1 00:00:00,330 --> 00:00:02,930 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,660 --> 00:00:10,260 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:12,600 --> 00:00:16,000 سيّما بقيّةالله في الارضين 4 00:00:16,530 --> 00:00:21,330 Əziz qardaşlar, möhtərəm cənablar, çox xoş gəlmisiniz. 5 00:00:22,930 --> 00:00:36,400 Periodik olaraq keçirdiyimiz xoş və ürəkaçan görüşlərdən biri də sizinlə olan bu görüşlərimizdir. 6 00:00:38,330 --> 00:00:51,530 Sizin öz sosial mühitinizə göstərdiyiniz təsir, bu mötəbər iclasların ümumilikdə dövlətə və hökumətə olan təsiri – 7 00:00:52,400 --> 00:01:05,930 bütün bunlar çox önəmli məqamlardır; ümidvaram ki, Allah-taala düşüncələrinizə, ideyalarınıza, səsləndirdiyiniz fikirlərə, görmək istədiyiniz 8 00:01:06,660 --> 00:01:13,730 və həyata keçməsi üçün addım atdığınız işlərə öz lütf və yardımını əta edəcək və bunlar hamısı arzulanan nəticəni verəcək, inşallah. 9 00:01:14,260 --> 00:01:23,000 Çıxışlarına görə cənab Cənnətiyə və cənab Şahrudiyə təşəkkürümü bildirirəm; 10 00:01:23,200 --> 00:01:33,860 çox faydalı fikirlər səsləndirdilər, bu bir neçə gün ərzində Xubriqan Məclisinin iclasının hansı atmosferdə keçdiyi barədə məlumatlandıq. 11 00:01:34,330 --> 00:01:44,000 Əlbəttə ki, bundan öncə mənə bu barədə hesabat da təqdim olunmuşdu. Cənablar çox önəmli, həqiqətən də, diqqətəlayiq məsələlərə toxunublar. 12 00:01:44,860 --> 00:01:52,400 İstərdim ki, mərhum Hacı Şeyx Əliəsğər Məsuminin də xatirəsini yad edək; 13 00:01:52,930 --> 00:02:00,330 Allah ona rəhmət etsin; bizim köhnə dostlarımızdan idi, Xubriqan Məclisinin bir neçə çağırışında məclis üzvü olmuşdu. 14 00:02:00,600 --> 00:02:09,600 Bu son çağırışda isə səhhəti ilə əlaqədar olaraq özü Xubriqan Məclisində iştirak etmək istəməmişdi; bir neçə gün bundan əvvəl rəhmətə gedib; 15 00:02:09,860 --> 00:02:13,260 ümidvaram, Allah-taal onu öz lütf və rəhmətinə layiq görəcək. 16 00:02:14,260 --> 00:02:23,400 Cənablar – cənab Cənnəti və cənab Şahrudi – budəfəki görüşümüzün məhərrəm ayına təsadüf etdiyini qeyd etdilər; 17 00:02:23,730 --> 00:02:31,860 çox önəmli bir təsadüfdür. Məhərrəm ayı İmam Hüseynin ayıdır, Hüseynə aiddir, 18 00:02:32,930 --> 00:02:43,200 Seyyidüş-şühədanın (ə) varlığında təcəssüm etmiş bütün o dəyərlərin ayıdır; 19 00:02:43,600 --> 00:02:53,060 şəhadət, cihad, ixlas, sədaqət, fədakarlıq, 20 00:02:53,530 --> 00:03:05,130 dini, Allahın dinini qorumağa, dinin əleyhinə olan güclərlə mübarizəyə can atma ayıdır. 21 00:03:05,530 --> 00:03:15,530 Seyyidüş-şühədanın (ə) mübarək varlığı, Aşura hadisəsi və məhərrəm ayında baş vermiş digər olaylar bu şeylərin təcəssümüdür. 22 00:03:16,130 --> 00:03:26,400 Belə bir fikir var ki, İslam dinini Seyyidüş-şühədanın qiyamı qoruyub saxlayıb; bu, həqiqətən də, doğrudur. 23 00:03:27,260 --> 00:03:38,060 Eyni zamanda bu hadisə zaman keçdikcə, əsrlər bir-birini dəyişdikcə günbəgün daha da canlanıb, daha da aktuallaşıb. 24 00:03:38,600 --> 00:03:46,530 Bu gün bu mərasim zahirən insanların dini inancına bugünkü kimi təzyiqlər göstərən, 25 00:03:46,860 --> 00:04:01,930 qarşı çıxan qüvvələrin olmadığı yüz il bunda öncədən də daha emosional, daha genişmiqyaslı, daha izdihamlı şəkildə keçirilir. 26 00:04:02,530 --> 00:04:15,200 Bütün bunların mənası var, bütün bunlar dünyada Hüseyn ibn Əlinin (ə) rəhbərliyi altında bir həqiqətin, bir hərəkatın həyata keçdiyini göstərir. 27 00:04:16,260 --> 00:04:23,000 İnşallah, bu hərəkat irəliləyəcək və xalqların problemlərini həll edib dərdlərinə əlac olacaq. 28 00:04:23,260 --> 00:04:32,260 Bu gün mən 3 mövzuya toxunmaq istəyirəm; birincisi bu mötəbər məclislə, yəni Xubriqan Məclisi ilə bağlıdır; 29 00:04:33,060 --> 00:04:41,060 ikinci mövzu, demək olar ki, dəfələrlə üzərində durduğumuz bir mövzudur: ölkədəki problemlər barədə danışacağam; 30 00:04:41,460 --> 00:04:51,130 və bir də dünyada və regionda gedən proseslərə, onların bizimlə, İslam Respublikası ilə əlaqəsinə toxunacağam. 31 00:04:53,330 --> 00:05:09,260 Birinci mövzuya gəlincə, Xubriqan Məclisi özünün tərkibi, funksiyası, bu illər ərzindəki fəaliyyəti baxımından, 32 00:05:11,730 --> 00:05:20,200 həqiqətən də, müstəsna və tayı-bərabəri olmayan bir qurumdur. Və düşünürəm ki, 33 00:05:20,530 --> 00:05:33,060 indiyə qədər görmüş olduğu və hazırda gördüyü işlərdən əlavə, bu məclisə daha bir mühüm işin həyata keçirilməsində ümid bağlamaq olar. 34 00:05:33,400 --> 00:05:43,400 Həmin iş İslam İnqilabına, bu inqilabın kursuna ümumi, strateji baxışdan ibarətdir. 35 00:05:43,860 --> 00:05:51,660 Bizim dövlət qurumlarımızda bu yoxdur; bu işi həyata keçirəcək bir qurumumuz yoxdur. Əlbəttə ki, bu, Ali Rəhbərin vəzifələri sırasına daxildir 36 00:05:51,860 --> 00:06:02,930 və bu günə qədər mümkün olduğu qədər (bu həqir bəndənin nöqsanlı cəhətlərinin yol verdiyi həddə) bu işin həyata keçirilməsinə səy göstərilib, lakin bunun üçün ayrıca bir qurumumuz yoxdur. 37 00:06:03,330 --> 00:06:14,460 Hakimiyyətin 3 qolunun işi ölkəni idarə etməkdir, ölkəni idarə etməlidirlər; hər biri bir sferada, bir şəkildə. 38 00:06:15,130 --> 00:06:27,800 Əlbəttə ki, onlar ölkəni inqilabi prinsiplərə uyğun idarə etməlidirlər; şübhəsiz, bu belədir, amma təbii ki, onlar öz getdikləri yola baxır, öz fəaliyyət sferalarını diqqətdə saxlayırlar. 39 00:06:28,660 --> 00:06:40,530 Ötən bu 39 il ərzində və gələcək onilliklərdə ümumilikdə inqilabın kursuna strateji baxış ortaya qoyacaq bir qurum əsasən yoxdur. 40 00:06:41,330 --> 00:06:45,860 Bunun üçün ayrıca bir mərkəz olmalıdır. 41 00:06:46,130 --> 00:06:54,400 Bu nə deməkdir? Bir qədər ətraflı aydınlaşdıraq; yəni Xubriqan Məclisinin tərkibində 42 00:06:54,930 --> 00:07:08,660 ideoloji bir heyət yaratmaq olar (Allaha şükürlər olsun ki, 70-80 nəfərin təmsil olunduğu bu qurumda dəyərli filosof və mütəfəkkirlər heç də az deyil); 43 00:07:09,600 --> 00:07:20,330 bu heyətin vəzifəsi ilk gündən bu günə qədər İslam İnqilabının kursuna ümumi bir nəzər salmaq olacaqdır. 44 00:07:20,660 --> 00:07:27,330 Axı bu inqilabın müəyyən hədəfləri olub, həmin hədəflərə doğru irəliləyişə başlanıb. 45 00:07:27,530 --> 00:07:35,930 Qoy baxsınlar görək o hədəflərə nə qədər yaxınlaşmışıq, hansına yaxınlaşmışıq, 46 00:07:36,600 --> 00:07:46,260 hansına gedən yolda ətalətə uğramışıq, hansı ilə bağlı geriləmişik (belə də ola bilər ki, 47 00:07:46,860 --> 00:07:56,460 inqilabın əvvəllərində hansısa hədəflə bağlı irəliləyiş, müsbət dinamika mövcud olub, 48 00:07:56,460 --> 00:08:06,060 lakin sonradan nəinki təkcə durğunluq, hətta geriləmə yaranıb); bütün bunları öyrənib bilmək lazımdır. 49 00:08:06,530 --> 00:08:18,060 Və əgər bu kimi hallar müşahidə olunarsa, qoy Xubriqan Məclisi öz tələblərini bunun əsasında tənzimləsin. 50 00:08:18,330 --> 00:08:28,660 Söhbət tələblərdən düşmüşkən, cənablar iclasdakı çıxışlarında da bu məsələyə toxunublar, 51 00:08:28,930 --> 00:08:34,130 burada da qeyd etdilər, mən özüm də bundan öncə dəfələrlə vurğulamışam ki, Xubriqan Məclisi 52 00:08:34,460 --> 00:08:45,330 müxtəlif dövlət qurumlarına tələblər irəli sürməlidir. Bu tələblər dediyim o araşdırmanın nəticələrinə əsaslana bilər. 53 00:08:45,400 --> 00:08:49,400 Bir neçə misal gətirək: Misal üçün, 54 00:08:49,660 --> 00:08:57,400 bu inqilabın mühüm prinsiplərindən biri “Nə Şərqlə, nə də Qərblə olmaq” idi; 55 00:08:57,400 --> 00:09:05,660 bu gün Şərq yoxdur, bütün gücü və qüdrəti ilə yalnız Qərb var. “Qərblə olmamaq” nə deməkdir? 56 00:09:06,060 --> 00:09:15,530 Yəni biz Qərbə meyillənməməli, Qərbin təsir altına düşməməli, Qərb mədəniyyətini qəbul etməməli, 57 00:09:16,260 --> 00:09:27,600 ölkəmizi və mədəniyyətimizi tənəzzül etmiş Qərb mədəniyyətinə qarışmaqdan qorumalıyıq; 58 00:09:28,200 --> 00:09:38,000 siyasətdə Qərbin təsiri altında, Qərbdən asılı olmamalı, dediyi ilə oturub-duraraq 59 00:09:38,600 --> 00:09:48,800 Qərbə boyun əyməməliyik. “Qərblə olmamaq” bu deməkdir. Əlbəttə, “Şərqlə olmamaq” deyimi də bu mənadadır, amma bu gün daha “Şərq” (Şərq bloku) yoxdur. 60 00:09:49,060 --> 00:09:57,000 Qərb haradır? Amerika, Avropa; yaxşı, Avropa dövlətlərinin öz mədəniyyəti, öz siyasəti, 61 00:09:57,400 --> 00:10:05,460 və İslam Respublikası olaraq bizim vəzifəmiz özümüzü Qərbin istədiyi kursa 62 00:10:05,930 --> 00:10:13,260 düşüb getməkdən xilas etməkdir; bu bir vəzifədir. 63 00:10:13,600 --> 00:10:21,730 Görəsən, bu günə qədər bu vəzifəni həyata keçirə bilmişik, ya yox? Nə dərəcədə həyata keçirmişik? Hansı məqamlarda həyata keçirə bilmişik? 64 00:10:22,200 --> 00:10:30,730 Əgər müəyyən məqamlarda həyata keçirilməyibsə, problem nədədir? Xubriqan Məclisi həmin problemləri araşdırıb üzə çıxararaq 65 00:10:30,730 --> 00:10:35,800 bunun əsasında tələblər ortaya qoya bilər. Bu tələblər mənə də ünvanlana bilər, 66 00:10:36,060 --> 00:10:42,330 hökumət kabinetinə də, məhkəmə hakimiyyətinə də, Keşikçi Korpusa da, parlamentə də; 67 00:10:42,600 --> 00:10:45,860 həmin problemlərin aşkarlanması nəticəsində müəyyən tələblər yaranacaq. Bu, bir misal. 68 00:10:46,130 --> 00:10:56,400 Və ya tutalım, iqtisadiyyat sferasında; ölkənin qüdrətinin dayaqlarından biri onun iqtisadi gücüdür, 69 00:10:56,660 --> 00:11:06,130 güclü iqtisadiyyatın ən mühüm elementlərindən biri isə güclü milli valyutadır. 70 00:11:06,660 --> 00:11:19,060 Yəni milli valyutanın alıcılıq qabiliyyəti olmalı və vətəndaşlar, ona malik olan insanlar üçün sərvət əmələ gətirməlidir. 71 00:11:20,060 --> 00:11:30,260 Əgər biz yanlış icra siyasətləri, düzgün olmayan qərarlar, cürbəcür səhlənkarlıqlar ucbatından 72 00:11:30,600 --> 00:11:39,130 milli valyutanın dəyərinin günbəgün aşağı düşdüyü bir vəziyyətə gəlib çatmışıqsa, bu, artıq geriləmədir. 73 00:11:39,530 --> 00:11:46,660 Bunu müəyyən etmək, bunun əsasında tələblər tənzimləmək, tələblər irəli sürmək lazımdır. 74 00:11:47,000 --> 00:11:54,460 Bu tələblər, misal üçün, hökumət kabinetinə, parlamentə və sairə ünvanlana bilər. 75 00:11:55,800 --> 00:12:01,460 Və ya İslam İnqilabında ilk gündən irəli çəkilən mövzulardan biri sosial ədalət məsələsidir. 76 00:12:01,860 --> 00:12:16,460 Ədalət ölkədə varlılarla yoxsullar arasında təbəqələşməni azaltmaq, yoxsulluğa qarşı mübarizə aparmaq, sərvət bölgüsünü düzgün həyata keçirmək deməkdir. 77 00:12:16,860 --> 00:12:29,200 Bu, marksist ideologiyadan, sosialist və ya kommunistlərin təbliğ etdiyi sosial bərabərlikdən fərqlənir; bu, İslamın yanaşmasıdır; 78 00:12:29,730 --> 00:12:36,130 bütün İslam mənbələri bu prinsipi dəstəkləyir və vurğulayır. 79 00:12:36,530 --> 00:12:45,800 Bu o demək deyil ki, varlıların sərvətinə əl qoyub, nəyisə onlardan almalıyıq; yox, ölkəni elə idarə etməliyik ki, 80 00:12:46,260 --> 00:12:53,860 varlılarla yoxsullar arasında təbəqələşmə azalsın. Bu, çox önəmli və bu gün bütün dünya ölkələrində önə çəkilən bir məsələdir. 81 00:12:53,860 --> 00:13:01,200 Bu gün dünyada başlıca iqtisadi meyarlardan sayılan “Cini indeksi”nin də mahiyyəti elə budur; 82 00:13:01,460 --> 00:13:08,600 əslində, müəyyən mənada varlılarla yoxsullar arasındakı təbəqələşməni əks etdirir. Biz baxmalıyıq ki, bu sahədə (İslam nöqteyi-nəzərindən) 83 00:13:09,060 --> 00:13:19,200 nə qədər irəli getmişik; nəyə görə bu cür olub. Bütün bunları götür-qoy etməliyik. 84 00:13:20,400 --> 00:13:26,530 Və ya tutalım, inqilabi stimulun qorunub saxlanması; 85 00:13:27,060 --> 00:13:36,000 İslam Respublikasının həmişəyaşarlığının ikinci şərti inqilabi stmulun qorunması, inqilab ruhiyyəsinin mövcudluğudur. 86 00:13:36,260 --> 00:13:42,130 İnqilab ruhiyyəsi olmasa, İslam Respublikası olmayacaq; düzdür, hakimiyyətdə bir rejim olacaq, 87 00:13:42,600 --> 00:13:46,330 amma o rejim artıq İslam Respublikası olmayacaq. 88 00:13:46,460 --> 00:13:56,130 Xalqın bu hərəkatı, İslam dininin, İslam şəriətinin dirçəldilməsi uğrunda axıdılan bu qanlar, çəkilən bu zəhmət bunun üçün olub; 89 00:13:56,660 --> 00:14:07,200 bunlar yox olub gedəcək, ayaqlar altına atılacaq. Odur ki İslam Respublikasının qorunub saxlanması üçün inqilabi stimul və ruhiyyə hökmən lazımdır. Hazırda bu stimul hansı səviyyədədir? 90 00:14:07,860 --> 00:14:12,800 Azalıbmı, artıbmı, davam edirmi, 91 00:14:13,860 --> 00:14:20,660 onun əleyhinə hansı işlər görülür, hansı səylər göstərilir, bunlarla mübarizə aparmağın yolu nədir? 92 00:14:20,930 --> 00:14:29,000 Bütün bunlara əsasən tələblər müəyyən etmək lazımdır. Misal üçün, mən müxtəlif çıxışlarımda daim: 93 00:14:29,200 --> 00:14:36,660 “Allahın ordusundan olan, inqilabçı uşaqlara dəstək olun” – deyirəm; bu, elə o deməkdir; 94 00:14:37,000 --> 00:14:42,660 yəni bu, ölkənin inqilabi hərəkatını nəzərə alaraq qarşıya qoyulan bir tələbdir. Əlbəttə, sevindirici haldır ki, ölkəmiz bu sahədə qətiyyən geriləməyib, 95 00:14:42,660 --> 00:14:47,000 əksinə irəli gedib və bunu tam şəkildə sübut etmək mümkündür, açıq-aydın göz önündə olan bir həqiqətdir. 96 00:14:47,460 --> 00:14:55,530 Və ya misal üçün, xalqın dindarlığı; biz xalqımızın dindar olmasını istəyirik. 97 00:14:55,800 --> 00:15:04,400 Bəzən belə bir söz deyirlər: “Biz xalqı zorla Cənnətə göndərmək istəmirik”. Məncə bu, düzgün bir ifadə deyil, 98 00:15:04,400 --> 00:15:10,530 bir qədər yanlış fikirdir. Heç kimin heç kimi zorla Cənnətə aparmaq niyyəti yoxdur, amma 99 00:15:10,660 --> 00:15:16,660 Cənnətə gedən yolu camaatın üzünə açmaq, insanları buna təşviq etmək lazımdır. Elə peyğəmbərlər də bunun üçün gəliblər; 100 00:15:16,930 --> 00:15:24,660 gəliblər ki, insanları Cənnətə aparsınlar, Cəhənnəmə getmələrinə imkan verməsinlər. Peyğəmbərlik missiyası, 101 00:15:25,000 --> 00:15:31,130 müqəddəs kitabların nazil edilməsi, bu qədər zəhmət və mücahidə elə buna görə olub ki, insanların Cəhənnəmə düçar olmasına imkan verilməsin. 102 00:15:31,330 --> 00:15:41,330 Bu, bizim borcumuzdur, biz bu işi görməliyik, xalqımız dindar olmalıdır; bu, sözsüz belədir. 103 00:15:41,330 --> 00:15:50,260 Əlbəttə ki, düzgün formada. “İslamda bu məsələdə məcburiyyət yoxdur” – demək də düzgün deyil. Elə isə bəs şəriətin qoyduğu qayda-qanunlar nə üçündür? 104 00:15:50,260 --> 00:15:59,660 “... yüz çubuq vurun”. (“Nur” surəsi, 2-ci ayədən) “... onlara səksən çubuq vurun”. (“Nur” surəsi, 4-cü ayədən) – bütün bunlar nədir? Bunlar elə məcburiyyətdir. 105 00:15:59,930 --> 00:16:09,600 Odur ki bunlar strateji əhəmiyyət daşıyan araşdırmalardır. Sizin ideoloji heyətiniz 106 00:16:10,060 --> 00:16:16,260 oturub inqilabın bu 39 il ərzində keçdiyi yola ümumilikdə bir nəzər salanda, 107 00:16:16,530 --> 00:16:27,060 bu məqamların hər birini (və mənim sadalamadığım başqa 10, 15 mühüm məqamı) 108 00:16:27,330 --> 00:16:38,460 nəzərdən keçirəndə görəcək ki, məsələn, biz filan sahədə irəli getmişik, bu irəliləyişə dəstək vermək olar, 109 00:16:39,260 --> 00:16:47,330 onu qoruyub saxlamaq və davam etdirmək üçün müəyyən işlər görülməlidir; çünki heç şübhəsiz, bu irəliləyişin əleyhinə olanlar, onu gözü götürməyənlər var; 110 00:16:47,660 --> 00:16:55,400 və ya hansısa məqamlarda ətalətə uğramışıq, haradasa geri getmişik; baxmaq lazımdır ki, bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır. Bu isə ortaya müəyyən tələblər çıxaracaq; 111 00:16:55,660 --> 00:17:03,260 yəni bu tələblər 112 00:17:03,260 --> 00:17:07,730 hansısa ostan və ya şəhərin problemləri kimi xırda icraiyyə məsələlərindən daha yüksəkdə durur. 113 00:17:07,730 --> 00:17:17,200 Əlbəttə, onlar da problemdir, mən onları inkar etmək istəmirəm, amma Xubriqan Məclisinin 114 00:17:17,400 --> 00:17:26,330 status və səviyyəsinə məhz bu cür məsələlərlə məşğul olmaq uyğundur. Mənim fikrimcə, Xubriqan Məclisinin həyata keçirə biləcəyi ən əsas və önəmli işlərdən biri budur. 115 00:17:28,330 --> 00:17:37,000 Bayaq dediyim kimi, bu gün toxunacağım ikinci mövzu ölkədəki problemlərdir. Bu barədə dönə-dönə, 116 00:17:37,330 --> 00:17:47,200 dəfələrlə danışmışıq, amma mən bir daha bu mövzunun üzərində dayanmaq istəyirəm. Deyəcəklərimin xülasəsi budur: rəsmilər də, 117 00:17:47,800 --> 00:18:00,400 xalqımız da bilsinlər ki, ölkədəki problemlərin həlli yalnız bu ölkənin öz insanlarının əli ilə mümkün ola bilər; 118 00:18:01,260 --> 00:18:08,530 istər bu, iqtisadi problemlər olsun, istərsə də mədəniyyətlə bağlı problemlər; problemlərin istənilən növünü yalnız bu xalq özü həll etmək iqtidarındadır. 119 00:18:08,530 --> 00:18:20,730 Bayaq danışdığımız məsələ ilə bağlı bir cümlə deyim, o, bu mövzu üçün də keçərlidir: siz inqilabın 120 00:18:21,130 --> 00:18:30,660 mühüm və əsas tezislərindən biri ilə bağlı müəyyən bir nəticəyə gələndən sonra bunu diskursa çevirməlisiniz; 121 00:18:31,600 --> 00:18:40,930 misal üçün, broşür halında çap etdirməlisiniz. Sizin sayınız çoxdur; çoxunuz imam-cüməsiniz, 122 00:18:41,200 --> 00:18:50,860 ostanlarda və ya şəhər mərkəzlərində tanınmış, görkəmli simalarsınız, ixtiyarınızda tribuna var, camaata müraciət etmək, 123 00:18:51,200 --> 00:19:00,130 xalqla söhbət etmək imkanına sahibsiniz; danışın, təkrar-təkrar deyin ki, diskursa çevrilsin. Diskurs xalq arasında geniş surətdə yayılmış, 124 00:19:00,460 --> 00:19:08,060 hər kəsin ümumi arzu və tələbinə çevrilmiş bir fikir, ideya deməkdir. Hansısa fikir ümumi tələb halına gələndə, diskursa çevriləndə isə, təbii olaraq, reallaşmağa yaxınlaşacaq. 125 00:19:08,530 --> 00:19:15,130 Eynilə bu məsələdə də; camaatımız hamısı tam əminliklə 126 00:19:15,800 --> 00:19:26,860 və heç bir şübhə yeri qalmadan bu fikrə gəlməlidir ki, ölkədəki problemlərin həllini tapması üçün, mütləq, 127 00:19:27,260 --> 00:19:37,400 ölkənin öz daxilində öz insanlarımız qollarını çırmayıb işə keçməlidir. Bu məsələ o qədər deyilməli, təkrarlanmalı, arqumentlərlə əsaslandırılmalıdır ki, qəti və danılmaz bir diskurs halına gəlsin. 128 00:19:37,800 --> 00:19:47,000 Bizim istedadlı gənclərimiz, dəyərli mütəxəssislərimiz, yaxşı istehsalçılarımız, sahibkarlarımız, 129 00:19:47,400 --> 00:19:54,060 çalışqan fəhlə və zəhmətkeşlərimiz, gözəl müəllimlərimiz, professorlarımız var. 130 00:19:54,330 --> 00:20:02,200 İşlər bu cür insanların əli ilə yoluna qoyulmalıdır; ölkənin problemlərini məhz bu insanlar ortadan qaldırmalıdır; 131 00:20:02,800 --> 00:20:10,930 iqtisadi problemləri də bunlar həll etməldir, digər önəmli problemləri də. Yadlardan heç bir iş çıxmayacaq. 132 00:20:10,930 --> 00:20:16,400 Demirəm ki, dünya ilə əlaqələrinizi kəsin; mən heç də bu fikridə deyiləm. 133 00:20:16,660 --> 00:20:24,930 Mən inqilabın lap əvvəlindən dünya ilə, başqa ölkələrlə əlaqələrin qurulmasına israr edən şəxslərdən biri olmuşam, elə bu gün də həmin fikirdəyəm, 134 00:20:25,330 --> 00:20:35,800 lakin mənim demək istədiyim budur ki, biz öz təbii və güclü ayaqlarımızı xaricilərin əl ağacına dəyişməməliyik. 135 00:20:36,330 --> 00:20:43,260 Öz ayaqlarımız üzərində dimdik durmaq yerinə, xaricilərin əl ağacına söykənməyimiz səhvdir. 136 00:20:43,800 --> 00:20:52,130 Əlbəttə, beynəlxalq əlaqələrə girib danışıqlar aparmağın heç bir eybi yoxdur; mən nüvə danışıqlarına əvvəl də, elə hazırda da yalnız bunu irad tutmuşam 137 00:20:52,460 --> 00:20:59,460 və qapalı iclaslarımızda dəfələrlə rəsmilərin özünə də söyləmişəm ki, 138 00:20:59,730 --> 00:21:09,060 bizim danışıqlara getməyimizdə heç bir problem yox idi, intəhası hazırkı vəziyyətin yaranmamağı üçün 139 00:21:09,400 --> 00:21:17,800 bu danışıqlarda lazımınca diqqətli və ehtiyatlı olmaq lazım idi. Hazırda qarşı tərəf istədiyini etdiyi halda, 140 00:21:17,800 --> 00:21:27,060 nüvə anlaşmasını pozmuş hesab olunmur, biz isə bir balaca tərpəniş edən kimi anlaşmanı pozmuş oluruq! Bu, səhvdir, belə olmamalıdır; 141 00:21:27,330 --> 00:21:34,860 belə bir vəziyyətin yaranmasının səbəbi isə daxili güc və potensiala yox, 142 00:21:34,860 --> 00:21:40,330 qarşı tərəfə, xaricilərə arxalanmaqdır. 143 00:21:40,330 --> 00:21:51,530 Dediyim odur ki, yadlara göz dikmək lazım deyil; dünya ilə əməkdaşlıq etməliyik, buna söz yox; dünya ilə əməkdaşlıq etməyin, təbii ki, öz tələbləri var, 144 00:21:51,660 --> 00:21:58,930 o tələbləri də qəbul edirik, öhdəmizə götürürük, lakin xaricilərə arxalanmamalıyıq, 145 00:21:58,930 --> 00:22:08,460 çünki ölkəmizdən və cəmiyyətimizdən kənarda düşmənlərimiz çoxdur; qarşımızda çoxsaylı düşmənlərdən ibarət bütöv bir cəbhə durub. 146 00:22:08,800 --> 00:22:17,260 Düzdür, Allaha şükürlər olsun ki, bu günə qədər biz o cəbhəyə zərbə endirmişik, onu məğlub etmişik, geri oturtmuşuq, bundan sonra da belə olacaq, 147 00:22:17,460 --> 00:22:24,600 lakin bilməliyik ki, qarşımızdakı təkcə bir düşmən mövqeyi deyil, geniş bir düşmən cəbhəsidir. 148 00:22:24,860 --> 00:22:36,800 Və son olaraq, dünya və regiondakı vəziyyətə gəlincə, qısaca bunu deməliyəm ki, Allaha şükür, 149 00:22:37,330 --> 00:22:47,200 biz qlobal məsələlərdə irəli getməkdəyik. Nəinki geri getməmişik, heç durğunluğumuz da olmayıb, irəliləməkdəyik. 150 00:22:48,130 --> 00:22:59,400 Bəziləri belə bir fikir formalaşdırmağa çalışır ki, guya biz dünyadakı nüfuzumuzu itirmişik, dünyanın gözündə kiçilmişik. Xeyr, 151 00:22:59,800 --> 00:23:06,800 Allahın köməyi ilə, Allahın izzəti sayəsində İslam Respublikası hörmətlidir, nüfuzludur, 152 00:23:07,130 --> 00:23:13,800 bu günə qədər də nüfuz və etibarı, qüdrəti gübəgün daha da artıb. Düşmənləri özlərindən çıxaran da elə budur. 153 00:23:13,800 --> 00:23:21,400 O ABŞ prezidentinin BMT-də danışdığı səfeh sözləri eşitdiniz; 154 00:23:21,860 --> 00:23:34,730 yəqin ki, birbaşa və ya dolayısı ilə qulağınıza çatıb; çox çirkin və qaba ifadələrdən istifadə edib; 155 00:23:35,260 --> 00:23:48,530 qanqstersayağı, kovboysayağı ifadələr, yanlış və mənasız təhdidlər, ondan da yüzdə-yüz yanlış olan təhlillər; 156 00:23:48,800 --> 00:24:01,930 yalanla dolu bir nitq idi! O çıxışda, bəlkə, 20-yə yaxın ağ yalan səslənirdi! Pərakəndə bir söhbət idi; 157 00:24:02,460 --> 00:24:12,460 həm əsəbi, həm çıxılmaz vəziyyətdə olduqlarını, 158 00:24:13,200 --> 00:24:20,600 həm də düşüncə cəhətdən problem yaşadıqlarını, geridə olduqlarını, səfehliklərini göstərirdi; 159 00:24:21,000 --> 00:24:33,330 yəni o nitqdə bu 3 cəhətin 3-ü də var idi: həm nə qədər əsəbi olduqlarını nümayiş etdirirdi, həm nə qədər çıxılmaz vəziyyətdə olduqlarını 160 00:24:34,930 --> 00:24:45,730 (mövcud reallıq qarşısında nə etməli olduqlarını bilmirlər), həm də nə qədər axmaq, yüngülbeyin olduqlarını. O deyilən sözlər amerikan xalqı kimi bir xalq üçün qürurverici deyildi. 161 00:24:45,730 --> 00:24:54,660 Zənnimcə, Amerikanın ziyalı və görkəmli xadimləri belə bir prezidentləri olduğuna və onun danışdığı bu sözlərə görə utanc duymalıdırlar. 162 00:24:55,130 --> 00:25:03,060 Mənim onun nə dediyi və nə cür dediyi ilə işim yoxdur, 163 00:25:03,660 --> 00:25:14,930 mən onların nəyə görə əsəbiləşdiklərindən danışmaq istəyirəm. Bizim əldə etdiyimiz uğurlara görə! Bu əsəbilik məsələsi çox önəmlidir. 164 00:25:15,730 --> 00:25:22,600 O çıxışda onların əsəbiliyi hər şeydən daha aydın nəzərə çarpırdı. Nəyə görə əsəbidirlər? 165 00:25:22,930 --> 00:25:33,800 Əsəbiliklərinin səbəbi budur ki, Amerikanın “Orta Şərq” adı verdiyi bu Qərbi Asiya regionu üçün 166 00:25:34,200 --> 00:25:42,530 hələ 50-60 il bundan əvvəldən bir planı olub (bəlkə, hələ ondan da qabaq; bəlkə də, həmin plan hələ ondan da əvvəl olub, sadəcə, 50-60 il bundan əvvəl özünü büruzə verməyə başlayıb); 167 00:25:43,460 --> 00:25:52,460 o plana əsasən də bir müddət “Yeni Orta Şərq” söhbətini ortaya atdılar, bir müddət “Böyük Orta Şərq” haqqında danışdılar; 168 00:25:52,800 --> 00:26:01,730 bura üçün bir planları var idi. O planın mərkəzində, əsas mehvərində isə Suriya, Livan və İraq dururdu; 169 00:26:02,530 --> 00:26:07,660 həmin plan əsas etibarilə bu 3 ölkədə, bu 3 mərkəzdə, 170 00:26:08,260 --> 00:26:15,130 bu 3 mehvərdə həyata keçirilməli idi. Hansı formada həyata keçirilməli idi? Bu 3 ölkədə 171 00:26:15,460 --> 00:26:24,860 Amerikaya mütləq şəkildə təslim olacaq, Amerikanın nökərinə çevriləcək, hər istədiyinə boyun əyəcək və dediyi ilə oturub-duracaq rejimlər hakimiyyətə gəlməli idi. 172 00:26:24,860 --> 00:26:32,530 Bəs nəticə nə olmalı idi? Nəticə bu olmalı idi ki, bu region bütünlüklə İsrailin ayaqaltısına çevrilməli, 173 00:26:33,260 --> 00:26:43,060 burada onların dediyi o “Nildən Fərata qədər” məsələsi təmin olunmalı idi; zahiri siyasət formasında olmasa belə, 174 00:26:43,200 --> 00:26:52,000 ağalığı ələ keçirmə, nüfuz dairəsinə daxil etmə, əsl, mənəvi ağalıq formasında. Bunu həyata keçirmək istəyirdilər. Onlar elə etmək istəyirdilər ki, İraq – 175 00:26:52,330 --> 00:27:01,260 bu qədər iftixara, qədim tarixə sahib olan bu əzəmətli ölkə amerikanların və sionistlərin ağalığına tabe olsun; 176 00:27:01,660 --> 00:27:08,530 Suriya – sionist rejiminə qarşı müqavimətin dayağı olan belə bir önəmli mərkəz 177 00:27:08,530 --> 00:27:13,530 əslində İsrail rejiminin ixtiyarında olsun. Livanın da ki, məsələsi məlumdur. 178 00:27:13,930 --> 00:27:16,060 Onlar bunu istəyirdilər, bu işləri həyata keçirmək fikirləri var idi. 179 00:27:16,460 --> 00:27:23,730 İndi siz bir də reallıqlara baxın; görün reallıqlar onların arzularından nə qədər uzaqdır! Livana nəzərə salın – 180 00:27:24,530 --> 00:27:32,460 heç bir qələt edə bilmədilər! İraqa baxın – onların istədiyinin tam əksi oldu. 181 00:27:32,930 --> 00:27:39,600 Suriyaya baxın! Əlbəttə ki, Amerika və müttəfiqləri Suriyada çox cinayətlər törətdilər, onların əli 182 00:27:39,860 --> 00:27:44,930 dirsəyə qədər Suriya xalqının qanına bulaşıb; buna əsla şübhə yoxdur; İŞİD-i ortaya saldılar, 183 00:27:45,260 --> 00:27:52,600 o təkfirçiləri – “Cəbhətun-nusra” və sairi – yaradıb ortaya saldılar, müəyyən mənada xalqı qətliam etdilər, 184 00:27:53,000 --> 00:28:05,330 bütün bunları törətdilər, amma ondan irəli gedə bilmədilər. Baxın, bu gün İŞİD məsələsi, İŞİD mövzusu əslində tamamlanmaq üzrədir, 185 00:28:05,600 --> 00:28:12,000 təkfirçilər tam olaraq bir kənara çəkilib; 186 00:28:12,260 --> 00:28:18,800 onların yox etmək, əvəzləmək istədiyi vəziyyət daha geniş surətdə bərqərar olub 187 00:28:19,260 --> 00:28:28,660 və Amerikanın istədiyinin tam əksi baş verib. Səbəbini araşdıranda da 188 00:28:29,000 --> 00:28:38,000 İranı “təqsirkar” görürlər, ona görə də əsəbiləşirlər. Mərhum cənab Beheşti demişkən: “Əsəbiləş, əsəbindən gəbər!” 189 00:28:38,400 --> 00:28:48,130 Nə qədər istəyirlər, əsəbiləşsinlər. Məsələ budur, dava budur. Qoy heç kəs yanlış düşüncələrə qapılmasın; elə təsəvvür etmək lazım deyil ki, 190 00:28:48,330 --> 00:28:55,800 İranın qarşısında böyük bir güc var; xeyr, onların sərt reaksiyası zəif olduqlarını, 191 00:28:55,800 --> 00:29:04,400 geridə olduqlarını, yaşadıqları məğlubiyyətdən hiddətləndiklərini göstərir. Burunları ovulub, 192 00:29:04,730 --> 00:29:11,330 ona görə də acıqlıdırlar, bu cür danışır, belə səfeh nitqlərlə çıxış edir və bu işləri görürlər. 193 00:29:11,660 --> 00:29:19,000 Bir sözlə, mənim demək istədiyim budur ki, İslam Respublikası 194 00:29:21,800 --> 00:29:26,600 müasir dünyanın beynəlxalq arenasında iştirakı baxımından, 195 00:29:27,130 --> 00:29:30,460 Allaha şükür, uğur qazanıb. 196 00:29:30,800 --> 00:29:34,400 “Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, 8-ci ayədən) 197 00:29:34,400 --> 00:29:42,730 Əlhəmdulillah, bu şərif ayə, bu izzət və ləyaqət İslam Respublikasına da aiddir; buna görə Allaha şükür edirik; 198 00:29:42,730 --> 00:29:49,000 bunu qoruyub saxlamaq lazımdır. Ağıllı, tədbirli davranmaqla, düzgün fikirləşib, işləri düzgün planlaşdırmaqla, 199 00:29:49,660 --> 00:29:59,600 qurduğumuz münasibətlərdə, qəbul etdiyimiz qərarlarda, danışıq tərzimizdə səhvə yol verməməklə bu ləyaqəti qoruyub saxlamalı və inşallah, daha da artırmalıyıq. 200 00:30:00,000 --> 00:30:09,660 Və bu ləyaqət gərgin səy və əməyin nəticəsidir. Bayaq qeyd etdim ki, bu gün insanlarımızda din uğrunda, dini dəyərlər uğrunda çalışmaq stimulu daha çox və daha yüksək səviyyədədir; bunun bir nümunəsi də budur. 201 00:30:10,000 --> 00:30:20,260 Əziz şəhidimiz Möhsün Hücəciyə baxın; bu gün Möhsün Hücəci kimi gənclərimiz heç də az deyil. 202 00:30:20,530 --> 00:30:29,260 Sadəcə olaraq, Allah-taala Möhsün Hücəcini müəyyən dəlillərə əsasən bir nümunə kimi önə çəkərək gözlər önündə sərgiləmişdir ki, hamı bu şanlı 203 00:30:29,600 --> 00:30:42,400 və dəyərli həqiqəti görüb, onu qəbul etsin: Allahın lütfü və köməyi sayəsində, gənclərimizdə inqilabi stimul günbəgün daha da artmaqdadır. 204 00:30:42,800 --> 00:30:49,200 İnsanlar bizə məktub yazıb yalvarırlar, həqiqətən, yalvarırlar ki, 205 00:30:49,460 --> 00:30:54,260 icazə verin, gedək (indi kimlərin bura zəng etməyə və ya məktub yazmağa əli çatırsa; 206 00:30:54,800 --> 00:30:59,060 yəqin ki, belə bir imkanı olmayanların sayı qat-qat artıqdır); 207 00:30:59,060 --> 00:31:05,460 yalvarırlar ki, göndərin gedək orada düşmənlə mübarizə aparaq, düşmənə qarşı cihad edək. 208 00:31:05,860 --> 00:31:16,200 Bizim gənclərimiz belə bir stimula sahibdir. Bu stimulun əleyhinə mövcud olan faktorları nəzərə alsaq, demək olar ki, bu bir möcüzədir; 209 00:31:16,200 --> 00:31:22,930 biri elə bayaq cənab Cənnətinin qeyd etdiyi virtual məkan; əlbəttə ki, onun dedikləri, etdiyi xəbərdarlıq tamamilə doğrudur, 210 00:31:22,930 --> 00:31:31,860 biz özümüz də məsələni ciddi şəkildə izləyirik, lakin bu virtual məkanın, bu məkrli planların, şirnikdirmələrin mövcudluğuna baxmayaraq, 211 00:31:32,060 --> 00:31:39,730 gördüyünüz kimi, İslam Respublikasında belə gənclər, bu cür stimul var. Bu, Allahın lütfüdür. 212 00:31:40,130 --> 00:31:46,400 Ümidvaram, Allah-taala ölkəmizi və xalqımızı daim bu lütfünə layiq görəcək, 213 00:31:46,660 --> 00:31:57,530 bu ölkəni bu məqama gətirib çatdıranlara – dahi liderimiz İmam Xomeyniyə, əziz şəhidlərimizə, Haqq yolunun mücahidlərinə öz lütf və mərhəmətini nəsib edəcək. 214 00:31:58,060 --> 00:32:00,060 Allahın salamı, rəhməti və bərəkəti qismətiniz olsun.