1 00:00:00,860 --> 00:00:03,460 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:06,660 --> 00:00:16,200 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:26,930 --> 00:00:31,260 و علي آله الاطيبين الاطهرين المنتجبين 4 00:00:32,600 --> 00:00:41,660 سيّما بقيّةالله في الارضين و علي صحبه المکرّمين و من تبعهم باحسان الي يوم الدّين 5 00:00:43,530 --> 00:00:57,930 Əziz qardaşlar, əziz bacılar, il boyu xalq arasında aparılan genişmiqyaslı təbliğat hərəkatına rəhbərlik edən vəzifəli şəxslər, 6 00:01:00,260 --> 00:01:12,930 habelə İslami Təbliğatın Koordinasiya Şurasına bu böyük işləri həyata keçirməkdə kömək edən digər qurumların rəsmiləri, çox xoş gəlmisiniz. 7 00:01:14,530 --> 00:01:24,530 Həzrət İmam Əskərinin (ə) bu günə təsadüf edən mövludu münasibətilə hamınızı təbrik edirəm, həmçinin 9 dey günü ərəfəsində olduğumuza görə, 8 00:01:26,000 --> 00:01:39,200 xalqımızın bu möhtəşəm hərəkatını da böyük ehtiramla təqdir edirəm. 9 00:01:40,860 --> 00:01:49,930 Ümidvaram, Allah-taala bu xalq hərəkatı və ondan doğan saysız-hesabsız bərəkətli nəticələri 10 00:01:50,400 --> 00:01:55,930 qəbul edərək öz lütf və rəhmətinə layiq görəcək. 11 00:01:57,660 --> 00:02:10,730 İslami Təbliğatın Koordinasiyası Şurasının mühüm vəzifəsi təbliğatdır. Dini təbliğatın kökü Qurana dayanır; 12 00:02:11,530 --> 00:02:19,800 bu bizim özümüzdən kəşf etdiyimiz və ya dünyada kimdənsə görüb-götürdüyümüz bir məsələ deyil. 13 00:02:20,200 --> 00:02:24,000 Allah-taala mübarək “Əhzab” surəsində buyurur: 14 00:02:24,000 --> 00:02:32,000 اَلَّذينَ يُبَلِّغُونَ رِسالٰتِ اللهِ وَيَخشَونَهُ وَ لا يَخشَونَ اَحَدًا اِلَّا اللَهَ وَ کَفَيٰ بِاللهِ حَسيبًا 15 00:02:32,930 --> 00:02:38,660 Həmçinin mübarək “Maidə” surəsində buyurulur: 16 00:02:38,930 --> 00:02:43,660 يٰاَيُّهَا الرَّسُولُ بَلِّغ ما اُنزِلَ اِلَيکَ مِن رَبِّک 17 00:02:44,530 --> 00:02:52,330 Uca Yaradan öz peyğəmbərinə təbliğ etməyi göstəriş verir. 18 00:02:53,400 --> 00:02:57,530 Qurani-Kərimin ayələrində təbliğ məsələsi peyğəmbərlərin dilindən dəfələrlə qeyd olunmuşdur: 19 00:02:57,530 --> 00:03:01,130 اُبَلِّغُکُم رِسَالٰتِ رَبّي وَ اَنصَحُ لَکُم 20 00:03:01,130 --> 00:03:15,400 “Təbliğ” sözünün mənası nədir? Çatdırmaq. Nəyi çatdırmaq? Hər hansı bir doğru mesajı, 21 00:03:16,260 --> 00:03:21,330 haqq sözü; islami təbliğatın mənası budur; 22 00:03:21,930 --> 00:03:35,600 intəhası bu təbliğin şərti budur ki, sədaqətlə, səmimi surətdə, mühüm bir əmanət kimi qorunaraq, məsuliyyətlə həyata keçirilsin; 23 00:03:36,000 --> 00:03:45,200 təbliğ bu deməkdir; sizin gördüyünüz əzəmətli işin mənası, əslində, budur. 24 00:03:45,930 --> 00:03:54,260 Maddiyyatçı hökumət quruluşlarında da – əksəriyyət etibarilə Qərbdə – təbliğat var; necə deyərlər, “propaqanda”; 25 00:03:54,800 --> 00:04:00,130 amma bu ikisi biri-birindən köklü, prinsipial şəkildə fərqlənir. 26 00:04:01,800 --> 00:04:16,330 Propaqanda ictimai rəyi kontrol altında saxlamaq üçündür, iqtidar, mənfəət və pul əldə etmək məqsədi güdür. 27 00:04:16,400 --> 00:04:23,730 İnsafla demək lazımdır ki, qərblilər bu sahədə kifayət qədər peşəkardır, bu işə yaxşı bələddirlər. 28 00:04:24,400 --> 00:04:31,000 Qərb anlamında təbliğatın – Qərbə xas propaqandanın ustasıdırlar; 29 00:04:31,530 --> 00:04:37,930 bundan pul çıxarır, bu yolla hakimiyyətə gəlirlər. Bunu necə edirlər? İctimai rəyi kontrolda saxlamaqla. 30 00:04:38,600 --> 00:04:49,200 İslami təbliğatın qarşısında duran məsələ isə bu deyil. İslami təbliğatın mahiyyəti xalqla qarşılıqlı anlaşma əldə etməkdən ibarətdir; burada söhbət kontrol altında saxlamaqdan yox, 31 00:04:49,660 --> 00:05:03,730 anlaşmaqdan gedir; beyinləri ali bir hədəfə doğru istiqamətləndirməkdən, bir-birinə yaxınlaşdırmaqdan gedir. 32 00:05:04,600 --> 00:05:20,200 Bu qarşılıqlı anlaşmanın cəmiyyətə təsiri necə olur? Bunun nəticəsində insanlar özləri özlərində bir məsuliyyət hiss edərək əsas və xeyirli işlərə yönəlir; 33 00:05:21,930 --> 00:05:29,330 bu belədir. İslami təbliğatda söhbət pul, hakimiyyət əldə etməkdən yox, 34 00:05:30,060 --> 00:05:41,930 cəmiyyətin üzvü olan fərdlərin özlərində məsuliyyət hiss etməsinə nail olmaqdan gedir. İnsanlar özləri öz məsuliyyətini dərk edərək işə girişir 35 00:05:42,330 --> 00:05:54,200 və təbii ki, bu möhtəşəm xalq hərəkatının xeyirli nəticələrindən də elə xalqın özü bəhrələnir. İslami təbliğatın mənası budur; 36 00:05:54,860 --> 00:06:04,530 odur ki islami təbliğat qərblilərin apardığı propaqandadan tamamilə fərqlənir. 37 00:06:05,000 --> 00:06:10,530 Qərbin propaqandasında ictimai rəyi yanlış yönləndirməyin, aktyorluq etməyin, 38 00:06:11,460 --> 00:06:17,460 ----- davranışların, yalan danışmağın heç bir problemi yoxdur, 39 00:06:17,730 --> 00:06:27,730 insanı nəzərdə tutulan o maddi nəticəyə çatdıra biləcək hər bir şey məqbul hesab olunur; islami təbliğatda isə əsla. 40 00:06:28,460 --> 00:06:36,260 İslami təbliğatda doğruculluq, əmanətdarlıq, məsuliyyət və sair bu kimi keyfiyyətlər lazımdır. 41 00:06:36,660 --> 00:06:41,930 Bu, təbliğ məsələsinin özü barədə. 42 00:06:44,260 --> 00:06:54,530 İctimai rəy hər hansı bir məsələ ətrafında fəallaşıb kifayət qədər geniş məlumat əldə etdikdən sonra, 43 00:06:55,600 --> 00:07:06,130 təbii olaraq, fiziki bədənləri hərəkətə keçirir, düşüncələri işə salır, təşəbbüsləri çəkib meydana gətirir. 44 00:07:07,130 --> 00:07:16,460 Təbii ki, islami təbliğatda insanlar risk və fürsətlər barədə məlumatlandırılır, 45 00:07:17,400 --> 00:07:27,130 dost-düşmən müəyyən olunaraq hamıya tanıtdırılır; 46 00:07:28,400 --> 00:07:32,000 xalqa özünəinam hissi aşılanır; islami təbliğatda bütün bunlar var. 47 00:07:33,060 --> 00:07:40,330 Düşdükləri çətin şəraitə rəğmən, peyğəmbərlərin apardığı təbliğata baxın: 48 00:07:41,130 --> 00:07:51,530 Xəndək döyüşündə müsəlmanlar çox ağır bir şəraitdə xəndək qazırdılar – 49 00:07:52,530 --> 00:08:03,600 Mədinə sərhədlərinin önəmli bir hissəsini xəndəklə əhatə etməli idilər – ac idilər, hava çox isti idi, Həzrət Peyğəmbər (s) özü də onlarla birlikdə çalışırdı; 50 00:08:04,000 --> 00:08:13,800 bir yerdə qarşılarına çox ağır bir daş parçası çıxır, nə qədər çalışırlarsa, o daşı yerindən tərpədə bilmirlər. 51 00:08:14,060 --> 00:08:22,930 Peyğəmbərə xəbər verirlər ki, ya Rəsulullah, burada çox ağır bir daş parçası var, heç cür tərpədə bilmirik. 52 00:08:22,930 --> 00:08:32,860 Həzrət özü o yerə təşrif gətirib külüngü əlinə alır, külünglə daşa çox möhkəm bir zərbə vurur, 53 00:08:33,530 --> 00:08:47,000 zərbə o qədər güclü olur ki, külüngdən qığılcım sıçrayır. O zaman Peyğəmbər (s) buyurur: “Mən bu qığılcımda sizin Kəsra sarayını alacağınızı gördüm”. 54 00:08:47,660 --> 00:08:55,200 Baxın! Peyğəmbəri Əkrəm (s) son dərəcə çətin, ağır bir şəraitdə 55 00:08:56,660 --> 00:09:03,460 müsəlmanları Kəsra sarayını fəth edəcəkləri ilə müjdələyir. 56 00:09:04,600 --> 00:09:13,660 Başqa bir zərbədə isə müsəlmanlara Rum imperatorunu məğlub edəcəklərini müjdə verir; ümid, özünəinam. 57 00:09:14,200 --> 00:09:25,330 Əlbəttə ki, Peyğəmbərin baxışı, onun verdiyi ümid və xəbərlər bizim kimilərinkindən yerlə gör qədər fərqlənir. 58 00:09:25,330 --> 00:09:32,460 O görürdü, real olaraq müşahidə edirdi, biz isə təhlil edirik. 59 00:09:32,800 --> 00:09:37,260 Təbliğdə ümid və özünəinam olmalıdır. 60 00:09:38,200 --> 00:09:51,260 Bir xalq üçün ən pis şey onun özünə olan inamını, gələcəyə ümidini itirməsidir. 61 00:09:51,730 --> 00:09:59,600 Əziz qardaşlar, əziz bacılar! Bilin ki, bu gün düşmənin ən başlıca planları, 62 00:10:00,060 --> 00:10:06,860 həyata keçridiyi bu genişmiqyaslı işlər hamısı İran xalqını onda olan bu özünəinamdan məhrum etməyə yönəlib. 63 00:10:07,400 --> 00:10:19,800 İndi mən bu məsələyə toxunacağam, bu barədə danışacağam. Bu gün düşmən apardığı yumşaq müharibədə 64 00:10:20,200 --> 00:10:26,330 İran xalqını ümiddən, gələcəyə inamdan məhrum etməyə çox böyük önəm verir. Bayaq qeyd etdiyim 65 00:10:26,860 --> 00:10:33,460 اَلَّذينَ يُبَلِّغونَ رِسالٰتِ اللهِ وَيَخشَونَه‌ وَ لا يَخشَونَ اَحَدًا اِلَّا الله 66 00:10:34,260 --> 00:10:40,060 ayəsindən də anlaşıldığı kimi, bu təbliğin düşmənləri var. 67 00:10:41,000 --> 00:10:47,400 Ayədə buyurulur ki, “Allahın risalətini təbliğ edir, Allahdan qorxur, Allahdan qeyrisindən isə qorxmurlar”. 68 00:10:47,930 --> 00:11:01,260 Aydın məsələdir ki, Allahdan qeyriləri Onun yolunun təbliğatçılarının, Onun göndərdiklərini təbliğ edənlərə qarşı cəbhə qururlar; burada söhbət qarşıdurmadan gedir. 69 00:11:03,600 --> 00:11:06,000 Və ya şərif 70 00:11:06,000 --> 00:11:15,460 بَلِّغ ما اُنزِلَ اِلَيکَ مِن رَّبِّکَ وَ اِن لَم تَفعَل فَما بَلَّغتَ رِسالَتَهُ وَ اللهُ يَعصِمُکَ مِنَ النّاس ayəsində; 71 00:11:16,200 --> 00:11:27,000 buyurulur ki, “Allah səni qoruyacaq, düşməndən nigaran olma, narahatlıq keçirmə”; aydındır ki, Peyğəmbərin təbliğinin qarşısında 72 00:11:27,860 --> 00:11:35,660 bir düşmən sırası, düşmən cəbhəsi var. Əziz qardaşlar, əziz bacılar! Bu nə deməkdir? 73 00:11:36,130 --> 00:11:45,660 Bu o deməkdir ki, siz təbliğ edirsinizsə, İslamın təbliğini əsaslı surətdə həyata keçirirsinizsə, 74 00:11:46,060 --> 00:11:54,200 sizin bu fəaliyyətinizin qarşısında bir düşmən cəbhəsi yaranacaq; bunu bilməlisiniz. 75 00:11:54,460 --> 00:12:00,400 Təbliğ müharibə meydanıdır. Bəzilərinin “müharibə” sözündən xoşları gəlmir; 76 00:12:01,530 --> 00:12:13,330 “iqtisadi müharibə”, “yumşaq müharibə”, “ideoloji müharibə” adını çəkən kimi acıqları gəlir ki,\ 77 00:12:13,330 --> 00:12:18,730 “Niyə bu qədər müharibədən danışırsınız? Sülhdən danışın!” Amma müharibə var. 78 00:12:19,530 --> 00:12:28,930 Düşmən bizi hədəf aldığı halda (düşmən cəbhəsi isə artıq oxlarını üstümüzə yağdırmaq üçün bizi hədəf alıb) 79 00:12:29,200 --> 00:12:35,660 bizim bundan bixəbər qalmağımız qəflət yuxusunda yatmağımız deməkdir. 80 00:12:35,660 --> 00:12:38,460 Əmirəlmöminin buyurur: مَن نامَ‌ لَم‌ يُنَم عَنه 81 00:12:38,730 --> 00:12:50,000 Sizi səngərdə yuxu aparıbsa, o demək deyil ki, qarşı cəbhədəkini, düşməninizi də yuxu aparıb. 82 00:12:50,330 --> 00:12:56,730 Onun gözü sizdədir, diqqətlə izləyib, sizi nə vaxt yuxu aparacağını gözləyir. 83 00:12:58,260 --> 00:13:07,530 “Müharibə” sözündən qorxmaq lazım deyil; düşmən hazırda müharibə vəziyyətindədir; top-tüfəngli müharibə deyil 84 00:13:08,000 --> 00:13:12,130 (əlbəttə ki, top-tüfəng götürüb üstümüzə hücum etmirlər, belə bir fikrə düşsələr də, qələt edərlər), 85 00:13:35,800 --> 00:13:44,400 amma müharibə var, yumşaq müharibə gedir, ortada top-tüfəngli müharibələrdən daha təhlükəli müharibələr var; düşmən bizimlə müharibə aparmaqdadır. 86 00:13:44,660 --> 00:13:57,330 Odur ki bu məqama diqqətli yanaşın: təbliğ düşmənlə qarşıdurmaya girmək deməkdir; düzgün təbliğ həqiqətin düşmənləri ilə, 87 00:13:57,730 --> 00:14:04,600 zülmlə, qaranlıqlarla sinə-sinəyə durmaqdır; təbliğin mənası budur; təbliğin həqiqi mahiyyəti bundan ibarətdir. 88 00:14:05,400 --> 00:14:15,000 Bəli, biz artıq 40-cı ilə yaxınlaşırıq. Nəyin 40-cı ilinə? 89 00:14:15,800 --> 00:14:23,060 Dünyada güc balansını dəyişə bilmiş bir fenomenin 40-cı ilinə. 90 00:14:24,800 --> 00:14:34,730 Siz baxmayın ki, dünyada hansısa hay-küylü dövlət hələ də öz yerində durmaqdadır; bəli, 91 00:14:35,530 --> 00:14:43,400 biz dünyadakı bütün super-gücləri aradan götürəcəyimizi iddia etmirik (bu bizim işimiz deyil; bir gün olacaq; 92 00:14:44,060 --> 00:14:48,730 bu iş ilahi bir əlin vasitəsilə nə vaxtsa həyata keçəcək), 93 00:14:50,330 --> 00:15:01,460 bizim işimiz dünyada bərqərar olunmuş güc və hakimiyyət sistemini, yəni imperializm sistemini yox etməkdir; yox etmişik də. 94 00:15:02,200 --> 00:15:13,060 İmperializm sistemi dünya ölkələrinin, dünya xalqlarının iki qrupa bölünməsi deməkdir: 95 00:15:13,730 --> 00:15:18,530 müstəmləkəçilər və müstəmləkə altında olanlar. 96 00:15:18,860 --> 00:15:25,600 Biz dünyada bu sistemi, bu yanlış formatı pozmuşuq. 97 00:15:25,600 --> 00:15:35,130 Biz göstərmişik ki, yox, dünyada nə müstəmləkəçi olan, nə də müstəmləkə altında yaşayan bir xalq da ola bilər. Elə bir xalq ki, 98 00:15:35,930 --> 00:15:43,930 nə özü kiminsə üzərində hegemonluq etmək niyyətində ola, nə də heç kəsin hegemonluğuna tabe olmaya. 99 00:15:44,260 --> 00:15:55,200 İran xalqı bunu əməli surətdə nümayiş etdirib. Doğrudur, kitablarda yazırlar, mütəfəkkirlər, siyasi analitiklər bu mövzular ətrafında danışırlar; 100 00:15:55,600 --> 00:16:07,460 intəhası kitab, məqalə hara, reallıq hara? Bu reallığı İslam İnqilabı meydana gətirdi. İslam İnqilabı sistemi kökündən dəyişdi. 101 00:16:08,130 --> 00:16:16,200 Onlar da bu dəyişikliyin qarşısında boş-bikar oturmadılar; düşmənçiliklər ilk gündən başladı; 102 00:16:16,530 --> 00:16:26,460 bu günə qədər 40 ilə yaxındır. Bu 40 il ərzində növbənöv, cürbəcür düşmənçiliklər ediblər (sizlər, əlbəttə ki, bilirsiniz, 103 00:16:26,730 --> 00:16:38,660 amma yetişməkdə olan gənc nəsil üçün bütün bunları açıqlamaq lazımdır); müharibədən, sanksiyalardan, nalayiq ittihamlardan tutmuş 104 00:16:39,130 --> 00:16:48,400 ölkə daxilinə nüfuz etməyə, təhlükəsizliyi hədəfə alan məkrli planlara, mədəni işlərə, daxildə konflikt yaratmaq cəhdlərinə qədər 105 00:16:48,860 --> 00:16:57,800 İranda əllərindən gələn hər bir işi görmək üçün böyük məbləğdə pullarını belə əsirgəməyiblər. Amma bütün hallarda da məğlubiyyətə uğrayıblar. Artıq 40 il ötür. 106 00:16:59,200 --> 00:17:06,400 Əgər onların məkrli planlarının bir təsiri olsaydı, indiyə qədər İslam Respublikası yüz dəfə süqut etməli idi, 107 00:17:07,460 --> 00:17:11,530 necə dəyərlər, yeddi kəfən çürütməli idi. 108 00:17:12,330 --> 00:17:18,130 Bizim isə bu gün 40 illik iqtidarımız var. 109 00:17:18,130 --> 00:17:30,260 İran xalqı düşmənçiliklərin, xəbisliklərin, təzyiqlərin qarşısında 40 il müqavimət göstərərək onlara üstün gəlməyi bacarıb. 110 00:17:30,530 --> 00:17:43,130 İran xalqı elə çətin etaplardan keçə bilib ki, başqa xalqlar onların heç birindən də keçə bilmirlər; özünüz müqayisə edin. 111 00:17:43,800 --> 00:17:54,660 İslami oyanış yadınızdadır? Müəyyən ölkələrdə xalq hərəkatları start götürdü, əzəmətli nümayişlər müşahidə olundu, xalqlar ayağa qalxıb müqavimət göstərdi, etiraz etdi, 112 00:17:55,930 --> 00:18:01,060 amma aqibəti necə oldu? Nə yerdə qaldı? Nə edə bildilər? 113 00:18:01,860 --> 00:18:10,800 Ərəb ölkələrindəki – Şimali Afrika və Qərbi Asiya regionlarındakı islami oyanış hərəkatı 114 00:18:11,460 --> 00:18:21,130 vətəndaş müharibəsi ilə, daxili fitnələrlə, qardaş qırğını ilə, məzhəb və etnik mənsubiyyət zəminində konfliktlərlə nəticələndi; hələ də bu bəlalardan yaxa qurtara bilməyiblər. 115 00:18:21,600 --> 00:18:27,730 Bu, birinci mərhələ idi. Birinci mərhələdən belə keçə bilmədilər, 116 00:18:28,730 --> 00:18:36,130 İran xalqı isə bütün bu mərhələlərdən qüdrət və başıucalıqla keçib. 117 00:18:36,530 --> 00:18:44,260 Monarxiyanın devrilməsi, kökünün kəsilməsi balaca bir iş deyildi; bu ölkədə bu baş verib. 118 00:18:45,460 --> 00:18:50,860 Bu ölkədə əsrlər boyu monarxiya – xalqa məhəl qoymayan, 119 00:18:51,460 --> 00:18:58,660 ictimai rəyə əsaslanmayan, istədiyini edən, istədiyi qərarları verən 120 00:18:59,400 --> 00:19:07,460 mütləq güc və hakimiyyət hökm sürmüşdü; biz əsrlər boyu bu cür yaşamışdıq. 121 00:19:08,060 --> 00:19:18,200 İslam Respublikası, ümmətin İmamı, İmamın arxasında duran xalq bu hökumətin kökünü qoparıb ata bildi; bu, çox böyük bir iş idi, 122 00:19:18,200 --> 00:19:29,260 amma ölkədə monarxiyanın kökünün kəsilməsindən sonra baş vermiş bəzi işlər ondan da böyük və əzəmətli idi. 123 00:19:30,460 --> 00:19:44,730 Bu 40 il ərzində İslam dövlətinin qorunub saxlanması bilirsiniz, bu ölkəyə, bu xalqa necə böyük təzyiqlər bahasına başa gəlib? 124 00:19:44,730 --> 00:19:50,400 Amma bu xalq duruş gətirə bilib, dözüb. 125 00:19:51,600 --> 00:20:03,000 İslam İnqilabı ilə ərəb ölkələrində baş vermiş o hay-küylü qiyam və inqilablar arasında az öncə apardığımız müqayisə 126 00:20:03,260 --> 00:20:13,200 ibrətvericidir. Onların uğur qazananları da – misal üçün, 127 00:20:13,460 --> 00:20:21,460 Fransa və sairlə mübarizə nəticəsində müstəqillik əldə edə bilmiş bəzi Şimali Afrika ölkələri – 128 00:20:21,460 --> 00:20:30,860 bir müddət sonra elə müstəmləkəçilərin mədəniyyəti içərisində əriyib gediblər. 129 00:20:31,600 --> 00:20:45,200 Mən prezident olduğum dövrdə həmin ölkələrdən birinin baş naziri bura gəlmişdi (indi ad çəkmək istəmirəm), görüşümüz olmuşdu; 130 00:20:45,600 --> 00:20:56,800 söhbətə başladı, ərəbcə danışırdı; hansısa mövzuya toxunmaq istəyirdi, həmin sözün ərəbcəsini bilmədiyi üçün 131 00:20:57,730 --> 00:21:07,130 çevrilib, arxasında oturmuş müşavirinə fransızcasını dedi 132 00:21:08,130 --> 00:21:11,860 və ərəbcə qarşılığını soruşub öyrəndi. 133 00:21:12,260 --> 00:21:23,530 Yəni Fransa mədəniyyəti həmin ölkədə o dərəcədə hakim olmuşdu ki, ölkənin baş naziri 134 00:21:23,860 --> 00:21:34,260 doğma dili olan ərəb dilini doğru-dürüst bilmirdi. Ərəbcə deyilən bir sözü onun üçün fransızcaya tərcümə etməli idilər ki, nədən söhbət getdiyini anlasın. 135 00:21:35,000 --> 00:21:40,130 Bu ölkələr bu cür yarıyolda ilişib qaldılar; 136 00:21:41,200 --> 00:21:48,130 halbuki İslam Respublikası bu yolu 40 ildir ki, qüdrətlə irəliləyərək gəlir. 137 00:21:48,730 --> 00:21:55,000 Bəli, bu düşmənçiliklər olub, bu gün də var. 138 00:21:55,330 --> 00:22:07,600 Diqqət edin: mühüm olan budur ki, biz hər bir mərhələdə düşmənin düşmənçiliyinin mahiyyətini dərk edək, əleyhimizə hansı işi gördüyünü bilək; 139 00:22:08,460 --> 00:22:12,330 düşmənin planını anlayaq; eynilə müharibədə olduğu kimi. 140 00:22:12,730 --> 00:22:23,000 Müharibədə düşmənin planının nə olduğunu əvvəlcədən ehtimal edə bilsən, qarşısını alırsan, hazırlaşırsan; 141 00:22:23,730 --> 00:22:31,000 ya yaxşıca müdafiə olunursan, ya da ilk olaraq özün hücuma keçirsən; hərbi savaşda belədir. 142 00:22:32,130 --> 00:22:42,530 Təbliğat müharibəsində, iqtisadi müharibədə, mədəni savaşda, təhlükəsizlik müharibəsində, nüfuz müharibəsində 143 00:22:42,860 --> 00:22:50,060 (hamısı müharibədir) – bütün bunlarda da eyni vəziyyətdir: düşmənin nə etmək istədiyini düzgün ehtimal etməlisiniz. 144 00:22:50,060 --> 00:22:57,460 Bu gün heç ehtimallara da ehtiyac yoxdur; sayıq və məlumatlı olan hər kəs üçün vəziyyət aydındır. 145 00:22:58,400 --> 00:23:08,600 Bu xalqa doğru bir vaxtlar olmayan, hazırda isə hər kəs üçün əlçatan olan yollarla 146 00:23:09,260 --> 00:23:22,800 minlərlə “topxana”dan –yalan topxanalarından, problemləri şişirtmə topxanalarından gecə-gündüz atəş açmaqdadırlar. Biz internet məkanı ilə bağlı həmişə bunu xatırladırıq; 147 00:23:23,660 --> 00:23:31,330 deyirik ki, virtual aləmdə düşmən topxanalarından açılan atəşlərə qarşı diqqətli olun, sayıqlığınızı əldən verməyin. 148 00:23:32,060 --> 00:23:42,330 Düşmən virtual aləmdən sizin kimliyinizin, varlığınızın, dövlətinizin, inqilabınızın əleyhinə istifadə edir. 149 00:23:44,530 --> 00:23:50,530 Əsassız statistikalar təqdim edir, yalanlar uydurur, iftira edir, 150 00:23:51,930 --> 00:24:00,130 xalqın sevdiyi, camaatın inamını qazanmalı olan şəxslərin imicini korlayır, 151 00:24:00,660 --> 00:24:12,060 inqilabın uğurlarını ört-basdır edir, yalan-yanlış təsəvvür yaratmağa çalışırlar; 152 00:24:13,660 --> 00:24:26,130 uğursuzluqlar, zəif cəhətlər, çatışmazlıqlar birdirsə, yüzmüş kimi göstərir, bir yerdədirsə, hər yerə aid edirlər; 153 00:24:26,860 --> 00:24:40,200 düşmənin gördüyü işlər bunlardır; düşmən bunları edir; nəyə görə? Ona görə ki düşmən İslam İnqilabının qələbəsinin sirrini anlayıb.Ona görə ki düşmən İslam İnqilabının qələbəsinin sirrini anlayıb. 154 00:24:40,660 --> 00:24:53,130 O bilir ki, bu qələbənin sirri xalqın inam və etiqadındadır, elə ona görə də bu inamı yox etmək istəyir. Orta və yaşlı nəsildə bu inamı məhv edə bilməsə də, 155 00:24:53,660 --> 00:25:03,660 yetişməkdə olan gənc və yeniyetmələrdə etmək istəyir ki, daha camaat bu inqilabın və bu dövlətin arxasında durmasın; məqsədi budur. 156 00:25:04,930 --> 00:25:14,530 Bu gün düşmən insanlarımızın ümidini qırmağa, onları pessimistləşdirməyə, xalqımızın özünəinamını yox etməyə, 157 00:25:15,600 --> 00:25:19,330 gələcəyi ona qaranlıqmış kimi göstərməyə çalışır. 158 00:25:19,330 --> 00:25:28,000 Təəssüf ki, ölkə daxilində də bir qrup adam düşmənin bu işini həyata keçirir; 159 00:25:28,260 --> 00:25:35,530 indi bəziləri nə etdiyini dərk etmir, bəziləri isə bunu bilə-bilə edir. 160 00:25:35,800 --> 00:25:45,600 Eynən düşmənin etdiyini edirlər: xalqın ümidini yox etmək, onu-bunu günahlandırmaq, xalqın düşüncəsinə doğruların əvəzinə, 161 00:25:46,000 --> 00:25:56,930 düşmənin uydurduğu ağ yalanları yeritmək. Təəssüf ki, daxildə də bir qrup adam bunları edir. 162 00:25:57,200 --> 00:26:11,130 Ölkədə düşmənin dəyirmanına su tökənlər Allahdan qorxmurlar; onların siyasəti dini olmaq əvəzinə 163 00:26:11,130 --> 00:26:18,660 dinləri siyasidir; dinləri siyasətdir. 164 00:26:19,330 --> 00:26:33,200 Bizim siyasətimiz dini olmalıdır, daha dindarlığımız siyasətə, rəzil siyasi hədəflərə xidmət etməməlidir; 165 00:26:34,130 --> 00:26:41,330 bunlarsa bu cürdür; bunlarda təqva yoxdur; hansısa siyasi cinaha dəstək olmaq, hansınısa vurmaq, 166 00:26:41,660 --> 00:26:52,330 kiminsə siyasi nüfuzunu qaldırmaq, kimisə yerə vurmaq üçün düşmənin gördüyü işi görürlər. Təəssüf ki, daxildə də bu işlərə əl atanlar var. 167 00:26:53,330 --> 00:27:03,460 Bəzilərinin ixtiyarında media yoxdur, bəzilərinin isə öz mediası, xəbər portalı, təbliğat ruporu var, 168 00:27:04,130 --> 00:27:14,200 danışa bilirlər; danışırlar, amma nə Allahı, nə dini, nə də insafı nəzərə alırlar, 169 00:27:15,260 --> 00:27:25,060 bununla da düşmənin istədiyini etmiş olurlar. Düşmən də daxildə belə şeylərin baş verməsini böyük zövq və həvəslə izləyir; 170 00:27:26,000 --> 00:27:34,660 görürsən ki, səhər bunlar danışan kimi, elə o gecəsi Amerika və İngiltərə radiosunda həmin məsələlər geniş əks-səda doğurur. 171 00:27:35,200 --> 00:27:43,730 Bunlar düşməni sevindirir, onu xalqın və dövlətin əleyhinə xoşhallandırır; 172 00:27:45,400 --> 00:27:53,400 xalqı, yetişməkdə olan gənc nəsli ümidsizləşdirmək bahasına. 173 00:27:54,060 --> 00:28:03,260 Özəlliklə də bu gün rəhbər postda olan, yaxud da dünənə qədər əllərində hər cür idarəçilik imkanları olmuş şəxslər; fərqi yoxdur. 174 00:28:05,000 --> 00:28:15,060 Elə insanlar var, görürsən ki, ya bu gün ölkənin bütün idarəçilik imkanları əllərindədir, 175 00:28:15,330 --> 00:28:26,060 yaxud da dünənə qədər bütün işlər ixtiyarlarında olub, amma müxalifət rolu oynayırlar. 176 00:28:26,200 --> 00:28:34,660 Belə şəxslərin daha ölkənin əleyhinə danışmaq, mövqe tutmaq haqqı yoxdur; 177 00:28:34,660 --> 00:28:41,000 onlar özlərində məsuliyyət hiss edərək mövqe seçməli, cavabdehlik etməlidirlər. Mənim əlimdə imkanlar varsa, 178 00:28:41,600 --> 00:28:49,600 mən daha kimisə ittiham edə bilmərəm, əksinə, cavabdehlik etməli, ixtiyarımda olan imkanlarla hansı işləri gördüyüm barədə hesabat verməliyəm. 179 00:28:50,930 --> 00:29:01,530 O insanlarsa cavabdehlik etmək əvəzinə, gəlib kimlərinsə əleyhinə danışır, hansısa iddialarla çıxış edir, kimisə günahlandırırlar; belə olmaz; 180 00:29:02,060 --> 00:29:08,930 xalq bunu qəbul etmir. Kimlərsə bu hərəkətlərinin xalqa təsir göstərdiyini güman edə bilər, 181 00:29:08,930 --> 00:29:15,000 amma belə deyil, xalqımız gözüaçıq bir xalqdır, hər şeyi yaxşı başa düşür, belə şeyləri qəbul etmir. 182 00:29:15,330 --> 00:29:25,730 İslam Respublikasının bütün rəhbər şəxslərinin – ilk gündən bu günə qədər – mühüm xidmətləri olub; 183 00:29:26,130 --> 00:29:35,260 görmüşük, şahidi olmuşuq; biz də yanlarında olmuşuq, bu xalqa, bu dövlətə necə xidmət etdiklərini görmüşük. Əlbəttə, bəzən ziyan vurduqları da olub; 184 00:29:36,730 --> 00:29:39,800 xidmətləri də olub, ziyan vurduqları da. 185 00:29:43,200 --> 00:29:54,730 Bütün bu vaxt ərzində hökumətdə, parlamentdə və ədliyyə sistemində təmsil olunan aparıcı simaların göstərdiyi dəyərli xidmətlərə görə Allaha şükürlər etmək lazımdır; 186 00:29:56,800 --> 00:30:04,330 əksəriyyəti də, həqiqətən, xidmət edən insanlar olub. Nöqsanları, dəyən ziyanları tənqid etmək də lazımdır, 187 00:30:04,330 --> 00:30:15,930 intəhası bu tənqid insaflı və məsuliyyətli olmalıdır, daha təhqiramiz ifadə və haqsız ittihamlarla müşayiət olunmamalıdır. 188 00:30:16,600 --> 00:30:24,860 Tənqid, tənqidə dözümlü yanaşmaq vacibdir, amma iftira, böhtan haramdır. 189 00:30:26,600 --> 00:30:34,730 Tənqid bir şeydir, iftira etmək, böhtan atmaq, düşmənin dediyini təkrarlamaq başqa bir şeydir; bu ikisi bir-birindən fərqlidir; 190 00:30:36,130 --> 00:30:45,930 tənqid insaflı, məntiqli, məsuliyyətli olmalıdır. Kiməsə qara yaxmaq hünər deyil; 191 00:30:46,600 --> 00:30:59,000 əsassız və məsuliyyətsiz şəkildə, aralarında fərq qoymadan o qurumu, bu qurumu, o hakimiyyət orqanını, bu hakimiyyət orqanını ittiham etmək yaramaz; 192 00:30:59,000 --> 00:31:06,600 yoldan ötən hər kəs, hər bir uşaq əlinə daş alıb camaatın şüşələrini sındıra bilər; bu, hünər deyil ki; 193 00:31:09,060 --> 00:31:16,860 hünər odur ki, insan məntiqlə, insafla danışa, nəfsinin, 194 00:31:17,600 --> 00:31:28,260 şəxsi maraqlarının diktəsi ilə, güc və nüfuz əldə etmək xatirinə danışmaya, Allahı nəzərə ala; 195 00:31:29,060 --> 00:31:37,200 “Qulaq, göz və ürək (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (“İsra” surəsi, 36-cı ayədən) 196 00:31:40,200 --> 00:31:52,460 Bilin ki, bu gün danışdığınız sözlər Qiyamət günü təcəssüm edərək qarşınızda duracaq əməllərdir, Allah-taala onlara görə sizi sorğu-sual edəcək. 197 00:31:54,130 --> 00:32:03,800 İnsan ürəyi istədiyi hər sözü danışa bilməz. Özünü inqilabçı kimi göstərmək başqadır, həqiqətən inqilabçı olmaq başqa. 198 00:32:05,530 --> 00:32:14,200 Özünü inqilabçı kimi göstərmək odur ki, insan özündə bir inqilabçı görüntüsü yaradır, özünü elə göstərir ki, guya inqilabı dəstəkləyir; inqilabçı olmaq isə çətin işdir; 199 00:32:14,860 --> 00:32:18,460 ürəkdən bağlılıq lazımdır, dindar olmaq lazımdır. 200 00:32:21,060 --> 00:32:32,530 İnsan on il boyunca ölkədə hər işin başında durduğu halda, o biri onillikdə ölkənin əleyhinə danışan müxalif bir qüvvəyə çevrilə bilməz ki; belə bir şey ola bilməz axı; 201 00:32:36,260 --> 00:32:43,530 bütün əzəməti ilə 9 dey xalqın bu oyunlara verdiyi cavab idi. 202 00:32:43,800 --> 00:32:54,600 9 dey dini, inqilabi dəyərlərin müdafiəsi idi. 203 00:32:55,730 --> 00:33:03,400 Bizim orada göstərdiyimiz müqavimət seçkilərin müdafiəsi naminə göstərilən müqavimət idi. O zaman mən açıq-aşkar bildirdim ki, 204 00:33:03,730 --> 00:33:12,130 bizə seçkinin nəticələrinin ləğv olunması üçün təzyiq göstərirlər, amma mən bu təzyiqlərə tabe olmayacağam; mən bunu açıq elan etdim. 205 00:33:12,330 --> 00:33:20,460 Söhbət inqilabi dəyərlərdən, İslam dövlətinin dəyərlərindən gedir; o vaxt da belə idi, hazırda da belədir. 206 00:33:24,000 --> 00:33:33,200 Biz özümüzə qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıyıq. İmam buyurmuşdur ki, insanların hazırkı vəziyyətini meyar bilmək lazımdır. 207 00:33:33,530 --> 00:33:44,130 Bu nə deməkdir? İmam müdrik bir insan idi; bu o deməkdir ki, heç kəsin ölənə qədər dürüst qalacağına zəmanət yoxdur, 208 00:33:44,400 --> 00:33:53,330 hər bir kəs özünə qarşı diqqətli olmalıdır. Hafiz demişkən: حکم مستوري و مستي همه بر عاقبت است 209 00:33:54,400 --> 00:34:05,200 İmamın hərəkatı başlanandan bəri – 1340-42-ci illərdən bu yana – 210 00:34:05,800 --> 00:34:14,000 bu 40-50 ildə biz nələr görməmişik?! Enişlər, yüksəlişlər, kəskin davranışlar, passiv davranışlar, ifratlar, təfritlər. 211 00:34:14,860 --> 00:34:20,800 Bu müddətdə əcaib şeylər görmüşük. Özümüzə qarşı son dərəcə diqqətli və tələbkar olmalıyıq. 212 00:34:23,330 --> 00:34:35,200 Təbliğat sferasında görülməli olan işlərdən biri də xalq arasında qəsdən yayılmış şübhələri cavablandırmaqdır. 213 00:34:36,400 --> 00:34:45,860 Əlbəttə ki, təbliğat qurumlarımız hamısı – İslami Maarifləndirmə Nazirliyi, Təbliğat Komitəsi, Təbliğat Baş İdarəsi, 214 00:34:46,860 --> 00:34:56,260 media, informasiya və kommunikasiya sahələrinə cavabdeh olan qurumlar, Dövlət Teleradiosu və sair 215 00:34:56,530 --> 00:35:07,800 Hamısı ehtiyatlı olmalıdırlar, çünki düşmən daim şübhə yaratmaqdadır; ardıcıl olaraq, çoxlu sayda şübhələr! Bu şübhələri aradan qaldırmaq, bu düyünləri açmaq, 216 00:35:08,730 --> 00:35:15,000 insanların təfəkkürünü bu şübhələrdən azad etmək lazımdır. 217 00:35:15,930 --> 00:35:24,660 Gənclərimiz çaşqınlıq və təəccüb hissi keçirməməlidir; 218 00:35:25,660 --> 00:35:36,200 cürbəcür qüvvələr daim hansısa şübhələr yaradır, ortaya bir problem atırlar! Gənclərə kömək etmək lazımdır, beyinlərə yardımçı olmaq lazımdır. 219 00:35:37,260 --> 00:35:41,460 Düşmən həm şübhə yaradır, həm də özünü şişirdir. 220 00:35:42,600 --> 00:35:51,330 Düşmənlərimiz öz informasiya və təbliğat qurumlarında elə danışırlar ki, 221 00:35:52,200 --> 00:36:01,060 elə bil, real auditoriyalarından min dəfə çox auditoriyaları var. Min nəfəri milyon adam kimi təqdim edirlər; belə bir təsəvvür yaradırlar. 222 00:36:01,060 --> 00:36:08,930 Onların bu yalanlarına, bu şişirtmələrinə də inanmaq lazım deyil. 223 00:36:12,260 --> 00:36:19,260 Onların İslam Respublikası ilə bağlı təqdim etdiyi təhlillər – ki, İslam Respublikasında filan sahə dağılıb gedir, 224 00:36:19,600 --> 00:36:25,460 filan sahə viran qalıb, filan sahədə vəziyyət acınacaqlıdır – 225 00:36:26,130 --> 00:36:34,330 bütün bunlar reallığa uyğun olsaydı, bayaq dediyim kimi, biz indiyə qədər yüz dəfə kəfən çürütməli idik. 226 00:36:35,200 --> 00:36:44,930 İlk gün də deyirdilər ki, İslam Respublikası 6 aya dağılacaq; sonra gördülər ki, 6 aya olmadı, dedilər, 2 ilə yox olacaq; 227 00:36:45,330 --> 00:36:55,530 40 il keçib! Hamı bilsin ki, Allahın lütfü və köməyi sayəsində, biz hazırkı mərhələdə 228 00:36:56,130 --> 00:37:06,330 və həmişə düşmənlərimizin, cinayətkar Amerikanın və onunla əlbir olanların kürəyini yerə vuracağıq! 229 00:37:28,860 --> 00:37:41,730 Bizim başlıca düşmənimiz olan ABŞ dünyanın ən zalım və korrupsion dövlətlərindən biridir. 230 00:37:57,130 --> 00:38:08,860 Terrorçuları himayə edir, İŞİD-i əlindən gəldiyi qədər himayə edib terroru dəstəkləyir (aldığımız xəbərlərə görə, hap-gopuna baxmayaraq, 231 00:38:09,060 --> 00:38:18,200 hazırda da altdan-altdan İŞİD-ə və onlar kimi başqa təkfirçilərə dəstək verməkdədir), 232 00:38:19,330 --> 00:38:25,460 terroristləri, diktator hökumətləri dəstəkləyir; 233 00:38:25,860 --> 00:38:38,860 vaxtilə İran şahını da dəstəkləyirdi, hazırda da Səudiyyədə hakimiyyətdə olan zalım kral ailəsini, habelə regiondakı bəzi zalım sülalələri dəstəkləyir. 234 00:38:39,600 --> 00:38:50,130 Daha bundan yanlış nə iş, bundan böyük nə korrupsiya ola bilər?! Cinayətkarları himayə edir; 235 00:38:50,600 --> 00:39:00,330 istər Fələstində cinayət törədən İsrail rejimi olsun, istərsə də 236 00:39:00,730 --> 00:39:05,730 Yəməndə hər gün bir qrup insanı qanına qəltan edən cinayətkarlar. 237 00:39:09,330 --> 00:39:17,930 Hətta öz ölkələrində belə cinayətkarlıq edir, qaradərililərə təzyiq göstərirlər; 238 00:39:19,330 --> 00:39:31,800 Amerika polisi heç bir tutarlı səbəb olmadan qaradərili kişi, qadın, uşaq və gəncləri qətlə yetirir, 239 00:39:32,400 --> 00:39:38,330 Amerika məhkəmələri isə bu cinayətləri törədən polis nəfərləri üçün bəraət hökmü çıxarır, onları sərbəst buraxır. 240 00:39:39,260 --> 00:39:52,660 Öz məhkəmə sistemləri budur, sonra da başqa ölkələrin məhkəmələrinə, eləcə də bizim ölkəmizin dinə əsaslanan ədliyyə sisteminə 241 00:39:54,260 --> 00:39:59,330 irad bildirirlər, nöqsan tuturlar! Əlbəttə ki, bizim ədliyyə sistemimiz tamamilə nöqsansız deyil. 242 00:39:59,660 --> 00:40:09,060 Biləsiniz ki, mən ölkəmizin ədliyyə strukturlarında, eləcə də icraedici hakimiyyət orqanlarında olan nöqsanlar barədə məlumatsız deyiləm. 243 00:40:09,200 --> 00:40:16,600 Bu barədə mənim məlumatım, bəlkə də, başqalarından da çoxdur, lakin mən müsbət cəhətləri də görürəm. 244 00:40:18,060 --> 00:40:21,130 Əminullahı ziyarət edərkən duada deyirik: 245 00:40:21,130 --> 00:40:23,660 ذاکِرَةً لِسَوابِغِ آلائِک 246 00:40:24,000 --> 00:40:27,330 İnsan Allahın ona verdiyi nemətləri də nəzərə almalıdır. 247 00:40:28,130 --> 00:40:40,330 Bəli, rüşvətxor hakimlərimiz də var, ədalətli və etibarlı hakimlərimiz də; ucdantutma hamını rədd etməyə haqqımız yoxdur. 248 00:40:40,600 --> 00:40:51,800 İcraiyyə orqanlarında vəzifəpərəst, həyasız və pulgir məmurlarımız da var, əli təmiz və zəhmətkeş məmurlarımız da; 249 00:40:51,800 --> 00:41:01,060 eyni ittihamı ucdantutma hamısına aid edə bilmərik; diqqətli olmaq lazımdır. 250 00:41:02,800 --> 00:41:15,400 Qərb dünyasında, o cümlədən Amerikada olan məhkəmələr və dövlət orqanları göz önündədir (həbsxanalarında necə rüsvayçı vəziyyət hökm sürür, 251 00:41:15,730 --> 00:41:21,400 vətəndaşları üçün necə qəribə problem və çətinliklər yaradırlar; 252 00:41:22,330 --> 00:41:31,130 rüşvət və sair;) amma Hollivud filmlərində elə göstərirlər ki, elə bil, bunlardakı kimi saf və təmiz administrasiya yoxdur. 253 00:41:31,130 --> 00:41:40,060 Bayaq misal çəkdiyim kimi: Amerikada bir qaradərili qətlə yetirilirsə, qatilin cəzasına çatıb-çatmayacağına 254 00:41:40,060 --> 00:41:45,200 heç kəs zəmanət verə bilməz; Amerika dövləti budur. 255 00:41:47,730 --> 00:41:57,400 Bəli, qarşımızda belə bir düşmən var və bu düşmən bizə qarşı əlindən gələn hər bir şeyi edir, kifayət qədər çox pullar da xərcləyir, planlar da cızır. 256 00:41:58,200 --> 00:42:07,200 Ölkə daxilində əhali arasında konflikt yaratmaq üçün – istər siyasi zəmində olsun, istər məzhəb və etnik mənsubiyyət zəminində, 257 00:42:07,400 --> 00:42:13,400 istərsə də dil fərqi zəminində – bacardığını edir. 258 00:42:13,860 --> 00:42:20,800 Ölkəmizin əleyhinə hansısa işlər görə bilmək üçün ətrafımızdakı bu pullu dövlətləri də bizə qarşı kökləyib, 259 00:42:21,000 --> 00:42:25,400 onlardan da maddi dəstək alır. 260 00:42:25,860 --> 00:42:32,860 Əllərindən gələn hər bir işi görürlər, amma Allahın köməyi ilə, bu günə qədər hər zaman burunları ovulub 261 00:42:33,200 --> 00:42:36,460 və bilsinlər ki, biz qüdrətlə irəli gedəcəyik. 262 00:42:59,000 --> 00:43:05,400 Allahın izni ilə, biz hər bir sahədə Amerikanı məyus edəcəyik. 263 00:43:08,600 --> 00:43:16,530 İndiyə qədər Amerika hökumətinin başında duranlar da bikar oturmamışdılar, onlar da çox işlər görürdülər. 264 00:43:18,060 --> 00:43:26,060 Reyqan Trampdan həm güclü, həm də ağıllı idi; 265 00:43:30,060 --> 00:43:39,330 bizə qarşı təhdid və hay-küy formasında olsa belə, əməli surətdə bəzi addımlar da atmışdı. O, peşəkar idi, aktyorluğu da bundan daha yaxşı idi, 266 00:43:40,600 --> 00:43:51,330 əleyhimizə bəzi əməli işlər də görmüşdü; təyyarəmizi vurmuşdular, elə bir iş görmüşdülər. Bu gün Reyqan haradadır, İslam Respublikası harada? 267 00:43:52,860 --> 00:44:03,330 Bu gün İslam Respublikası Reyqan dövründəki ilə müqayisədə qat-qat irəli gedib, inkişaf edib; bütün sferalarda. 268 00:44:04,400 --> 00:44:15,130 O isə hazırda ilahi əzab içərisindədir, bədəni çürüyüb torpağa qarışıb, ruhu isə, bizim əqidəmizə görə, 269 00:44:16,260 --> 00:44:23,860 ilahi ədalətin tənbeh və cəzasını çəkir. İndikilər də eynilə o cür olacaq; 270 00:44:24,860 --> 00:44:31,200 Allahın köməyi ilə, İslam Respublikası öz ayaqları üzərində möhkəm duracaq, 271 00:44:31,460 --> 00:44:41,260 İslam Respublikasının zəifləyib məhv olması arzusu isə bir dağ kimi onların ürəyində qalacaq. 272 00:45:03,260 --> 00:45:13,400 Əlbəttə ki, bəziləri əllərinə geydikləri “məxmər əlcək” sayəsində bizdən bəzilərimizin başını qatmağa müvəffəq olublar; 273 00:45:14,130 --> 00:45:22,930 müəyyən etapda zahirən yumşaq davranışları, yaxud altında polad əl gizlətdikləri “məxmər əlcəkləri” ilə 274 00:45:23,260 --> 00:45:29,460 bizlərin başını qata biliblər, lakin tezliklə rüsvay olublar. 275 00:45:30,260 --> 00:45:43,600 Bu gün ABŞ-ın İslam, müsəlmanlar və İslam Respublikası əleyhinə bəslədiyi çirkin niyyətlər barədə həqiqətlər tamamilə aşkara çıxıb. 276 00:45:44,200 --> 00:45:56,530 Biz onların görə biləcəyi işləri əvvəldən bilməliyik; sanksiya tətbiq edirlər, biz iqtisadiyyatımızı daxildən rövnəqləndirməli, 277 00:45:57,000 --> 00:46:03,260 daxili potensial əsasında gücləndirməli, müqavimət iqtisadiyyatını təmin etməliyik ki, sanksiyalar ona təsir göstərməsin. 278 00:46:05,460 --> 00:46:14,000 Möhtərəm rəsmilərimiz müqavimət iqtisadiyyatına ciddi yanaşmalı, yalnız bu barədə danışmaqla kifayətlənməməlidirlər. 279 00:46:15,000 --> 00:46:23,060 Müqavimət iqtisadiyyatı ilə lüzumsuz idxal uyğun gəlmir, istehsalın zəif olması uyğun gəlmir; 280 00:46:23,730 --> 00:46:37,330 daxili istehsalı gücləndirməlidirlər. Dövlət və hökumət idarələri xarici məhsullardansa, onların daxildəki analoqlarına üstünlük verməlidirlər. 281 00:46:37,930 --> 00:46:45,330 Daxili bazarın önəmli alıcılarından biri də elə hökumət idarələridir; onların müxtəlif məhsullara ehtiyacı var, hər şey alırlar; 282 00:46:46,800 --> 00:46:54,200 qoy daxili məhsula üstünlük versinlər. Qoy əhali də daxili məhsula meyil və həvəs göstərsin. 283 00:46:54,460 --> 00:46:59,730 Düşmənin sanksiyalarının tilsimini sındırmaq üçün vasitə bunlardır; 284 00:47:00,400 --> 00:47:07,530 ola bilsin ki, bu tədbirlər tez bir zamanda, yəni 6 ay, 1 il müddətində nəticə verməyəcək, amma real çözüm yolu yalnız budur. 285 00:47:08,060 --> 00:47:17,260 Təbliğat işlərində, ideoloji müharibədə, düşmənin içimizə sızmasına qarşı mübarizədə də eynilə; 286 00:47:17,860 --> 00:47:25,660 ehtiyatlı olmaq lazımdır ki, düşmən mühüm qərarların işlənib hazırlandığı və qəbul edildiyi dövlət orqanlarına nüfuz edə bilməsin. 287 00:47:25,800 --> 00:47:36,200 Düşmənin yaltaq davranışlarına isə ciddi yanaşmasınlar; onun o sevgi və xoş münasibət ifadə etməsini, “gəl əl tutub görüşək”, “oturub söhbət edək” 288 00:47:36,660 --> 00:47:41,530 və sair bu kimi səmimiyyətsiz mesajlarını ciddi qəbul etməsinlər; düşmənin nə etmək istədiyini bilsinlər. Bunları bilsəniz, 289 00:47:41,860 --> 00:47:48,660 bunları bilsək, bunlara riayət etsəniz, bunlara riayət etsək, bilin ki, 290 00:47:49,060 --> 00:47:56,460 İslam Respublikası indiyə qədər olduğu kimi, bundan sonra da irəliyə doğru hərəkətini davam etdirəcək; 291 00:47:56,460 --> 00:48:04,200 bu gün mövcud olan problemləri – mən əhalimizin öz gündəlik məişət həyatında bahalıq, inflyasiya, durğunluq 292 00:48:04,460 --> 00:48:10,200 və sair bu kimi müxtəlif problemlər yaşadığını bilirəm – bütün bu çətinlikləri 293 00:48:10,200 --> 00:48:16,930 rəsmilərin əzmkar əməyi sayəsində həll etmək mümkündür və Allah-taala 294 00:48:17,260 --> 00:48:21,730 problem və düyünləri çözəcək bu əzmin mükafatını verəcək, inşallah. 295 00:48:21,730 --> 00:48:31,460 Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi öz razılıq və köməyin olan işlərə istiqamətləndir və bizə yardım et. 296 00:48:32,660 --> 00:48:34,130 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.