1 00:00:00,750 --> 00:00:03,510 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:04,310 --> 00:00:12,040 Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! 3 00:00:13,600 --> 00:00:21,370 Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal! 4 00:00:21,680 --> 00:00:27,820 Allahım, Fatiməyə, onun atasına, ərinə və oğullarına Öz salamını nəsib et! 5 00:00:31,600 --> 00:00:44,040 Əziz həmvətənlərim, Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu və Novruz bayramı münasibətilə 6 00:00:44,930 --> 00:00:49,550 hamınızı təbrik edirəm! 7 00:00:51,330 --> 00:00:59,110 Əziz həmvətənlərim, böyük İran xalqı, 8 00:00:59,950 --> 00:01:10,000 gənclər, xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri, bayramınız mübarək olsun! 9 00:01:10,480 --> 00:01:16,530 Xüsusilə də şəhid ailələrini, müharibə əlillərini və veteranlarını, onların ailə üzvlərini, 10 00:01:17,460 --> 00:01:25,950 həmçinin Novruz bayramını tanıyan və qeyd edən bütün xalqları təbrik edirəm. 11 00:01:28,800 --> 00:01:36,080 Uca Allaha şükürlər olsun ki, 12 00:01:36,750 --> 00:01:44,660 əziz İran xalqımı Novruz bayramı münasibətilə təbrik etməyi mənə bir daha nəsib etdi. 13 00:01:47,370 --> 00:01:53,910 Ümidvaram, irəlidə xalqımızı yaxşı, 14 00:01:54,710 --> 00:02:04,220 bərəkətli, asayiş və rifah dolu bir il gözləyir, inşallah, 15 00:02:04,800 --> 00:02:17,370 1396-cı il İran xalqı və bütün dünya müsəlmanları üçün gözəl bir il olacaq. 16 00:02:19,600 --> 00:02:35,680 Qoy bütün İran ailələri, əziz iranlılarımız hamısı ölkəmizə bu dəqiqələrdə qədəm qoyan yeni ildə ilahi lütf, rəhmət və bərəkətə layiq görülsün, inşallah! 17 00:02:38,000 --> 00:02:48,970 Geridə qoyduğumuz 1395-ci ili dəyərləndirmək istəsək, deməliyik ki, 18 00:02:49,860 --> 00:02:59,860 bütün illər kimi, ötən il də həm sevincli, həm də kədərli, acılı-şirinli xatirələrlə yadda qaldı; 19 00:03:00,480 --> 00:03:11,060 acılı-şirinli xatirələr deyərkən mən şəxsi həyatımızı yox, bütövlükdə xalqımızın yaşantılarını nəzərdə tuturam. 20 00:03:13,640 --> 00:03:26,350 Ötən il həm xoş, şirin anlarımız oldu, sevindik – bu sevinc isə milli qürurumuzun ucaldığı, milli təhlükəsizliyimizin təmin olunduğu, 21 00:03:28,000 --> 00:03:38,660 xalq arasında gənclərin xüsusi fəallığının müşahidə olunduğu, ölkənin hər yerində mömin, 22 00:03:42,080 --> 00:03:54,260 inanclı topluma xas tədbirlərin gerçəkləşdiyi vaxtlarla bağlı idi – həm də acı, xoşagəlməz anlarımız oldu ki, 23 00:03:56,170 --> 00:04:06,000 bunlar da əsasən xalqımızın yaşadığı iqtisadi və sosial problemlərlə əlaqəli idi; 24 00:04:06,750 --> 00:04:21,950 bu barədə bir qədər sonra danışacağam. 1395-ci ildə ölkəmizin nüfuzu, xalqımızın qürur və heysiyyəti əvvəldən sona qədər müşahidə olundu. Dünyanın hər yerində düşmənlərimiz İran xalqının qüdrət və əzəmətini etiraf etdilər. 25 00:04:23,510 --> 00:04:32,530 Ötən il baş vermiş müxtəlif olayların hamısında İran xalqının kimliyi, qürur və heysiyyəti özünü göstərdi. 26 00:04:34,480 --> 00:04:45,950 ABŞ prezidentinin İran İslam Respublikasına qarşı müəyyən epizodda hörmətsizliyə yol verməsi ilə xalqımız 27 00:04:46,440 --> 00:04:53,950 22 bəhmən günü böyük izdihamla, coşğu və qeyrətlə küçələrə çıxaraq onun cavabını verdi. 28 00:04:54,130 --> 00:05:07,060 Qüds günü, mübarək Ramazan ayında milyonlarla insanımız bu ölkənin mahiyyətini və hədəflərini bütün dünyaya nümayiş etdirdi. 29 00:05:10,350 --> 00:05:19,910 Regionumuzun və demək olar, beynəlxalq arenanın o təlatümlü şəraitində ölkəmizdə yaşanan təhlükəsizlik 30 00:05:20,260 --> 00:05:31,550 İran xalqı üçün çox böyük və önəmli bir göstərici idi. Bu gün ölkəmizin şərqindən və cənub-şərqindən tutmuş 31 00:05:31,820 --> 00:05:46,000 şimal-qərbinə qədər ətrafımızda yerləşən qonşu ölkələrdə asayiş və təhlükəsizlik pozulub, regionumuzda vəziyyət gərgindir, 32 00:05:46,340 --> 00:05:54,450 İran xalqı isə, Allaha şükürlər olsun ki, ötən ili davamlı təhlükəsizlik şəraitində keçirdi. 33 00:05:56,510 --> 00:06:07,940 Bayaq mən xalqımızın arasında gənclərin xüsusi fəallığının müşahidə olunduğunu dedim. 34 00:06:08,170 --> 00:06:16,740 Ötən il ölkəmizin dörd bir yanında minlərlə gənc kollektivin həyata keçirdiyi işləri gördük, 35 00:06:17,080 --> 00:06:27,710 bu barədə məlumat aldıq. Gənclərimiz müxtəlif sferalarda – istər elm sahəsində, istər mədəniyyətdə, istər idmanda, istər istehsalatda 36 00:06:27,940 --> 00:06:40,110 əmək fəaliyyəti ilə məşğuldurlar, işləyirlər, yeni-yeni işlərlə, təşəbbüslərlə çıxış edirlər və ölkənin gələcəyi üçün dəyərli ehtiyat hazırlayırlar. 37 00:06:41,020 --> 00:06:55,880 Az öncə mən ölkəmizin hər yerində inanclı topluma xas tədbirlərin gerçəkləşdiyini qeyd edərkən il boyu isti, səmimi bir atmosferdə təşkil edilən izdihamlı, effektiv dini məclisləri nəzərdə tuturdum; 38 00:06:56,280 --> 00:07:09,370 imamlarla (ə), önəmli dini məsələlərlə bağlı tədbirləri, Ramazan ayındakı etikaf və ibadətləri, 39 00:07:09,820 --> 00:07:24,800 Ərbəin yürüşünü, məhərrəm ayının ilk on günündə, habelə Aşura günü təşkil edilən məclisləri deyirdim; bunlar ölkəmiz və xalqımız üçün müsbət, sevindirici məqamlardır. 40 00:07:26,510 --> 00:07:36,400 Xalqımızın çətinlik və acıları isə əsasən yaşadığı iqtisadi problemlərlə bağlı idi. 41 00:07:37,480 --> 00:07:46,110 Orta və yoxsul təbəqə il boyu bu problemlərlə üz-üzə idi və elə indi də belədir. 42 00:07:47,310 --> 00:07:57,020 Əhalinin vəziyyətindən xəbərdar olduğuma görə mən bu çətinliyi, bu acını bütün varlığımla hiss edirəm; 43 00:07:57,420 --> 00:08:05,370 insanlarımızın, xüsusilə də yoxsul təbəqənin 44 00:08:05,880 --> 00:08:14,050 iqtisadi problemlər ucbatından üzləşdiyi çətinliklərin – bahalığın, işsizliyin, 45 00:08:14,400 --> 00:08:23,710 cürbəcür sosial bəlaların (hərçənd bunların da kökündə əsasən iqtisadi problemlər durur), təbəqələşmənin nə qədər acı və xoşagəlməz olduğunu bilirəm. 46 00:08:24,570 --> 00:08:32,740 Bu baxımdan hamımızın öhdəsinə müəyyən vəzifə düşür; həm Allah-taalanın qarşısında məsuliyyət daşıyırıq, həm də xalqın qarşısında cavab verməliyik. 47 00:08:34,050 --> 00:08:46,620 “Əməli tədbirlər ili” elan etdiyim 1395-ci ildə mən rəsmilərimizdən bir Əməli Tədbirlər Qərargahı təsis etmələrini istədim, təsis etdilər də. 48 00:08:47,250 --> 00:08:54,850 Sevindirici haldır ki, həmin qərargah tərəfindən çox yaxşı işlər həyata keçirildi, bu barədə bizə vaxtaşırı məlumat da verdilər. 49 00:08:54,850 --> 00:09:04,680 Lakin bütün bunlar xalqımızın və eləcə də mənim gözləntilərimi tam olaraq doğrultmayıb; 50 00:09:06,620 --> 00:09:20,400 ona hələ var. Çıxışımda da qeyd edəcəyəm ki, rəsmilərimizin özlərinin təqdim etdiyi statistik göstəricilərdən bəziləri çox yaxşıdır, müsbətdir, 51 00:09:20,620 --> 00:09:29,420 bəziləri isə yox, təqdirəlayiq deyil. Bütün bunlara paralel şəkildə yanaşmaq lazımdır. 52 00:09:32,110 --> 00:09:41,200 Müqavimət iqtisadiyyatı bütöv bir kompleksdir; əgər bu kompleksə 53 00:09:41,880 --> 00:09:49,650 yalnız “müqavimət iqtisadiyyatı” kimi yanaşılsa, nəticələri bir o qədər də effektiv olmaya bilər. 54 00:09:49,880 --> 00:09:58,220 Şəxsən mən çıxış yolunu bunda görürəm ki, bu kompleksin önəmli məqamlarını müəyyənləşdirək, 55 00:09:58,620 --> 00:10:06,280 hər bir önəmli, belə desək, “açar” məqam üçün konkret zaman müddəti ayıraq 56 00:10:06,570 --> 00:10:20,000 və rəsmilərdən, göz önündə olan insanlardan, habelə əhalidən bütün güc və diqqəti məhz həmin “açar məqam”a yönəltmələrini istəyək. 57 00:10:20,970 --> 00:10:31,540 Zənnimcə, çıxış yolu bu il məhz həmin açar məqamı düzgün müəyyənləşdirməkdir. 58 00:10:31,880 --> 00:10:39,200 Mənim fikrimcə, o açar məqam istehsaldan – daxili istehsaldan ibarətdir; 59 00:10:39,420 --> 00:10:48,000 həmçinin məşğulluq, xüsusilə də gənclərin məşğulluğu; əsas açar məqamlar bunlardır. 60 00:10:49,310 --> 00:11:01,020 Əgər biz diqqəti bu iki məqam üzərində cəmləşdirib, fəaliyyətimizi məhz bu əsasda proqramlaşdıra bilsək, 61 00:11:01,420 --> 00:11:05,940 düşünürəm ki, işlər xeyli dərəcədə irəliləyəcək 62 00:11:06,110 --> 00:11:12,740 və diqqətəlayiq, hiss olunan uğurlar əldə olunacaq. 63 00:11:13,540 --> 00:11:23,370 İnşallah, çıxışımda mən bu iki əsas, açar məqamın tələb etdiyi xüsusiyyətlərdən də danışacağam. 64 00:11:23,710 --> 00:11:32,570 Odur ki mən bu ili “Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq” ili elan edirəm; 65 00:11:32,800 --> 00:11:40,620 yəni ilin ümumi şüarı “Müqavimət iqtisadiyyatı”dır, ardınca isə istehsal və məşğulluq gəlir. 66 00:11:40,740 --> 00:11:47,250 Hamımızın diqqətini cəmləməli olduğu əsas məqamlar bunlardır. 67 00:11:47,650 --> 00:11:57,770 Mənim, eləcə də xalqımızın dəyərli və möhtərəm rəsmilərimizdən istəyi odur ki, bütün diqqət və səylərini bu iki əsas məqam üzərində cəmləyərək 68 00:11:58,110 --> 00:12:10,450 planlı surətdə işləsinlər və inşallah, fəaliyyətlərinin müsbət nəticələri haqda ilin sonunda xalqa məlumat verə bilsinlər. 69 00:12:10,970 --> 00:12:23,200 Ümidvaram, qarşıladığımız bu il Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) inayəti, şəhidlərimizin və dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhlarının duaları sayəsində 70 00:12:23,650 --> 00:12:32,000 hamınız üçün sevinc, gözəllik, asayiş və rifah dolu bir il olacaq. 71 00:12:32,000 --> 00:12:36,000 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.