1 00:00:00,850 --> 00:00:03,310 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:04,280 --> 00:00:07,770 و الحمدلله ربّ العالمين 3 00:00:08,050 --> 00:00:14,570 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:21,650 --> 00:00:28,450 و علي آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّةالله في الارضين 5 00:00:29,770 --> 00:00:43,080 Əziz qardaşlar, bacılar, müsəlman ölkələrinin çox hörmətli səfirləri, 6 00:00:44,910 --> 00:00:52,400 məclisdə iştirak edən digər qonaqlar, hamınızı, eləcə də böyük İran xalqını 7 00:00:53,200 --> 00:01:05,540 və əzəmətli İslam ümmətinin dünyanın dörd bir yanındakı nümayəndələrini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. 8 00:01:05,940 --> 00:01:17,710 Ümidvaram ki, inşallah, Uca Yaradan bu böyük ümməti öz lütf və mərhəmətinə layiq görəcək 9 00:01:17,880 --> 00:01:29,420 və bu bayram İslam ümməti üçün sözün əsl mənasında mübarək olacaq. 10 00:01:30,800 --> 00:01:40,970 Həqiqət budur ki, bu gün İslam ümməti çoxsaylı problemlər içindədir; 11 00:01:42,110 --> 00:01:51,020 bu ümmətə bir çox yaralar vurulub və vurulmaqdadır. 12 00:01:51,710 --> 00:01:55,820 Onlardan ən önəmlisi isə konfliktlərdir. 13 00:01:59,140 --> 00:02:13,540 İslam dininin düşmənləri müsəlmanlar arasında 14 00:02:14,050 --> 00:02:23,480 müxtəlif bəhanələrlə konflikt, qarşıdurma və düşmənçilik yaratmağa çalışır; etnik mənsubiyyət bəhanəsi ilə, 15 00:02:23,820 --> 00:02:32,110 məzhəb bəhanəsi ilə, coğrafi ərazi və sərhəd bəhanəsi ilə. 16 00:02:33,480 --> 00:02:43,020 Təəssüflər olsun ki, düşmənin əlində bütün bu bəhanələr var, o, 17 00:02:43,600 --> 00:02:55,480 onlardan öz xeyrinə yararlanır, müsəlman dövlətlərinin rəsmiləri olan bizlər isə düşmənin bu hiyləsindən xəbərsizik. 18 00:02:58,000 --> 00:03:05,020 Mən özlüyümdə belə fikirləşirəm ki, 19 00:03:05,770 --> 00:03:17,540 biz birbaşa İslam dininin özünə və müsəlman ölkələrinə düşmən olan hansısa Amerika senatorunun 20 00:03:17,880 --> 00:03:26,340 sünnilər üçün şiələr sarıdan nigaranlıq ifadə etdiyini eşidəndə, 21 00:03:31,420 --> 00:03:40,620 bu cür hiyləgər davranışları müşahidə edəndə son dərəcə narahat olmalı, 22 00:03:40,970 --> 00:03:49,200 ehtiyatlanmalıyıq. 23 00:03:49,650 --> 00:03:58,280 Necə ola bilər ki, birbaşa İslam dininin özünün əleyhinə olan bir düşmən bir qrup müsəlman sarıdan digər bir qrup müsəlman üçün narahatlıq keçirsin?! 24 00:03:58,850 --> 00:04:06,400 Bu, xəbislikdən, hiylədən, araya düşmənçilik salmaq niyyətindən başqa bir şey ola bilərmi?! 25 00:04:07,250 --> 00:04:17,020 Və təəssüf ki, bu gün məhz bu var; biz bu barədə düşünməli, bunu dərk etməliyik. 26 00:04:18,850 --> 00:04:32,400 İkitirəlik və konflikt bütün müsəlman ölkələrinin ziyanına, 27 00:04:33,710 --> 00:04:45,420 birlik isə hamısının xeyrinədir. Müsəlman ölkələrinin bir olub yaxınlaşmağı, 28 00:04:45,770 --> 00:04:54,110 qüvvələrindən bir-birinin əleyhinə istifadə etməməyi onların öz xeyrinədir. 29 00:04:54,970 --> 00:05:02,220 Biz bunu anlamalıyıq. Bu, Allahın hikmətidir, İslamın hikmətidir. 30 00:05:04,570 --> 00:05:13,650 Təəssüf ki, buna diqqət yetirilmir. Bu gün İslam dünyası olaraq bizim içimizdə problemlər var, 31 00:05:14,170 --> 00:05:24,970 qanlar tökülür; bu gün bizim qanayan yaralarımız var. O yaralardan biri də Yəməndir. 32 00:05:26,740 --> 00:05:34,970 Bunlara diqqət yetirmək lazımdır. Suriya, İraq, Şimali Afrika problemləri, 33 00:05:35,080 --> 00:05:46,910 İslam dünyasının müxtəlif yerlərində müşahidə olunan problemlər hamısı ortada ikitirəlik, konflikt mövcud olduğunu göstərir, 34 00:05:47,480 --> 00:05:55,480 bu isə İslamın, müsəlman ümmətinin ziyanınadır. Bunun bir həllini tapmalıyıq. 35 00:05:57,370 --> 00:06:08,400 Qüds günü yürüşlərinin parlaq və təqdirəlayiq cəhətlərindən biri də elə budur: 36 00:06:08,850 --> 00:06:21,020 Qüds günü İranın böyük və kiçik şəhərlərinin, demək olar ki, hamısında insanlar orucağız – 37 00:06:22,510 --> 00:06:32,340 son illərdə də çox isti hava şəraitində – küçələrə çıxıb yürüş edir. Tehran və digər şəhərlərdəki möhtəşəm insan izdihamını özünüz də görmüsünüz. 38 00:06:32,450 --> 00:06:47,020 Həmin gün əhli-sünnədən olan Fələstin xalqı ilə həmdərd və həmrəy olduqlarını 39 00:06:47,020 --> 00:06:56,450 bu şəkildə ifadə edən insanlar şiələrdir. Vəhdət budur, 40 00:06:57,480 --> 00:07:11,600 İslam ümmətinin vəhdətinə bağlılıq elə bu deməkdir. Bu hərəkatın əsasını dahi İmam Xomeyni (r.ə) qoymuşdur və xalqımız da bu gün onu davam etdirir. 41 00:07:12,000 --> 00:07:18,680 Bu gün İslam dünyası üçün böyük təhlükə kəsb edən məsələlərdən biri də 42 00:07:18,850 --> 00:07:26,220 önəmli bir mövzu olan Fələstin probleminin unudulub arxa plana keçməsidir. 43 00:07:26,970 --> 00:07:34,000 Təəssüf ki, bu gün bu istiqamətdə iş gedir. Bəzi müsəlman ölkələri 44 00:07:34,400 --> 00:07:43,200 qəsdən elə hərəkət edir, elə danışır ki, Fələstin problemi 45 00:07:43,940 --> 00:07:52,800 görməzliyə vurulsun, Fələstin olayı arxa plana keçsin. Bu çox böyük bir təhlükədir. 46 00:07:52,800 --> 00:08:00,170 Fələstin İslam dünyasının bir nömrəli problemidir. Bütöv bir müsəlman ölkəsi 47 00:08:01,310 --> 00:08:08,510 başdan-ayağa işğal edilib. Söhbət kiçik bir ərazidən, yaxud hansısa şəhər 48 00:08:09,020 --> 00:08:18,680 və ya kənddən getmir; söhbət bütöv bir ölkədən gedir. Bütöv bir xalq öz yurd-yuvasından çıxarılıb. 49 00:08:19,020 --> 00:08:27,080 Bu gün Fələstinin özündə yaşayan fələstinlilər isə 50 00:08:27,770 --> 00:08:37,540 hərtərəfli təzyiq altında, tamamilə əzab-əziyyət içindədirlər. Daim qətl və qırğınlara, təhqir və təzyiqlərə məruz qalırlar. 51 00:08:38,400 --> 00:08:40,400 Bu, xırda bir məsələdirmi?! 52 00:08:41,480 --> 00:08:54,110 İslam fiqhinə görə (istər sünni təriqətlərinin fiqhi olsun, istər şiə fiqhi, istərsə də digər təriqətlərin fiqhi), 53 00:08:54,220 --> 00:09:03,250 hansısa müsəlman diyarını düşmən işğal edibsə, 54 00:09:03,250 --> 00:09:09,540 ona qarşı mübarizə aparmaq, cihad etmək, heç şübhəsiz, hamının şəri vəzifəsidir; cihadın istənilən mümkün forması ilə. 55 00:09:09,540 --> 00:09:19,250 Bu gün İsrail rejiminə qarşı mübarizə aparmaq bütün İslam dünyası üçün vacib və lazımlıdır. 56 00:09:19,420 --> 00:09:22,340 Nəyə görə bu vəzifədən boyun qaçırırlar? 57 00:09:24,910 --> 00:09:37,540 Allaha həmd olsun ki, bizim xalqımız bu baxımdan ayıq-sayıqdır. Hər halda, İslam dünyasının birliyə, müttəfiqliyə, 58 00:09:38,450 --> 00:09:46,170 həmrəyliyə ehtiyacı var. Xalqlar əksəriyyət etibarilə bir-biri ilə həmrəydir. 59 00:09:46,450 --> 00:09:53,540 Burada əsas vəzifə dövlətlərin öhdəsinə düşür. Məhz onlar həlledici rol oynaya bilər. 60 00:09:53,820 --> 00:10:01,250 Və mən ümidvaram ki, Allah-taala mübarək ramazan ayının, eləcə də bütün müsəlmanların bayramı, 61 00:10:01,650 --> 00:10:09,250 əzəmətli İslam Peyğəmbərinə şərəf və böyüklük qazandıran bir gün olan Fitr bayramının bərəkəti sayəsində 62 00:10:09,420 --> 00:10:18,110 bizim qəlblərimizi bir-birinə yaxınlaşdıracaq, müsəlmanları bir-biri ilə mehriban edəcək; 63 00:10:18,280 --> 00:10:24,680 və inşallah, müsəlman ümmətini İslamın düşmənləri qarşısında 64 00:10:24,680 --> 00:10:31,250 lazımi güc və iqtidara, əzm və iradəyə sahib olmağa müvəffəq edəcək. 65 00:10:31,420 --> 00:10:33,310 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.