1 00:00:00,680 --> 00:00:02,740 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,740 --> 00:00:09,370 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّيّبين 3 00:00:18,050 --> 00:00:24,050 و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:24,740 --> 00:00:33,880 Əziz qonaqlar, çox xoş gəlmisiniz, bu elmi və ictimai hərəkatda iştirak etdiyinizə görə 5 00:00:34,910 --> 00:00:48,970 sizə öz təşəkkürümü bildirirəm, 6 00:00:51,540 --> 00:01:07,370 həmçinin bu faydalı və inşallah ki, gələcəyi uğurlu olacaq tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. 7 00:01:08,280 --> 00:01:21,480 Həzrət Ayətullah Məkarimə də, həqiqətən, dəyərli bir təşəbbüs göstərərək bu böyük işə start verdiyinə görə şəxsən təşəkkürümü bildirirəm. 8 00:01:22,050 --> 00:01:30,570 Bu işi davam etdirib, inşallah, çox yaxşı nəticələr əldə etmək olar. 9 00:01:31,480 --> 00:01:50,110 Əziz qardaşlar, əziz bacılar, bu gün İslam ümmətinin birləşməsinə xidmət edən istənilən hərəkət bərəkətlidir, savabdır; 10 00:01:50,740 --> 00:01:56,340 İslam düşmənlərinin niyyəti ümmət içərisində konflikt yaratmaqdır; 11 00:01:58,050 --> 00:02:10,340 İslama iman gətirmiş bizlərin isə niyyəti İslam dünyasında, müsəlman ümməti içərisində vəhdət yaratmaq, 12 00:02:11,650 --> 00:02:19,200 ümmətin məzhəb və firqələrini bir-biri ilə tanış edib yaxınlaşdırmaq olmalıdır. 13 00:02:21,480 --> 00:02:37,080 Sizin başlatdığınız bu hərəkat, bu konfrans da İslam ümmətinin vəhdəti istiqamətində görülən işlərin bir nümunəsidir. 14 00:02:39,940 --> 00:02:50,570 Bizim daim bir problem kimi yanaşdığımız mövzulardan biri də budur ki, 15 00:02:51,420 --> 00:02:58,680 müsəlman firqələri bir-birini doğru-dürüst tanımır, 16 00:03:01,540 --> 00:03:07,200 bir-biri haqda düzgün və reallığa uyğun məlumatları yoxdur. 17 00:03:07,710 --> 00:03:20,680 Bir çox hallarda düşmənlər, xaricilər, yadellilər gəlib, düşmənçi yanaşma ilə, 18 00:03:20,850 --> 00:03:32,340 çirkin və qərəzli niyyətlərlə, ədavət yaratmaq məqsədilə bu firqələri bir-birinə öz istədikləri formada təqdim etmişlər. 19 00:03:32,800 --> 00:03:48,340 Son 100-150 illik tarixə nəzər salsaq, buna bir çox açıq-aşkar nümunələr görə bilərik. 20 00:03:49,880 --> 00:03:57,770 Elə bu son bir neçə ildə baş vermiş olaylarda İslam firqələrinin hansısa bir firqəyə 21 00:03:58,510 --> 00:04:11,480 və ya əksinə yanaşmasında hansı formada mühakimə yürüdüldüyünün çox şahidi olmuşuq. 22 00:04:13,820 --> 00:04:21,020 Düşmənlər gəlib bizi bir-birimizə çirkin simada tanıtdırır, 23 00:04:22,570 --> 00:04:31,480 bir-birimizin gözündən salırlar; bu, düşmənlərin işidir. 24 00:04:31,710 --> 00:04:38,970 Bizim bir-birimizi daha yaxşı, daha yaxından, daha düzgün tanımağımıza, 25 00:04:39,370 --> 00:04:49,250 bir-birinin güclü cəhətlərini öyrənməyimizə, bu cəhətləri bir istiqamətə yönəltməyimizə yol açan istənilən addım 26 00:04:49,250 --> 00:04:57,540 İslam ümmətinin birliyinə, bölünməzliyinə və yüksəlişinə xidmət edir. Sizin keçirdiyiniz bu konfrans da bu qəbildən olan işlərdəndir. 27 00:05:00,000 --> 00:05:12,970 Tarix boyu İslam və təbiət elmlərinin yüksəlişində şiə alimlərinin diqqətəlayiq dərəcədə böyük xidmətləri olub. 28 00:05:14,050 --> 00:05:24,510 Onların fiqh, hədis, fəlsəfə, özəlliklə də rasional elmlər, 29 00:05:24,910 --> 00:05:36,220 sxolastika kimi İslam elmləri sahəsində yazdığı, bu gün əlimizdə olan əsərlər, 30 00:05:36,510 --> 00:05:44,450 həqiqətən də, hər bir müsəlman üçün qürur mənbəyidir. Bunu bilməliyik, 31 00:05:45,250 --> 00:05:55,020 müsəlman ümməti bunu bilməli, bu barədə məlumatlı olmalı, bunu hiss etməlidir. 32 00:05:55,020 --> 00:06:01,480 Bu bizim bir-birimizə yaxınlaşmağımıza, bir-birimizi daha yaxşı tanımağımıza kömək edə bilər. 33 00:06:02,510 --> 00:06:11,600 Şiə alimləri arasında müxtəlif din elmləri sahəsində – 34 00:06:12,220 --> 00:06:19,080 fiqhdə, fəlsəfədə, sxolastikada, ricalda, hədisdə 35 00:06:19,420 --> 00:06:30,740 Əllamə Hilli, Şeyx Tusi və sair bu kimi öndə gələn alimlər çox olmuşdur. Sevindirici haldır ki, elə bizim öz dövrümüzdə də bu qəbildən olan şəxsiyyətlər olub. 36 00:06:32,800 --> 00:06:39,940 Onların Quran, Quran elmləri, Quran təfsiri barədə yazılmış kitabları 37 00:06:41,310 --> 00:06:48,570 çox önəmli, problemlərin həlli yolunu ortaya qoyan əsərlərdir. Bunlar təqdim olunsa, tanıtdırılsa, 38 00:06:49,140 --> 00:06:59,480 müxtəlif İslam firqələri bir-birinin əsərləri ilə tanış olsalar, çəkilən zəhməti hamı görsə, 39 00:06:59,880 --> 00:07:08,400 İslam ümməti bütün bu işlərdən iftixar duyar və bu, İslam ümmətinin birlik və bölünməzliyinə yol açar. 40 00:07:09,310 --> 00:07:16,450 Və gördüyümüz hər bir işdə – o cümlədən siz də həyata keçirdyiniz bu elmi hərəkatda – 41 00:07:17,200 --> 00:07:26,450 diqqətli olmalıyıq ki, müsəlman firqələri arasında ikitirəliyə, 42 00:07:27,080 --> 00:07:35,600 parçalanmaya, uzaqlaşmaya, giley-güzara səbəb ola biləcək heç bir boşluq, heç bir nöqsan olmasın; 43 00:07:36,000 --> 00:07:38,400 çünki bu, düşmənlərin arzuladığı bir şeydir. 44 00:07:39,600 --> 00:07:46,800 Deməli, əsas məsələlərdən biri İslam ümmətinin birliyidir. 45 00:07:47,600 --> 00:07:54,220 Düşünürəm ki, inşallah, sizin bu konfransınızla bu birliyin önəmli dərəcədə böyük bir qismi təmin olunacaq. 46 00:07:54,910 --> 00:08:00,220 Digər bir mühüm məsələ isə elmi inkişaf məsələsidir. 47 00:08:01,540 --> 00:08:11,370 İslam dünyası elmi cəhətdən inkişaf etmədiyi üçün geri qalıb, başqalarının ağalığı altında olub. 48 00:08:13,080 --> 00:08:26,280 Əsrlər boyu geridə qalmış, elmləri müsəlmanlardan öyrənmiş, 49 00:08:27,540 --> 00:08:38,510 müsəlmanların yazdığı kitabları əldə rəhbər tutaraq inkişafa doğru addımlamış Qərb dünyası 50 00:08:38,800 --> 00:08:47,600 elmi inkişaf baxımından İslam ölkələrindən və İslam dünyasından önə keçməyi bacarıb. 51 00:08:48,170 --> 00:08:54,620 Bu onların varlanmasına, hərbi cəhətdən güclənməsinə, 52 00:08:54,970 --> 00:09:02,170 siyasi iqtidarının və təbliğat gücünün artmasına səbəb olub. 53 00:09:03,080 --> 00:09:11,250 Bundansa müstəmləkəçilik yaranıb, bir təzahür kimi müstəmləkə ortaya çıxıb, müsəlman ölkələri 54 00:09:11,650 --> 00:09:23,880 müstəmləkəçilərin qanlı və amansız çəkmələrinin altında tapdağa çevrilib, müsəlmanlar geriliyi, 55 00:09:26,850 --> 00:09:35,880 inkişafdan məhrum qalmanı bütün varlıqları ilə, elmin bütün sferalarında hiss ediblər 56 00:09:36,110 --> 00:09:46,110 və sonda bu, hazırda müşahidə etdiyiniz vəziyyətlə sonlanıb: dünya, xüsusilə də Qərb dövlətləri, 57 00:09:46,800 --> 00:09:57,200 yer üzünün şeytanları müsəlman ölkələri, müsəlman xalqları üzərində hegemonluq edir, öz istəklərini onlara diktə edir 58 00:09:57,880 --> 00:10:06,110 və təəssüflər olsun ki, müsəlman ölkələrinin əksər hökumət başçıları da onların dediyi ilə oturub-dururlar. Bütün bunların səbəbi müsəlmanların elmi cəhətdən geridə qalmasıdır. 59 00:10:07,020 --> 00:10:16,400 Biz bu vəziyyəti dəyişməliyik; biz İslam dünyasında bütün elm sahələrində – 60 00:10:16,680 --> 00:10:26,970 rasional elmlərdən tutmuş humanitar və sosial elmlərə, təbiət elmlərinə qədər, 61 00:10:27,370 --> 00:10:39,140 sivilizasiyaya xidmət edən hər bir elm sahəsində inkişafa doğru ciddi bir hərəkata start verməliyik; 62 00:10:39,540 --> 00:10:46,400 və biz buna qadirik. İslam dünyası bir vaxtlar bəşər sivilizasiyanın zirvəsində olub; 63 00:10:47,080 --> 00:10:56,620 nəyə görə bu təkrarlanmasın, nəyə görə biz uyğun bir zamanda – 64 00:10:57,250 --> 00:11:05,650 40 il sonra, 50 il sonra – İslam ümmətinin insan sivilizasiyasının zirvəsində olması üçün bu gün işə başlamayaq? Buna nə mane olur? 65 00:11:06,620 --> 00:11:12,800 Hərəkət etməli, iş görməliyik. Bu, hökumətlərin, ziyalıların işidir; 66 00:11:13,540 --> 00:11:21,940 bu işdə həm müsəlman ölkələrində hakimiyyətdə olan dairələrin, həm də İslam dünyasının ziyalılarının öhdəsinə müəyyən vəzifələr düşür. 67 00:11:22,340 --> 00:11:30,510 İslam dünyasının alimləri, ziyalıları, yazarları, şairləri, incəsənət adamları 68 00:11:31,370 --> 00:11:38,170 elmi inkişafa nail olmaq, elmi biliklərin zirvəsinə yetişmək üçün 69 00:11:39,020 --> 00:11:48,450 böyük bir ideoloji hərəkata start verməli, ümumi bir istək ortaya qoymalıdırlar. Və bu gün bu mümkündür. 70 00:11:50,110 --> 00:11:56,620 Biz İslam Respublikasında bu məqsəd üçün çalışıb səy göstərdik və bizim səylərimiz uğurlu oldu. 71 00:11:57,140 --> 00:12:12,740 Bu gün biz İslam İnqilabından əvvəlki – şah diktaturası dövründəki vəziyyətlə müqayisədə elmi cəhətdən çox böyük irəliləyişlər əldə etmişik, 72 00:12:13,420 --> 00:12:26,450 bu sahədə inkişaf tempimiz çox yaxşı olub. Dünyanın mötəbər elmi təşkilatlarının təqdim etdiyi hesabatlara əsasən, ötən bir neçə il ərzində 73 00:12:26,740 --> 00:12:33,820 İslam Respublikasının elmi inkişaf tempi dünya ölkələri üzrə orta göstəricidən 13 dəfə çox olub. 74 00:12:34,510 --> 00:12:44,170 Bunu biz demirik, bu məlumatı dünyanın mərkəzi elmi qurumları öz rəsmi sənədlərində yayıb. 75 00:12:44,970 --> 00:12:55,940 Əlbəttə ki, biz çox geridə olduğumuza görə dünya ölkələri ilə müqayisədə 13 dəfə artıq olan bu inkişaf tempi 76 00:12:56,110 --> 00:13:06,170 hələ bizi arzulanan səviyyəyə gətirib çıxara bilməyib, amma diqqətəlayiq dərəcədə irəliləməyi bacarmışıq və bundan sonra daha da irəli gedəcəyik. 77 00:13:07,370 --> 00:13:20,450 Biz demişik ki, elmi hüdudları aşmalı, dünya elminin sərhədlərini keçməliyik. 78 00:13:20,740 --> 00:13:29,250 Bunun üçünsə hərəkət etməliyik. İnşallah, bunu edəcəyik, İslam Respublikası bunu edəcək. Əlbəttə ki, Qərbdən tam fərqli bir şəkildə. 79 00:13:29,880 --> 00:13:41,600 Qərblilər qısqancdırlar, yəni əllərində olanı, ən yaxşı elmi nailiyyətlərini 80 00:13:41,600 --> 00:13:44,510 heç kəslə bölüşmək istəmirlər. 81 00:13:45,600 --> 00:13:51,820 Düzdür, artıq uzun müddət istifadə olunmuş bəzi nailiyyətlərini dünyaya ötürürlər, 82 00:13:52,000 --> 00:14:01,020 ən son və parlaq nailiyyətlərini isə əsla heç kəsə açmırlar. 83 00:14:01,200 --> 00:14:06,510 Onlardan fərqli olaraq, biz isə demişik ki, əldə etdiyimiz istənilən uğuru 84 00:14:06,510 --> 00:14:12,850 müsəlman ölkələrindəki qardaşlarımıza ötürməyə hazırıq; bütün sferalarda. 85 00:14:13,250 --> 00:14:19,600 Bu hərəkatı davam etdirmək lazımdır. Biz İslam elmləri sahəsində də inkişaf edib irəli getməliyik. 86 00:14:19,880 --> 00:14:30,450 Fiqh sahəsində bizim fiqhi məsələlərə yeni bir tərzdə yanaşmağa ehtiyacımız var. 87 00:14:30,970 --> 00:14:36,740 Bir qədər əvvəl çıxış edən cənabların qeyd etdiyi ixtisaslaşmış fiqh məsələsi məhz bu problemə toxunurdu. 88 00:14:38,110 --> 00:14:44,000 Fiqh elmi ölkənin və bəşər cəmiyyətinin müxtəlif idarəetmə sferalarında 89 00:14:44,570 --> 00:14:54,910 yeni söz deyə bilər, İslam fiqhi yeni söz, yeni fikir ortaya qoya bilər. 90 00:14:55,650 --> 00:14:58,400 Bu sahələrdə işləmək lazımdır. Bu, fiqh barədə. 91 00:14:58,680 --> 00:15:03,940 Fələsəfə və rasional elmlərdə isə irəliləyişimizi sürətləndirməliyik. 92 00:15:04,110 --> 00:15:15,370 Sevindirici haldır ki, şiə toplumlarında, xüsusilə də İranda rasional elmlər çox yaxşı inkişaf edib. 93 00:15:15,600 --> 00:15:23,370 Keçmişdən bəri də bu cür olub; rasional elm sahələrində bizim ölkəmizdə, 94 00:15:23,600 --> 00:15:32,220 eləcə də ümumilikdə İslam dünyasında böyük alim və mütəfəkkirlər olub, onların əsərləri bu gün də əldədir, 95 00:15:33,140 --> 00:15:42,000 lakin yenə də rasional elmlərin inkişaf etdirilməsinə ehtiyac var. Qərblilər öz fəlsəfələrini tətbiq etməklə 96 00:15:43,200 --> 00:15:52,110 bir sıra siyasi, administrativ, sosial problemlərini həll ediblər. 97 00:15:52,850 --> 00:16:02,910 Dünən mən kitab sərgisində fəlsəfənin futbola təsiri barədə Qərb müəlliflərinin yazdığı kitabları gördüm. 98 00:16:03,820 --> 00:16:09,140 Fəlsəfəni futbola da tətbiq edirlər! 99 00:16:09,940 --> 00:16:18,170 Baxın, bu öz ideologiyasını həyatın bütün sferalarına tətbiq etmək deməkdir. 100 00:16:18,680 --> 00:16:27,600 Bunu biz də etməliyik. Fəlsəfə cəhətdən biz güclüyük; İslam fəlsəfəsi Qərb fəlsəfəsindən daha güclü, 101 00:16:28,000 --> 00:16:37,020 daha fundamental, daha əsaslıdır, lakin onun həyata, yaşama tətbiqi hiss olunmalıdır. 102 00:16:37,600 --> 00:16:44,280 Bizim fəlsəfəmizin hakimiyyətlə, sosial problemlərlə, iqtisadiyyatla, 103 00:16:44,970 --> 00:16:56,620 ümumilikdə sivilizasiyanın formalaşması ilə bağlı olan bütün məsələlərdə hansı mühakimələri yürütdüyü aydınlaşmalı, məlum olmalıdır. Bütün bu işləri həyata keçirmək lazımdır. 104 00:16:56,620 --> 00:17:02,970 Bu dediklərim İslam dininə aid elmlərlə bağlı idi, təbiət elmləri sahəsində də məsələ eynilə bu cürdür. 105 00:17:03,600 --> 00:17:14,400 Xoşbəxtlikdən, bu gün İslam dünyasında oyanış yaranıb; hərçənd qərblilər bu oyanışı inkar etmək üçün çox çalışdılar. 106 00:17:14,850 --> 00:17:26,050 Qərbi Asiya və Şimali Afrika regionlarında, ərəb ölkələrində baş verən proseslər məhz islami oyanış idi. 107 00:17:27,080 --> 00:17:32,110 Bu bir oyanışdır və bu oyanış İslam dünyasının hər yerində baş qaldırıb. 108 00:17:32,850 --> 00:17:44,050 Gənclərin aydınlaşdırmaq istədiyi məsələlər var, sualları var və onlar bu suallarına İslam dinindən cavab eşitmək istəyirlər; 109 00:17:44,340 --> 00:17:55,600 bunu İslamdan gözləyir, İslama üz tuturlar. Qərblilərin İslam dini, islami həyat tərzi əleyhinə apardığı bu qədər təbliğata rəğmən, 110 00:17:55,600 --> 00:18:01,250 bu gün İslama maraq getdikcə artır, axın böyükdür. 111 00:18:01,250 --> 00:18:09,940 Bu axın bizə onu müjdə verir ki, inşallah, İslam dünyasının sabahı bu günündən çox-çox yaxşı olacaq. 112 00:18:11,880 --> 00:18:19,770 İnşallah, İslam dünyası o günlərin şahidi olacaq ki, müsəlman ümməti 113 00:18:19,770 --> 00:18:27,540 İslama uyğun sivilizasiya və həyat tərzinin zirvəsində olacaq, 114 00:18:28,280 --> 00:18:35,020 İslamın düşmənləri, Amerika və onun kimi digər hegemonlar 115 00:18:35,200 --> 00:18:40,110 daha müsəlman ölkələrinin başçılarına “bunu etməlisiniz, onu etməlisiniz” deyib göstəriş verməyəcəklər. 116 00:18:41,080 --> 00:18:48,340 Bir vaxtlar belə olub, bu gün də, təəssüflər olsun ki, tək-tük hallarda bunu müşahidə etmək olur; inşallah, artacaq, genişlənəcək 117 00:18:48,340 --> 00:18:56,050 və İslam dünyası, Allahın izni və mərhəməti sayəsində özünün zirvə nöqtəsinə yetişəcək. 118 00:18:57,020 --> 00:19:08,340 Bir daha hamınıza təşəkkürümü bildirirəm və ümid edirəm ki, bu elmi hərəkat davam etdiriləcək. 119 00:19:09,020 --> 00:19:16,220 Konfransın ərsəyə gəlməsi üçün zəhmət çəkmiş hər kəsə, bütün təşkilatçılara 120 00:19:16,510 --> 00:19:27,020 şəxsən Həzrət Ayətullah Məkarimə bir daha təşəkkür edirəm. Ümidvaram, Allah onu qoruyacaq, uğurlarını bol edəcək, 121 00:19:27,600 --> 00:19:37,250 Allaha şükürlər olsun ki, onda həmişə var olmuş və bu gün də var olan enerji və stimulu 122 00:19:37,650 --> 00:19:42,850 günbəgün daha da artırıb davamlı edəcək, inşallah. 123 00:19:43,140 --> 00:19:45,080 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.