1 00:00:00,260 --> 00:00:02,660 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,880 --> 00:00:05,550 الحمدللّه ربّ العالمين 3 00:00:05,770 --> 00:00:11,820 والصّلاة والسّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:21,770 --> 00:00:26,440 و علي آله الاطيبين الاطهرين المنتجبين 5 00:00:28,570 --> 00:00:36,040 سيّما بقيّةالله في الارضين و لعنةالله علي اعدائهم اجمعين 6 00:00:37,510 --> 00:00:41,820 Əziz qardaş və bacılar, xoş gəlmisiniz! 7 00:00:42,000 --> 00:01:00,620 Hər ilin 29 bəhmən günü sizin gəlişiniz sayəsində bu hüseyniyədə ən möhtəşəm, izdihamlı günlərdən biri yaşanır. 8 00:01:03,770 --> 00:01:15,950 Təbriz və Azərbaycan əhalisi ilə görüşməyə daim can atan biri olaraq, mənim üçün də gözəl bir fürsət yaranır ki, 9 00:01:17,680 --> 00:01:33,020 o diyarın əziz camaatının hamısı ilə olmasa da, oranın gənclərindən, rəsmilərindən, böyük din alimlərindən, 10 00:01:34,440 --> 00:01:40,000 əhalisindən bir qrupu ilə burada, bu hüseyniyədə görüşüm. 11 00:01:41,280 --> 00:01:51,060 Çox xoş gəlmisiniz! Bütün təbrizlilərə, 12 00:01:52,620 --> 00:02:04,710 həmçinin Azərbaycanın digər şəhərlərinin əhalisinə də mənim salamımı çatdırın. Qalan həmşərilərimə də məndən salam yetirin. 13 00:02:07,640 --> 00:02:21,600 29 bəhmən məsələsi sırf tarixi bir məsələ deyil; bu bir ibrət dərsidir, təbrizlilərə və azərbaycanlılara ad qazandırmış bir gündür. 14 00:02:23,950 --> 00:02:33,510 Əziz gənclər, sizə deyim ki, Azərbaycan və Təbriz əhalisi 15 00:02:34,930 --> 00:02:47,950 təkcə İslam İnqilabında və 29 bəhməndə yox (belə ki 29 bəhmən növbəti ilin 22 bəhmən günü 16 00:02:49,370 --> 00:02:55,020 inqilabın qələbə çalması üçün hərəkətverici qüvvə rolunu oynadı, 17 00:02:56,750 --> 00:03:03,420 bu işin həyata keçirilə bilməsi üçün təkan oldu; prosesləri inkişaf etdirdi, işi irəli atdı) 18 00:03:05,020 --> 00:03:17,110 ölkədə hələ 120-130 il əvvəl baş verən bütün ictimai dəyişikliklərdə, 19 00:03:17,950 --> 00:03:33,460 bütün önəmli siyasi proseslərdə mübarizənin əsas mehvərlərindən biri olub; 20 00:03:35,280 --> 00:03:41,240 qoy gənclərimiz bunu bilsin; Azərbaycanın kimliyi, siması budur. 21 00:03:42,930 --> 00:03:55,640 Tənbəki olayları – mərhum müctəhid Hacı Mirzə Cavad Təbrizi, Məşrutə məsələsi – 22 00:03:55,950 --> 00:04:07,060 Azərbaycanın Məşrutə olayları məşhurdur, neft sənayesinin ingilislərdən alınaraq milliləşdirilməsi – 23 00:04:07,370 --> 00:04:11,950 bütün bu proseslərdə önəmli rol oynamış bölgələrdən biri də Azərbaycandır. 24 00:04:13,370 --> 00:04:24,080 Azərbaycan əhalisi həm İslam İnqilabında, həm 8 illik Müqəddəs Müdafiə savaşında, həm də müharibədən əvvəl 25 00:04:24,710 --> 00:04:33,860 Təbriz və Azərbaycanın özündə baş verən hadisələrdə mühüm rola malik olmuşdur. 26 00:04:36,750 --> 00:04:42,040 İnqilabın əvvəllərində əks-inqilabi fəaliyyətə keçərək 27 00:04:42,710 --> 00:04:51,510 inqilabçı İran xalqı arasında qırılma yaratmaq istəyən marginal bir qrup 28 00:04:52,880 --> 00:05:00,170 Təbrizin bu iş üçün münasib bir yer ola biləcəyini düşünmüş 29 00:05:00,310 --> 00:05:13,110 (onu da deyim ki, ingilislərin və İrana zidd qüvvələrin yürütdüyü köhnə siyasətlərdən biri də budur) və gedib orada iğtişaş törətmişdi. 30 00:05:15,020 --> 00:05:24,400 O vaxt mən İnqilabi Şuranın üzvü idim; bu məsələ Tehranda müzakirə olunurdu, bəzi insanlar narahat idi, amma İmam Xomeyni buyurdu ki, heç kim narahat olmasın, 31 00:05:24,750 --> 00:05:32,310 təbrizlilər özləri onların cavabını verəcək; elə belə də oldu; başqa heç kimə ehtiyac yox idi; 32 00:05:34,620 --> 00:05:45,460 Azərbaycan əhalisi bu cürdür. Müharibə dövründə Azərbaycanın Aşura diviziyası avanqard diviziyalardan biri idi; təkcə o diviziya da deyildi, 33 00:05:47,280 --> 00:05:54,750 Azərbaycanın din alimləri, əhalisinin müxtəlif təbəqələri, 34 00:05:55,640 --> 00:06:01,460 arxa cəbhədəki qurumları hamısı meydanda idi; Azərbaycanın tarixi budur. 35 00:06:02,400 --> 00:06:12,130 Azərbaycan ölkədə etnik zəmində qarşıdurma yaratmaq istəyənlərə qarşı 36 00:06:12,480 --> 00:06:19,460 həmişə bir yumruq kimi birləşib və bu mübarizəsini bu gün də davam etdirir. 37 00:06:19,680 --> 00:06:26,750 Bəli, bilirik ki, ölkəmiz müxtəlif dillərdən, müxtəlif xalqlardan təşkil olunub: 38 00:06:27,060 --> 00:06:32,800 türk var, fars var, ərəb var, bəluc var, lor var, kürd var. 39 00:06:34,620 --> 00:06:45,770 Bu çoxmillətlilik gözəl bir fürsətdir, amma düşmən həmişə bundan xalq arasına nifaq, ikitirəlik salmaq üçün istifadə etməyə çalışıb. 40 00:06:47,600 --> 00:06:56,840 İranda yaşayan böyük etnoslar və əlbəttə ki, 41 00:06:58,040 --> 00:07:06,130 hamısından yüksək səviyyədə olmaqla Azərbaycan əhalisi düşmənlərin bu xəbis siyasətinə qarşı daim mübarizə aparıb. 42 00:07:06,840 --> 00:07:12,840 Ölkəmizin hər yanında əziz gənclərimiz buna diqqət yetirsinlər: 43 00:07:13,820 --> 00:07:23,640 düşmən bu ölkənin müstəqilliyini, bu inqilabın əsaslarını dağıdıb məhv etmək üçün 44 00:07:24,000 --> 00:07:33,950 zəlzələ yarada biləcəyini düşündüyü istənilən xırda çatı böyütməyə göz dikib. 45 00:07:34,350 --> 00:07:42,750 Bütün imkanlardan istifadə etmək istəyir, nə isə bir boşluq, bir çat axtarıb tapa biləcəyini düşünür. 46 00:07:43,060 --> 00:07:50,170 Halbuki heç bir çat yoxdur, xalqımız bir yumruq kimi birgədir, bölünməzdir. 47 00:07:50,530 --> 00:07:57,200 Bax elə siz təbrizlilər, azərbaycanlılar; hansı hislərlə yaşadığınızı özünüz çox gözəl bilirsiniz. 48 00:07:57,200 --> 00:08:08,080 Bayaqkı şeirdə deyilirdi ki, “Beyətdə vəfadarıq, biz and ola Qurana!” 49 00:08:09,110 --> 00:08:21,600 Siz özünüz bunu bilirsiniz, bu, dəqiq, sorğu-sualsız belədir. Azərbaycanlılar təkcə dildə yox, əməldə də bunu sübut ediblər 50 00:08:46,260 --> 00:08:58,260 və araqarışdıran, təhrikçi düşmənin qarşısında durduqlarını göstəriblər. 51 00:08:59,020 --> 00:09:09,680 Mənim əzizlərim! Xoşbəxtlikdən, İranda yaşayan digər etnoslar da bu cürdür. Xorasanlılar da – 52 00:09:10,440 --> 00:09:18,840 Şərqi Xorasandakı məzhəb fərqliliyinə baxmayaraq – kürdlər də, bəluclar da eynilə belədir. 53 00:09:20,080 --> 00:09:30,310 İnqilabın əvvəllərində bəluclar arasında inqilabın düşmənləri qarşısında sinəsini sipər etmiş din alimləri var idi. 54 00:09:30,310 --> 00:09:37,460 Mən bir müddət orada olmuşdum, oranın din alimlərini tanıyırdım. Qoy adlarını da çəkim, camaat onları tanısın: mərhum Mövləvi Əbdüləziz Sadati – 55 00:09:37,730 --> 00:09:47,370 səravanlı idi; qoca bir kişi idi, bir dəri, bir sümük, 56 00:09:48,530 --> 00:09:55,640 amma inqilabın düşmənlərinin, inqilabı tənqid edənlərin, inqilabda nöqsan axtaranların qarşısında dayanıb 57 00:09:56,310 --> 00:10:00,040 onu müdafiə edirdi; bəluc idi, məzhəbi sünni idi. 58 00:10:01,640 --> 00:10:13,370 Kürdüstanda mərhum Şeyxülislam – Sənəndəcdə çox güclü, tutarlı bir nitqlə çıxış etmişdi; 59 00:10:14,800 --> 00:10:20,620 sünni idi – kürdlər şafeidir – amma inqilabı müdafiə edirdi, 60 00:10:20,840 --> 00:10:27,730 çünki inqilabın İslamın bayrağını ucaltdığını görürdü. 61 00:10:28,480 --> 00:10:36,130 Əks-inqilabçılar Şeyxülislamı o çıxışına, o mövqeyinə görə şəhid etdi. 62 00:10:36,930 --> 00:10:47,730 Xuzestanda ərəb gənclər Səddam rejiminin hücumunun qarşısında durdular. 63 00:10:48,040 --> 00:10:55,330 Onlar da ərəb idi, bunlar da, amma bu ərəb İran İslam Respublikasının müdafiəsinə qalxdı. Xuzestan ərəblərindən, 64 00:10:56,220 --> 00:11:07,330 Əhvaz camaatından olan gənc komandir, şəhid Əli Haşeminin və başqalarının adları heç vaxt unudulmayacaq. Bu insanlar 65 00:11:08,480 --> 00:11:14,880 Səddam ordusunun qarşısında durdular. Onlar da ərəbcə danışırdı, bunlar da, amma bu insanlar həqiqəti dərk etdilər, 66 00:11:15,060 --> 00:11:20,970 düşmənin çirkin planını anladılar və onun əleyhinə çıxdılar; İranda yaşayan digər xalqar da eynilə. 67 00:11:20,970 --> 00:11:28,970 Hamısından daha irəli və yaxşı olan isə azərbaycanlılardır. Nə qədər oturub plan cızsalar da, nə qədər danışsalar da, 68 00:11:29,680 --> 00:11:46,350 nə qədər pul xərcləsələr də, neftdən gələn dollarları Qarunların pul kisəsindən çəkib çıxararaq ölkəmizdə konflikt və ikitirəlik yaratmaq üçün nə qədər xərcləsələr də, bacarmayacaqlar. 69 00:11:47,330 --> 00:11:55,950 Xalqımız birgədir, bölünməzdir. Bu gün mən bu barədə danışıram, eyni zamanda 70 00:11:56,130 --> 00:12:02,750 22 bəhmən haqqında da danışacağam, rəsmilər və onların daşıdığı məsuliyyət haqqında da danışacağam; 71 00:12:03,150 --> 00:12:10,480 bütün bunları paralel surətdə nəzərdən keçirmək lazımdır. İran xalqı ayaq üstədir, birgədir. 72 00:12:11,110 --> 00:12:20,930 Bir qrup adam var ki, elə bil, dilləri elə “milli barışıq, milli barışıq” deməyə öyrəşib. Məncə, bu sözlərin heç bir mənası yoxdur; 73 00:12:22,220 --> 00:12:33,240 bizim xalqımız birdir, birgədir. Harada ki söhbət İslamdan, İrandan, müstəqillikdən, 74 00:12:33,770 --> 00:12:41,060 düşmənə qarşı mübarizədən gedir, o yerdə bizim xalqımız bütün varlığı ilə ayaq üstədir, mübarizəyə hazırdır. 75 00:12:42,260 --> 00:12:49,020 Hansısa siyasi məsələdə iki nəfər arasında fikir ayrılığı ola bilər, amma bunun birliyimizə heç bir təsiri yoxdur. “Barışıq” nədir? 76 00:12:49,370 --> 00:13:00,800 Məgər küsüblər ki, barışalar da?! Qəzetlər belə ifadələrə qol-qanad verir, daha anlamırlar ki, bunlar problem yaradır. 77 00:13:01,280 --> 00:13:07,950 Siz “barışıq” deyəndə, belə çıxır ki, arada nə isə küsülülük var; halbuki heç bir küsülülük-filan yoxdur. 78 00:13:07,950 --> 00:13:16,130 Bəli, bizim xalqımız Aşura gününə qarşı təhqirə yol verənlərlə küsülüdür. 79 00:13:40,970 --> 00:13:55,770 Bizim xalqımız Aşura günü hoqqabazlıq edərək küçədə bəsici bir gənci 80 00:13:56,880 --> 00:14:07,950 qəddarcasına, həyasız bir şəkildə soyundurub döyənlərlə küsülüdür. Heç barışmayacaq da; 81 00:14:10,400 --> 00:14:22,170 nə bunlarla, nə də “Seçki bizim üçün bəhanədir, hədəfimiz İslam rejiminin özüdür!” – deyib İslam İnqilabının özünə 82 00:14:23,550 --> 00:14:33,680 mənfi münasibət bəsləyənlərlə. Əlbəttə ki, belələrinin sayı azdır, bir ovuc adamdır. Nəhəng bir okean olan İran xalqı ilə müqayisədə bunlar bir damcıdır, heç nədirlər. 83 00:14:34,080 --> 00:14:46,130 Bu okean bir bütövdür, ayrılmazdır. Bu birlik var, olmalıdır və günü-gündən gücləndirilməlidir. 84 00:15:09,730 --> 00:15:16,260 Allaha şükürlər olsun ki, Azərbaycanın ziyalıları və fəal ictimai xadimləri bu məqamlara həmişə diqqət yetiriblər. 85 00:15:17,150 --> 00:15:24,000 Qeyrətli Azərbaycan gəncləri, Azərbaycan əhalisinin müxtəlif təbəqələri 86 00:15:24,530 --> 00:15:35,150 bu məqama həmişə diqqət yetirərək düşmənin məkrli planlarına, təhrikçi fəaliyyətlərinə daim müqavimət göstərib, 87 00:15:36,710 --> 00:15:48,930 milli birliyi müdafiə edib, bu yolda canından keçib. 88 00:15:51,330 --> 00:16:01,730 Birinci növbədə siz özünüz, eləcə də bizlər, bütün rəsmilər və bütövlükdə xalqımız Azərbaycanın qədrini bilməliyik. 89 00:16:03,330 --> 00:16:11,420 Azərbaycan İslam İnqilabı və İslam dövləti üçün güclü bir nöqtədir. Bu, birincisi. 90 00:16:13,330 --> 00:16:23,550 22 bəhmənə gəlincə; əvvəla, mən bütün İran xalqına səmimi-qəlbdən təşəkkür etməliyəm. 91 00:16:24,440 --> 00:16:36,040 Bu ilin 22 bəhməni İslam İnqilabına, İslam dövlətinə və İrana böyük şərəf və nüfuz qazandırdı. 92 00:16:37,020 --> 00:16:52,840 Ölkə rəsmilərinin və kütləvi tədbirlərdə insanların təxmini sayını müəyyənləşdirməyi bacaran mütəxəssislərin gəldiyi nəticəyə görə, 93 00:16:53,420 --> 00:17:01,680 ölkənin böyük şəhərlərində və digər şəhərlərin 70 faizində ötən illərlə müqayisədə 94 00:17:02,260 --> 00:17:07,730 daha çox, bəzi yerlərdə isə iki dəfə artıq adam iştirak edib. 95 00:17:08,310 --> 00:17:16,480 Bunu ölkədəki mütəxəssislər deyib, amma deyən təkcə onlar olmayıb, xaricilər də deyib; 96 00:17:17,510 --> 00:17:30,710 inqilabın düşmənləri də deyib. Hər il 22 bəhmən gününü təhqir edərək: “Bir neçə min insan küçələrə çıxmışdı” – deyənlər 97 00:17:31,770 --> 00:17:40,130 bu il “milyonlar” ifadəsini işlədirdi. Bəli, doğrudur, ölkənin dörd bir yanında milyonlarla insan küçələrə çıxmışdı. 98 00:17:40,970 --> 00:17:49,950 Mən nəkarəyəm ki, bu möhtəşəm iştirakına görə xalqa təşəkkür etmək istəyəm; heç layiq olan sözləri tapıb deyə də bilmərəm. 99 00:17:50,220 --> 00:17:58,400 İnqilab xalqın özünündür. İnsanlarımızın qəlbini bu istiqamətə yönəltdiyinə görə Allaha şükür etmək, Uca Yaradana minnətdar olmaq lazımdır. 100 00:17:59,770 --> 00:18:07,950 Önəmli olan məqam budur ki, il boyu 101 00:18:08,570 --> 00:18:17,730 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Mossad təşkilatının, İngiltərənin casus Mərkəzi Kəşfiyyat Xidmətinin maliyyəsi, 102 00:18:18,400 --> 00:18:33,460 Harunların neftdən əldə etdiyi dollarlar hesabına yüzlərlə media orqanı inqilabın əleyhinə danışır; il boyu gecə-gündüz bu təbliğatla məşğuldurlar. 103 00:18:34,840 --> 00:18:44,080 İrandan qaçmış onlarla uğursuz siyasət həvəskarı tapır 104 00:18:44,170 --> 00:18:49,680 və müəyyən qədər muzd verirlər ki, 105 00:18:49,820 --> 00:19:04,750 İslam İnqilabı, İslam dövləti əleyhinə təhlil yazsınlar, xəbər, məqalə və çıxışlar hazırlasınlar; İmam Xomeynini, İran xalqını, inqilabdan sonra həyata keçirilmiş müxtəlif işləri (bir azdan bu barədə də danışacağam) 106 00:19:06,310 --> 00:19:14,840 təhqir etsinlər, inqilabı günahlandırsınlar, İslam dövlətini ittiham etsinlər, qaralasınlar, zəiflətsinlər. 107 00:19:15,110 --> 00:19:22,970 Bir il boyunca çalışıb-vuruşurlar, sonra da 22 bəhmən günü 108 00:19:23,820 --> 00:19:33,600 xalqın o möhtəşəm iştirakı ilə ilahi rəhmət yağışı yağıb o toz-torpağı təmizləyir, havanı aydınlaşdırır. 109 00:19:35,330 --> 00:19:53,200 Küçələrdə bərəkətli bir sel kimi axaraq xalqın düşüncəsini təmizləyir, çirkinlikləri yuyub aparır. 22 bəhmən budur. 110 00:19:54,840 --> 00:20:04,710 22 bəhmənlə yanaşı, bir də Qüds günümüz var; bunlardan hər birinin öz mənası, öz hədəfi var. 111 00:20:05,680 --> 00:20:13,950 Xalq bu mənaları yaxşı dərk edir və məhz onlara diqqət yetirərək küçə və meydanlara axışır. 112 00:20:14,260 --> 00:20:18,840 Həmin günlərdə meydanlarda kimlər olur? Bax bu çox önəmli bir məqamdır. 113 00:20:20,000 --> 00:20:24,480 Təbrizin, digər şəhərlərin və ya elə bu Tehranın küçələrində 114 00:20:25,020 --> 00:20:30,220 irəliləyən o izdihamdakı insanlara bir nəzər salın; 115 00:20:30,350 --> 00:20:37,370 əksəriyyətinin heç 38 yaşı yoxdur – inqilab 37-38 ildir ki, baş verib – 116 00:20:38,130 --> 00:20:46,880 yəni inqilabın əvvəllərini görməyiblər, İmam Xomeynini görməyiblər, Müqəddəs Müdafiə dövrünü görməyiblər, 117 00:20:47,020 --> 00:20:53,950 şah diktaturası zamanındakı o amansız və acı represiyaları görməyiblər, amma gəlirlər; 118 00:20:54,440 --> 00:21:03,110 eyni coşğu ilə, eyni həyəcanla, eyni emosiyalarla, eyni dərklə, eyni işıqlı, aydın yanaşma ilə 119 00:21:03,640 --> 00:21:11,200 küçələrə çıxıb yumruqlarını düyünləyir, şüarlar səsləndirir, qışqırırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, inqilab hələ də yaşayır, 120 00:21:12,220 --> 00:21:16,620 inkişaf edir, artır. 121 00:21:17,370 --> 00:21:24,660 Bunlar yeni inqilab metodlarıdır. Bu, inqilabın 3-cü, 4-cü nəslidir, 122 00:21:24,930 --> 00:21:33,950 amma yenə də gəlib düşmən qarşısında duraraq öz qətiyyətli sözünü deyir. Bu olduqca əhəmiyyətlidir. 123 00:21:37,110 --> 00:21:46,620 Düşmən İslam İnqilabını nəticəsiz bir inqilab kimi qələmə verməyə çalışır; əlbəttə ki, onun bu səyləri 124 00:21:46,840 --> 00:21:56,970 xəlbirlə su daşımağa bənzəyir. Bəli, bizim müəyyən problemlərimiz, nöqsan və çatışmazlıqlarımız var. Dünyanın harasında, hansı ölkədə bütün problemlər tamamilə həll olunub ki?! 125 00:21:57,910 --> 00:22:05,730 Nöqsan və çatışmazlıqlar hər yerdə olduğu kimi, bizdə də var – indi deyəcəyəm – biz onları heç görməzliyə də vurmuruq; 126 00:22:06,710 --> 00:22:17,640 çatışmazlıqlar, şübhəsiz ki, var, lakin düşmən inqilabın bu nöqsan və çatışmazlıqlarla yanaşı qazandığı uğur və nailiyyətləri görməzliyə vurmağa çalışır. 127 00:22:17,770 --> 00:22:26,840 İslam İnqilabı və İslam dövləti bu 38 il ərzində çox böyük işlər həyat keçirib. 128 00:22:27,640 --> 00:22:41,240 Məndə son 38 ildə ölkə üçün görülmüş işlərin, inqilabi fəaliyyət proqramlarının siyahısı var. 129 00:22:41,510 --> 00:22:53,200 İxtiyarında güc və imkan olan dövlətlər heç 100 il ərzində də ölkələri üçün bu cür çalışıb, bu qədər iş görmür. 130 00:22:53,820 --> 00:23:02,000 İnqilabdan sonrakı bu 38 illik zaman kəsiyini əvvəlki dövrlərlə müqayisə etdikdə görürük ki, 131 00:23:02,170 --> 00:23:10,750 ölkənin gələcəyi, gələcək inkişafı üçün son dərəcə önəmli olan infrastruktur sahəsində 132 00:23:10,970 --> 00:23:17,060 bəzi hallarda 1000 faiz, yəni 10 dəfə artıq irəliləyiş əldə olunub; 133 00:23:17,460 --> 00:23:24,930 bəzi hallarda isə bu artım 2000, 6000 faizə çatıb; yəni 60 dəfə çox. 134 00:23:25,330 --> 00:23:30,220 Tələbələrin sayı, elmi inkişaf, infrastruktur layihələri, 135 00:23:30,530 --> 00:23:43,240 mədəniyyət sahəsində həyata keçirilmiş böyük işlər, qazandığımız milli qürur və nüfuz – bütün bunları 136 00:23:43,240 --> 00:23:48,840 inqilabdan öncə ölkədə Amerikanın ağalıq etdiyi, 137 00:23:49,240 --> 00:23:59,640 Tehranın sionistlər üçün sanatoriya olduğu dövrlə müqayisə etdikdə ölkənin inkişaf etdiyinin, 138 00:24:00,350 --> 00:24:09,370 sıçrayışla irəlilədiyinin şahidi oluruq; bəli, bura onların istirahət məkanı idi, yorğun olanda 139 00:24:10,170 --> 00:24:19,550 istədikləri vaxt gəlib Şəyan bağında bir həftə, on gün qalıb dincəlir, sonra geri qayıdırdılar. 140 00:24:19,820 --> 00:24:26,970 O zaman ölkə qapazaltı bir hökumət tərəfindən idarə olunurdu. 141 00:24:27,370 --> 00:24:34,310 Şah hökuməti onun-bunun qapazaltısı idi – Amerikanın, İngiltərənin, 142 00:24:35,640 --> 00:24:42,970 başqa böyük dövlətlərin. Xalqı zəlil etmişdilər, xar etmişdilər, ölkənin resurslarını 143 00:24:43,600 --> 00:24:48,130 tamamilə istifadəsiz buraxmış, bəzilərini isə düşmənin ixtiyarına vermişdilər. 144 00:24:48,350 --> 00:24:55,240 İslam İnqilabı gələndən sonra həmin resursların çoxu aktivləşdi. Bu gün ölkəmiz nüfuza malikdir. 145 00:24:55,420 --> 00:25:02,880 Bu gün, demək olar, bütün regional məsələlərdə İran istəməyincə, 146 00:25:03,060 --> 00:25:08,480 İran iştirak etməyincə, İran öz iradəsini ortaya qoymayınca heç bir iş görülmür. 147 00:25:10,220 --> 00:25:18,040 İran xalqı möhkəm, mübariz bir xalq olduğunu göstərib; düşmənimiz bütün bunları öz təhlillərində qeyd edir, 148 00:25:18,400 --> 00:25:25,110 İran xalqı ilə üz-üzə gəlməyin çətin olduğunu, xalqımızın mübariz bir xalq olduğunu, 149 00:25:25,460 --> 00:25:31,680 müqavimət göstərdiyini, düşmənə təslim olmadığını deyir. Bu, qürurdur, nüfuzdur, heysiyyətdir. 150 00:25:32,570 --> 00:25:40,660 Bu qürur və heysiyyəti bir vaxtlar ölkəmizə və xalqımıza yaşatdıqları zillət dövrü ilə müqayisə edirlər. Bəli, aydındır ki, 151 00:25:40,970 --> 00:25:47,640 22 bəhmən günü gənclər sevinc və ruh yüksəkliyi hiss etdiklərinə görə küçə və meydanlara çıxır. 22 bəhmən budur; 152 00:25:47,820 --> 00:25:53,860 22 bəhmən ilahi bir nemətdir, xalqın özünü göstərməsi, 153 00:25:54,710 --> 00:26:03,510 öz iradəsini yüksək səslə ifadə etməsi üçün Allah tərəfindən ona verilmiş bir fürsətdir. 154 00:26:03,910 --> 00:26:12,440 Bu xalqın ürəyindən keçənlər onun 22 bəhmən günü ölkənin dörd bir yanında səsləndirdiyi şüarlarda öz əksini tapır. 155 00:26:12,750 --> 00:26:24,840 “Biz inkişaf istəyirik, İslam dinini istəyirik, xalqın tələbi ilə qurulan və onun problemlərini həll edə biləcək İslam dövlətini istəyirik!” – 156 00:26:25,150 --> 00:26:32,440 hər il 22 bəhmən günü bu şüarlar səslənir. Xalq möhkəm dayanıb 157 00:26:32,800 --> 00:26:41,150 və onunla birlikdə olmaq, müqavimət göstərmək istəməyən istənilən dövlət adamını, heç şübhəsiz, rədd edəcək. 158 00:27:06,040 --> 00:27:09,200 22 bəhmən barədə də bu qədər. 159 00:27:09,770 --> 00:27:16,350 Çox hörmətli dövlət rəsmilərimizə də üzümü tutaraq bir neçə məsələni qeyd etmək istəyirəm. 160 00:27:18,800 --> 00:27:26,400 Onlara demək istəyirəm ki, xalqın 22 bəhmən yürüşlərindəki o möhtəşəm iştirakını 161 00:27:27,110 --> 00:27:34,440 insanların biz rəsmilərin fəaliyyətindən heç bir narazılığı olmaması kimi qiymətləndirmək lazım deyil. 162 00:27:34,880 --> 00:27:43,600 Xalq narazıdır, ölkədə baş verən bir çox şeylərdən narazıdır. 163 00:27:44,930 --> 00:27:55,950 Xalq ayrı-seçkiliyi sevmir, harada ayrı-seçkilik görsə, narahat olur, pisinə gəlir; 164 00:27:56,750 --> 00:28:04,350 rəsmilərin səhlənkarlığa yol verdiyini, problemlərə etinasız yanaşdığını, 165 00:28:05,200 --> 00:28:09,910 işlərin irəli getmədiyini görəndə də eynilə. Xalqın narazılığı var. 166 00:28:10,710 --> 00:28:16,530 22 bəhmən ayrı; xalqın İranı udmaq üçün 167 00:28:17,060 --> 00:28:25,200 pusquda durmuş düşmənlərə qarşı mübarizliyi və bunu 22 bəhmən günü təzahür etdirməsi bir şeydir, 168 00:28:26,530 --> 00:28:30,710 biz rəsmilərdən istək və gözləntiləri isə başqa bir şey. 169 00:28:31,860 --> 00:28:42,260 Bəli, bu ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etmişdik və artıq il bitmək üzrədir; hazırda bəhmən ayının axırıdır, 170 00:28:43,860 --> 00:28:53,600 əməli tədbirlər artıq özünü göstərməlidir. Mən ilin əvvəlində də demişdim ki, ölkə rəsmiləri – 171 00:28:54,080 --> 00:29:04,170 istər icraedici hakimiyyətin nümayəndələri, nazirlər, istər ədliyyə strukturunda çalışan şəxslər, istərsə də parlamentarilər; fərqi yoxdur, hər kəs – 172 00:29:05,460 --> 00:29:14,440 ilin sonunda əməli tədbirlər adına hansı işlər gördüyünü ortaya qoymalıdır; “Bu cür olmalıdır” – deməməlidirlər, 173 00:29:15,280 --> 00:29:20,000 “Budur, bu cür oldu” – deməlidirlər; konkret olaraq həyata keçirilmiş işləri göstərməlidirlər. 174 00:29:21,550 --> 00:29:28,530 Bu gün bizim problemlərimiz var; xalqın problem və çətinliklərini görməzliyə vurmaq olmaz, rəsmilər onlara ciddi yanaşmalıdır. 175 00:29:28,710 --> 00:29:35,240 İşsizlik, durğunluq, bahalaşma kimi problemlər olduqca önəmlidir; 176 00:29:36,800 --> 00:29:45,200 bütün bunlar var. Əlbəttə ki, rəsmilərimiz çalışır, biz bunu görürük, amma potensialımız daha böyükdür. 177 00:29:46,040 --> 00:29:51,150 İnşallah, məqamı gələndə bu barədə də danışacağam. 178 00:29:51,860 --> 00:29:58,570 Biz çıxılmaz bir vəziyyətdə deyilik, iqtisadi problemlər baxımından çıxmaza dirənməmişik. 179 00:29:59,060 --> 00:30:05,420 Problemlər var, problemlər bir neçə istiqamətdən bizi sıxır, 180 00:30:06,660 --> 00:30:14,880 amma bu problemlərdən hansı səmtdən çıxmaq lazım olduğu da məlumdur. Problemlərdən necə çıxmaq olar? Rəsmilər çalışıb səy göstərməlidir. 181 00:30:15,820 --> 00:30:23,730 5-6 il bundan əvvəl mən ilin ilk günü etdiyim çıxışda demişdim ki, 182 00:30:24,750 --> 00:30:31,860 hazırda İran xalqının düşmənləri gözünü iqtisadi problemlərə dikib; 183 00:30:32,220 --> 00:30:42,530 ölkəmizin iqtisadiyyatına təzyiq göstərməyə çalışırlar; iqtisadiyyatımızı elə bir formada sıxışdırmaq istəyirlər ki, xalq problemlərlə üz-üzə qalsın. 184 00:30:42,710 --> 00:30:48,260 Xalq problemlərin məngənəsində sıxılanda əli işdən soyuyacaq, hər şeydən küsəcək; düşmən də elə bunu istəyir. 185 00:30:48,400 --> 00:30:59,820 Düşmən istəyir ki, camaatımız öz inqilabından, öz hökumət sistemindən, öz dövlətindən, öz ölkəsindən soyusun, küskün düşsün, 186 00:30:59,820 --> 00:31:07,680 buna görə də iqtisadiyyata təzyiq göstərəcək. Və göstərdi də. Rəsmilər bu məqama diqqət yetirməlidir. 187 00:31:07,910 --> 00:31:16,310 Əlbəttə, bizim problemimiz təkcə iqtisadiyyatla bağlı deyil. Hamı bilir ki, mən mədəniyyət məsələsinə də, 188 00:31:16,400 --> 00:31:26,080 elmi inkişafa da olduqca böyük həssaslıqla yanaşıram, lakin konkret zaman çərçivəsində prioritetlərə nəzər salanda 189 00:31:26,310 --> 00:31:36,880 ölkə iqtisadiyyatının birinci dərəcəli prioritet olduğunu görürük. Çünki düşmən əsas diqqəti məhz iqtisadiyyata yönəldib; 190 00:31:38,710 --> 00:31:46,260 bu günün özündə də bu istiqamətdə iş aparır; bunu hamı diqqətdə saxlamalıdır. 191 00:31:47,240 --> 00:31:56,440 İstər əvvəlki, istərsə də hazırkı ABŞ prezidentlərinin dövründə 192 00:31:56,660 --> 00:32:05,510 düşmənin çirkin planlarından biri ölkəmizi daim müharibə ilə hədələmək olmuşdur; vaxtaşırı öz bəyanatlarında İrana qarşı müharibə variantını da nəzərdən keçirdiklərini və sair bu kimi təhdidləri dilə gətiribər. 193 00:32:06,710 --> 00:32:17,820 O Avropa rəsmisi də bizim rəsmilərimizə deyir ki, İranda müharibə mütləq idi; guya nüvə razılaşması əldə olunmasaydı, müharibə qaçılmaz idi. Ağ yalandır! 194 00:32:19,420 --> 00:32:27,330 Elə isə bəs müharibədən danışmaqla nəyə nail olmaq istəyirlər? Bu təhdidlərlə bizim başımızı qatmaq istəyirlər; real müharibə isə başqa arenalarda gedir. Real olan müharibə iqtisadi müharibədir, 195 00:32:28,400 --> 00:32:40,350 sanksiyalardır, ölkədə fəal iş sektorlarını və texnoloji sferaları ələ keçirməkdir; əsl müharibə budur. 196 00:32:41,680 --> 00:32:50,570 Bizim diqqətimizi hərbi əməliyyatlara yönəldirlər ki, fikrimiz ortada real olaraq gedən bu əsl müharibədən yayınsın. Real müharibə mədəni müharibədir. 197 00:32:51,770 --> 00:32:58,080 Bizim gənclərimizi dindən, müqəddəs dəyərlərdən, 198 00:32:58,310 --> 00:33:05,200 iffət və həyadan uzaqlaşdırmaq üçün çoxlu sayda televiziya kanalı və internet şəbəkəsi 199 00:33:05,330 --> 00:33:15,150 gecə-gündüz fəaliyyətdədir. Bu məqsəd naminə ciddi şəkildə çalışır, böyük pullar xərcləyirlər. Gerçək müharibə budur. 200 00:33:16,930 --> 00:33:29,110 Rəsmilərimiz diqqətli, ayıq-sayıq olmalıdır. Mən hörmətli ölkə 1başçımıza d1a demişəm ki, rəhbər işçilərə 201 00:33:29,860 --> 00:33:37,910 öz işlərini şəffaflıq və nəzarət əsasında həyata keçirmələrini tapşırsın. 202 00:33:38,480 --> 00:33:43,110 İdarə müdirləri, rəhbər kadrlar işlərin gedişini nəzarətdə saxlamalıdır. 203 00:33:43,330 --> 00:33:48,350 Biz: “Filan iş görülüsün!”, qarşı tərəf də: “Baş üstə!” – deməklə 204 00:33:48,840 --> 00:33:56,480 işlər reallaşmır. İşlərin həqiqətən də həyata keçirildiyi, nəticələrin ortada olduğu konkretləşdirilməlidir. 205 00:33:57,370 --> 00:34:03,860 Bizim bu şeylərə ehtiyacımız var, bu məqamlara diqqət yetirməliyik. 206 00:34:04,260 --> 00:34:07,730 Sizin üçün Qurandan bir misal gətirmək istəyirəm: 207 00:34:07,730 --> 00:34:11,110 “Kafirlərə qarşı bacardığınız qədər qüvvə tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən) 208 00:34:11,420 --> 00:34:17,600 Bu ayədə “qüvvə” deyilərkən, böyük ehtimalla, təkcə hərbi qüvvə nəzərdə tutulmur. 209 00:34:17,910 --> 00:34:22,440 Əlbəttə, bu da var, amma təkcə hərbi qüvvə deyil. 210 00:34:22,750 --> 00:34:25,680 اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة 211 00:34:25,680 --> 00:34:36,310 – Demək istəyir ki, özünüzü daxildən bacardığınız qədər gücləndirin. Mən ölkənin daxili strukturunu möhkəmləndirməli olduğumuzu dönə-dönə vurğulamışam, 212 00:34:38,080 --> 00:34:42,570 o möhkəmləndirmə bax budur. Özünüzü elm baxımından gücləndirin, 213 00:34:43,820 --> 00:34:51,150 texnologiya baxımından gücləndirin, daxili istehsal baxımından gücləndirin, xarici bazarlara nüfuz etmə baxımından gücləndirin, 214 00:34:53,280 --> 00:35:01,510 ölkədə mövcud olan və hələ istifadə olunmamış potensialın üzə çıxarılması baxımından 215 00:35:02,080 --> 00:35:06,310 gücləndirin və həmin potensialı işə salın. 216 00:35:08,000 --> 00:35:15,060 Mən strateji siyasətləri elan edərkən ölkənin 8 faizlik iqtisadi artıma çatmalı olduğunu deyəndə bəziləri bunun mümkün olmadığını bildirmişdilər. 217 00:35:16,220 --> 00:35:22,530 Sonradan ekspertlər, mütəxəssislər bizim yanımıza gəlib bildirdilər ki, sahib olduğumuz potensialı nəzərə alsaq, 218 00:35:22,530 --> 00:35:28,130 ölkənin 8 faizdən də çox iqtisadi artıma nail olması mümkündür. 219 00:35:29,330 --> 00:35:38,750 İqtisadi artım deyəndə mən daha çox neft satışını nəzərdə tutmuram – əlbəttə, bu faydalıdır, amma mənim nəzərdə tutduğum bu deyil – 220 00:35:39,110 --> 00:35:53,280 mən daxili istehsalın artmasını, ölkənin iqtisadi cəhətdən daxildən güclənməsini, başqa sözlə, bu günə qədər dönə-dönə vurğuladığım müqavimət iqtisadiyyatını nəzərdə tuturam. 221 00:35:53,950 --> 00:36:03,820 Bəzi adamlar durub çatışmazlıqları gözə soxur, şişirdirlər, amma nə nailiyyətlərdən, nə də problemlərin həlli yollarından danışırlar. 222 00:36:04,750 --> 00:36:13,820 İrana qarşı sanksiya tətbiq etməsi üçün düşmənə işarə verən də elə onlar özləridir; sanksiyaların işarəsini onlar verib. 223 00:36:14,710 --> 00:36:25,060 Onlar özləri ölkənin zəif cəhətlərini hamıdan çox gözə soxur; ölkə daxilində bir o qədər də yox, daha çox xaricdə. 224 00:36:25,370 --> 00:36:31,820 Əziz qardaşlar, bacılar, azərbaycanlı gənclər, 225 00:36:32,130 --> 00:36:39,020 çətin meydanlarda ağır sınaqlardan üzüağ çıxmış şücaətli insanlar! 226 00:36:39,200 --> 00:36:49,860 Bilin ki, əgər biz eyni hərəkət üslubu ilə, necə deyərlər, sükanı belə saxlayaraq irəli getsək, 227 00:36:49,860 --> 00:36:53,240 heç şübhəsiz, qələbə İran xalqının olacaq. 228 00:37:30,750 --> 00:37:38,350 Hamı düşünsün, hamı çalışsın, hamı əzmini toplasın, 229 00:37:39,420 --> 00:37:50,880 hamı gələcəyi nəzərdə tutsun, amalları gözünün qarşısında canlandıraraq onlara doğru irəliləsin, 230 00:37:52,350 --> 00:37:59,600 hamı bu müqəddəs ümidin şöləsini qəlbində qoruyub saxlasın. Allaha şükürlər edirik ki, 231 00:37:59,820 --> 00:38:09,550 qəlblərimizdə bu şölənin sönməsinə imkan vermədi, bir an belə olsun ölkənin gələcəyinə ümidimizi itirmədik 232 00:38:10,260 --> 00:38:17,280 və əlhəmdulillah, ümid etdiyimizdən də yaxşısını və artığını əldə etdik. 233 00:38:17,680 --> 00:38:26,170 Amma bu hələ bizim arzularımızın, istəklərimizin hamısı deyil; Allah-taalanın da bizdən istədiyi yalnız bununla yekunlaşmır. 234 00:38:26,710 --> 00:38:32,750 Biz irəliyə doğru kiçik bir addım atmışıq. Daha böyük addımlar atıb 235 00:38:33,110 --> 00:38:42,620 irəli getməli, inşallah, İslam dövlətinin vəd etdiyi ədalətli, 236 00:38:43,370 --> 00:38:54,400 mütərəqqi, qüdrətli və nüfuzlu müsəlman toplumuna qovuşmalıyıq və heç şübhəsiz, 237 00:38:54,840 --> 00:39:02,220 qovuşacağıq da; Allahın izni və istəyi ilə. Allah sizi qorusun! 238 00:39:04,480 --> 00:39:07,240 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.