1 00:00:00,150 --> 00:00:02,950 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,600 --> 00:00:09,400 Əziz qardaş və bacılar, xoş gəlmisiniz! 3 00:00:12,850 --> 00:00:25,070 Bu diyarın əziz şəhidlərinin xatirəsini anmaq üçün bu cür böyük və qalıcı bir tədbir təşkil etdiklərinə görə 4 00:00:26,800 --> 00:00:49,320 cənab Nurmofidiyə və eyni zamanda digər təşkilatçı qardaşlara təşəkkürümü bildirirəm. 5 00:00:51,000 --> 00:00:59,120 Şəhidlik, şəhidlər – bu olduqca önəmli məsələlərdəndir. 6 00:01:00,400 --> 00:01:14,200 Biz İslam İnqilabının qələbə çaldığı gündən indiyə qədər, bu üzun müddət ərzində, 7 00:01:14,200 --> 00:01:22,040 xüsusilə də Müqəddəs Müdafiə dövründə şəhid olmuş gənclərimizin atdığı bu addımın əhəmiyyətini 8 00:01:23,280 --> 00:01:37,040 hələ də layiqincə qiymətləndirməmişik; yəni inqilabımızın, dövlətimizin, ölkəmizin, milli heysiyyətimizin, tariximizin və gələcəyimizin müdafiəsi uğrunda 9 00:01:37,880 --> 00:01:47,040 görülən bu işin həqiqi çəkisini, bəlkə, hələ özümüz üçün də düzgün müəyyən etməmişik, anlamamışıq, 10 00:01:47,360 --> 00:01:55,600 ancaq heç üzdə də layiqincə ifadə etməmişik, göstərməmişik. Odur ki sizin bu istiqamətdə gördüyünüz bu işlər olduqca önəmlidir. 11 00:01:58,040 --> 00:02:09,280 Cənab Nurmofidi ətraflı çıxış etdi, inqilabla bağlı bir sıra gözəl və düzgün məqamlara toxundu; 12 00:02:10,120 --> 00:02:17,440 eynilə digər cənablar da. Səsləndirilən fikirlərin bir hissəsi 13 00:02:17,600 --> 00:02:31,480 nazirlərə və digər səlahiyyətli şəxslərə aid olsa da, hər halda, Gülüstan kimi mühüm bir regionla əlaqədar idi. 14 00:02:32,640 --> 00:02:38,520 Gülüstan ostanının təqdirəlayiq cəhətləri haqqında bir neçə cümlə demək istərdim. 15 00:02:39,760 --> 00:02:48,160 Bura insan sərmayəsi baxımından, həqiqətən də, üstün regionlardan biridir ki, 16 00:02:48,760 --> 00:02:54,200 bunun da müxtəlif səbəbləri vardır. 17 00:02:55,360 --> 00:03:03,520 Hər şeydən öncə – bayaq bunu cənab Nurmofidi də vurğuladı, son dərəcə də önəmli bir məqamdır – 18 00:03:03,880 --> 00:03:13,480 bu ərazidə, Qorgan, Gülüstan və Türkmənsəhra bölgələrində fərqli etnik qruplara və məzhəblərə aid olan insanlar 19 00:03:14,400 --> 00:03:26,160 mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində, çox gözəl və arzuolunan bir şəkildə birgə yaşayır. 20 00:03:26,600 --> 00:03:37,360 Bu çox önəmli bir xüsusiyyətdir. Bu gün İslam təriqətlərinin, sünni və şiələrin arasına konflikt salmaq üçün 21 00:03:38,080 --> 00:03:47,280 Qərb ölkələrində, özləri demişkən, beyin mərkəzlərinə oturub fikirləşsinlər, layihələr, planlar hazırlasınlar deyə 22 00:03:47,280 --> 00:03:55,400 nə qədər pullar xərcləndiyi açıqlansa, insanlar, doğrudan da, heyrətə gələr ki, 23 00:03:56,160 --> 00:04:03,000 düşmənlər biri sünni, digəri isə şiə olan iki müsəlmanın birgə yaşaya bilməməsi, 24 00:04:03,400 --> 00:04:09,800 bir-birinə ədavət bəsləyib üstünə silah çəkməsi üçün nə qədər işlər görür. 25 00:04:10,560 --> 00:04:20,120 Müsəlman İranında isə bütün bu fəaliyyətlərin əksinə olaraq, 26 00:04:20,320 --> 00:04:30,280 onların istədiklərinin tam tərsi baş verib. Bu baxımdan ölkəmizin ən yaxşı regionlarından biri də Gülüstandır. 27 00:04:30,480 --> 00:04:36,440 Mən inqilabdan əvvəl də burada olmuşam, istər Qonbədqabusda, istər Qorqanda, istərsə də bəzi başqa şəhərlərdə – Galikeş və sair bu kimi yerlərdə 28 00:04:36,640 --> 00:04:46,800 camaatın bu birgə, mehriban yaşayışı, əməkdaşlığı, 29 00:04:46,960 --> 00:04:53,040 qarşılıqlı sevgini qorumaq üçün necə çalışdığını bilirəm. Bu çox dəyərli bir xüsusiyyətdir, 30 00:04:54,720 --> 00:05:05,000 bunu qoruyub saxlamaq lazımdır. Bundan bir neçə il əvvəl Qorqana səfərimiz olmuşdu; 31 00:05:06,560 --> 00:05:12,720 yadımda deyil bir, yoxsa yarım günlüyünə Qonbədə getdik. 32 00:05:14,040 --> 00:05:22,080 Orada bizə sevgi və ehtiramını bildirən insanların böyük əksəriyyəti əhli-sünnədən olan qardaşlarımız idi. 33 00:05:22,680 --> 00:05:31,960 Bax bu, səudiyyəlilərin, təkfirçilərin, onların arxasında duran ABŞ-ın, 34 00:05:32,440 --> 00:05:41,200 Amerika və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin bugünkü fəaliyyətinə və məqsədlərinə tam ziddir; onların işinin tam əksinədir; 35 00:05:41,360 --> 00:05:52,040 yəni sözün həqiqi mənasında qətiyyətli, düzgün, məqsədyönlü və effektiv bir siyasətdir. 36 00:05:52,360 --> 00:06:00,240 Gülüstan regionunun, zənnimcə, çox mühüm olan təqdirəlayiq xüsusiyyətlərindən biri budur. 37 00:06:00,720 --> 00:06:11,480 Bu yaxınlarda – bundan bir neçə ay öncə – Mina faciəsində şəhid olmuş bir türkmən xanımın ailəsindən 38 00:06:12,280 --> 00:06:18,440 mənə məktub gəlmişdi. Yazırdılar ki, o xanım 39 00:06:18,680 --> 00:06:27,800 Məkkəyə gedib, ziyarət edib (indi ya həmin səfərdə olub, ya nə vaxtsa ondan əvvəl olub;) bir nəfər də tutub ki, həcc ziyarətini mənim üçün yerinə yetirdiyinə şahidlik etsin; 40 00:06:28,360 --> 00:06:36,160 bu çox önəmli bir məqamdır. Türkmən bir xanım onu şəxsən tanımadığım, adını belə bilmədiyim halda, mənim əvəzimə 41 00:06:36,640 --> 00:06:44,840 mənim əvəzimə Məkkəyə gedir, həcc ziyarətini yerinə yetirir, sonra da bu ziyarətini şahidlərin iştirakı ilə sənədləşdirir – 42 00:06:44,840 --> 00:06:50,240 əməlli-başlı sənəd tərtib edib, imzaladıb, o sənədi də mənə göndərmişdilər – 43 00:06:51,480 --> 00:07:00,520 bu, bizim ölkəmizin, bizim xalqımızın həqiqətən də güclü cəhətlərindən biridir. 44 00:07:00,840 --> 00:07:07,280 “Qeyri-bərabər döyüş” deyirlər, bax onun mənası budur ki, 45 00:07:07,280 --> 00:07:15,960 tərəflərdən birinin ixtiyarında olan texnika və vasitələr digərində olmur, hətta bəzən ikinci tərəfin birincidə olan imkanlardan heç xəbəri belə olmur; bayaq çəkdiyim misal bax buna nümunədir. 46 00:07:16,480 --> 00:07:26,000 Bizim qarşımızda duran tərəfin – yəni beynəlxalq imperializmin, sionizmin, Amerikanın – bu cür sevgi, bu cür qarşılıqlı münasibət, bu cür anlaşma, 47 00:07:26,320 --> 00:07:32,680 bu cür uyğunlaşma haqda nə anlayışı var, nə də belə şeyləri özlüyündə təhlil edə bilir; 48 00:07:32,840 --> 00:07:37,240 onlar belə şeyləri hətta özləri üçün analiz belə edə bilmirlər. Bu, bir məqam. 49 00:07:37,760 --> 00:07:44,720 Digər bir məqam isə Gülüstan camaatının inqilaba, inqilabi prinsiplərə sadiqliyidir. 50 00:07:44,720 --> 00:07:51,160 1343-cü ildə Qorqana gəlmişdim, müxtəlif yerlərdə minbərdə çıxışlarımız olurdu. 51 00:07:51,640 --> 00:08:05,080 O zaman 15 xordad hadisələrinin üzərindən təxminən bir il keçirdi; səfər ayının 2-ci, ya 3-cü ongünlüyü idi. 52 00:08:06,200 --> 00:08:13,440 Mən camaatın o izdihamına, o münasibətinə, o möhtəşəm qarşılamasına, 53 00:08:13,440 --> 00:08:21,600 o coşqusuna heyran qalmışdım. O davranış xalqın oyanışının, inqilabi hərəkata bəslədiyi sevginin göstəricisi idi. 54 00:08:21,920 --> 00:08:28,600 Hələ o zaman inqilabi mübarizə bir o qədər də yayılmamış, kütləvi hal almamışdı. 55 00:08:29,600 --> 00:08:36,120 Daha sonra da inqilab dövründə baş verən hadisələr. Azər ayının 5-i – bayaq cənablar da çıxışlarında qeyd etdilər – 56 00:08:36,270 --> 00:08:39,370 Qorqan hadisələrində önəmli bir gün idi. 57 00:08:39,780 --> 00:08:49,650 Məşhəddə İmam Rzanın (ə) hərəminə hücum olunduğunu eşidən Qorqan əhalisi spontan bir şəkildə hərəkətə keçmişdi; 58 00:08:50,540 --> 00:08:57,020 onları buna nə dəvət edən olmuşdu, nə də qarşılarına çıxıb qarşılayan. Camaat özü meydanlara axışmış və bildiyiniz kimi, hücuma məruz qalmışdı. 59 00:08:57,600 --> 00:09:03,040 Ondan bir iki həftə sonra Qonbədqabusda və Qalikeşdə də buna bənzər hadisələr baş verdi; 60 00:09:03,400 --> 00:09:08,220 yəni xalq artıq mübarizə meydanlarına axışmışdı. 61 00:09:08,640 --> 00:09:13,580 Və ya inqilabın əvvəllərində marksistlərin o bölgədə törətdiyi hadisələrdə – 62 00:09:14,320 --> 00:09:19,760 o qırğınlarda, o separatçılıq cəhdərində və sairdə – 63 00:09:20,080 --> 00:09:27,940 Qorqanı, Türkmənsəhranı, yaxud bütövlükdə o bölgəni xilas edən ən başlıca cəhət xalqın göstərdiyi müqavimət olmuşdu. 64 00:09:28,320 --> 00:09:36,960 Çünki gəlib o yerlərdə yuva salaraq başına müəyyən qədər əsgər toplamış insanların xalq arasında arxa-dayağı yox idi. 65 00:09:37,320 --> 00:09:42,600 Mübarizə aparan bir qrupun xalq arasında dayağı olmayanda o qrup çox tez sınır, məğlub olur. 66 00:09:42,900 --> 00:09:46,420 Xalq inqilabçıların, inqilabın, İmam Xomeyninin (r.ə) tərəfdarı idi. 67 00:09:47,500 --> 00:09:52,040 Qısacası, bu yerlərin əhalisinin istənilən cəhətdən müsbət özəllikləri çoxdur. 68 00:09:52,040 --> 00:09:58,660 Müqəddəs Müdafiə dövründə də həm ordu, bayaq adı çəkilən 30-cu diviziya, 69 00:09:58,920 --> 00:10:11,000 həm də Gülüstan və Qorqan korpusunun 25-ci diviziyası, həqiqətən də, özlərini çox gözəl göstərmiş, 70 00:10:11,480 --> 00:10:16,200 böyük işlər görmüşlər; cənab katib onlardan bəzilərini qeyd etdi. 71 00:10:16,200 --> 00:10:24,000 Bir dəfə cənab Nurmofidinin də iştirakı ilə qərargah mərkəzinə getmişdik, 72 00:10:24,300 --> 00:10:31,620 qorqanlı dostlarımızdan bir qrupu da gəlmişdi. Səhv etmirəmsə, mərhum cənab Tahiri də orada idi; 73 00:10:32,020 --> 00:10:38,560 Allah-taala ona rəhmət etsin, məqamını yüksəltsin, inşallah. Bu işlərdə onun da çox böyük rolu olub. 74 00:10:39,120 --> 00:10:47,220 Qısası, bu bölgənin insanlarının müharibə meydanındakı iştirakı, gördüyü işlər 75 00:10:47,680 --> 00:10:57,240 inanılmaz dərəcədə böyük olub. Qorqan camaatı haqqında nə qədər danışsaq, yenə də azdır; 76 00:10:57,580 --> 00:11:06,000 yeri gəlmişkən, mən buradan bütün şiə və sünni qardaşlarımızı, 77 00:11:06,320 --> 00:11:14,280 xüsusilə də regionun şiə və sünni məzhəbli din alimlərini bircə-bircə salamlayıram. Xahiş edirəm ki, cənab Nurmofidi zəhmət çəkib mənim salamımı 78 00:11:14,460 --> 00:11:24,320 oranın bütün din alimlərinə, rəsmilərinə, 79 00:11:24,840 --> 00:11:33,980 eyni zamanda bütün camaata yetirsin; həqiqətən də, mən Qorqan əhalisini sevir, onlara inanır, etimad edirəm. 80 00:11:35,440 --> 00:11:42,740 Bayaq da qeyd etdiyim kimi, şəhidlik məsələsinə ciddi yanaşmaq lazımdır. 81 00:11:43,420 --> 00:11:57,340 Biz şəhidlərimizə məhz Allah-taalanın onlara verdiyi qiyməti verməliyik: 82 00:11:57,720 --> 00:12:06,180 “...Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...” (“Tövbə” surəsi, 11-ci ayədən) 83 00:12:06,400 --> 00:12:14,180 Allah yolunda cihad edən, həyatını təhlükəyə atan bu insanların 84 00:12:14,440 --> 00:12:20,120 həm vuruşaraq düşmən öldürməsi, həm də özlərinin ölümü çox dəyərlidir. 85 00:12:20,800 --> 00:12:26,220 Allah-taalanın dərgahında onlara nəsib olacaq rəhmət haqqında ilahi vəd vardır. 86 00:12:26,460 --> 00:12:34,640 Rəvayətlərdə bu yolda canından keçən insanların hələ dünyadan getməzdən əvvəl 87 00:12:34,900 --> 00:12:38,840 ilahi rəhmətin əlamətlərini gördüyündən bəhs edilir; 88 00:12:39,400 --> 00:12:47,000 yəni rəvayətlərdə qeyd olunur ki, atdan yıxılan şəhid – o vaxtlar atla savaşardılar – hələ yerə çatmamış 89 00:12:47,380 --> 00:12:54,660 Allah-taalanın onun haqqında verdiyi ilahi vəd gerçəkləşir; yəni hələ bu dünyada ikən gözləri açılır, həqiqətləri görür, 90 00:12:55,280 --> 00:13:03,580 Allahın rəhmətini, lütfünü hiss edir, qavrayır; şəhidlərə verilən dəyər budur. 91 00:13:03,960 --> 00:13:10,440 Bax bu cür ölümlər, bu cür fədakarlıqlar olmasaydı, 92 00:13:11,100 --> 00:13:17,780 İslam dövləti indiyə qədər davam gətirməzdi. Yenicə əkilmiş bu fidan indiyə kimi nə qədər güclü tufanlara məruz qalıb! 93 00:13:18,220 --> 00:13:27,660 Bu sistemin qalıcı olmağının, bu fidanın məhv olmamağının, şükürlər olsun ki, artıq köklü-köməcli bir ağaca çevrilməyinin səbəbi 94 00:13:28,260 --> 00:13:35,620 o fədakarlıqlardır, şəhidliyə, mübarizə meydanlarına can atma şövqüdür. 95 00:13:35,920 --> 00:13:43,040 Bu xüsusiyyətlər qorunmalıdır. Düşməni tanımaq, hazırladığı tələlərdən xəbərdar olmaq lazımdır. 96 00:13:43,220 --> 00:13:50,940 Bu gün beynəlxalq arenada gedən proseslərə diqqət yetirsəniz, görərsiniz ki, 97 00:13:51,620 --> 00:13:59,440 imperializmin bu region üçün hazırladığı əsas planların mərkəzində İran durur. 98 00:13:59,900 --> 00:14:08,060 Nəyə görə? İslam İnqilabına görə, bu mömin xalqa, onun İslam dininə olan imanına görə! 99 00:14:08,780 --> 00:14:14,600 Biz düşmənin çoxsaylı hücumlarının hədəfindəyik. Xoşbəxtlikdən, Allah-taala bizə güc verib, 100 00:14:14,760 --> 00:14:21,860 imkanlar verib: həm insan potensialımız var, həm böyük, zəngin, çoxsaylı əhalisi olan bir ölkəmiz var, 101 00:14:22,320 --> 00:14:28,460 həm də istedadlı, uzaqgörən, fəal və dinamik gənc nəslimiz. 102 00:14:28,820 --> 00:14:33,620 Bütün bunlar bizim sahib olduğumuz imkanlardır, özü də heç də az deyil, əksinə, olduqca böyük bir potensialdır. 103 00:14:34,300 --> 00:14:41,480 Biz bu imkanlarımızdan istifadə etməliyik. Mən bu sözlərimi ilk növbədə rəsmilərimizə, 104 00:14:41,880 --> 00:14:47,140 daha sonra isə xalqımıza ünvanlayıram. 105 00:14:47,600 --> 00:14:56,540 Ölkəmizdə baş vermiş bu möhtəşəm hadisə – İslam bayrağının ucaldılması qarşısında hamı məsuliyyət hiss etməlidir; bu, balaca bir iş deyil. 106 00:14:56,980 --> 00:15:04,280 Bütün əllərin, bütün siyasi güclərin din məfhumunu, 107 00:15:04,400 --> 00:15:09,380 xüsusilə də İslam dinini yox etməyə çalışdığı bir vaxtda 108 00:15:09,940 --> 00:15:13,720 hansısa ölkədə dinlərin ən canlısı və təsirlisi, 109 00:15:14,380 --> 00:15:20,420 yəni İslam dini, Allah-taalanın ən tutarlı dillə danışan kitabı, 110 00:15:20,700 --> 00:15:26,520 yəni Qurani-Kərim yüksəklərə qalxır, bütün ölkənin ərazisində hakimiyyəti ələ alır, 111 00:15:27,060 --> 00:15:36,200 bundan başqa, hələ coğrafi sərhədləri aşaraq dünyanın müxtəlif regionlarına nüfuz etməyi də bacarır. 112 00:15:36,340 --> 00:15:44,100 Bu, olduqca əhəmiyyətli və müstəsna bir hadisədir. Bunu görən düşmən təhlükə hiss etdi 113 00:15:44,240 --> 00:15:50,280 və elə ilk gündən İslam quruluşu əleyhinə müxtəlif fəaliyyətlərə başladı. 114 00:15:50,920 --> 00:15:56,840 Bununla belə, şükürlər olsun ki, bu günə qədər heç bir iş görə bilməyiblər, bundan sonra da Allahın yardımı ilə əsla nə isə edə bilməyəcəklər! 115 00:15:56,960 --> 00:16:01,440 Lakin düşmənin səylərinin nəticəsiz qalmasının bir şərti var, o da budur ki, hamımız məsuliyyətli olmalı, 116 00:16:01,840 --> 00:16:05,200 yəni özümüzdə məsuliyyət hiss etməliyik. Harada olmağımızdan asılı olmayaraq, 117 00:16:05,520 --> 00:16:11,620 hər birimiz İslam dövlətini qorumağı özümüzün birinci və ən başlıca vəzifəsi bilməli, 118 00:16:12,560 --> 00:16:16,580 buna uyğun addım atmalıyıq. 119 00:16:17,300 --> 00:16:25,520 Sizin şəhidlərin adını yaşatmaq, ucaltmaq üçün gördüyünüz bu işlər, 120 00:16:25,680 --> 00:16:34,480 keçirdiyiniz bu anım tədbirləri də, heç şübhəsiz, bu məqsədə xidmət edir və bu baxımdan çox effektivdir. 121 00:16:34,860 --> 00:16:42,040 İnşallah, bütün bu xidmətləriniz sizin üçün davamlı bir sədəqə, həmişəyaşar bir xeyir əməl olar və Allah-taala mükafatınızı verər. 122 00:16:42,560 --> 00:16:53,460 Çalışın gördüyünüz işlərin nəticəsini, ərsəyə gətirdiyiniz bu nəşrləri auditoriyaya, insanlarımıza çatdıra biləsiniz. 123 00:16:54,020 --> 00:17:01,020 Yəni təkcə elə kitab nəşr etdirdiyimizə sevinib kifayətlənməyək; təbii ki, kitabların çapı, 124 00:17:01,320 --> 00:17:10,540 filmlərin çəkilməsi, yaxud hansısa incəsənət əsərlərinin meydana gəlməsi də önəmlidir, intəhası bu kimi işlərlə yanaşı, özünə auditoriya qazanmaq, 125 00:17:10,780 --> 00:17:14,320 müəyyən mənada bu auditoriyanı yaratmaq da əhəmiyyətli bir məsələdir. 126 00:17:14,760 --> 00:17:19,320 Çalışın ki, o kitabları auditoriyanın beyninə, düşüncəsinə çatdırasınız. 127 00:17:19,440 --> 00:17:23,220 Bu gün gənclərimizin zehni qidaya ehtiyacı var. 128 00:17:23,440 --> 00:17:29,460 Bugünkü gənclərimizin, hətta yaxşı, fəal gənclərimizin bir çoxu nə inqilab dövründən, 129 00:17:29,460 --> 00:17:32,760 nə İmam Xomeynidən (r.ə), nə müharibə zamanından, 130 00:17:33,200 --> 00:17:38,460 nə də baş vermiş digər müxtəlif hadisələrdən xəbərdardır. Bayaq siz 5 azər olayları haqqında danışdınız; 131 00:17:38,880 --> 00:17:44,200 Onlar bilməlidir ki, azər ayının 5-də hansı hadisə baş verib, 132 00:17:44,760 --> 00:17:50,020 bu günü tarixin səhifələrində əbədiləşdirən nə olub? 133 00:17:50,780 --> 00:17:57,260 Bu önəmlidir. Gənclərimizin öz tarixini, keçmişini, 134 00:17:57,460 --> 00:18:01,780 əslində elə öz inqilabi kimliyini bilməsi olduqca mühümdür. 135 00:18:02,040 --> 00:18:06,620 Çalışın buna maksimum dərəcədə nail olasınız. 136 00:18:06,620 --> 00:18:11,340 Əlbəttə ki, bunun üçün iş görmək lazımdır; yəni bu, asan bir məsələ deyil. 137 00:18:11,880 --> 00:18:21,040 Kitab yazmaqdan daha çətini onu auditoriyaya göstərə bilmək, məzmununu, ideyasını oxucuya çatdırmaqdır; bu çox önəmlidir. 138 00:18:21,220 --> 00:18:29,700 Bunu edə bilmək üçün məharət lazımdır, diqqət lazımdır, bu işin öz incəlikləri var. 139 00:18:29,780 --> 00:18:37,980 Bayaq sünni-şiə qardaşlığı məsələsinə toxunuldu – bu haqda cənab Nurmofidi də, mən də danışdıq – 140 00:18:38,200 --> 00:18:45,620 bu çox ciddi bir məsələdir; şiə və sünni gənclərimiz bu məsələnin nə qədər önəmli olduğunu bilməlidir. 141 00:18:46,700 --> 00:18:53,020 Bu gün düşmən bu zəmində bəzən baş verən konfliktlərdən, problemlərdən – 142 00:18:53,140 --> 00:18:58,100 istər şiələr, istərsə də sünnilər tərəfdən olsun – isifadə edir. 143 00:18:59,180 --> 00:19:05,460 İŞİD, təkfirçilər və sair bu kimi qruplar belə hadisələrdən yararlanır. 144 00:19:06,200 --> 00:19:12,960 Biz bunun, mütləq, qarşısını almalıyıq. Buna isə yalnız o zaman nail olmaq mümkündür ki, şiə və sünni gənclər 145 00:19:13,120 --> 00:19:21,800 hazırkı davranışlarının mahiyyətini, aralarındakı bu həmrəyliyin, mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində birgə yaşamalarının, bu söz və əməl birliyinin nə qədər böyük əhəmiyyət daşıdığını anlasınlar. 146 00:19:21,800 --> 00:19:30,540 İrana, İslama, Qurana düşmən olan qüvvələrə qarşı ən böyük silah bax budur. 147 00:19:30,940 --> 00:19:41,560 Gənclər bunu bilməli və qoruyub saxlamalıdır. Gənc auiditoriyaya bax bunları aşılamaq lazımdır. 148 00:19:41,560 --> 00:19:45,380 İnşallah, Allah-taala sizə uğurlar nəsib etsin. 149 00:19:45,840 --> 00:19:52,880 Uca Yaradan dünyadan köçənlərinizin, Qorqanın böyük din alimlərinin məqamını yüksəltsin; onlardan bəzilərini mən yaxından tanıyırdım, 150 00:19:52,880 --> 00:19:58,000 gedib görüşmüşdüm. 151 00:19:58,500 --> 00:20:09,200 Allah-taala həyatda olan dostlarımızın – cənab Nurmofidinin, sizin və digər qardaşlarımızın uğurlarını gündən-günə çoxaltsın, 152 00:20:09,600 --> 00:20:18,940 bu yolda möhkəm addımlarla irəliləyəsiniz, inşallah. 153 00:20:20,820 --> 00:20:22,840 Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.