmaqla bunlar da inqilabdan uzaqlaşmağa başladılar; 183 00:23:51,220 --> 00:23:59,000 uzaqlaşmaq belə olur: əvvəlcə aradakı məsafə az olur, amma insan irəli getdikcə 184 00:23:59,170 --> 00:24:07,350 məsafə artır. Sonda inqilaba əks mövqe tutdular. 185 00:24:08,850 --> 00:24:17,520 Bəsicə qoşulmaq isə bəsirətlə, gözüaçıqlıqla atılan bir addımdır. 1388-ci ildə mən 186 00:24:17,870 --> 00:24:24,070 bəsirət məsələsini dönə-dönə vurğulayırdım, bəziləri narahat olmuşdular, əsəbiləşmişdilər, məqalələr yazıb istehza edirdilər ki, 187 00:24:24,550 --> 00:24:34,770 “nəyə görə “bəsirət” deyirsiniz?” Bax buna görə deyirdim. Bəsirət çox önəmlidir. Bilmək, dərk etmək çox əhəmiyyətlidir. 188 00:24:35,220 --> 00:24:47,470 İkincisi, bəsic heç bir cinahdan deyil; ölkədə mövcud olan iki, üç, yaxud dörd siyasi cinahdan hansınasa aid deyil. 189 00:24:47,970 --> 00:24:55,970 Bəsic İslam İnqilabının ordusudur, inqilaba aiddir. 190 00:24:57,550 --> 00:25:05,500 Hansısa ikitirəlik mövcud olsa belə, bu, inqilabla əks-inqilab arasındakı ikitirəlikdir. 191 00:25:06,220 --> 00:25:13,670 (hətta inqilabçı olmayan bir insanı belə çəkib gətirmək, cəlb etmək olar; 192 00:25:15,000 --> 00:25:23,670 mən əksəriyyəti cəlb etmək lazım olduğuna inanıram; əlbəttə ki, bunun da öz yolları var, daha “əksəriyyəti cəlb edək” deyə hər işə əl atmaq olmaz). 193 00:25:24,450 --> 00:25:30,770 İnqilabı qəbul edən 194 00:25:31,400 --> 00:25:38,670 istənilən cinah, istənilən şəxs, istənilən adam 195 00:25:38,670 --> 00:25:45,570 inqilaba xidmət edir, inqilabın arxasınca gedir, bəsic də onun tərəfdarıdır. 196 00:25:46,670 --> 00:25:51,750 Yəni bəsici ölkədəki bu, digər, 197 00:25:52,020 --> 00:25:56,400 üçüncü və ya dördüncü bir cinahın tərkib hissəsi bilməməliyik. Yox, 198 00:25:56,620 --> 00:26:07,970 bəsic özü bir hərəkatdır, İslam İnqilabının hədəflərinə doğru axan böyük bir çaydır. 199 00:26:09,150 --> 00:26:16,870 Digər bir məqam; bəsicdə birgə, müştərək fəaliyyət olmalıdır; 200 00:26:17,720 --> 00:26:25,670 yəni bəsicdə xalqın müxtəlif təbəqələrindən olan insanlar iştirak etməlidir; bax xalqın, müxtəlif təbəqələrin səfərbərliyi budur. 201 00:26:26,350 --> 00:26:31,070 Şagird, tələbə, fəhlə, universitet müəllimi, 202 00:26:32,100 --> 00:26:41,750 ticarətçi, hüquqşünas və sair, və sair – hamısı olmalıdır. Bu, bəsicin üfüqi surətdə genişliyi, çoxluğudur. 203 00:26:42,550 --> 00:26:48,770 Əlbəttə, bu müştərək fəaliyyətin şərti odur ki, bütün bu təbəqələr bir-birinə uyğunlaşsın, həmrəy olsun. 204 00:26:49,020 --> 00:26:53,170 Mənim tövsiyə etdiyim – elə burda da deyirəm, çünki rəsmilər də iştirak edir – 205 00:26:54,650 --> 00:27:00,350 həyata keçirilməsi zəruri olan işlərdən biri də budur ki, 206 00:27:00,570 --> 00:27:07,520 bəsicin bu üfüqi istiqamətdə geniş arealına daxil olan təbəqələr arasında 207 00:27:07,550 --> 00:27:17,850 əməkdaşlığın təmin olunması üçün qəti bir mexanizm yaradılsın. Deməli, bəsicin bir üfüqi xətti var – 208 00:27:18,120 --> 00:27:26,170 bu, bir – digər tərəfdən isə bəsicin dərindən düşünən, yeni ideyalar ortaya qoyan insanlara, 209 00:27:27,570 --> 00:27:34,970 ümumilikdə istiqamətləndirilməyə ehtiyacı var. Bu istiqamətləndirmə – daha sonra bu barədə daha ətraflı danışacağam – bəsicin şaquli xəttidir. 210 00:27:36,170 --> 00:27:45,320 Bu şaquli xəttin rolunun nədən ibarət olduğunu bir azdan deyəcəyəm. Bəsicin həm üfüqi, həm də şaquli xətti var. 211 00:27:47,650 --> 00:27:53,570 Bəsic nə adət etdiyimiz, 212 00:27:53,720 --> 00:28:00,000 yalnız şaquli xətti olan hərbi, yaxud administrativ strukturlar kimi, 213 00:28:00,450 --> 00:28:06,470 nə də yalnız üfüqi xətti olan qeyri-hökumət təşkilatları kimi deyil. 214 00:28:08,170 --> 00:28:16,470 Bəsicin həm üfüqi xətti var, həm də şaquli. Bunların hər biri öz növbəsində bəsicin formalaşması üçün lazımlıdır. 215 00:28:19,570 --> 00:28:27,120 Növbəti bir məqam odur ki, bəsic dinə əsaslanan xalq hakimiyyətinin gerçəkləşməsidir. 216 00:28:28,100 --> 00:28:32,470 Biz dinə, yaxud İslama əsaslanan xalq hakimiyyəti deyəndə 217 00:28:33,070 --> 00:28:38,920 bəziləri elə bilir ki, xalq hakimiyyəti elə seçki məntəqələrinə gedib səs verməkdir. 218 00:28:39,400 --> 00:28:44,570 Halbuki bu, dinə əsaslanan xalq hakimiyyətinin təzahürlərindən yalnız biridir. 219 00:28:45,100 --> 00:28:53,770 Xalq hakimiyyəti o deməkdir ki, dinə, İslama əsasən, cəmiyyətin yaşayışının söz sahibi elə xalqın özüdür; 220 00:28:54,020 --> 00:29:00,350 xalq hakimiyyəti budur; İslama əsaslanan xalq hakimiyyətinin mənası budur. 221 00:29:02,350 --> 00:29:08,770 Bəsic dinə, İslama əsaslanan xalq hakimiyyətinin bütün sferalarda təzahürüdür. 222 00:29:09,670 --> 00:29:19,300 İqtisadiyyat sferasına daxil olsa, iqtisadiyyat xalqın iradəsi ilə idarə olunar. 223 00:29:19,520 --> 00:29:24,020 Bayaq burda yoldaşlar da qeyd etdilər; tamamilə doğrudur. 224 00:29:24,470 --> 00:29:35,620 Bizim önə çəkdiyimiz o müqavimət iqtisadiyyatı bəsicin gücündən istifadə edə bilsə, 225 00:29:35,770 --> 00:29:44,570 xalqın hakimiyyəti ilə idarə olunan bir müqavimət iqtisadiyyatı olar. Elm də, cürbəcür sosial nailiyyətlər də, 226 00:29:44,700 --> 00:29:49,520 siyasət də bu cürdür. Dinə əsaslanan xalq hakimiyyətinin təcəssümü bəsicdir. 227 00:29:51,870 --> 00:29:59,370 Dedik ki, düşünən, yeni ideyalar ortaya qoyan beyinlər lazımdır. 228 00:30:00,250 --> 00:30:06,400 Mən təkid edirəm ki, avropalıların işlətdiyi o “intellektual klublar” ifadəsindən istifadə olunmasın. 229 00:30:07,020 --> 00:30:15,600 “İntellektual klub” avropalılara xas olan bir ifadə formasıdır; bizimkilər də götürüb 230 00:30:15,800 --> 00:30:22,750 onların söz və ifadələrini dilimizə hərfi tərcümə edirlər, sonra da hər kəlməbaşı öyünə - öyünə işlədirlər. Bizim öz dilimiz var, 231 00:30:24,220 --> 00:30:31,350 gəlin yeni sözlər yaradaq; “düşünən beyinlər” ifadəsi “intellektual klub” ifadəsindən də qulağayatandır. 232 00:30:32,200 --> 00:30:39,000 Bizə düşünən beyinlər lazımdır. Harada? İki yerdə: 233 00:30:39,250 --> 00:30:50,920 birincisi, başda, ən üstdə, ikincisi, müxtəlif sferalarda. Bəsicin çoxlu sayda müxtəlif sferaları var. 234 00:30:51,270 --> 00:31:01,150 Bayaq o uşaqlar deyirdilər ki, “biz şövqlə alışıb-yanırıq, bizi göndərin, nə üçün göndərmirsiniz?” 235 00:31:01,150 --> 00:31:08,550 Bax o, sərt müharibədir. İstər sərt, istərsə də yumşaq müharibədə düşünən beyinlər lazımdır. 236 00:31:08,670 --> 00:31:16,120 Sərt müharibədə düşünən beyinlər bunun üçündür ki, meydanda görülən işləri idarə etsin, kimin, nə vaxt, 237 00:31:17,500 --> 00:31:26,620 hansı şəkildə irəli getməli olduğunu müəyyənləşdirsin. Yumşaq müharibəyə gəlincə isə bu, çox geniş bir arenadır 238 00:31:26,900 --> 00:31:32,500 və virtual məkanın genişlənməsi ilə günbəgün daha da genişlənir. 239 00:31:32,850 --> 00:31:39,470 Özü də yumşaq müharibə sərt müharibədən qat-qat daha təhlükəlidir; yəni sərt müharibələrdə 240 00:31:39,600 --> 00:31:43,700 fiziki bədənlər məhv edilir, ruhlar isə göyə pərvazlanaraq Behiştə yollanır; 241 00:31:44,070 --> 00:31:51,750 yumşaq müharibədə isə, əgər Allah eləməsin, düşmən qələbə çalsa, fiziki bədənlər qol-qanad açıb sağlam qalır, 242 00:31:51,950 --> 00:31:59,550 ruhlar isə Cəhənnəmin dibinə gedir. Fərq budur; odur ki yumşaq müharibə daha təhlükəlidir. 243 00:32:03,550 --> 00:32:11,750 Yenə də hər ikisində düşünən beyinlərə ehtiyac var. Eynilə quruculuqda; axı bəsic müəyyən yerlərdə quruculuqla məşğuldur. 244 00:32:12,350 --> 00:32:20,570 Eynilə regional missiyaların bölüşdürülməsində; buna ərazi planlaşdırılması da deyirlər; 245 00:32:21,700 --> 00:32:27,420 ola bilsin, bəsic ölkənin hansısa regionunda elə bir iş həyata keçirir ki, 246 00:32:27,620 --> 00:32:31,320 başqa bir regionda o işi ya görə bilmir, ya da görməsinə ehtiyac yoxdur. 247 00:32:31,850 --> 00:32:37,500 Bütün bu işlər ağıllı, tədbirli bir şəkildə həyata keçirilməlidir ki, bunun üçün də düşünən beyinlər lazımdır. 248 00:32:37,750 --> 00:32:46,120 Bütün digər müxtəlif sferaların da hər birində düşünən beyinlərə ehtiyac var. 249 00:32:46,850 --> 00:32:54,550 Bundan başqa, bəsicin ən yuxarı dairələrində də 250 00:32:55,320 --> 00:33:02,170 oturub bütövlükdə bəsic kollektivi, ölkənin bütün bəsiciləri üçün bir fəaliyyət istiqaməti, 251 00:33:03,100 --> 00:33:11,870 başlıca fəaliyyət kursu müəyyən edəcək düşünən beyinlər lazımdır; mən burada da “strategiya” sözündən istifadə etmək istəmirəm; 252 00:33:12,270 --> 00:33:24,220 fəaliyyət istiqaməti, əsas kurs. Bizə belə insanlar lazımdır ki, oturub bu şeyləri düşünsünlər 253 00:33:25,570 --> 00:33:31,720 və işləri də yalnız bundan ibarət olsun. Ən mühüm işlərdən biri budur. 254 00:33:32,570 --> 00:33:37,770 Eynilə bütün dünyada mövcud olan, özləri demişkən, 255 00:33:38,150 --> 00:33:45,650 “hərbi strategiyaçılar” kimi; bu adamlar oturub düşünür, döyüş tapşırığını, hansı hərbi əməliyyatların həyata keçiriləcəyini müəyyən edir. 256 00:33:46,920 --> 00:33:50,450 Bu lazımdır, bu işlər görülməlidir. 257 00:33:53,020 --> 00:34:02,570 Bu işləri həyata keçirsək, ondan sonra siz böyük bəsic arenasının hansı nöqtəsində 258 00:34:03,170 --> 00:34:08,320 yer alıb çalışdığınızdan asılı olmayaraq – 259 00:34:08,320 --> 00:34:14,150 istər “Salehlər” olsun, istər “Nur yolçuları” olsun, orta məktəblər olsun, 260 00:34:14,320 --> 00:34:22,920 universitetlər olsun, zavodda işləyən fəhlə olsun, məsciddə ruhani olsun – 261 00:34:23,350 --> 00:34:32,050 işlə məşğul olduğunuzu, hərəkət edən, irəli gedən, ağıllı və məqsədyönlü bir kollektivin üzvü olduğunuzu bildiyiniz istənilən yerdə sizdə bu hiss yaranacaq. 262 00:34:33,150 --> 00:34:41,250 “Üzv” deyərkən mən bədən üzvləri ilə bənzətmə aparmaq istəmirəm, çünki, doğrudur, bədən üzvləri hərəkət edir, 263 00:34:41,250 --> 00:34:47,870 amma hamısı beyinin əsiridir; onlara “Gör!”, “Eşit!”, 264 00:34:48,050 --> 00:34:53,900 “Danış!”, “Hərəkət et!” deyən beyindir. Hökm sahibi beyindir. 265 00:34:54,700 --> 00:35:00,900 Bəsicdə isə belə deyil ki, yalnız mərkəzdən əmrlər verilə. 266 00:35:01,120 --> 00:35:07,820 Bəsicdə belədir ki, sanki, hər bir üzvün öz beyni var və o, 267 00:35:08,300 --> 00:35:14,350 başda duran əsas beyinlə həmrəy, həmfikirdir; əlbəttə ki, bu həmrəyliyin də öz yolları var. 268 00:35:15,500 --> 00:35:17,900 Bu düşünən beyinlər də olandan, 269 00:35:18,470 --> 00:35:27,220 fəal surətdə işləyəndən sonra, bununla yanaşı, bir nəzarət mexanizmi də olmalıdır. 270 00:35:28,150 --> 00:35:34,450 Nəyə nəzarət olunmalıdır? 271 00:35:35,150 --> 00:35:43,300 Bəsic hərəkətli, canlı, dinamik, inkişaf etməkdə, 272 00:35:45,100 --> 00:35:52,670 irəli getməkdə olan bir kollektiv olduğuna görə nəzarət etmək lazımdır ki, onun bu irəliləyişi dayanmasın; 273 00:35:54,470 --> 00:36:00,250 baxmaq lazımdır ki, yanlış istiqamətə getməsin, yolunu çaşmasın. 274 00:36:01,850 --> 00:36:08,370 İzləmək lazımdır ki, riskə məruz qalmasın, xəstəliyə yoluxmasın, 275 00:36:08,870 --> 00:36:16,350 cürbəcür “viruslar” onun daxilinə yol tapmasın. 276 00:36:17,600 --> 00:36:22,650 Mənim dediyim bu nəzarət mexanizmi təhlükəsizlik, mühüm informasiyaların qorunması və sair bu kimi işləri həyata keçirən orqanlardan ayrıdır, 277 00:36:23,000 --> 00:36:28,550 onlarla işim yoxdur, onlar öz yerində, hər birinin öz vəzifəsi var. 278 00:36:29,270 --> 00:36:38,450 Mən elə bir ağıllı, tədbirli nəzarət mexanizmindən danışıram ki, 279 00:36:40,050 --> 00:36:45,200 onun vasitəsilə sanki bir monitor kimi 280 00:36:45,570 --> 00:36:50,370 çöldəki reallıqları izləmək, nələrin baş verdiyini görmək mümkün olsun. 281 00:36:53,100 --> 00:36:59,250 Bunlar lazımdır; bütün bunlar bəsicin inkişafı, 282 00:36:59,820 --> 00:37:06,620 bu pak ağacın qol-budaq atıb daha çox bəhər verməsi üçün zəruri olan şeylərdir. Çünki bəsic pak bir ağacdır: 283 00:37:06,720 --> 00:37:15,500 “Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan pak bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. (“İbrahim” surəsi, 24-25-ci ayələr) 284 00:37:16,820 --> 00:37:23,520 Əgər bu ayədə deyilənlərin gerçəkləşməsini istəyirsinizsə, 285 00:37:24,170 --> 00:37:30,050 bu dediklərim olmalıdır. Mənim bu saydıqlarım ümumi cizgilərdir, 286 00:37:30,200 --> 00:37:37,770 özü də sırf analiz xarakterli fikirlər də deyil. Bu dediklərimin hamısını reallaşdırmaq, həyata keçirmək mümkündür. 287 00:37:38,870 --> 00:37:43,770 Hər birini də ətraflı şərh etmək olar – az öncə qeyd etdiyim kimi – 288 00:37:45,500 --> 00:37:51,370 bunların hər biri üçün müvafiq fəaliyyət proqramları hazırlanmalı, işlər planlaşdırılmalıdır. 289 00:37:51,550 --> 00:37:56,750 Bu isə sizlərin və rəsmilərin öhdəsinə düşür; oturub bu işləri həyata keçirməlidirlər. 290 00:37:57,350 --> 00:38:06,200 Bunlar həyata keçirilməsi real olan ümumi cizgilərdir. Onlara diqqət yetirmək lazımdır. 291 00:38:06,620 --> 00:38:13,150 Bu yerdə haşiyəyə çıxaraq bir məqamı da qeyd edək – bayaq dostlarımızdan bəzilərinin çıxışlarında da var idi – ki, 292 00:38:13,650 --> 00:38:21,870 ilk dəfə ölkəmizdə yaranan bəsic başqalarına örnək oldu. 293 00:38:22,920 --> 00:38:28,020 Bu örnək heç bir təbliğat aparılmadan, 294 00:38:28,120 --> 00:38:33,450 kitab nədir, bir vərəq kağız belə yazılmadan, heç kimə tapşırıq göndərilmədən 295 00:38:33,970 --> 00:38:42,650 İslam dünyasının önəmli bir hissəsində özünə təbii surətdə yer açdı; yəni başqa yerlərdə də özünü göstərdi. 296 00:38:44,470 --> 00:38:55,550 Onun surətini, kopiyasını çıxarmağa başladılar; bəziləri yaxşı, 297 00:38:55,970 --> 00:39:05,350 bəziləri isə pis məqsədlə. Gəncləri dini stimul əsasında 298 00:39:05,750 --> 00:39:13,400 meydanlara gətirmək, məsuliyyəti onlara həvalə etmək, onlara etimad göstərmək – bu, bir örnəyə çevrildi. 299 00:39:15,550 --> 00:39:24,720 Bəsic örnəyə çevriləndən sonra müxtəlif ölkələrdə dostlarımız ondan bəhrələndi – bayaq yoldaşlar ad çəkdi, 300 00:39:24,720 --> 00:39:27,970 mən hansısa ölkənin adını qeyd etmək istəmirəm – 301 00:39:29,300 --> 00:39:33,620 düşmənlər də oturub onun üçün planlar cızmağa başladı. 302 00:39:34,320 --> 00:39:39,720 Düşmənin planlarından biri yol tapıb nüfuz etməkdir. 303 00:39:40,750 --> 00:39:47,920 Mən təxminən bir il, bəlkə, ondan da bir qədər artıqdır ki, bu məsələ haqda danışır, vurğulayıram. 304 00:39:48,370 --> 00:39:55,170 Düşmənin aramıza nüfuz etməsindən qorxmaq, ehtiyatlanmaq lazımdır. Qorxmaq deyəndə mən onu nəzərdə tutmuram ki, dəhşətə gələk; 305 00:39:56,120 --> 00:40:00,550 yəni nəzərə almaq, ehtiyatlı olmaq lazımdır. Düşmənin ölkəyə nüfuz etməsi çox önəmlidir. 306 00:40:01,270 --> 00:40:08,150 Düşmənin izlədiyi planlardan biri də paralel xətlər yaratmaqdır; 307 00:40:08,400 --> 00:40:13,770 bəsic üçün rəqib yaratmaq; belə işlər də görürlər. 308 00:40:14,700 --> 00:40:20,250 Təfərrüatlara varmaq istəmirəm, amma mən bilirəm, məlumatım var, 309 00:40:20,470 --> 00:40:28,470 ola bilsin, sizlərdən də bəziləriniz xəbərdarsınız ki, hazırda bəsic üçün, ölkəmizin gəncləri üçün, 310 00:40:29,820 --> 00:40:37,120 mənim “yumşaq müharibənin zabitləri” adlandırdığım cavanlarımız üçün rəqiblər yaratmaqla məşğuldurlar. 311 00:40:40,200 --> 00:40:53,150 Gəncləri bəsicdən yayındırıb başqa bir tərəfə çəkmək üçün paralel xətlər yaradırlar. Bunlar mühüm məsələlərdir. 312 00:40:53,470 --> 00:41:01,550 Əgər mənim sadaladığım bu başlıqlara diqqət yetirilsə – 313 00:41:01,550 --> 00:41:08,950 əlbəttə ki, deyiləsi başqa məsələlər də var, amma indi vaxtımız yoxdur – 314 00:41:09,070 --> 00:41:24,850 o zaman bəsic cəmiyyətin ən başlıca sferalarında güclü və effektiv bir şəkildə özünü göstərməyə müvəffəq olacaq, təsir göstərə biləcək; 315 00:41:25,420 --> 00:41:34,400 istə elmdə, istər mədəniyyətdə, istər iqtisadiyyatda, istərsə də əhaliyə xidmət sahəsində. 316 00:41:36,570 --> 00:41:45,450 “Bəsicin tormozu yoxdur” – deyəndə bax bunu nəzərdə tuturlar. 317 00:41:45,900 --> 00:41:51,070 Bəsic bütün bu sferalarda böyük və effektiv bir qüvvə kimi özünü göstərə bilər. 318 00:41:52,420 --> 00:42:01,000 Başqa sözlə desək, bəsic rəsmi qurumlara 319 00:42:01,950 --> 00:42:07,350 həm fəaliyyət istiqamətini müəyyən etməkdə, həm hədəfləri seçməkdə, həm də iş görməkdə yardımçı ola bilər. 320 00:42:07,650 --> 00:42:14,050 Yəni mən bəsic haqda söhbət edib bu məqamları vurğulayanda, bəsicin nələrə qadir olduğunu deyəndə 321 00:42:14,050 --> 00:42:23,870 icraedici hakimiyyət üçün bir rəqib obrazı yaratmaq istəmirəm. İcraedici hakimiyyətin öz vəzifələri, məsuliyyəti var, 322 00:42:24,850 --> 00:42:33,100 onları yerinə yetirməlidir, bu, onun vəzifəsidir, bəsic isə icra strukturlarına 323 00:42:33,700 --> 00:42:40,320 ictimaiyyəti düzgün istiqamətləndirməkdə, xəta və sapmaların qarşısını almaqda kömək edə bilər. 324 00:42:40,900 --> 00:42:49,220 Həmçinin əməli işdə də yardımçı ola bilər; eynilə müqavimət iqtisadiyyatında olduğu kimi; bayaq bəzi yoldaşlar da qeyd etdilər. 325 00:42:50,850 --> 00:42:57,020 Bəsic tamamlayıcı, ruhlandırıcı bir amil kimi çıxış edə bilər. 326 00:42:57,200 --> 00:43:07,550 Bəzi dövlət qurumları müəyyən sferalarda ümidsizliyə qapılaraq: “Olmur!” – deyir. Necə yəni olmur?! 327 00:43:08,820 --> 00:43:14,770 Bir bu qədər böyük işlər həyata keçirilib, “olmur” nə deməkdir?! “Olmur!” – deyirlər. 328 00:43:16,070 --> 00:43:22,120 Bəsic, bu gənc və avanqard qüvvə irəli düşüb 329 00:43:22,600 --> 00:43:31,620 öz düzgün hərəkət kursu üzrə iş görməyə başlayanda isə o ümidini itirmiş, əli işdən soyumuş adamlarda da bir ruh yüksəkliyi və ümid yaranır. 330 00:43:31,700 --> 00:43:37,020 Əlbəttə, mən heç vaxt mübaliğəyə yol vermək, 331 00:43:37,620 --> 00:43:48,370 bəsicilərin bir mələk, insan oğluna xas zəif cəhətlərdən uzaq olduğunu demək istəmirəm. 332 00:43:49,570 --> 00:43:55,420 İnsan oğlunun zəif cəhətləri bizim hamımızda var; qorxumuz var, tərəddüdümüz var, 333 00:43:56,350 --> 00:44:01,870 cürbəcür şeyləri düşünüb nəzərə alırıq, sosial problemlərimiz var, 334 00:44:02,770 --> 00:44:06,820 amma çıxılmaz bir vəziyyətdə deyilik, mən bunu demək istəyirəm. 335 00:44:08,150 --> 00:44:12,700 Gənc bir bəsici müəyyən mərhələdə qorxu hissi keçirə, 336 00:44:14,020 --> 00:44:19,570 ya hansısa məsələdə tərəddüd edə bilər, amma çıxılmaz bir vəziyyətə düşmür. 337 00:44:20,500 --> 00:44:28,420 Çünki bəsicdə ona düzgün istiqamət verə biləcək, 338 00:44:28,870 --> 00:44:35,250 güclü insanlar o qədər çoxdur ki, onların dəstəyi ilə bütün o zəif cəhətləri aradan qaldıra, yaxud güclü bir cəhətə çevirə bilər. 339 00:44:39,000 --> 00:44:47,220 Bu gün biz ölkəmizdə iqtisadi problemlərin yaşandığını görürük. 340 00:44:47,450 --> 00:44:56,170 Əlbəttə, biz bu ili əməli tədbirlər ili elan etmişik, dünən də möhtərəm rəsmilərimiz mənə ətraflı bir hesabat yollamışdılar, 341 00:44:56,700 --> 00:45:02,220 ilin əvvəlindən indiyə qədər həyata keçirilmiş işlərin siyahısı var idi; 342 00:45:03,020 --> 00:45:10,250 yəni mən istəmişdim; dedim, baxaq görək axı əməli tədbirlər ilində hansı işlər görülüb. 343 00:45:10,250 --> 00:45:15,570 Ətraflı bir hesabat gəldi, baxdım. 344 00:45:16,950 --> 00:45:25,100 Statistika var, işlər var, tədbirlər görülüb, intəhası nəticəsi reallıqda görünməlidir. 345 00:45:26,250 --> 00:45:33,420 Önəmli olan odur ki, təqdim etdiyimiz statistikanın nəticəsi 346 00:45:33,920 --> 00:45:38,820 əməli surətdə müşahidə olunsun. Mən ilin əvvəlində də demişdim, 347 00:45:39,570 --> 00:45:47,850 elə etməliyik ki, il başa çatanda siyahı göstərib: “Bu işləri görmüşük, bu da əməldə, 348 00:45:48,050 --> 00:45:54,150 cəmiyyətin reallığında olan nəticələri!” – deyə bilək. Belə olmasın ki, 349 00:45:55,850 --> 00:46:04,900 sırf kağız üzərində, hesabatlarda olsun. Bəsic bu məqsədin reallaşmasında rol oynaya bilər. 350 00:46:05,520 --> 00:46:17,220 Çıxışımın sonunda mən o imperialist dövlətlə aramızda olan problemlərlə bağlı bir neçə cümlə qeyd etmək istəyirəm; 351 00:46:17,420 --> 00:46:23,700 əlbəttə ki, hakimiyyətə gələcək yeni administrasiyalarını nəzərdə tuturam; hansı ki hələ iş başına keçməyib. İndi o təzə seçilən prezident hələ ki, necə deyərlər, 352 00:46:23,820 --> 00:46:30,700 bütöv qarpız kimidir, bilmirik içi necə çıxacaq, amma hazırda 353 00:46:31,850 --> 00:46:41,270 Amerikada fəaliyyətdə olan administrasiya götürdüyü öhdəliklərə, 354 00:46:42,050 --> 00:46:47,700 birgə razılaşdırılmış və o vaxt rəsmilərimizin də bizə təqdim etdiyi qərarlara əməl etmir. 355 00:46:47,970 --> 00:46:58,070 Deməliyəm ki, onların bu cür işləri, qəbul etdikləri öhdəlikləri yerinə yetirmədikləri çox olub, bunu bir dəfə, iki dəfə etməyiblər. 356 00:46:59,120 --> 00:47:04,170 Ən axırıncısı da o onillik sanksiyanın müddətinin uzadılması məsələsidir. 357 00:47:04,700 --> 00:47:11,750 Əgər həmin sanksiyanın müddəti uzadılsa, bu, Birgə Kompleks Tədbirlər Planına qəti surətdə ziddir – buna heç bir şübhə ola bilməz – 358 00:47:12,270 --> 00:47:16,020 və bilsinlər ki, İran İslam Respublikası elə bir addıma hökmən reaksiya verəcək. 359 00:47:39,070 --> 00:47:49,300 Bununla bağlı mənim rəsmilərimizə və xalqımıza demək istədiyim budur ki, BKTP adı verilmiş o nüvə razılaşması 360 00:47:49,700 --> 00:47:56,620 düşmənin İran xalqına və ölkəmizə 361 00:47:56,850 --> 00:48:02,720 vaxtaşırı təzyiq göstərə bilməsi üçün vasitəyə çevrilməməlidir; 362 00:48:03,500 --> 00:48:06,700 yəni biz onların bunu təzyiq vasitəsinə çevirmələrinə imkan verməməliyik. 363 00:48:07,900 --> 00:48:14,620 Rəsmilər mənə demişdilər ki, bu işi sanksiya və təzyiqlərin aradan qaldırılması üçün görürlər, 364 00:48:15,350 --> 00:48:25,170 bu addımı ona görə atırlar. İndi onlar elə ilk gün görülməli olan, 365 00:48:25,700 --> 00:48:33,920 amma artıq 8-9 aydır tam olaraq başa çatdırılmamış, alayarımçıq qalan bir işi görmədikləri bir yana qalsın 366 00:48:34,770 --> 00:48:40,370 (qarşı tərəfin BKTP ilə əldə olunmuş razılaşmalara əməl etmədiyini bizim rəsmilərimiz açıq-aşkar deyirlər; 367 00:48:41,400 --> 00:48:47,820 danışıqlarda bilavasitə iştirak etmiş şəxslər özləri bunu açıq şəkildə deyiblər və deyirlər), 368 00:48:48,250 --> 00:48:53,120 üstəlik hələ bunu yenidən İslam Respublikasına təzyiq göstərmək üçün vasitəyə çevirsinlər?! Xeyr, 369 00:48:53,900 --> 00:49:07,500 Allahın qüdrətinə və xalqın iştirakının gücünə söykənən İslam Respublikasının dünyada heç bir qüvvədən qorxusu yoxdur. 370 00:49:31,120 --> 00:49:39,450 Əgər kimsə zəif iradəli Bəni-İsrail kimi 371 00:49:39,650 --> 00:49:41,750 «اِنّا لَمُدرَکون»– “ 372 00:49:42,170 --> 00:49:46,870 Bu dəqiqə bizi yaxalayıb atamızı yandıracaqlar” – 373 00:49:47,400 --> 00:49:50,800 deyirsə, biz də Həzrət Musa kimi deyirik: 374 00:49:50,800 --> 00:49:54,800 کَلّا اِنَّ مَعِيَ رَبّي سَيَهدين 375 00:50:18,800 --> 00:50:22,670 Pərvərdigara! Bu gənclərə, 376 00:50:23,200 --> 00:50:31,120 ölkəmizin bütün cavanlarına və əziz xalqımıza öz hidayət və yardımını günbəgün daha da artır. 377 00:50:32,420 --> 00:50:34,070 Allahın salamı, rəhməti vəbərəkəti nəsibiniz olsun.