1 00:00:00,570 --> 00:00:03,250 بسم‌الله‌الرّحمن‌الرّحيم 2 00:00:06,000 --> 00:00:09,600 لحمدلله ربّ العالمين 3 00:00:13,420 --> 00:00:20,970 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي القاسم المصطفي محمّد 4 00:00:29,250 --> 00:00:33,310 و علي آله الاطيبين الاطهرين المنتجبين 5 00:00:34,510 --> 00:00:50,400 الهداة المهدييّن المعصومين سيّما بقيّة ‌الله في الارضين و السّلام علي ائمّة المسلمين و هداة المستضعفين و حماة المؤمنين 6 00:00:51,020 --> 00:00:57,480 Əziz namazqılanlar, hamınızı, 7 00:00:58,620 --> 00:01:08,910 bütün İran xalqını, bütün İslam ümmətini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. 8 00:01:10,620 --> 00:01:20,000 Belə ki ramazan ayında oruc tutmaq, bu fəzilətli, 9 00:01:20,340 --> 00:01:33,140 insan ruhuna sevinc gətirən ilahi sınaqdan üzüağ çıxmaq mənəvi bir uğurdur 10 00:01:34,910 --> 00:01:42,340 və bu uğura nail olmuş hər bir müsəlmanı bu münasibətlə təbrik etmək lazımdır. 11 00:01:42,680 --> 00:01:56,800 İnşallah, Uca Yaradan bu ibadətinizi, bu diqqətinizi qəbul etsin və sizi özünün xüsusi lütf və inayətinə layiq görsün. 12 00:01:58,050 --> 00:02:06,620 Şükürlər olsun ki, bu il ramazan ayı 13 00:02:07,310 --> 00:02:16,850 xalqımız üçün sözün əsl mənasında mübarək bir ay oldu. Yaxından müşahidə etdiklərimiz bunu deməyə əsas verir: 14 00:02:17,940 --> 00:02:28,850 camaatımızın da, ibadətlə bağlı işləri həyata keçirən, xalqa bu sferada xidmət göstərən qurumların da davranışında, 15 00:02:29,020 --> 00:02:37,770 təşkil olunan mərasimlərdə Allaha təvəssül və yaxınlıq var idi; 16 00:02:38,170 --> 00:02:44,450 ramazan ayına xas olan, sözün əsl mənasında Allaha təvəssül, 17 00:02:45,940 --> 00:02:52,000 yaxınlıq, mənəviyyat atmosferi yaşanırdı. 18 00:02:52,620 --> 00:03:02,620 Əvvəla, ilin ən uzun günlərində, isti havada oruc tutmağın özü 19 00:03:02,800 --> 00:03:12,340 mənəviyyatın, insan ruhunun ehtizaza gəlməsinin bir nişanəsidir 20 00:03:13,480 --> 00:03:25,310 və bu, ölkənin bütün bölgələrində, hətta hərarətin çox yüksək olduğu məntəqələrdə hiss olunurdu; 21 00:03:25,770 --> 00:03:35,820 hər kəs bunu bilirdi, oruc tutan gəncləri, kişi və qadınları hamı görürdü. 22 00:03:35,820 --> 00:03:45,600 İkincisi, bu ay təşkil olunan ibadət mərasimlərində gənclər diqqətəlayiq şəkildə iştirak edirdi. 23 00:03:45,880 --> 00:04:00,740 Aldığımız məlumata görə, Tehranda gecə-gündüz yüzlərlə izdihamlı, səmimiyyət dolu məclis qurulub 24 00:04:00,740 --> 00:04:09,420 və iştirakçıların da böyük bir qismini gənclər təşkil edib; istər maarifləndirici məclislər olsun, 25 00:04:10,000 --> 00:04:17,600 istərsə də Quran məclisləri. Bəzi yerlərdə, məsələn, 26 00:04:17,600 --> 00:04:25,480 məhəllə məscidlərində təşkil olunan kiçik məclislərdən əlavə, 27 00:04:25,770 --> 00:04:32,800 Tehranda yüzlərlə böyük məclis qurulub. Elə ölkənin hər yerində də gənclər bu kimi tədbirlərdə əksəriyyət çoxluğu ilə iştirak edib. 28 00:04:33,200 --> 00:04:42,910 Məscid və keçidlərdə qurulan iftar süfrələri; artıq bir neçə ildir ki, bu, camaatımız arasında adət halını alıb: 29 00:04:43,200 --> 00:04:51,200 insanlar məscidlərdə, küçə və prospektlərdə 30 00:04:51,770 --> 00:05:03,480 sadə iftar süfrələri açır. Çox yaxşı, gözəl bir adətdir. Əlhəmdulillah, bu il də var idi, çox yerlərdə gözə dəyirdi. 31 00:05:03,480 --> 00:05:12,740 Qəsdən cinayət törətməmiş, maddi dəstəyə ehtiyacı olan məhkumların azadlığa çıxması, 32 00:05:12,970 --> 00:05:21,310 habelə xəstə insanların müalicəsi üçün göstərilən maliyyə yardımları; insanlarımız bu işlərə çox yardımlar etdi. 33 00:05:21,540 --> 00:05:32,970 Xalqın bu şəkildə, bu xüsusiyyətlərlə yaşadığı ramazan ayı sözün əsl mənasında mübarək bir ramazandır. 34 00:05:33,480 --> 00:05:44,800 Qədr gecələrinə gəlincə; Qədr gecələri xalqımız üçün, həqiqətən də, dua, yalvarış, təvəssül gecələri kimi keçdi. 35 00:05:45,310 --> 00:05:57,140 Yanaqlara süzülən göz yaşları, inilti və yalvarışlar, qəlblərin Uca Yaradanın müqəddəs zatına diqqət yönəltməsi 36 00:05:57,540 --> 00:06:05,540 – bütün bunlar olduqca dəyərlidir. Bir xalqın mənəvi immunitetini gücləndirən 37 00:06:06,340 --> 00:06:13,370 və çətin yollarda ona kömək edən də məhz bunlardır. 38 00:06:13,370 --> 00:06:22,570 Və ayın sonunda – Qüds günü o istidə, ilin ən uzun günlərindən birində 39 00:06:22,850 --> 00:06:29,600 o əzəmətlə, o möhtəşəmliklə təşkil olunan yürüş; 40 00:06:29,880 --> 00:06:35,650 camaat küçələrə çıxıb yolun ortası ilə yürüş etdi; bəziləri hətta azyaşlı övladlarını da 41 00:06:36,000 --> 00:06:42,680 özü ilə gətirmişdi. Xalqımızın bu möhtəşəm hərəkatı, 42 00:06:43,020 --> 00:06:52,850 həqiqətən də, böyük, əlamətdar, tarixi bir iş idi. Belə günlər bir xalqın tarixində 43 00:06:53,250 --> 00:06:58,620 qürurverici səhifələr olaraq qalır. Bu barədə bir qədər sonra da bir neçə cümlə deyəcəyəm. 44 00:06:59,080 --> 00:07:08,740 Əziz qardaşlar, əziz bacılar! Bu ayda əldə etdikləriniz sizin üçün ilahi ehtiyatdır; 45 00:07:09,650 --> 00:07:21,370 axirətiniz üçün ehtiyat etdiniz. Bu ehtiyatı qoruyun; bu ehtiyatı hazırkı mənəvi halətinizi davam etdirməklə qoruyub saxlayın. 46 00:07:21,540 --> 00:07:32,000 Quran tilavət etməkdən vaz keçməyin, mütləq, namaza qarşı diqqətli olmağa çalışın. 47 00:07:32,510 --> 00:07:42,620 Bu şeyləri qorumaq lazımdır. Bu ay Allah yolunda çətinliyə dözməyin, Uca Yaradana diqqətin məşq olunduğu bir ay idi. 48 00:07:42,970 --> 00:07:49,650 Bu məşqdən, bu çalışmalardan maksimum istifadə edin, bu ehtiyatı özünüz üçün qoruyub saxlayın. 49 00:07:49,820 --> 00:07:55,880 İnşallah ki, Allah-taala sizdən razı qalar və sizi öz rəhmətinə layiq görər. 50 00:07:56,110 --> 00:08:06,620 "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. De: O Allah birdir. Allah möhtac deyil! O nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir tayı-bərabəri də yoxdur!” (“İxlas” surəsi) 51 00:08:12,740 --> 00:08:15,200 بسم‌الله‌الرّحمن‌الرّحيم 52 00:08:15,480 --> 00:08:18,450 الحمد لله‌ ربّ العالمين 53 00:08:18,740 --> 00:08:25,420 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 54 00:08:33,200 --> 00:08:45,310 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما عليّ اميرالمؤمنين و صدّيقة الطّاهره سيّدة نساء العالمين 55 00:08:45,480 --> 00:08:56,170 و الحسن و الحسين سيّدي شباب اهل الجنّة و عليّ‌بن‌الحسين زين‌العابدين و محمّدبن‌عليّ باقر علم الاوّلين و الاخرين 56 00:08:56,340 --> 00:09:02,910 و جعفربن‌محمّد الصّادق و موسي‌بن‌جعفر الکاظم و عليّ‌بن‌موسي الرّضا 57 00:09:03,250 --> 00:09:11,710 و محمّدبن‌عليّ الجواد و عليّ‌بن‌محمّد الهادي و الحسن‌بن‌عليّ الزّکي العسکري 58 00:09:11,710 --> 00:09:22,400 و الحجّة القائم المهدي صلوات اﷲ عليهم اجمعين 59 00:09:23,140 --> 00:09:30,800 اللهم اجعلنا من شيعتهم و من اعوانهم و انصارهم في حضورهم و غيبتهم 60 00:09:32,450 --> 00:09:43,080 Bu xütbədə bir neçə cümlə ilə ölkəmizin daxili məsələləri 61 00:09:43,080 --> 00:09:51,250 və bir neçə cümlə ilə də İslam dünyasının ümumi vəziyyəti barədə danışacağam. 62 00:09:52,110 --> 00:10:04,170 Ölkə daxilindəki məsələlərə gəlincə; dəyərli xalqımız böyük işlər həyata keçirdiyi üçün qürur duymalıdır. 63 00:10:05,140 --> 00:10:14,280 Sevinin, qoy qəlbləriniz ümidlə döyünsün! Siz böyük işlər görmüsünüz; 64 00:10:15,080 --> 00:10:24,740 elə bu ramazan ayında və ondan bir qədər öncə. Əvvəla, dünyaya o əzəmətli və izdihamlı seçkiləri 65 00:10:25,540 --> 00:10:31,310 nümayiş etdirməyə müvəffəq oldunuz; böyük, möhtəşəm bir iş idi. 66 00:10:31,600 --> 00:10:39,940 İkincisi isə Qüds günü təşkil olunan o yürüş olduqca əzəmətli idi. 67 00:10:40,450 --> 00:10:48,110 Keşikçi Korpusun düşmənlərin üzərinə o cür qüdrətli bir şəkildə hücum etməsi də böyük bir iş idi. 68 00:10:48,510 --> 00:10:54,450 Birinci xütbədə də qeyd etdiyim kimi, bu ayda əldə etdiklərimiz, 69 00:10:54,680 --> 00:11:02,800 ibadət və mənəviyyat baxımından qazandığımız şəxsi nailiyyətlər bizim üçün mənəvi ehtiyatdır. Az öncə sadaladıqlarım isə 70 00:11:03,200 --> 00:11:11,080 bizim bir cəmiyyət olaraq qazandığımız mənəvi ehtiyatdır. Bu ehtiyatı da qoruyub saxlamaq lazımdır. Bunu edə bilmək üçün isə 71 00:11:11,420 --> 00:11:17,820 xalqımız öz birliyini, bölünməzliyini, həmrəyliyini, 72 00:11:18,000 --> 00:11:27,020 inqilabi stimulunu, qəlbində uca bir amal olaraq inqilabi ideallar yolunda irəliləmək amalını 73 00:11:27,020 --> 00:11:31,420 qoruyub saxlamalıdır. 74 00:11:31,420 --> 00:11:38,280 Ümidvarıq ki, inşallah, mümkün qədər tez bir zamanda yeni hökumət təşkil olunacaq 75 00:11:38,280 --> 00:11:44,570 və ölkə üçün lazımlı olan işlərə başlayacaq. 76 00:11:44,570 --> 00:11:52,740 Qarşıda xalqın köməyi ilə rəsmilərin həyata keçirməli olduğu bir çox böyük işlər var. 77 00:11:53,140 --> 00:12:02,740 Daxili istehsalı rövnəqləndirmək, gənclərin məşğulluğunu təmin etmək lazımdır; bunlar bizim ən önəmli problemlərimizdəndir 78 00:12:03,140 --> 00:12:07,940 və məhz bu baxımdan biz cari ili “Daxili istehsal və məşğulluq” ili elan etmişik. 79 00:12:08,340 --> 00:12:12,340 İnşallah, bu işlərin reallaşması üçün ciddi bir şəkildə çalışmaq lazımdır. 80 00:12:12,340 --> 00:12:24,050 Mədəniyyət sahəsində görülən işlər də mühüm işlər sırasına daxildir; mədəniyyət sferasında bizim boşluqlarımız çoxdur. 81 00:12:24,620 --> 00:12:34,340 Mədəniyyət baxımından düşmənin yol tapıb nüfuz edə biləcəyi boşluqlar çoxdur. Bu işlərlə məşğul olmaq da 82 00:12:34,570 --> 00:12:43,820 həm aidiyyətli dövlət qurumlarının, həm də böyük, genişmiqyaslı ictimai təşkilatların vəzifəsidir. 83 00:12:44,170 --> 00:12:51,140 “Sərbəst atəş” deyəndə mən insanların öz istək və iradəsi ilə ərsəyə gələn, 84 00:12:51,370 --> 00:13:01,080 spontan, saf və səmimi mədəni işləri nəzərdə tuturdum. Bu ifadəni işlətməklə mən demək istəyirdim ki, ölkənin hər yerində gənclər, düşünən, əzmkar insanlar özləri, 85 00:13:01,370 --> 00:13:11,080 öz təşəbbüsləri ilə çalışsınlar, mədəni işlər görsünlər, düşmənin nüfuz edə biləcəyi boşluqların hansılar olduğunu araşdırıb üzə çıxarsınlar 86 00:13:11,370 --> 00:13:18,340 və bunun qarşısında lazım olan işləri həyata keçirsinlər. “Sərbəst atəş” qanunsuzluq, 87 00:13:18,620 --> 00:13:29,880 ədəbsizlik, puç düşüncəli insanları iddiaçı, inqilabi cərəyanın tərəfdarı olanları isə cavabdeh və borclu çıxarmaq demək deyil. 88 00:13:52,280 --> 00:14:02,220 Eyni zamanda inqilabi qüvvələr də ölkədə nizam-intizamı, asayişi, qanunu hamıdan çox qorumalı, 89 00:14:02,510 --> 00:14:08,450 düşmənin ölkədəki vəziyyətdən sui-istifadə etməsinə 90 00:14:08,740 --> 00:14:19,250 hər kəsdən daha ehtiyatlı yanaşmalıdır. Bu yanaşma ilk növbədə ölkənin öz ali hədəflərinə doğru irəliləməsini istəyən, 91 00:14:19,540 --> 00:14:24,680 bu işə can yandıran inqilabi qüvvələrə aiddir. 92 00:14:24,910 --> 00:14:30,170 İslam dünyasının problemlərinə gəlincə; qeyd etməliyəm ki, 93 00:14:30,400 --> 00:14:36,280 bu gün İslam ümmətinə bir çox yaralar vurulub; Yəmən problemi 94 00:14:36,680 --> 00:14:42,280 İslam ümmətinə vurulmuş böyük bir yaradır; 95 00:14:42,620 --> 00:14:54,110 Bəhreyn problemi də eynilə; eynilə müsəlman ölkələrində mövcud olan bir sıra digər problemlər də. İslam dünyası Yəmən xalqını açıq-aşkar 96 00:14:54,340 --> 00:15:02,050 və qətiyyətlə dəstəkləməli, ramazan ayında – 97 00:15:02,050 --> 00:15:07,940 mübarək bir ayda bu xalqa o şəkildə hücum edən zalımlara 98 00:15:07,940 --> 00:15:16,510 öz nifrət və etirazını bildirməli, Yəmən xalqının yanında olmalıdır; eynilə Bəhreyn və Kəşmir xalqlarının da. 99 00:15:16,510 --> 00:15:25,310 Xalqımız İslam dünyasının bu möhtəşəm hərəkatının dayağı ola bilər. 100 00:15:25,600 --> 00:15:35,650 Biz dostlarımıza, düşmənlərimizə, əleyhimizə olanlara qarşı mövqeyimizi açıq-aşkar ifadə etdiyimiz kimi, 101 00:15:36,000 --> 00:15:41,880 İslam dünyası – xüsusilə də ziyalılar, din alimləri – 102 00:15:42,170 --> 00:15:49,710 də bu yolla getməli, açıq və qətiyyətli mövqe tutmalı, 103 00:15:50,050 --> 00:15:54,910 başqaları, tağutlar narazı qalsa belə, Allahın razılığını qazanmağa çalışmalıdırlar. 104 00:15:54,910 --> 00:16:03,140 Pərvərdigara! Muhəmməd və Ali-Məhəmmədə xatir, İslam ümmətinə öz dəstəyini günbəgün daha da artır. 105 00:16:04,110 --> 00:16:11,200 Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir, öhdəmizə düşən vəzifələri günbəgün daha yaxşı bilməyimiz üçün bizə yardımçı ol. 106 00:16:12,450 --> 00:16:24,110 “Mərhəmətli və Bağışlayan Allahın adı ilə. And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi) 107 00:16:24,110 --> 00:16:27,710 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.