1 00:00:00,400 --> 00:00:02,530 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,200 --> 00:00:12,800 الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:21,930 --> 00:00:33,130 و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:35,800 --> 00:00:47,330 Əzəmətli İslam peyğəmbərinin (s), həmçinin onun övladı 5 00:00:49,060 --> 00:01:04,400 Həzrət Cəfər ibn Muhəmməd Sadiqin (ə) mübarək mövludları münasibətilə 6 00:01:05,130 --> 00:01:20,460 hamınızı, bu gün bura təşrif gətirmiş əziz qonaqlarımızı, müsəlman ölkələrinin möhtərəm səfirlərini, Vəhdət həftəsində iştirak edən hörmətli qonaqları, 7 00:01:23,600 --> 00:01:31,730 eləcə də bütün İran xalqını, İslam ümmətini və dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirəm. 8 00:01:32,000 --> 00:01:48,060 Ümidvaram ki, bu gün, bu mövlud bizim hamımızda öhdəmizə düşən vəzifələrə, Peyğəmbərin (s) mövludunun bərəkəti ilə 9 00:01:48,260 --> 00:02:01,200 bu gün üzümüzə açılmış və qət etməli olduğumuz yola qarşı yeni bir dərk, yeni bir oyanış yaranmasına səbəb olacaq. 10 00:02:01,730 --> 00:02:12,600 Peyğəmbərin (s) mübarək varlığı rəhmət idi; bütün varlıq aləmi üçün rəhmət idi. 11 00:02:13,660 --> 00:02:29,530 Bu rəhmət isə o böyük şəxsiyyətin ardıcıllarına, onun yolunu, istiqamətləndirməsini qəbul edən insanlara sirayət edir; 12 00:02:31,000 --> 00:02:38,530 rəhmətə layiq görülürlər, Allahın rəhməti onlara şamil olunur. Quranda buyurulur: 13 00:02:38,930 --> 00:02:49,000 “Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam! 14 00:02:49,000 --> 00:02:57,460 O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar”. (“Əraf” surəsi, 156-157-ci ayələrdən) 15 00:02:57,800 --> 00:03:10,530 O əzəmətli şəxsiyyətin rəhbərliyini qəbul edənlər, onun arxasınca gedənlər, göstərdiyi yolu rəhbər tutanlar Allahın rəhmətinə layiq görülür; 16 00:03:12,130 --> 00:03:25,060 bu, Allahın qəti və danılmaz vədidir. İslam dünyası, İslam ümməti bir çox eniş-yoxuşlardan keçib, 17 00:03:26,260 --> 00:03:39,060 amma yalnız Həzrət Peyğəmbəri və onun göstərdiyi yolu rəhbər tutduğu zaman Allah-taalanın dünya və axirət rəhmətindən faydalanıb; 18 00:03:40,130 --> 00:03:49,130 “Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (“Əraf” surəsi, 157-ci ayədən) 19 00:03:50,000 --> 00:03:53,930 Nicat tapanlar, əlbəttə ki, əzəmətli Peyğəmbərin yolu ilə gedənlərdir. 20 00:03:54,460 --> 00:04:04,200 Peyğəmbəri-Əkrəm o gözəllikləri, əsarətlərdən qurtuluşu hamı üçün, 21 00:04:04,600 --> 00:04:23,400 bütün insanlar üçün gətirmişdi. Peyğəmbərin bəşəriyyətə hədiyyə etdikləri xüsusi olaraq hansısa qrupa yox, 22 00:04:24,460 --> 00:04:32,730 bütün bəşəriyyətə aiddir, amma yalnız onu özünə rəhbər bilib onun yolu ilə gedənlər bunlardan faydalanır. 23 00:04:33,330 --> 00:04:47,330 İslam Peyğəmbəri insanların əl-ayağını bağlayıb onları hərəkət etməyə, pərvazlanmağa qoymayan, 24 00:04:47,330 --> 00:04:52,730 mənəviyyatdan uzaqlaşdıran, həyatlarını acı edən buxovları qıraraq 25 00:04:53,530 --> 00:04:59,660 bəşər övladını əsarətdən qurtarır. 26 00:05:00,130 --> 00:05:09,600 O əsarət nədən ibarətdir? Hegemon dövlətlərin zülmündən, imperialistlərin müstəmləkəçi ağalığından, 27 00:05:10,460 --> 00:05:19,800 təbəqələşmədən, zalım və müstəmləkəçi aristokratiyadan; əsarət bunlardır; 28 00:05:20,600 --> 00:05:24,200 Peyğəmbər bunların əleyhinə çıxış etmiş, bu şeylərə qarşı mübarizə aparmışdır. 29 00:05:25,530 --> 00:05:37,130 Xalqlar mətin olub müqavimət göstərsələr, bu yolu davam etdirə bilərlər; 30 00:05:37,530 --> 00:05:47,930 xalqlar super-dövlətlərə qalib gələ bilərlər. Bəli, bu gün dünyanın super-gücləri 31 00:05:48,600 --> 00:05:58,460 İslam ümmətinə qarşı çox böyük miqyasda məkrli planlar həyata keçirir, lakin bu planların qarşısında durub onları neytrallaşdırmaq mümkündür. 32 00:06:01,260 --> 00:06:06,800 Həzrət Musa (ə) Allah-taalaya xitabən deyir: 33 00:06:06,800 --> 00:06:15,000 “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? 34 00:06:15,400 --> 00:06:21,600 Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər”. (“Yunis” surəsi, 88-ci ayədən) 35 00:06:21,600 --> 00:06:28,400 Qarğış edir. Həzrət Musanın qarşısında Firon əlində hər cür imkanları olan hegemon bir qüvvə idi; 36 00:06:28,860 --> 00:06:36,400 cah-calalı, var-dövləti, ehtişamı, hər cür imkanları, silahı, pulu – hər şeyi var idi. Musa isə tənha və köməksiz idi. 37 00:06:36,730 --> 00:06:41,930 O, üzünü Allaha tutaraq dua edib yalvarır. Allah-taala onun cavabında belə buyurur: 38 00:06:41,930 --> 00:06:44,330 “(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim”. (“Yunis” surəsi, 89-cu ayədən) 39 00:06:44,660 --> 00:06:55,130 Biz sizin ikinizin – Musa və Harunun – duasını qəbul etdik, yerinə yetirəcəyik, amma bir şərti var: 40 00:06:55,130 --> 00:07:01,530 “Siz (öz dəvətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!” (“Yunis” surəsi, 89-cu ayədən) 41 00:07:01,730 --> 00:07:10,260 Möhkəm durun, mətin olun. Bir var müharibədə, döyüş meydanında mətin olmaq, 42 00:07:10,460 --> 00:07:18,000 bir də var siyasət meydanında, iradələr savaşında mətin olmaq; 43 00:07:18,660 --> 00:07:25,930 bütün bu meydanlarda möhkəm durmaq, mətin olmaq lazımdır. Xalqlar, onların görkəmli simaları, ziyalıları 44 00:07:26,660 --> 00:07:31,330 mətinliyi yaddan çıxarmasa, qələbə mütləq onlara nəsib olacaq. 45 00:07:31,730 --> 00:07:39,200 Bəli, bu gün düşmənlər İslam ümmətinin qarşısında səf çəkərək durublar; 46 00:07:39,460 --> 00:07:47,260 Amerika, qlobal imperializm və onların uzantıları, sionizm, İsrail, 47 00:07:48,730 --> 00:07:59,730 mürtəce dövlətlər, dünyanın pulpərəstləri, müsəlmanlar arasından o dövlətlərdən asılı olan, tamahına düşkün ünsürlər – 48 00:07:59,730 --> 00:08:05,660 bunlar hamısı İslam dininə, Peyğəmbərin göstərdiyi yola qarşı bir cəbhədə düzülüblər; 49 00:08:06,000 --> 00:08:10,400 اِنَّکَ ءاتَيتَ فِرعَونَ وَ مَلَاَهو زينَةً وَ اَموالًا فِي الحَيوٰةِ الدُّنيا 50 00:08:10,600 --> 00:08:15,800 Bəli, bu gün Firon bunlardır; bu gün Firon Amerikadır; 51 00:08:16,930 --> 00:08:25,130 bu gün Firon İsrail rejimidir; Firon onların bu regiondakı uzantılarıdır; 52 00:08:26,660 --> 00:08:38,660 hansılar ki, müsəlmanları tədricən bir-birinin canına salıb, regionda müharibə alovunu körükləmək istəyirlər; bu gün Amerikanın planı bundan ibarətdir; 53 00:08:39,600 --> 00:08:45,060 buna hamı diqqət yetirsin, hamı bilsin. 54 00:08:45,260 --> 00:08:54,800 Amerika rəsmiləri özləri təhlillərində, çıxışlarında istər-istəməz etiraf ediblər ki, 55 00:08:55,060 --> 00:09:03,200 “Qərbi Asiya regionunda müharibə törətmək, konflikt yaratmaq, bunları bir-birinin canına salmaq niyyətindəyik”; 56 00:09:03,930 --> 00:09:12,260 məqsədləri isə İsrail rejiminin təhlükəsizliyini, rahat mövcudluğunu təmin etməkdir; bunların inkişafına imkan verməməkdir; 57 00:09:13,060 --> 00:09:21,800 istəyirlər İslam ümməti o qədər qan itirsin ki, halsızlaşsın, 58 00:09:21,800 --> 00:09:28,060 zəifləsin, müqavimət göstərməyə taqəti qalmasın. Bəs bunun qarşısında nə etmək lazımdır? 59 00:09:28,060 --> 00:09:34,530 فَاستَقيما وَ لاتَتَّبِعآنِّ سَبيلَ الَّذينَ لايَعلَمون 60 00:09:35,530 --> 00:09:37,530 Cahillərin yolu ilə getməməliyik. 61 00:09:37,530 --> 00:09:48,400 Təəssüf ki, bu gün bu regionda Amerikanın çaldığına oynayan 62 00:09:48,800 --> 00:09:57,330 hökumət başçıları və ziyalılar var; onların dəyirmanına su tökürlər; 63 00:09:57,930 --> 00:10:07,000 onlar üçün İslam ümmətinin və İslamın əleyhinə iş aparırlar! Bunlar İslamın ziyanınadır! 64 00:10:07,530 --> 00:10:18,200 Bizim müsəlman dövlətləri ilə qətiyyən konfliktə getmək niyyətimiz yoxdur; biz müsəlman birliyinin vacibliyinə inanır, vəhdətə can atırıq. 65 00:10:18,600 --> 00:10:28,600 Hazırda Vəhdət həftəsindəyik. Vəhdət həftəsini bizim dahi liderimiz İmam Xomeyni elan etmişdir; İslam təriqətləri arasında vəhdət. 66 00:10:29,000 --> 00:10:36,000 Və Allaha şükürlər edirik ki, İslam Respublikası və İran xalqı 67 00:10:36,260 --> 00:10:49,200 əməldə, öz daxilində, eləcə də müxtəlif İslam təriqətlərindən olan müsəlman qardaşları ilə öz arasında vəhdət və qardaşlıq yarada bilib. 68 00:10:49,860 --> 00:10:59,330 Bu baxımdan bizim heç bir problemimiz yoxdur, lakin bizim bu vəhdətə can atan, 69 00:10:59,730 --> 00:11:14,330 birlik və qardaşlığı hədəf götürən yanaşmamızın qarşılığında konflikt və müharibə törətməyi qarşıya məqsəd qoymuş müəyyən qüvvələr var; 70 00:11:15,530 --> 00:11:19,200 siyasətləri budur, bunun arxasıncadırlar. 71 00:11:20,330 --> 00:11:30,400 Yaxşı bəs bunların qarşısında biz nə etməliyik? Regionumuzda Amerikanın siyasətini izləyənlərə qarşı necə davranmaq lazımdır? 72 00:11:31,200 --> 00:11:40,530 Biz öyüd-nəsihət etmək yolunu tuturuq; doğrudur, həmin dövlətlərdən bəzi cahil insanlar 73 00:11:40,530 --> 00:11:46,530 İran xalqı və İslam Respublikası haqqında elə sözlər danışırlar ki, onlara heç əhəmiyyət verməyə də dəyməz; 74 00:11:46,730 --> 00:11:55,930 onların mənasız danışıqlarına cavab vermək fikrində deyilik; biz nəsihət yolunu tutmuşuq, öyüd-nəsihət edirik. 75 00:11:56,400 --> 00:12:06,260 Regiondakı bəzi dövlətlərin bu gün Amerikaya yarınmaq üçün gördüyü işlər 76 00:12:06,860 --> 00:12:16,130 onların öz zərərinədir; əslində özlərini məhv edirlər. 77 00:12:17,400 --> 00:12:26,800 Düşmən əlindən gələni edir. Regionumuzda məzhəb zəminində müharibə törətmək xəyalı ilə 78 00:12:27,200 --> 00:12:36,200 bu təkfirçiləri ortaya atdılar, amma Allah-taala ağızlarından vurdu, məzhəb davası düşmədi və düşməyəcək də. 79 00:13:00,200 --> 00:13:11,060 Biz düşmənin təhriki ilə hərəkət edən o qüvvələrə müqavimət göstərdik, onların qarşısını aldıq və əlhəmdulillah, uğur da qazandıq, 80 00:13:11,600 --> 00:13:21,860 amma onların məsələsi düşmənə muzdurluq etmələri idi; məzhəb davası, firqə davası, tayfa davası deyildi. 81 00:13:23,000 --> 00:13:29,260 Düşmənin istədiyi bu idi; düşmən istəyirdi ki, sünni-şiə davası düşsün, amma 82 00:13:29,260 --> 00:13:33,330 اَلحَمدُ لِلّهِ الَّذي جَعَلَ اَعدائَنا مِنَ الحُمَقاء – 83 00:13:34,000 --> 00:13:41,460 Allah-taala bizim düşmənimizi axmaq edib. 84 00:13:41,800 --> 00:13:51,260 İŞİD-in bu regionda qətlə yetirdiyi sünnilərin sayı şiələrdən çox idi! 85 00:13:52,000 --> 00:13:58,730 Onlar istəyirdilər ki, sünni-şiə davası düşsün, Allah-taala ağızlarından vurdu. 86 00:14:00,060 --> 00:14:08,930 Bizim təkfirçi qüvvələrə qarşı apardığımız mübarizə zülmə, İslamın təhrif olunmasına qarşı aparılan mübarizə idi. 87 00:14:09,530 --> 00:14:17,930 İnsanları diri-diri yandıran, dərilərini soyan, müsəlman ailələri əsir götürən, siyasətdə, 88 00:14:18,260 --> 00:14:23,800 cinsi məsələlərdə, maliyyə məsələlərində, dini əməllərdə hər cür fəsada bulaşmış, 89 00:14:24,130 --> 00:14:32,930 İslam əxlaqından, İslam mədəniyyətindən, İslamın həqiqətindən tamamilə uzaq, 90 00:14:34,060 --> 00:14:41,460 barbar bir qrupa qarşı mübarizə idi. Onlar Amerikaya, 91 00:14:41,660 --> 00:14:49,130 sionizmə işləyirdilər, uzantılarına da harada rast gəlinsə, Amerika və sionizmə işlədikləri şübhəsizdir. 92 00:14:51,130 --> 00:15:02,200 Bu, bir reallıqdır; biz bunların qarşısında durduq. İslam dünyası hörmət və nüfuza yetişmək istəyirsə, vəhdəti, 93 00:15:02,600 --> 00:15:14,860 birlik və həmrəyliyi əldən verməməlidir. İslam dünyası nüfuz və ehtiram qazanmaq istəyirsə, sionizmə qarşı durmalıdır. 94 00:15:38,860 --> 00:15:47,060 Bu gün İslam dünyasının və müsəlman ümmətinin problemləri içərisində ən başda Fələstin məsələsi durur. 95 00:15:47,530 --> 00:16:00,860 Fələstini, bu ölkənin azadlığını, Fələstin xalqının qurtuluşunu dəstəkləmək, bunun üçün çalışıb-vuruşmaq hamının vəzifəsidir. 96 00:16:02,530 --> 00:16:12,400 Əlbəttə ki, düşmən bu məsələdə də çarəsiz vəziyyətə düşüb; bunu biləsiniz. 97 00:16:12,860 --> 00:16:21,930 Qüdsü İsrailin paytaxtı elan etmək istədiklərini iddia etmələri acizliklərindən, başqa heç bir şey edə bilmədiklərindən irəli gəlir. 98 00:16:22,200 --> 00:16:34,330 Fələstin məsələsində bunların əl-qolu bağlıdır, atdıqları bu addımla da, heç şübhəsiz, daha böyük zərbə alacaq, qarşılarında İslam dünyasını görəcəklər. 99 00:16:34,930 --> 00:16:46,330 Düşmən Fələstin məsələsində nəzərdə tutduğu uğuru əsla qazana bilməyəcək və Fələstin azad olunacaq. 100 00:16:47,730 --> 00:16:57,330 Şübhə yoxdur ki, Fələstin azad olunacaq! Ola bilsin, bir az gec, bir az tez, amma bu, mütləq, baş verəcək 101 00:16:58,130 --> 00:17:04,460 və İslam ümmətinin Fələstinin qurtuluşu uğrunda apardığı mübarizə, inşallah, öz nəticəsini verəcək. 102 00:17:05,130 --> 00:17:19,460 Əlhəmdulillah, İran xalqı öz şücaəti, imanı, gözüaçıqlığı, mübarizliyi sayəsində çox çətin yollar qət etməyə, 103 00:17:20,000 --> 00:17:23,930 ağır etaplardan keçməyə müvəffəq olub. 104 00:17:24,600 --> 00:17:31,130 Qoy hamı bilsin: həm dünyanın dörd bir yanındakı dostlarımız, həm də düşmənlərimiz! 105 00:17:31,660 --> 00:17:40,260 Biz inqilabın qələbəsindən üzü bəri bu 38 ildə keçib gəldiyimiz yolda 106 00:17:40,730 --> 00:17:51,330 elə problemlərlə üzləşmişik ki, onlar bir çox xalqları əldən-ayaqdan salıb, amma həmin problemlər İran xalqını əl-ayaqdan sala bilməyib. 107 00:17:51,930 --> 00:18:00,000 Bundan sonra qarşımızda nə qədər problem və əngəllər yaratsalar belə, şübhəsiz ki, əvvəlkilərdən daha kiçik və önəmsiz olacaq; 108 00:18:00,330 --> 00:18:08,800 üstəlik İran xalqının cürbəcür problemlərə sinə gərmək üçün güc və bacarığı da keçmişdəkindən qat-qat artıqdır. 109 00:18:09,330 --> 00:18:12,930 Allahın köməyi ilə, biz problemləri üstələyəcəyik. 110 00:18:15,460 --> 00:18:20,930 Düşmən İran xalqını məğlub olub geri çəkilməyə vadar edə bilməyəcək; 111 00:18:21,200 --> 00:18:34,530 inşallah, biz bütün problemlərə üstün gəlməyə, İslam və müsəlmanlara layiq nüfuz və ehtiramı bütün müsəlman xalqlarına nümayiş etdirməyə, 112 00:18:34,860 --> 00:18:41,600 İslamın nüfuz bayrağını indi olduğundan da yüksəklərə qaldırmağa müvəffəq olacağıq. 113 00:18:42,260 --> 00:18:51,800 Allah-taala bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin pak ruhuna Öz rəhmətini nazil etsin, 114 00:18:52,060 --> 00:18:59,260 bu yolda canından keçmiş əziz şəhidlərimizin pak ruhlarını şad etsin, 115 00:18:59,260 --> 00:19:09,530 hamımızı öhdəmizə düşən vəzifələri, bu mərhələdə bizdən gözlənənləri ən yüksək səviyyədə yerinə yetirməyə müvəffəq etsin, inşallah. 116 00:19:10,000 --> 00:19:12,400 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.