1 00:00:00,710 --> 00:00:02,880 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,200 --> 00:00:12,130 الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد 3 00:00:21,820 --> 00:00:30,620 و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان اليٰ يوم الدّين 4 00:00:31,110 --> 00:00:35,770 Əziz qardaşlar, əziz bacılar, həcc fərizəsinin təşkilinə, həccə getmək uğuruna nail olmuş əziz hacılarımıza 5 00:00:37,910 --> 00:00:56,800 xidmət göstərən dəyərli insanlar, hamımız xoş gəlmisiniz. Sizin bu xidmətinizin özü böyük bir iftixardır. 6 00:00:57,420 --> 00:01:07,060 Həcc çox əzəmətli bir fərizədir; onun miqyası, 7 00:01:08,400 --> 00:01:14,620 həqiqətən də, bizim vəsf etdiyimizdən çox-çox genişdir. 8 00:01:14,930 --> 00:01:27,330 Belə bir vacib əməlin yerinə yetirilməsi üçün hazırlıq işləri görmək, onun təşkilinə yardımçı olmaq, bu işə xidmət göstərmək özü böyük bir savab, böyük bir iş, dəyərli bir xidmət hesab olunur. 9 00:01:28,710 --> 00:01:38,000 Mən müxtəlif sahələrdə – istər bizim Məkkədəki nümayəndəliyimizdə, 10 00:01:38,260 --> 00:01:46,040 stər təşkilatda, istər həcc karvanlarında, istərsə də digər aidiyyətli qurumlarda xalqa xidmətlə məşğul olan, 11 00:01:47,150 --> 00:02:00,660 çalışıb-vuruşan, hər biri işin bir küncündən yapışan insanlara tövsiyə edirəm ki, bu mənəvi uğurun qədrini bilsinlər, buna görə Allaha şükürlər etsinlər 12 00:02:01,950 --> 00:02:10,130 və bu işi mümkün qədər daha yüksək səviyyədə həyata keçirməyə səy göstərsinlər. 13 00:02:10,620 --> 00:02:20,130 Cənab Qaziəsgərin, həmçinin Həcc Təşkilatının çox möhtərəm sədrinin təqdim etdiyi hesabatlar çox gözəl idi; 14 00:02:20,130 --> 00:02:30,040 indi fərz edək ki, bu tədbirlərin bir qismi işin ortasında axsadılsa, yaxud dayandırılsa belə, ümumilikdə bu hesabatlarda əksini tapan 15 00:02:30,660 --> 00:02:38,170 və həyata keçirilmiş işlər olduqca diqqətəlayiqdir. Lakin mən onu da qeyd etmək istəyirəm ki, 16 00:02:38,620 --> 00:02:47,370 bütün bu deyilənlər İbrahim (ə) həccinin, 17 00:02:47,860 --> 00:03:00,080 Peyğəmbər (s) həccinin, Quranda əmr olunmuş həccin layiqincə yerinə yetirilməsi üçün kifayət deyil və hələ bir çox işlər görmək olar. 18 00:03:02,800 --> 00:03:16,570 Qeyd etmək istərdim ki, bütün müxtəlif aspektlərindən əlavə, həccin – bu böyük fərizənin 19 00:03:17,420 --> 00:03:27,330 bir xüsusiyyəti də var ki, həcc mənəviyyatla siyasətin, 20 00:03:28,570 --> 00:03:38,130 mənəviyyatla maddiyyatın, dünya ilə axirətin çulğaşmasının təzahürüdür. 21 00:03:39,280 --> 00:03:47,950 “(Amma) insanların bəziləri deyirlər: “Pərvərdigara! Bizə dünyada da, axirətdə də yaxşılıq mərhəmət buyur və bizi odun əzabından qoru”. (“Bəqərə” surəsi, 201-ci ayə) 22 00:03:49,460 --> 00:03:54,660 Quran həcdə bu cür dua edib, 23 00:03:55,600 --> 00:04:02,000 Allah-taaladan dünya və axirətdə xeyir diləyənləri 24 00:04:02,530 --> 00:04:15,020 təqdir və qəbul edir; yəni həcdə dünya və axirət birlikdə cəmləşib; həcc belə bir çulğaşmanı təzahür etdirir. 25 00:04:15,910 --> 00:04:29,020 Bəzi qüvvələr illər boyu və elə indinin özündə də əlləşib-vuruşaraq 26 00:04:29,550 --> 00:04:38,660 İslamda mənəviyyatı gündəlik həyatın işlərindən, cəmiyyətin idarəçiliyi ilə bağlı məsələlərdən ayırmağa çalışıblar; 27 00:04:38,970 --> 00:04:50,660 “Dinin siyasətdən ayrı olması” iddiasını ediblər. Uzun illər boyu – demək olar, onilliklərlə, yüz il ərzində, bəlkə, ondan da artıq – 28 00:04:52,350 --> 00:05:06,080 İslamın düşmənləri və İslamın nə olduğundan xəbəri olmayan nadanlar bunun üzərində işləyiblər. 29 00:05:06,080 --> 00:05:12,660 İslam İnqilabı qələbə çaldıqdan və İslam Respublikası yarandıqdan sonra bu iddialar hamısı puç oldu. 30 00:05:13,280 --> 00:05:23,950 Məlum oldu ki, xeyr, İslam dini xalqı bütün bacarıq və potensialı ilə irəli verib, 31 00:05:24,310 --> 00:05:34,350 siyasət meydanını, gündəlik həyatı, ölkənin idarəçiliyi ilə bağlı işləri ən gözəl tərzdə idarə edə bilər. 32 00:05:34,570 --> 00:05:41,460 İslam dini kommunistlərdən tutmuş Qərbin liberallarına qədər 33 00:05:41,730 --> 00:05:46,660 hər kəsin bu sahədə irəli sürdüyü şüar və iddialardan daha uğurlu oldu. 34 00:05:47,420 --> 00:05:56,080 Odur ki artıq uzun müddətdir göstərdikləri səylər puça çıxdı; amma yenidən başladılar; 35 00:05:57,510 --> 00:06:11,060 müəyyən qüvvələr təzədən fəaliyyətə keçdilər ki, yeni nəsilləri dinlə syasətin, dinlə həyatın, 36 00:06:11,060 --> 00:06:27,640 dinlə elmin, dünya ilə axirətin, mənəviyyatla maddiyyatın çulğaşmasından – hərçənd İslamda bütün bunlar var – yayındırsınlar; 37 00:06:27,640 --> 00:06:37,420 yəni zehinləri bu çulğaşmadan yayındırsınlar, uzaqlaşdırsınlar. Həcc isə bu çulğaşmanı əməli surətdə nümayiş etdirən bir meydandır. 38 00:06:37,680 --> 00:06:51,550 Həcc bunu hansı şəkildə edir? Siz həcdə həm dua edib Allaha yalvarırsınız, həm təvəssül edirsiniz, həm göz yaşı axıdırsınız, həm təvaf edirsiniz, 39 00:06:51,550 --> 00:07:00,480 həm “səy” adlanan ayini yerinə yetirirsiniz, həm namaz qılırsınız, həm də digər insanlarla bir arada olursunuz; bu, çox önəmlidir. 40 00:07:00,620 --> 00:07:13,910 İndi gəlin düşünək; əgər camaatı həccə çağırmaqda Allah-taala yalnız onların o məkana gəlib, 41 00:07:14,570 --> 00:07:23,600 bir neçə günü mənəviyyat içərisində başa vurmasını nəzərdə tutmuş olsaydı, bunun üçün konkret vaxt müəyyən etmək lazım deyildi; 42 00:07:24,000 --> 00:07:34,570 il boyu kimin nə vaxt ürəyi istəsə, gedərdi; həccin isə müəyyən olunmuş, konkret vaxtı var. 43 00:07:35,770 --> 00:07:42,970 Bütün İslam dünyasından müsəlmanlar məhz o vaxt həccə gəlməlidirlər; 44 00:07:42,970 --> 00:07:48,080 bir il, iki il yox, bütün tarix boyunca; 45 00:07:49,330 --> 00:07:56,170 konkret günlərdə bütün İslam dünyasından gücü çatan, 46 00:07:56,400 --> 00:08:00,880 taqəti çatan, imkanı olan hər kəs bir nöqtədə toplaşmalıdır. Bu nə deməkdir? 47 00:08:01,820 --> 00:08:08,260 Bu o deməkdir ki, bu birliyin, bu toplaşmanın özü Allah-taalanın diqqətindədir; 48 00:08:08,800 --> 00:08:14,710 Allah-taala bunu istəyir. Bu elə İslam ümmətinin formalaşdırılmasıdır, 49 00:08:14,710 --> 00:08:23,240 müsəlmanların bir araya gəlməsinə, toplaşmasına olan yanaşmadır; həcc bunun təzahürüdür. 50 00:08:24,040 --> 00:08:26,350 Ora çatandan sonra da: 51 00:08:27,370 --> 00:08:30,400 “Sonra camaatın döndüyü yerdən siz də dönün”. (“Bəqərə” surəsi, 199-cu ayədən) – deyə əmr olunur. 52 00:08:30,710 --> 00:08:32,660 Burada da insanlardan, camaatdan söhbət gedir; 53 00:08:34,310 --> 00:08:38,040 “... həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidül-həram ...” (“Həcc” surəsi, 25-ci ayədən) – 54 00:08:39,330 --> 00:08:44,800 istər məkkəlilər olsun, istər qeyri-məkkəlilər, fərqi yoxdur, bura hamınındır, 55 00:08:45,860 --> 00:08:50,440 bu diyar bütün müsəlmanlarındır. 56 00:08:50,880 --> 00:08:59,240 Kimlərsə elə təsəvvür etməməlidir ki, o torpaq onlarındır və onların orada istədikləri kimi hərəkət etməyə haqqı var; 57 00:08:59,550 --> 00:09:06,480 xeyr, Kəbeyi-Şərifə, Məscidül-hərama, 58 00:09:06,710 --> 00:09:16,750 bu şərəfli diyara, Hərəmeyni-şərifin müqəddəs atmosefrinə münasibətdə bütün müsəlmanlar bərabərhüquqludur. 59 00:09:16,930 --> 00:09:23,150 Düzdür, ayədə Məkkə haqda danışılır, amma Mədinənin də statusu eynidir, 60 00:09:23,150 --> 00:09:28,130 ora da bütün müsəlmanlarındır. Çünki Peyğəmbər (s) hamınındır. 61 00:09:29,860 --> 00:09:35,060 Baxın, müsəlmanların bu şəkildə bir yerə toplaşması, bu həmrəyliyi, 62 00:09:35,640 --> 00:09:44,350 koordinasiyası həccin hədəflərindən biridir və buna, mütləq, diqqət yetirilməlidir. 63 00:09:44,750 --> 00:09:53,510 Aidiyyətli qurumların rəsmiləri möhtərəm hacılarımız üçün hazırlanan bütün proqramlarda bu hədəfləri hökmən nəzərdə tutmalıdırlar: 64 00:09:54,930 --> 00:10:00,440 qarşılıqlı əlaqə, birlik, anlaşma və uyğunlaşma. 65 00:10:00,880 --> 00:10:10,530 Əlbəttə, o bölgədə hakimiyyətdə olan qüvvələr bunu istəmir, mümkün olduğu qədər əngəl törədirlər, 66 00:10:10,840 --> 00:10:19,600 hazırda bunun üçün vasitələr də çoxdur, lakin müsəlmanlar arasında əlaqələr yaradılmalı, İslam ümmətinin birliyi təşkil olunmalıdır. 67 00:10:21,770 --> 00:10:30,710 Odur ki İslamı siyasətdən ayıranlar, İslamı siyasət meydanından inkar edənlər İslamı, 68 00:10:31,860 --> 00:10:39,730 Quranın ayələrini dərk etmirlər. Quranın ayələri – istər həcc, istər cihad, 69 00:10:40,400 --> 00:10:49,640 istər fərdlərarası münasibətlər, istərsə də cəmiyyətdə dini hakimin hakimiyyətindən bəhs edən ayələr 70 00:10:49,820 --> 00:10:54,710 hamısı İslamın siyasətləridir. 71 00:10:55,150 --> 00:11:02,710 Bizim haqqında danışdığımız, dinə əsaslanan xalq hakimiyyəti də İslamın özündən, Quran təlimlərindən əxz olunub. 72 00:11:04,220 --> 00:11:06,310 “... işləri barədə öz aralarında məşvərət edərlər ...” (“Şura” surəsi, 38-ci ayədən) – 73 00:11:06,800 --> 00:11:11,020 həcc məsələsində əsas məqam bundan ibarətdir. 74 00:11:11,310 --> 00:11:32,130 Digər bir məqam budur ki, heç kəs həccin təlimlərinin, həccin özündə ehtiva etdiyi mənaların qarşısını almağa çalışmamalı, onlar üçün maneələr törətməməlidir. 75 00:11:32,510 --> 00:11:38,280 Quran buyurur:“Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidül-həramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyil etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!” (“Həcc” surəsi, 25-ci ayədən) 76 00:11:39,420 --> 00:11:46,910 Allahın yoluna, Məscidül-hərama gedən yollara sədd çəkmək – 77 00:11:47,310 --> 00:11:58,740 əngəl olmaq, maneə yaratmaq – təkcə bu deyil ki, Məkkəyə getməyinizə imkan verməsinlər; ola bilsin ki, Məkkəyə getməyinizə icazə verələr, 78 00:11:59,200 --> 00:12:06,910 amma həccin məna və təlimlərindən istifadə etməyinizə imkan verməyələr. Bu da Allahın yoluna, Məscidül-hərama çəkilən səddir. 79 00:12:07,480 --> 00:12:19,480 Bu hərəkəti edənlər, bu böyük yanlışa yol verən dövlət və hökumət Allahın yoluna sədd çəkir. 80 00:12:20,340 --> 00:12:27,020 Həcdə gizlənən mənaları bilmək, dərk etmək və onlara uyğun hərəkət etmək lazımdır. 81 00:12:27,540 --> 00:12:37,880 Qısası, Kəbə hamınındır. Mən düşünürəm ki, 82 00:12:39,250 --> 00:12:49,310 İran xalqı İslam İnqilabının qələbəsindən sonra dahi İmam Xomeyninin (r.ə) göstərdiyi yolun bərəkəti sayəsində həcdə yeni bir məna kəşf etmiş, 83 00:12:49,540 --> 00:12:59,600 yeni bir anlam tapmış, həcci başqa bir mahiyyətlə dərk etmişdir. İnqilabın qələbə çaldığı ilk ildəcə 84 00:13:00,570 --> 00:13:11,820 İmam Xomeyni o zaman həcc ziyarətinə yollanan zəvvarlara müraciət ünvanladı. Həmin müraciətdə İran xalqına həccin mahiyyəti yeni bir aspektdən açıqlandı, 85 00:13:11,820 --> 00:13:19,200 yeni mənalar izah olundu və xalq həmin mənaları rəhbər tutaraq hərəkət etməyə başladı. 86 00:13:20,450 --> 00:13:31,250 Həccə gedən zəvvarlara bu ziyarətin müsəlmanlarla qarşılıqlı anlaşmaya diqqət və önəm vermək, 87 00:13:32,740 --> 00:13:36,680 “اَشِدّاءُ عَلَي الکُفّار” – kafirlərə qarşı sərt və “رُحَماءُ بَينَهُم” – öz aralarında mehriban, mülayim olmaq şərtilə yerinə yetirilməli olduğu aşılandı. 88 00:13:37,080 --> 00:13:44,340 Bunun əksi qardaşlar arasında konflikt, uzaqlıq yaratmaq, 89 00:13:44,340 --> 00:13:55,600 özünü isə gedib dünya imperializminə, Amerikaya calamaqdır. Bu, həccin insanlardan istədiyinə, 90 00:13:56,850 --> 00:14:05,940 həccin insanlar üçün istədiyinə və müqəddəs şəriətin bəşəriyyətin xeyri üçün tənzimlədiyi qanuna ziddir. 91 00:14:06,400 --> 00:14:12,400 Həcc ziyarətini bu psixologiya ilə, bu mənəvi halətlə yerinə yetirmək lazımdır. 92 00:14:13,250 --> 00:14:21,310 İndi əlbəttə ki, Ərəbistan dövləti müəyyən problemlər yaradır, 93 00:14:22,680 --> 00:14:32,570 əslində yerinə yetirilməli olan bəzi vacib şəri vəzifələrin yerinə yetirilməsinə əngəllər törədir. 94 00:14:33,600 --> 00:14:43,880 Bunları müsəlmanların, möminlərin tələbləri kimi daim diqqətdə saxlamaq lazımdır. 95 00:14:46,050 --> 00:14:57,770 Ola bilsin ki, əngəl törədəcəklər – əngəl törənəndə isə, təbii ki, çətinlik yaranır – amma o istəyi, 96 00:14:58,220 --> 00:15:07,710 o tələbi heç vaxt yaddan çıxarmaq olmaz. Cənab rəsmilərin də az öncə qeyd etdiyi kimi, 97 00:15:08,000 --> 00:15:15,770 1394-cü ildə baş vermiş Məscidül-həram və Mina faciələrini əsla unutmaq olmaz. 98 00:15:16,000 --> 00:15:24,400 Bu məsələni hökmən araşdırmaq lazımdır. Əsas iddiaçı olan 99 00:15:24,850 --> 00:15:31,140 İslam Respublikasının da iştirakı ilə faktaraşdırıcı missiya təşkil olunmalı, 100 00:15:31,420 --> 00:15:40,850 beynəlxalq ictimaiyyətə müraciət edilməli, həqiqətin üzə çıxarılması üçün mümkün olan hər yerdən kömək alınmalıdır. 101 00:15:40,850 --> 00:15:53,080 O olaylarda insanlara böyük bir zülm edilmişdi. Hacıların təhlükəsizliyi onların o bölgədə hakimiyyətdə olan dövlətin üzərinə düşən böyük bir haqqıdır; 102 00:15:54,050 --> 00:16:05,820 həcc ziyarətinə gedən insanların əsas tələbi budur. Təhlükəsizlik, əmin-amanlıq Allah-taalanın Quranda öz evi, 103 00:16:06,910 --> 00:16:15,250 Məkkə şəhəri və Kəbənin hərəmi üçün müəyyən etdiyi xüsusiyyətlərdən biridir. 104 00:16:16,400 --> 00:16:20,340 Hamı orada toplaşmalı, o məkan isə təhlükəsiz, əmin-amanlıq içində olmalıdır. 105 00:16:21,310 --> 00:16:27,820 İnsanların təhlükəsizliyi əsas işlərdən biridir. Həmin hadisələrdə bu təhlükəsizliyə riayət olunmamışdı. 106 00:16:29,540 --> 00:16:35,200 Bunu bir tələb kimi ortaya qoymaq, bu məsələnin bərkini tutub arxasına düşmək lazımdır. 107 00:16:36,050 --> 00:16:45,420 Baş vermiş hadisənin arxasınca düşüb onu araşdırmaqdan yorulmayın, usanmayın; kökünə gedin, tələb edin. Möhtərəm rəsmilər – istər Məkkədəki nümayəndəliyimizdə, istər Həcc Təşkilatında, 108 00:16:45,600 --> 00:16:55,370 istər digər aidiyyətli qurumlarda, Xarici İşlər Nazirliyində, məhkəmə hakimiyyətində və sairdə – bu faciələrin araşdırılması işi ilə məşğul olmalıdırlar. 109 00:16:57,080 --> 00:17:07,540 Məndə olan məlumata görə, orada şəhid olmuş insanlardan bəzilərinin ailə üzvlərinə hətta ora gedib 110 00:17:08,170 --> 00:17:14,280 öz əzizlərinin, öz şəhidlərinin məzarını ziyarət etməyə belə icazə verilmir! Belə olmaz; 111 00:17:14,620 --> 00:17:25,310 bu hadisələrlə bağlı iş görmək lazımdır. Qətlə yetirilmiş insanların qanbahası da ayrıca bir məsələdir. 112 00:17:26,570 --> 00:17:33,370 Əziz qardaşlar, əziz bacılar! Bu gün İslam dünyasının söz birliyinə, bir səs olmağa ehtiyacı var. 113 00:17:33,820 --> 00:17:44,340 Konfliktə səbəb olacaq, müsəlmanlar arasına təfriqə salacaq istənilən səs və söz müqəddəs şəriətimiz tərəfindən mütləq surətdə nifrətlə qarşılanır. 114 00:17:44,740 --> 00:17:53,140 İstənilən istiqamətdən, istənilən formada, istənilən cür konflikt və ikitirəlik qadağandır. Nəyə görə? Ona görə ki düşmən bütün səy və diqqətini 115 00:17:53,140 --> 00:18:01,940 İslam dünyası üzərində cəmləyib. Görün İslam dünyasında nələr baş verir?! Bir yandan Yəmənə göstərilən təzyiqlər; 116 00:18:01,940 --> 00:18:08,970 məzlum bir xalq neçə ildir ki, mütəmadi olaraq hücumlara məruz qalır; 117 00:18:09,310 --> 00:18:15,140 əlbəttə ki, Yəmən xalqı şücaətlidir, güclüdür, müqavimət göstərir, amma çətinlik çəkir. 118 00:18:16,110 --> 00:18:28,400 Bir yandan Fələstin məsələsi, Amerikanın Fələstinlə bağlı “Əsrin sazişi” adı ilə 119 00:18:29,020 --> 00:18:40,680 yürütdüyü o xəbis və şeytani siyasət; əlbəttə, qoy bilsinlər ki, onların düşündüyü o “əsrin sazişi”, Allahın köməyi ilə, heç bir zaman reallaşmayacaq. 120 00:19:04,800 --> 00:19:15,080 Fələstinlə bağlı nə isə bir iş görə bilmək üçün özünü öldürən Amerika rəsmilərinə göz dağı olaraq, 121 00:19:15,650 --> 00:19:28,400 Fələstin məsələsi unudulmayacaq, Beytül-müqəddəs şəhəri Fələstinin paytaxtı olaraq qalmaqda davam edəcək, 122 00:19:28,400 --> 00:19:34,280 müsəlmanların ilk qibləsi müsəlmanlarda qalacaq. 123 00:19:34,680 --> 00:19:41,420 Onlar Beytül-müqəddəsi alacaqları ilə bağlı xam xəyallar qururlar; 124 00:19:41,420 --> 00:19:50,800 deyirlər, şəhərin üstü də, altı da, içəriləri də – şərqi, qərbi, hər yeri – yəhudilərin olmalıdır; 125 00:19:51,310 --> 00:20:01,420 bunlar hamısı puç və yanlış xəyallardır. Belə bir şey heç vaxt olmayacaq, Fələstin xalqı, heç şübhəsiz, buna qarşı çıxış edəcək 126 00:20:01,420 --> 00:20:08,680 və digər müsəlman xalqları da hamısı Fələstin xalqının arxasında duraraq, Allahın köməyi ilə, bunun baş verməsinə imkan verməyəcəklər. 127 00:20:09,080 --> 00:20:17,420 Əlbəttə, təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri nəinki Fələstin məsələsinə, 128 00:20:17,770 --> 00:20:24,570 hətta İslam dininin özünə belə etiqad bəsləmədiklərinə görə amerikalıların qarşısında özlərini fəda ediblər; 129 00:20:25,420 --> 00:20:35,310 yalnız dedikləri ilə oturub-durmaq deyil, özlərini onlara qurban edirlər. Səbəb isə ağılsızlıqları, cahillikləri, 130 00:20:35,940 --> 00:20:44,510 dünyəvi tamah və həvəsləridir. Bəzi dövlətlər – təəssüf ki, ərəb dövlətləri – belə bir vəziyyətdədir. 131 00:20:45,020 --> 00:20:51,480 Bunun da heç bir faydası yoxdur, heç bir təsiri olmayacaq, onların da arzusu ürəklərində qalacaq, Allahın köməyi ilə, 132 00:20:51,880 --> 00:21:00,510 İslam ümməti, müsəlman Fələstin xalqı öz düşmənlərinə, mütləq, qalib gələcək 133 00:21:01,020 --> 00:21:15,480 və Fələstin diyarında qondarma İsrail rejiminin kökünün kəsiləcəyi günə şahidlik edəcək. 134 00:21:36,680 --> 00:21:40,340 İnşallah, həcciniz qəbul olunsun; 135 00:21:41,020 --> 00:21:50,680 inşallah, əziz hacılarımız sağ-salamat gedib, əlidolu qayıtsınlar və biz də Allaha şükürlər edək. 136 00:21:50,680 --> 00:21:52,050 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.