1 00:00:00,570 --> 00:00:03,540 بسم الله الرّحمن الرّحيم 2 00:00:05,200 --> 00:00:12,800 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:22,170 --> 00:00:25,200 سيّما بقيّةالله في الارضين 4 00:00:26,570 --> 00:00:38,000 Gənc alimlərlə keçirilən görüşlər, doğrudan da, insanda sevinc və ümid hisləri yaradır. 5 00:00:40,280 --> 00:00:49,650 Əlbəttə ki, sizi üz-üzə, göz-gözə görməsəm belə, bu sevinc hissi məndə həmişə var, çünki bilirəm; 6 00:00:51,020 --> 00:01:00,680 sizin varlığınızdan, fəaliyyətinizdən, ölkədə istedadlı elm adamlarının yetişdirilməsi məqsədilə start verilmiş möhtəşəm hərəkatdan xəbərim var. 7 00:01:01,020 --> 00:01:10,740 Amma əlbəttə ki, sizinlə görüşmək bizi daha çox sevindirir. Bu gün bura gəldiyiniz üçün hamınıza çox təşəkkür edirəm 8 00:01:11,940 --> 00:01:26,850 və bugünkü görüşü bizə nəsib etdiyinə görə Allaha da şükürlər edirəm. Dediyim kimi, bu görüşlər insanda böyük ümid də yaradır. 9 00:01:26,850 --> 00:01:34,170 Ümid cəhətdən mən həmişə beləyəm; heç vaxt ümidsiz olmamışam, olmuram və inşallah, olmayacağam da, 10 00:01:34,400 --> 00:01:40,220 amma sizi yaxından görəndə, bu gün burada səslənən çıxışlarda olduğu kimi 11 00:01:41,140 --> 00:01:46,510 gözəl fikirlərinizi eşidəndə, təbii ki, adamın ümidi daha da çoxalır. 12 00:01:47,710 --> 00:01:58,400 Mən burada bir neçə məqamı qeyd etmişəm ki, söhbətimdə onlara toxunum: birincisi, elm adamları mövzusudur, 13 00:01:58,740 --> 00:02:09,370 ikincisi, universitetlər mövzusudur və əgər vaxtımız qalsa, ölkədəki ümumi vəziyyətlə də bağlı söhbət edəcəyəm. 14 00:02:11,370 --> 00:02:22,220 Bəri başdan deyim ki, burada səsləndirilən bəzi fikirləri yüzdə yüz qəbul edir və təsdiqləyirəm. 15 00:02:23,420 --> 00:02:30,910 Əlbəttə, bəzi fikirlər ixtisaslaşmış sahələrlə bağlı idi, mənim onlar haqda məlumatım yoxdur, 16 00:02:31,250 --> 00:02:42,340 amma dostlarımızın – çıxış edən xanım və cənabların burada toxunduğu bəzi məqamlar çox düzgün və əsaslı idi. 17 00:02:43,020 --> 00:02:49,650 Onlardan bəziləri elə bizim özümüzə aiddir; inşallah, maraqlanarıq, məşğul olarıq; 18 00:02:49,940 --> 00:02:57,020 bəziləri də elə bugünkü görüşdə iştirak edən möhtərəm rəsmilərimizə – nazirlərə, ölkə başçısının elmi məsələlər üzrə müavininə ünvanlanır. 19 00:02:57,420 --> 00:03:08,050 Xüsusən də o gəncimizin sonda bildirdiyi şikayətlər çox önəmlidir; 20 00:03:08,050 --> 00:03:17,310 onlara ciddi yanaşmaq lazımdır. Həmin gənc dostumuz məsələni ümumiləşdirib hamıya aid etsə də, mən bunu etmək istəməzdim, 21 00:03:17,820 --> 00:03:22,570 amma reallıq budur ki, belə şeylər var 22 00:03:22,800 --> 00:03:28,740 və dəyərli rəsmilərimiz, inşallah, bu problemlərlə ciddi surətdə məşğul olmalıdırlar. 23 00:03:29,200 --> 00:03:38,340 Elm adamlarına gəlincə; elm adamlarına bir neçə aspektdən yanaşmaq lazımdır; 24 00:03:38,340 --> 00:03:50,110 birincisi, sevinc, qürur, ümid və sair aspektindən; 25 00:03:51,420 --> 00:03:59,940 bu əslində elə ölkədəki mənzərənin düzgün təsviri deməkdir; 26 00:04:00,850 --> 00:04:08,740 yəni insan ölkəyə nəzər salıb, dörd bir yanda, müxtəlif sahələrdə elmi fəaliyyətlə məşğul olan on minlərlə gənc və istedadlı elm adamını görəndə 27 00:04:09,200 --> 00:04:15,250 bu onun ölkədəki mənzərəni düzgün qiymətləndirməsi üçün imkan yaradır. 28 00:04:16,340 --> 00:04:26,280 Deməli, elm adamlarına olan yanaşmanın aspektlərindən biri budur ki, onların varlığını müşahidə etmək insana ölkədəki sevindirici reallıqları nümayiş etdirir. 29 00:04:27,940 --> 00:04:34,340 Digər bir yanaşma aspekti isə ölkədəki problemlərin həlli üçün fəaliyyət proqramlarının hazırlanmasıdır; 30 00:04:34,340 --> 00:04:48,050 belə ki ölkədə fəal və düşünən beyinlər olmadığı zaman ölkədəki problemlərin həlli istiqamətində bir cür plan qurursan, 31 00:04:49,310 --> 00:05:00,910 minlərlə gənc, istedadlı, yüksək intellektli 32 00:05:00,910 --> 00:05:16,000 və heç şübhəsiz, aralarından bir qrupu idarəçilik qabiliyyətinə malik (axı yüksək intellekt heç də həmişə idarəçilik qabiliyyəti ilə müşayiət olunmur) gənc elm adamları olduğu zaman isə 33 00:05:16,620 --> 00:05:24,740 ölkə üçün bir başqa cür fəaliyyət proqramları qurmaq istəyirsən. Odur ki gənc alimlərə olan yanaşma bu baxımdan – 34 00:05:25,420 --> 00:05:31,820 onların ölkədəki problemlərin həlli istiqamətində 35 00:05:32,170 --> 00:05:39,480 aparılan planlamaya təsiri baxımından da ciddi əhəmiyyət daşıyır. Hətta misal üçün, 36 00:05:40,220 --> 00:05:53,650 neft iqtisadiyyatının müstəqil, elmi innovasiyalara əsaslanan müqavimət iqtisadiyyatına çevrilməsində də; 37 00:05:54,970 --> 00:06:02,970 əgər bizim fəal, dinamik və canıyanan elm adamlarımız olmasa, 38 00:06:03,710 --> 00:06:13,480 iqtisadiyyatımızdakı vəziyyəti dəyişmək üçün heç bir addım atmarıq. Hökumətin ixtiyarında işləməyə hazır olan, 39 00:06:14,110 --> 00:06:21,880 ölkəsinə can yandıran mütəxəssislər olduğu zamansa, təbii ki, qərar verən qurumlar ürəkli addım atır. 40 00:06:24,050 --> 00:06:35,250 Biri var ki, bizim, misal üçün, neft mühəndisliyi sahəsində nəzəri bilikləri olan mütəxəssislərimiz yoxdur, 41 00:06:35,650 --> 00:06:45,250 onda deyərik, lap yaxşı, indiyə qədər neft quyularımızdan hansı formada istifadə etmişiksə, qoy bundan sonra da o cür istifadə edək. Biri də var ki, yox, biz mühəndislik, 42 00:06:46,340 --> 00:06:57,880 o cümlədən neft mühəndisliyi sferasında fövqəladə inkişafa nail olmuşuq və neftdən istifadə məsələsində yeni bir layihəyə imza ata bilərik. 43 00:06:57,880 --> 00:07:06,800 Ötən il neft əməliyyatları ilə bağlı o yeni layihə gündəmə gətirildiyi zaman 44 00:07:07,370 --> 00:07:15,480 mən dedim ki, gəlin məsələni öz gənclərimizlə, öz mütəxəssislərimizlə müzakirə edin, 45 00:07:16,050 --> 00:07:23,250 deyin ki, neft quyularından hasilatımız, misal üçün, 30 faizi təşkil edir, 46 00:07:23,540 --> 00:07:30,570 bunu, məsələn, 60 faizə çatdırmaq istəyirik. Deyin, qoy işləsinlər; 2 il, 3 il vaxt da verin; 47 00:07:30,850 --> 00:07:41,250 heç şübhəsiz, buna nail olacağıq da. Odur ki gənc və istedadlı alimlərin varlığı bizim nəzərdə tutduğumuz fəaliyyət proqramlarına təsir göstərir. Bu da ikinci aspekt. 48 00:07:41,650 --> 00:07:48,170 Üçüncü yanaşma, üçüncü aspekt isə ölkənin elmi inkişafı məsələsidir. 49 00:07:48,570 --> 00:07:55,140 Bizim elmi cəhətdən inkişaf etməyə ehtiyacımız var; bu bizim mütləq ehtiyacımızdır. 50 00:07:55,770 --> 00:08:09,770 Əgər biz elmi cəhətdən inkişaf etməsək, sivilizasiyamıza düşmən olan mədəni və siyasi düşmənlərimizin təhdidləri daim davam edəcək. 51 00:08:10,170 --> 00:08:17,480 Bu düşmənçilik o zaman dayanacaq, yaxud azalacaq ki, biz elmi baxımdan inkişaf edək. 52 00:08:18,050 --> 00:08:27,370 Mən bu məsələni dəfələrlə vurğulamışam. 40 ilə yaxındır ki, mən bu məsələnin üzərində israr edirəm və bu hədisi-şərifi də dönə-dönə qeyd etmişəm ki, 53 00:08:27,600 --> 00:08:29,420 اَلعِلمُ سُلطان – 54 00:08:29,940 --> 00:08:39,310 elm gücdür, qüdrətdir. Elm adamlarına olan yanaşma bu baxımdan da əhəmiyyətlidir. 55 00:08:39,310 --> 00:08:47,310 Elm adamları ölkə elmini inkişaf etdirə, ölkəni risk və təhlükələrin azalacağı bir qüdrət 56 00:08:48,000 --> 00:08:53,650 və nüfuz məqamına çatdıra bilərlər. Bu da üçüncü aspekt. 57 00:08:53,650 --> 00:09:06,450 Və dördüncü aspekt: elmin sərhədlərini aşmaq. Bu gün dünya miqyasında – ölkə miqyasında yox, dünya miqyasında – 58 00:09:07,770 --> 00:09:19,420 elm konkret sərhədlərlə məhdudlaşdırılıb. Bu sərhədləri qırıb aşmaqda, genişləndirməkdə bizim də payımız olmalıdır. 59 00:09:19,650 --> 00:09:27,940 Son yüzilliklərdə bu pay çox cüzi olub, amma biz onu artırmağa qadirik. 60 00:09:29,880 --> 00:09:39,710 Buxar mühərrikini, elektrik mühərrikini başqaları kəşf ediblər, yeni-yeni ixtiralara başqaları imza atıblar; 61 00:09:40,620 --> 00:09:48,450 bizim də payımız olmalıdır; biz ölkəmizin qarşısına çəkilmiş elmi sərhədləri açıb irəli getməliyik. 62 00:09:48,910 --> 00:09:57,600 Allahın bizə bəxş etdiyi bu təbiətin güc və imkanları həddən artıq çoxdur. Qoy alimlərimiz oturub düşünsünlər, 63 00:09:58,620 --> 00:10:09,200 təbiətimizin yeni-yeni güc və imkanlarını kəşf etsinlər. Dünya yaranandan bəri elektrik mövcud olub, 64 00:10:10,800 --> 00:10:25,820 amma bilməmişik, insanların bundan xəbəri olmayıb, istifadə etməyiblər. Sonradan üstün bir beyin, yüksək bir intellekt bu kəşfi edib 65 00:10:26,000 --> 00:10:39,310 və hazırda elektrik bütün bəşər sivilizasiyasının mehvərinə çevrilib. Təbiətdə bəşəriyyətin həyatına, tərəqqisinə 66 00:10:39,540 --> 00:10:47,080 və səadətinə təsir göstərə biləcək onlarla belə qüvvə mövcuddur. Siz də düşünün; 67 00:10:47,080 --> 00:10:54,570 qoy həmin o gizli qüvvələrdən, imkanlardan bəzilərini də bizim alimlərimiz kəşf etsinlər. 68 00:10:54,800 --> 00:11:03,940 Biz elmi kəşflərin, ixtiraların sərhədlərini genişləndirməliyik. Odur ki elm adamlarına bu aspektdən də yanaşmaq lazımdır. Baxın, mən də məhz bütün bu aspektləri nəzərə alaraq 69 00:11:04,170 --> 00:11:09,420 alimlərə yüksək dəyər verir, sonsuz ehtiramla yanaşıram. 70 00:11:10,110 --> 00:11:15,820 Alimlərimiz həm həyatımıza, həm hökumətin proqramlarına, həm ölkənin, 71 00:11:16,170 --> 00:11:22,800 həm də ümumilikdə bəşəriyyətin inkişafına təsir göstərə bilərlər. 72 00:11:23,420 --> 00:11:33,820 Bəli, bir məqam da var ki, burada onu qeyd etmədən üstündən ötə bilmərəm: ölkəmizin ötən 200 ildə olan acınacaqlı vəziyyəti. 73 00:11:34,280 --> 00:11:42,170 Siz gənclərin – xüsusilə də müxtəlif sahələrdə elmi işlə məşğul olanların bu barədə məlumatı azdır. 74 00:11:42,620 --> 00:11:46,740 Çünki siz, təəssüflər olsun ki, bir qayda olaraq tarixi oxumursunuz. 75 00:11:48,110 --> 00:11:58,280 Biz dünya elminin karvanından 200 il geri qalmışıq; bu geriliyimizin səbəbi isə ölkəmizin elm adamlarına, 76 00:11:58,620 --> 00:12:08,220 istedadlı insanlarına göstərilən laqeyd münasibət olub. Bu gün ölkədə gördüyünüz bu istedadlar 77 00:12:08,800 --> 00:12:19,710 birdən-birə, öz-özünə yaranmayıb ki! Bu, tarix boyu olub; sübutu da Farabi, İbn Sina, Xarəzmi 78 00:12:20,170 --> 00:12:29,310 və təkcə bizdə yox, bütün dünyada məşhur olan yüzlərlə digər böyük İran alimləridir. 79 00:12:30,220 --> 00:12:39,540 Deməli, bu istedad həmişə olub; onda bəs elmin sürətlə inkişaf etdiyi bu son 200 ildə 80 00:12:39,770 --> 00:12:50,800 biz nəyə görə bu qədər geridə qalmalı, Qacar dövrünün sonlarında və Pəhləvi dövründə müasir elmlərin inkişafı baxımından 81 00:12:51,370 --> 00:13:00,450 ən geridə qalmış ölkələrdən biri kimi tanınmalı idik? Keçmişimizin bu səhifələri çox qəribə və acınacaqlıdır. 82 00:13:00,970 --> 00:13:07,710 Biz dünya əhalisinin təxminən yüzdə birini təşkil edirik – 83 00:13:08,680 --> 00:13:13,770 ölkəmizin əhalisi dünya əhalisinin təqribən yüzdə biri qədərdir; 84 00:13:14,400 --> 00:13:24,450 inqilabdan öncəki onilliklərdə də, demək olar, ki, bu cür olub; ola bilsin, bir qədər az, yaxud çox; yüzdə biri qədərik – 85 00:13:25,370 --> 00:13:34,050 elə isə dünyanın ümumi elmi fəaliyyətində də heç olmasa yüzdə bir faiz rolumuz olmalıdır. 86 00:13:35,770 --> 00:13:43,650 Pəhləvi dövrünün sonlarında – yəni 1357-ci ildə, 87 00:13:44,220 --> 00:13:55,420 mübarək İslam İnqilabının ortaya çıxması ilə sonuclanan o 200 illik mərhələnin axırlarında elmin inkişafı 0.1 faiz təşkil etmişdir; 88 00:13:56,170 --> 00:14:08,110 inqilab ili olan 1357-ci ildə elmi biliklərin inkişafının statistikası 0.1 faizdir; görün, biz nə qədər geri olmuşuq! 89 00:14:08,850 --> 00:14:17,480 Bunun səbəbi hakim qüvvələrin yetərsizliyi olub; başqa səbəbi yoxdur. Ölkəmizə yetərsiz, 90 00:14:18,000 --> 00:14:26,850 dünyapərəst, maddiyyatçı, asılı, səmərəsiz insanlar hökmranlıq edib; 91 00:14:27,310 --> 00:14:34,000 təkəbbürləri, ədaları yerə-göyə sığmayıb, yadların qarşısında isə ikiqat əyiliblər, 92 00:14:34,680 --> 00:14:42,970 öz xalqının mənafeyini düşünməyiblər. Ölkəmiz belə bir vəziyyətdə olub; o dövrün statistikası belə bir acınacaqlı vəziyyəti əks etdirir. 93 00:14:43,250 --> 00:14:54,110 Əlbəttə ki, Allahın lütfü sayəsində bu gün biz dünya elminin inkişafında öz payımıza düşəndən də artıq iştirak edirik; 94 00:14:54,110 --> 00:15:01,080 yəni təxminən öz payımıza düşəndən ikiqat artıq fəaliyyətimiz var. 1 faiz olmalıdır, 95 00:15:01,540 --> 00:15:07,650 hazırda isə təxminən 2 faizdir; 1.9 faiz elmi inkişafımız var ki, bu da müsbət bir haldır. 96 00:15:08,050 --> 00:15:13,140 Əlbəttə ki, bununla qane olmuruq, bundan da artıq olmalıdır, amma payımıza düşəni edirik. 97 00:15:14,000 --> 00:15:20,340 Bayaq cənab Dr. Qulami də, başqa çıxış edənlər də bəzi statistik rəqəmləri qeyd etdilər, 98 00:15:20,340 --> 00:15:24,280 vaxtımız olsa, mən də bəzi məqamlara toxunacağam. 99 00:15:25,600 --> 00:15:33,370 1313-cü ilin bəhmən ayında – siz bu şeylərə diqqət yetirməlisiniz; gözəl, mömin, 100 00:15:33,880 --> 00:15:39,250 düşünən, zəkalı və intellektli gənclər olaraq, siz ölkəniz haqda bunları bilməlisiniz – 101 00:15:39,480 --> 00:15:47,140 ölkənin ilk universiteti olan Tehran Universiteti təsis olunub. 102 00:15:48,450 --> 00:16:01,080 44 il sonra, yəni inqilabdan öncəki 1357-ci ildə 103 00:16:01,310 --> 00:16:10,280 ölkədə ümumilikdə ali məktəb tələbələrinin sayı 150 min nəfər olub. Əlbəttə ki, bir o qədər də məzun olub, 104 00:16:10,620 --> 00:16:22,910 amma ökədə 44 il ərzində universitet fəaliyyət göstərəndən sonra tələbələrin sayı cəmi 150 min nəfər ola?! 105 00:16:23,820 --> 00:16:34,570 Bu gün İslam İnqilabının qələbəsindən 40 il ötür, ölkəmizdə 4 milyondan çox tələbə var; bir neçə milyon nəfər də məzunumuz var. 106 00:16:35,080 --> 00:16:44,050 Yəni baxın: iki cür hökumətdir, iki cür dövlət quruluşudur; fərq özünü bu məqamlarda büruzə verir. 107 00:16:44,620 --> 00:16:53,650 Ölkəmizdə elmin, elm xadimlərinin qaranlıq və acı keçmişi belə olub; 108 00:16:53,940 --> 00:17:00,800 elm xadimləri yetişdirilməyib. Əmir Kəbir kimi bir adam ortaya çıxanda da o şəkildə atasına od vurublar. 109 00:17:01,480 --> 00:17:08,050 Pəhləvilərin dövründə vəziyyət bundan da betər olub, intəhası üzdə özlərini başqa cür göstəriblər; 110 00:17:09,480 --> 00:17:15,310 elmi, mədəni, əxlaqi, siyasi cəhətdən gerilik olub. 111 00:17:15,600 --> 00:17:24,280 Bu möhtəşəm elmi hərəkata görə İslam Respublikasına, İslam İnqilabına və dahi İmam Xomeyniyə (r.ə) təşəkkür etmək lazımdır. 112 00:17:24,280 --> 00:17:31,600 Yaxşı, mənim gənc alimlərlə bağlı bir neçə tapşırığım var; 113 00:17:31,880 --> 00:17:43,370 bir məsələ budur ki, elm adamları ilə ölkənin hakim dairələri arasında qarşılıqlı əməkdaşlıq olmalıdır; 114 00:17:43,710 --> 00:17:59,310 onlar ikitərəfli surətdə əməkdaşlıq etməlidirlər. Əlbəttə ki, bunu etmək istəyirlər, niyyətləri var, cənab Dr. Səttarinin çıxışında da bu mövzuya toxunuldu, 115 00:17:59,820 --> 00:18:15,820 lakin bu məsələyə daha ciddi yanaşmağımız lazımdır. Mən yenidən bu mövzuya qayıdıb, bu barədə daha ətraflı danışmaq istəyirəm. İkitərəfli əməkdaşlıq olmalıdır. 116 00:18:16,050 --> 00:18:25,820 Alimlər sarıdan bu ikitərəfli əməkdaşlıq özünü bu şəkildə göstərməlidir ki, onlar ölkənin inkişafı uğrunda bütün imkanlarını ortaya qoymalıdırlar. 117 00:18:26,340 --> 00:18:34,170 Əlbəttə ki, onlar bəzən bunu şəxsi səviyyədə edə bilərlər, bəzən isə dövlət qurumlarının köməyinə ehtiyac duyula bilər, 118 00:18:34,400 --> 00:18:39,820 lakin hər halda, elm adamlarının rolu öz ölkəsini irəli aparmaqdan, 119 00:18:39,820 --> 00:18:45,140 öz imkanlarını, potensialını və istedadını ölkəsinə xidmətə sərf etməkdən ibarətdir. 120 00:18:45,370 --> 00:18:55,080 Hökumətin və dövlət qurumlarının rolu isə xidmət etmək, əngəlləri ortadan qaldırmaq, 121 00:18:55,370 --> 00:19:04,910 elm adamlarının öz rolunu oynamaqdan geri qalmasına imkan verməməkdir. Belə ki əgər elm adamlarımız öz öhdələrinə düşən rolu oynaya bilməyib geri qasalar, 122 00:19:04,910 --> 00:19:13,200 ölkəmiz geri qalacaq. Elm adamları dinamik olmalı, özlərini inkişaf etdirməlidirlər, yoxsa sırf elm adamı olmaqla iş bitmir. 123 00:19:13,200 --> 00:19:24,450 Dinamik, inkişaf edən, fəal elm adamları ölkə üçün böyük bir sərvətdir. Bu, bir məqam. 124 00:19:24,910 --> 00:19:33,540 Diqqət yetirilməli olan digər bir məqam da var: bu gün dünyada müəyyən olunub ki, 125 00:19:33,540 --> 00:19:42,050 ölkələrin inkişafına insan resursları qədər heç bir şey təsir göstərmir; bu artıq dəqiq məlumdur. 126 00:19:42,510 --> 00:19:51,420 Bir ölkənin yaxşı və diqqətəlayiq insan resursları varsa, o ölkə irəli gedir, inkişaf edir, yoxsa, yox. 127 00:19:51,650 --> 00:20:02,000 Demək, insan resursları hər bir ölkə, o cümlədən bizim ölkəmiz üçün böyük bir sərvət, dəyərli bir xəzinədir. 128 00:20:02,340 --> 00:20:15,200 Bu sərvət, bu xəzinə mövcud olduğu təqdirdə də, istənilən başqa sərvət kimi, qarət və yağmalanma təhlükəsi altındadır, 129 00:20:17,770 --> 00:20:25,540 düşmən daim onu ölkənin əlindən qoparıb almaq məqsədi güdür. Əlbəttə ki, bu təkcə bizə aid deyil – 130 00:20:26,000 --> 00:20:32,000 hərçənd əziz ölkəmizə qarşı daha kəskin formada özünü göstərsə belə – 131 00:20:32,620 --> 00:20:43,770 imperializm sistemi bu sərvəti bütün dünya xalqlarının əllərindən almaq niyyətindədir. 132 00:20:43,940 --> 00:20:50,170 Bunu nə məqsədlə etmək istəyir? Özü istifadə etmək üçün? Xeyr, məsələ təkcə bununla bitmir. 133 00:20:50,170 --> 00:21:02,400 Əlbəttə ki, əgər özü istifadə edə bilsə, edəcək, amma digər əsas hədəfi inhisar yaratmaqdır. 134 00:21:02,740 --> 00:21:12,620 İmperializm sisteminin məqsədi monopoliya qurmaqdır: elmi monopoliya, texnoloji monopoliya, 135 00:21:12,850 --> 00:21:21,540 sərvət və güc yaradan bütün aktivlərin monopoliyasını; hədəfi budur. 136 00:21:22,110 --> 00:21:31,310 Elə buna görə də, gördüyünüz kimi, gəlib bir ölkədə alimləri terror edirlər; bizim nüvə alimlərimizi terrorla aradan götürdülər. 137 00:21:31,820 --> 00:21:41,540 Bu sərvətin bu ölkədə olmasını istəmirlər. Dediyim kimi, təkcə bizə də aid deyil; İraqda – 138 00:21:42,450 --> 00:21:56,740 Səddam gedəndən sonra amerikalılar bütün məsələləri birbaşa öz öhdələrinə götürdükləri 3-4 il müddətində 139 00:21:56,970 --> 00:22:03,080 onlarla iraqlı alim terror edildi. 140 00:22:04,340 --> 00:22:12,110 Amerikalılar bilirdilər k, Səddam olmaya-olmaya bu alimlər olsa, ölkəni hərəkətə gətirəcək, irəli aparacaqlar. 141 00:22:12,910 --> 00:22:19,480 Elə ona görə də araşdırıb, bir-bir o alimləri terror etdilər. Başqa yerlərdə də eynilə; 142 00:22:20,680 --> 00:22:29,540 monopoliya qurmaq istəyirlər; diqqətli olun! Deməli, elm adamları risk qrupundadır. Mən sizi qorxutmaq istəmirəm, 143 00:22:30,400 --> 00:22:39,370 sadəcə buna diqqətinizi çəkmək istəyirəm ki, imperializm sistemi 144 00:22:39,940 --> 00:22:49,940 hansısa ölkədə istedadlı elm adamlarının olmasının əleyhinədir; çünki məhz elm adamları hər bir ölkə üçün inkişaf mənbəyi, ən böyük sərvət hesab olunur. 145 00:22:50,400 --> 00:23:02,800 Hansı yolla mümkün olsa, o elm adamlarını həmin ölkənin əlindən almağa çalışırlar: ya fiziki cəhətdən aradan götürməklə, ya mədəni 146 00:23:03,200 --> 00:23:11,820 və ideoloji cəhətdən məhv etməklə, ya başlarını ölkə ilə əlaqəsi olmayan, şəxsi işlərə qatıb 147 00:23:12,510 --> 00:23:18,170 elmi işdən uzaqlaşdırmaqla və sair və ilaxır...Buna diqqət yetirməlisiniz. 148 00:23:18,450 --> 00:23:28,970 “İmperializm” sistemi deyəndə nə başa düşülür? Bizim siyasi və beynəlxalq leksikonumuza artıq illərdir daxil olmuş, 149 00:23:29,250 --> 00:23:42,170 çox güclü və tutarlı bir ifadə olan “imperializm sistemi” ifadəsi ilə nəzərdə tutduğumuz sistemin başında elə qüvvələr durur ki, onların əlində güc vasitələri var, 150 00:23:42,400 --> 00:23:53,710 amma bu gücü kontrol etmək üçün vasitələr yoxdur. Güc vasitələri bunlardır: siyasət, media, silah, pul, həyasızlıq – 151 00:23:54,170 --> 00:24:03,200 bunlar hamısı güc vasitələridir, gücü kontrol etməyin vasitələri isə din, əxlaq və şərəfdən ibarətdir; bunlar da ki, onlarda yoxdur! 152 00:24:04,450 --> 00:24:12,910 Ona görə də ağıllarına gələni edirlər. “İmperializm sistemi” dünyanın “müstəmləkəçilər”ə və “müstəmləkə altında yaşayanlar”a bölünməsi deməkdir; 153 00:24:13,250 --> 00:24:19,250 başçıları da bayaq dediklərimdir. İmperializm sistemindən ehtiyatlı olun. 154 00:24:20,000 --> 00:24:33,140 Sözümün davamı olaraq demək istəyirəm ki, ölkədə elmin inkişafına düşmən olan qüvvələrin 155 00:24:33,310 --> 00:24:41,600 elm adamlarını tovlayıb aldatmasının qarşısını almağın yolu elmi ictimaiyyət arasında milli kimliyi, milli ideologiyanı gücləndirməkdir. 156 00:24:42,340 --> 00:24:47,200 Ölkənin elmi ictimaiyyətində milli kimlik hissi gücləndirilməlidir. 157 00:24:48,800 --> 00:25:00,510 Elm adamlarımız iranlı və müsəlman olduqlarını hiss etməli, bundan qürur duymalıdırlar; bu hiss onlarda güclənməlidir; 158 00:25:02,570 --> 00:25:13,370 onlar çox şərafətli və dəyərli bir tarixin davamçısı olduqlarını bilməlidirlər. 159 00:25:14,570 --> 00:25:24,280 Bir vaxtlar bizim elmimiz bütün dünyada nüfuza malik olub, fəlsəfəmiz bütün dünyada ən üstün fəlsəfə olub; 160 00:25:24,570 --> 00:25:32,220 alimlərimiz, hüququmuz, fiqhimiz də eynilə. Biz o tarixin davamçılarıyıq. Əlbəttə, arada bir qırılma, durğunluq olub – 161 00:25:32,220 --> 00:25:39,420 dediyim kimi, minimum 200 il durğunluq yaşamışıq – amma İslam İnqilabının qələbəsindən sonra 162 00:25:40,050 --> 00:25:50,050 o möhtəşəm tarixi hərəkat yenidən davam edib və biz bütün çətinliklərə, qəsdən yaradılan bütün əngəllərə baxmayaraq, irəliləmişik. 163 00:25:50,050 --> 00:25:54,970 Biz bununla fəxr etməliyik; milli kimlik və ideologiya çox önəmlidir. 164 00:25:55,600 --> 00:26:11,480 Elm adamları olaraq sizin çiyinlərinizə ağır bir yük düşür. Sizin elmi istedadınız sizin üzərinizə bir məsuliyyət qoyur; 165 00:26:12,570 --> 00:26:22,280 əlbəttə, bütün məsuliyyətlər kimi, bu məsuliyyət də dünya və axirətdə şərəf, iftixar və nüfuz mənbəyidir. 166 00:26:22,620 --> 00:26:31,600 İnşallah ki, siz həm bu dünyada, həm də axirətdə başıuca olacaqsınız. Bilin ki, düşmənin planlarından biri də ideologiyanı, 167 00:26:31,940 --> 00:26:40,050 kimliyi məhv etməkdir; düşmənin can atdığı işlərdən biri də budur; düşmənin bu hücumlarına mühüm bir məqam kimi diqqət yetirin. 168 00:26:41,310 --> 00:26:55,770 Növbəti bir məqam: elm adamı olmağın göstəricisi, əlbəttə ki, insanın konkret ixtisas sahəsində gördüyü işlərdir. Çox da dəyərlidir, ölkənin və bəşər cəmiyyətinin idarəçiliyi üçün lazım olan müxtəlif ixtisaslar 169 00:26:57,020 --> 00:27:06,850 hamısı əhəmiyyətlidir; heç şübhəsiz, bu, çox yüksək bir dəyərdir. 170 00:27:07,020 --> 00:27:17,370 Lakin ölkəmizin elmi ictimaiyyəti bununla kifayətlənməməlidir. Alimlərimiz daha yüksək hədəflərə də diqqət yönəltməlidir; 171 00:27:18,340 --> 00:27:27,200 daha yüksək hədəflər də var: elm adamı öz ixtisasının atmosferinə o dərəcədə qərq olmamalıdır ki, 172 00:27:28,170 --> 00:27:39,770 ətrafında, cəmiyyətdə baş verənlərdən, camaatdan xəbəri olmaya. Bu olmamalıdır. 173 00:27:40,510 --> 00:27:56,970 Elm adamı insanların yaşamı ilə bağlı məsələləri unutmamalıdır; mənsub olduğu xalqın əsas və mühüm məsələlərini, müstəqilliyi, ədaləti, tərəqqini, 174 00:27:59,820 --> 00:28:05,250 sosial bəlalarla bağlı önəmli məsələləri yaddan çıxarmamalıdır. 175 00:28:05,650 --> 00:28:11,710 Elm adamı yalnız ixtisası olan elm sahəsi ilə məşğul olmamalıdır. 176 00:28:11,940 --> 00:28:19,650 Siz öz elmi fəaliyyətinizi ədalət bayrağı altında həyata keçirsəniz, dəyəri ikiqat artıq olar; 177 00:28:20,800 --> 00:28:27,480 milli istiqlal və milli kimlik bayrağı altında işləsəniz, işiniz daha da dəyərli olar. 178 00:28:28,170 --> 00:28:41,820 Hazırda biz məcburi surətdə iqtisadi, siyasi və təhlükəsizlik xarakterli bir savaşa cəlb olunmuşuq. Siz bu savaşa qarşı etinasız qala bilməzsiniz; bunu edə bilməzsiniz. 179 00:28:42,050 --> 00:28:54,570 İnsanlar Əmirəlmöminin (ə) Əlinin ətrafına toplaşıb, ondan hökmən xilafəti qəbul etməyini istədikləri zaman o həzrət belə buyurmuşdu: 180 00:28:54,800 --> 00:29:08,400 لَو لا حُضورُ الحاضِرِ وَ قيامُ الحُجَّةِ بِوُجودِ النّاصِرِ وَ ما اَخَذَ اللهُ عَلَي العُلَماءِ اَلَّا يُقارُّوا عَلي کِظَّةِ ظالِمٍ وَ لا سَغَبِ مَظلوم‌ 181 00:29:09,710 --> 00:29:17,020 – bu məsuliyyət olmasaydı, qəbul etməzdim; amma bu məsuliyyət var. Bu məsuliyyət nədən ibarətdir? 182 00:29:17,200 --> 00:29:21,250 اَلّا يُقارُّوا عَلي کِظَّةِ ظالِم “کِظَّة 183 00:29:21,540 --> 00:29:30,910 “کِظَّة” kəlməsi ərəb dilində acgözlüklə, 184 00:29:31,820 --> 00:29:43,200 yerindən tərpənə bilməyəcək qədər çox yeməyə deyilir; əlbəttə ki, burada qida qəbulu nəzərdə tutulmur; 185 00:29:44,910 --> 00:29:50,740 büdcədən olan o qanunsuz mənimsəmələr, astronomik maaşlar və sair nəzərdə tutulur; bunlar olmamalıdır. 186 00:29:52,050 --> 00:29:54,170 وَ لا سَغَبِ مَظلوم 187 00:29:54,400 --> 00:30:01,940 “سَغَب” – aclıq mənasındadır. Əmirəl-möminin (ə) buyurur ki, 188 00:30:02,400 --> 00:30:12,570 əgər bir tərəfdən acgöz, tutduğu vəzifədən sui-istifadə edən hakimlər, 189 00:30:12,800 --> 00:30:18,340 o biri tərəfdən də yoxsul və binəsib camaat qarşısında daşıdığım məsuliyyət sarıdan nigarançılığım olmasaydı, xilafəti qəbul etməzdim. 190 00:30:18,340 --> 00:30:20,620 Daha sonra isə buyurur: وَ ما اَخَذَ اللهُ عَلَي العُلَماء 191 00:30:20,850 --> 00:30:30,910 yəni siz alimlərin vəzifəsi təkcə dərs demək, elm öyrənmək və tədqiqat aparmaq deyil. 192 00:30:31,600 --> 00:30:33,880 Sizin öhdənizə düşən vəzifələrdən biri də: 193 00:30:34,280 --> 00:30:38,570 – başda oturanların tamahkarlığı və camaatın hüquqlarının pozulması qarşısında susmamaqdır. 194 00:30:39,480 --> 00:30:44,400 Diqqət yetirdinizmi? Bu da bir məqam. 195 00:30:44,680 --> 00:30:58,220 Bir məsələ də var: düşmənin ölkədəki vəziyyətlə bağlı yanlış təsəvvür yaratması. Bu gün bizim əleyhimizə çox kəskin bir şəkildə media təbliğatı aparılır; 196 00:30:58,340 --> 00:31:09,600 bu eynilə bir vaxtlar təhrik olunduğumuz məcburi savaşa bənzəyir. O müharibədə ilk vaxtlar bizim heç RPG-miz yox idi; RPG! 197 00:31:10,110 --> 00:31:18,970 Qarşımızda isə böyük zirehli birləşmələr səf çəkib durmuşdular. O zaman mən Əhvazda idim, 198 00:31:20,510 --> 00:31:29,250 düşmənin zirehli qoşunlarının, zirehli birləşmələrinin bir-birinin ardınca necə gəldiyini öz gözlərimlə görmüşdüm. Onların hamısı ilə döyüşmək üçün tank əleyhinə silah və texnika lazım idi; 199 00:31:29,250 --> 00:31:37,140 tank əleyhinə ümumi istifadədə olan, istənilən ordunun daim əlinin altında olan silah növü isə RPG-dir. Bizim RPG-miz yox idi! 200 00:31:38,050 --> 00:31:50,050 Ordumuzun taktiki silahı da yox idi; əlimizdə hətta bu da yox idi. Düşməninsə növbənöv silah və texnikası var idi. Bu gün də eyni vəziyyətdir. 201 00:31:50,850 --> 00:31:59,250 Bu gün düşmən qarşısında bizim media və təbliğat imkanlarımız eynən o vaxtkına bənzəyir. 202 00:31:59,480 --> 00:32:08,220 Əlbəttə, o vaxt biz düşmənə qalib gəldik, bu gün də gələcəyik; heç şübhəsiz, qalib gələcəyik, amma real vəziyyət budur. 203 00:32:09,140 --> 00:32:18,450 Əlindəki o geniş imkanlarla düşmənin həyata keçirmək istədiyi ən önəmli iş ölkəmizdəki vəziyyət barədə yanlış təsəvvür yaratmaqdır; 204 00:32:19,820 --> 00:32:29,480 düşmən bu yanlış mənzərə ilə nəinki təkcə dünya ictimaiyyətini, hətta ölkənin öz ictimaiyyətini də çaşdırmağa çalışır. 205 00:32:30,850 --> 00:32:39,600 Hətta ölkənin öz içində də ictimai fikri yanlış istiqamətə yönəltmək istəyir. Yəni bu ölkədə yaşayan, bu abu-hava ilə nəfəs alan bizi 206 00:32:39,940 --> 00:32:47,940 – məni və sizləri çaşdırmaq, mövcud reallıqdan fərqli düşünməyə sövq etmək üçün danışırlar. Bəli, hazırda bu müharibə var; 207 00:32:48,800 --> 00:32:56,450 əgər bu müharibədə rol oynaya bilməsək, elm adamları öz rollarını ifa edə bilməsələr, bu o deməkdir ki, öhdələrinə düşən vəzifəni yerinə yetirməyiblər. 208 00:32:56,450 --> 00:33:04,850 Odur ki qeyd etdiyim bu sonuncu məqam, habelə sizin öz elmi fəaliyyətinizi ədalət, inhisarın dağıdılması, 209 00:33:05,420 --> 00:33:14,740 zülmə qarşı mübarizə bayrağı altında həyata keçirməyiniz, ətrafınızdakı insanların yaşayışı ilə bağlı 210 00:33:15,600 --> 00:33:20,740 müxtəlif məsələlərə diqqət yetirməyiniz də zəruri işlərdəndir. Elm xadimləri barədə bu qədər. 211 00:33:20,740 --> 00:33:28,570 Əlbəttə, Elm Xadimləri Fondu da başqa bir söhbətin mövzusudur. Mən o fonda öz təşəkkürümü bildirməliyəm. 212 00:33:29,420 --> 00:33:36,620 Gecə-gündüz işləməliyik. Bayaq cənab Səttari burada “Vəl-fəcr 8” əməliyyatını misal çəkib dedi ki, 213 00:33:37,310 --> 00:33:46,110 həmin əməliyyatda bir neçə gün ərzində dövlətimiz, hərbçilərimiz düşmənin ən son modelli 80 hərbi təyyarəsini vuraraq 214 00:33:46,680 --> 00:33:53,820 yerə endirməyə müvəffəq olub. Bütün bu işləri həyata keçirən isə onun öz atası olub; 215 00:33:54,800 --> 00:34:04,220 mərhum briqada komandiri Şəhid Səttari. O insanlar yuxu yatmırdılar; şəxsən mən bunu bilirəm, hər şey gözlərim önündə baş verib. 216 00:34:04,970 --> 00:34:11,940 Elə olurdu ki, 48 saat keçirdi, onlar yatıb dincəlməyə macal tapmırdılar. 217 00:34:13,420 --> 00:34:23,420 O “HAG”- ı iki hissəyə bölmüşdülər ki, düşmən izləyib, havadan müdafiə sistemimizi vura bilməsin. “HAG”-ı burda işə salırdılar, 218 00:34:23,880 --> 00:34:31,600 raketi atırdı, dərhal yığışdırıb bir neçə kilometr o yana aparırdılar ki, düşmən qarşılıq verə bilməsin; 219 00:34:32,000 --> 00:34:41,080 yəni belə bir ağır işi həyata keçirirdilər. Onlar gecə-gündüz çalışdıqları üçün biz, 220 00:34:41,540 --> 00:34:49,540 az öncə cənab Səttarinin qeyd etdiyi kimi – və elə o cür də var – düşmənin 80-90 ədəd ən son modelli hərbi təyyarəsini endirə bildik. 221 00:34:50,570 --> 00:34:59,650 İndi də o cür işləmək lazımdır; bu gün də cənab Surna Səttari – o şəhidin oğlu – 222 00:35:00,000 --> 00:35:09,140 habelə onun dostları və həmkarları gecə-gündüz bilməməlidirlər. Gecə-gündüz bilmədən işləməlisiniz; 223 00:35:09,600 --> 00:35:19,820 işləyib istedadlı adamları üzə çıxarmalı, işə cəlb etməli, istiqamətləndirməli, təşkilatlandırmalı, 224 00:35:21,020 --> 00:35:33,420 sözlərini eşitməli, dərdlərinə çarə etməlisiniz ki, o gənc taekvandoçu oğlan kimi 225 00:35:33,770 --> 00:35:44,850 gəlib burda gileylənməsinlər, şikayət etməsinlər; yəni inşallah, gecə-gündüz bilmədən işləməlisiniz. 226 00:35:45,200 --> 00:35:55,310 Digər bir mühüm məqam: elm adamlarının istiqamətləndirilməsi ilə məşğul olan qurumların, 227 00:35:56,110 --> 00:36:05,250 əsasən də Elm Xadimləri Fondunun rəsmiləri diqqət yetirməlidirlər ki, gördükləri iş adət halını almış, gündəlik işə çevrilməsin. 228 00:36:05,480 --> 00:36:12,400 Adam bir işi əvvəlcə həvəslə, maraqla başlayır, sonradan – bir müddət keçəndən sonra o iş onun üçün adiləşir, 229 00:36:12,400 --> 00:36:22,170 adi, gündəlik bir işə çevrilir. Belə bir hal yaranmamalıdır. Daim yeni işlər 230 00:36:22,570 --> 00:36:31,420 və təşəbbüslər olmalıdır; metodları, üslubları, işləri, lazım gəlsə, elə qurumu da yeniləmək lazımdır. 231 00:36:34,280 --> 00:36:44,000 Elm Xadimləri Fondu az öncə qeyd etdiyim milli kimlik məsələsi ilə də bağlı, mütləq, proqramlar həyata keçirməli, 232 00:36:44,400 --> 00:36:53,710 Ali Rəhbərliyin universitetlərdəki nümayəndəliklərindən də istifadə edərək bu işdə kömək almalıdır. 233 00:36:53,940 --> 00:37:01,820 Elmi innovasiyalar əsasında çalışan şirkətlərə də əhəmiyyət vermək lazımdır. Eşitdiyimə görə, bu şirkətlər üçün müəyyənləşdirilmiş kriterilər aşağı düşüb. 234 00:37:02,170 --> 00:37:15,480 Halbuki mən daha əvvəl tapşırmışdım ki, buna imkan verməsinlər. Əlbəttə, bu sadəcə bir məlumatdır; 235 00:37:16,510 --> 00:37:21,770 hökmən araşdırın, bu məsələ ilə məşğul olun, elmi əsaslı şirkətlərin kriterilərinin aşağı enməsinə imkan verməyin. 236 00:37:22,000 --> 00:37:31,200 Rəqəmlərlə kifayətlənib məmnun olmayın; sözsüz ki, 3 min əvəzinə, 30 min elmi əsaslı şirkətimiz olsa, daha yaxşıdır, 237 00:37:31,480 --> 00:37:39,370 amma bir şərtlə: həqiqətən də, elmi innovasiyalar əsasında çalışan, zəruri kriterilərə cavab verən şirkətlər olsun. 238 00:37:39,600 --> 00:37:52,620 Və elm xadimləri ilə bağlı sonuncu məqam: çalışın, ölkənin idarə olunmasında elm adamlarından istifadə edəsiniz. 239 00:37:54,400 --> 00:38:02,220 Administrasiyanın orta bəndlərində belə gənclərə ehtiyac var. İndi siz, misal üçün, 240 00:38:02,570 --> 00:38:11,310 deyə bilərsiniz ki, o gənclərin yüksək səviyyəli idarəetmə postlarında iş təcrübəsi yoxdur. Olsun, 241 00:38:11,600 --> 00:38:18,000 orta səviyyəli idarəçilik işlərinin ki öhdəsindən gələ bilərlər; onlardan istifadə edin; xüsusilə də dindar olanlarından, 242 00:38:18,570 --> 00:38:26,910 dini, islami məsələlərə maraq göstərənlərindən. Əlhəmdulillah, sayları da az deyil, kifayət qədər çoxdur; demək olar, əksəriyyəti elə bu cürdür. 243 00:38:27,250 --> 00:38:32,280 Universitetlər barədə də bir neçə cümlə deyim; artıq vaxtımız da daralır. 244 00:38:32,910 --> 00:38:38,970 Son 40 ildə universitetlərimiz ölkəmizə xidmət edib. 245 00:38:39,600 --> 00:38:46,340 Bəziləri universitetlərimizə irad tutur ki, işləri-gücləri yalnız ISI – Elmi Məlumatlar İnstitutu üçün məqalələr və sair yazmaqdır. 246 00:38:46,510 --> 00:38:54,910 Bəli, bu iradı mən də bildirirəm; mən də dəfələrlə demişəm ki, sizdən məqalə istəyənlərin 247 00:38:54,910 --> 00:39:04,220 və ya 1 faiz artığını tələb edənlərin nə istədiyinə baxmayın. Baxın görün, öz ölkəniz nə istəyir! 248 00:39:04,220 --> 00:39:13,710 Mən bunu dönə-dönə demişəm, indi də vurğulayıram, amma bunu da demək və düşünmək olmaz ki, indiyə qədər universitetlərimiz 249 00:39:14,220 --> 00:39:24,800 ölkədəki problemlərə xidmət etməyiblər. Niyə ki?! Ölkədə bir bu qədər quruculuq işi həyata keçirilib. Bunları edən kim olub? 250 00:39:25,420 --> 00:39:30,970 Universitetlərin yetirmələri, əksəriyyət etibarilə gənclər! Mən burada qeyd etmişəm: 251 00:39:31,200 --> 00:39:41,940 bəndlər, elektrik stansiyaları, körpülər, yollar – bunlar hamısı ölkədə müşahidə olunan müsbət təzahürlərdir. Bu işləri kim həyata keçirib? 252 00:39:44,340 --> 00:39:51,650 Müharibənin əvvəllərində mən döyüşçülərə baş çəkmək üçün cəbhə bölgəsinə getmişdim. 253 00:39:51,820 --> 00:40:01,080 Orada cihad edən uşaqlar gəlib mənə söylədilər ki, biz bunker düzəltmək istəyirik. 254 00:40:01,080 --> 00:40:09,880 Bunker isə zahirən baxdıqda nə qədər sadə, bircə sütün kimi görünsə də, 255 00:40:09,880 --> 00:40:19,200 əslində texnologiyası çox mürəkkəb və önəmli olan bir konstruksiyadır - dedilər biz bunker düzəltmək istəyirik. Soruşdum, bacararsınız? Dedilər, bəli. 256 00:40:19,200 --> 00:40:29,650 Dedim, onda gedin düzəldin. Biz də bu işdə sizə nə kömək lazım olsa, edəcəyik. Və biz bunkerlərin qurulması sahəsində regionun aparıcı dövətlərindən birinə çevrildik! 257 00:40:30,740 --> 00:40:35,200 Fikir verirsiniz? Tələbə gənclər idi. 258 00:40:36,280 --> 00:40:44,000 Halbuki inqilaba qədər biz buğdamızı Amerikadan alırdıq, bunkerlərimizi də bizim üçün Sovet İttifaqı tikirdi. 259 00:40:45,540 --> 00:40:54,740 İnqilabdan əvvəl biz hökuməti həmişə buna görə qınayırdıq; amerikan buğdası, sovet bunkeri. 260 00:40:55,710 --> 00:40:59,480 Bizim bunu etməyə əsla gücümüz yox idi, amma o uşaqlar ürəklənib getdilər və bu işi həyata keçirdilər. 261 00:41:00,570 --> 00:41:09,200 Bu qədər iş görülüb, müasir standartlara cavab verən bu qədər yollar salınıb, son dərəcə gözəl və möhkəm körpülər tikilib; 262 00:41:09,540 --> 00:41:15,370 Tehranda bir cür, bölgələrdə bir cür, bəzi prospektlərdə bir cür! Bütün bunları kim edib? 263 00:41:15,650 --> 00:41:17,940 Universitetlərimizin məzunu olan uşaqlar. 264 00:41:18,850 --> 00:41:24,050 Müdafiə sənayesi; bizim müdafiə sənayemiz diqqətəlayiq səviyyədədir. 265 00:41:25,080 --> 00:41:35,250 Sevindirici haldır ki, ölkəmizdə universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığı çox yaxşı səviyyədə təmin edən sahələrdən biri də müdafiə sənayesidir; yəni onlar universitetlərlə əməkdaşlıq edir. 266 00:41:35,880 --> 00:41:42,170 Təəssüflər olsun ki, digər dövlət strukturlarının fəaliyyətində bu daha az müşahidə olunur. Müdafiə sənayesi isə bu əməkdaşlığı uğurla həyata keçirir; 267 00:41:43,020 --> 00:41:52,910 müxtəlif hərbi sənaye sahələri, raketlərin, pilotsuz uçuş aparatlarının istehsalı və sair bu kimi sahələr. Mühüm və çoxşaxəli bir sahə olan nüvə sənayesi; 268 00:41:53,200 --> 00:42:02,740 bundan bir neçə il əvvəl – hələ nüvə enerjisi bizim danılmaz hüququmuz olduğu dövrlərdə 269 00:42:03,480 --> 00:42:11,770 burada – bu hüseyniyədə geniş bir sərgi keçirmişdilər. Əksəriyyəti gənclər idi! 270 00:42:12,170 --> 00:42:17,820 Mən, bəlkə, 2-3 saat o sərgini gəzib stendlərə baxdım; hamısı cavan uşaqlar idi! Sizin yaşıdlarınız. 271 00:42:17,820 --> 00:42:24,510 O şeylərin hamısını universitetlərin uşaqları, tələbələr, məzunlar düzəltmişdilər; 272 00:42:24,680 --> 00:42:31,250 radar texnologiyası, aerokosmos sənayesi, bioelmlər, biotexnologiya, 273 00:42:31,880 --> 00:42:41,310 onlarla yeni rekombinant dərman preparatı, bioloji məhsullar, 274 00:42:41,540 --> 00:42:52,680 son dərəcə vacib əhəmiyyətli bir elm sahəsi olan kök hüceyrələri ilə bağlı əldə edilmiş nailiyyətlər. 275 00:42:53,140 --> 00:43:03,880 Kök hüceyrələri sahəsində rəhmətlik Şəhid Kaziminin övladları dünya miqyasında çox yüksək kəşflərə imza atıblar, 276 00:43:04,400 --> 00:43:13,250 həmin elmi kəşflərini texnologiyaya çeviriblər, o texnologiyadan da müalicə məqsədilə istifadə edirlər. 277 00:43:13,770 --> 00:43:21,250 Bu gün bu sahədə görülən işlər ölkədə mühüm əhəmiyyət kəsb edir; kifayət qədər böyük işlər həyata keçirilib, 278 00:43:21,540 --> 00:43:27,600 alimlərimiz də dünyanın ən tanınmış alimləri sırasındadır. 279 00:43:28,280 --> 00:43:33,770 Bu və bu qəbildən olan nailiyyətlər hamısı universitetlərin xidmətidir. 280 00:43:34,280 --> 00:43:44,850 Odur ki universitetləri ölkəyə xidmət etməməkdə günahlandırmaq olmaz. İnsafla demək lazımdır ki, universitetlərimiz bu günə qədər ölkəyə mühüm xidmətlər göstərib. 281 00:43:45,080 --> 00:43:54,400 Əlbəttə ki, işlərində nöqsanlar çoxdur; az öncə çıxış edən qardaş və bacılarımız da 282 00:43:54,620 --> 00:43:59,020 söhbət əsnasında onlardan bəzilərini qeyd etdilər. 283 00:43:59,250 --> 00:44:05,080 Mənim sizə tövsiyəm budur ki, bütün sferalarda 284 00:44:06,000 --> 00:44:19,140 elmi tədqiqatlar aparmağa çalışın; tədqiqatlara önəm verin. Sənaye müəssisələri ilə əlaqələr qurmağa ciddi yanaşın; universitetlərlə sənayenin – 285 00:44:19,600 --> 00:44:25,020 kənd təsərrüfatı da daxil olmaqla bütün sənaye sahələrinin – əlaqədə olması çox önəmli bir mövzudur. 286 00:44:25,310 --> 00:44:31,940 Universitetlər üçün də böyük bir uğurdur, sənaye müəssisələri üçün də. 287 00:44:32,170 --> 00:44:37,820 Elə etmək lazımdır ki, müxtəlif elm sahələrində 288 00:44:38,280 --> 00:44:47,140 dissertasiya yazan tələbələr elə mövzu götürən kimi 289 00:44:47,370 --> 00:44:54,510 özəl, yaxud dövlət sektorundan hansısa bir müəssisəyə təhkim olunsunlar. Biz bu səviyyəyə çatmalıyıq; 290 00:44:54,970 --> 00:45:02,400 bu gün dünyanın bir çox ölkələrində məhz bu cürdür. Tələbələrin müdafiəsində 291 00:45:02,620 --> 00:45:10,970 həmin dissertasiyanın mövzusu ilə əlaqəli olan müəssisənin sahibi gəlib oturur, elə oradaca 292 00:45:11,140 --> 00:45:19,370 öz elmi işini müdafiə edən tələbəni, necə deyərlər, ovlayır, elə oradaca müqavilə imzalayır və gələcəkdə ondan istifadə edir. 293 00:45:19,820 --> 00:45:26,620 Sənaye müəssisələri universitetlərdən və əksinə – universitetlər sənaye müəssisələrindən kifayət qədər yararlana bilər. 294 00:45:27,020 --> 00:45:31,480 Lakin indiyə qədər bu əməkdaşlıq hələ bizim dediyimiz və istədiyimiz səviyyədə olmayıb. 295 00:45:31,710 --> 00:45:39,140 Aradan 9 il keçəndən sonra “Kompleks elmi plan”ı yeniləmək lazımdır. 296 00:45:39,480 --> 00:45:45,600 Əlbəttə, bu sənəd çox yaxşı hazırlanıb, lakin hazırda üstündən 9 il keçib. 297 00:45:45,820 --> 00:45:54,400 Həmin sənədə bir daha nəzər salmaq, yeniləmək, bəzi məsələlər var ki, onları ora əlavə etmək lazımdır. 298 00:45:54,400 --> 00:45:57,370 Və əlbəttə ki, bu sənədə hamı ciddi əhəmiyyət verməlidir. 299 00:45:57,600 --> 00:46:03,940 Sıçrayışlı inkişaf yolu tutmuş ölkələrlə – 300 00:46:04,280 --> 00:46:13,420 yəni Asiya ölkələri ilə elmi əlaqələrin qurulması. Nəzərimizi əsasən Şərqə yönəltməliyik. Gözümüzü Qərbə, Avropaya və sairə dikmək 301 00:46:13,710 --> 00:46:21,880 bizə durğunluqdan, başağrısından, minnətdən, alçalmaqdan başqa heç bir şey gətirməyəcək. 302 00:46:22,340 --> 00:46:26,970 Şərqə tərəf baxmalıyıq. Bizə kömək edə biləcək, 303 00:46:26,970 --> 00:46:38,450 bərabər statusla üz-üzə gəlib bizim də onlara kömək edə biləcəyimiz ölkələr var. Onlarla elmi nailiyyətlərin mübadiləsini edə bilərik. 304 00:46:39,080 --> 00:46:49,940 Ehtiyac və prioritetlərin müəyyənləşdirilməsində hökumətlə əməkdaşlıq; yəni universitetlər dövlətlə bu formada əməkdaşlıq etməli 305 00:46:50,620 --> 00:46:56,910 və dövlətin ehtiyacı olan işləri həyata keçirməlidir. Bu yaxınlarda bir qrup universitet müəlliminin 306 00:46:57,370 --> 00:47:03,710 iqtisadi problemlərin həlli ilə bağlı atdığı o addım məni, həqiqətən də, çox sevindirdi. Çox yaxşı bir iş idi. 307 00:47:03,710 --> 00:47:10,450 Düzdür, mən hökumətin o tövsiyələrə nə dərəcədə əməl edib-etmədiyini bilmirəm – o başqa söhbətdir – 308 00:47:10,800 --> 00:47:17,140 amma ölkənin professorlarının, iqtisadçılarının özlərində bu cür məsuliyyət hiss etməsi çox yaxşı bir şeydir. 309 00:47:17,600 --> 00:47:21,200 Müxtəlif kollektivlər, xüsusilə də bəsici universitet müəllimləri 310 00:47:21,540 --> 00:47:29,370 bizə çoxsaylı məktublar yazır; əlbəttə, biz də onları hökumətə göndəririk ki, müvafiq tədbirlər görsünlər. 311 00:47:29,650 --> 00:47:37,770 Hökumət nümayəndələrinin özlərinə, möhtərəm ölkə başçısına da istər kollektivlər, istərsə də ayrı-ayrı insanlar tərəfindən ölkədə mövcud olan banklar, likvidlik, 312 00:47:38,050 --> 00:47:44,050 valyuta və sair bu kimi problemlərlə bağlı bu cür məktublar çox ünvanlanır. 313 00:47:44,970 --> 00:47:52,220 Gözəl ideyaları olan gənc mütəxəssislərimizdən bir neçəsi fərdi surətdə 314 00:47:52,740 --> 00:48:01,020 bizə müraciət edərək bütün bu problemlərin həlli yolları ilə bağlı öz tövsiyələrini təqdim ediblər. Əlbəttə, mən də baş idarədə göstəriş vermişəm ki, onlar hamısı araşdırılsın, icmal halına gətirilsin 315 00:48:02,000 --> 00:48:11,250 və istifadə edə bilmələri üçün ölkənin icraedici rəsmilərinə göndərilsin. Bütün bunlar çox yaxşıdır, universitetlərlə hökumət arasında əlaqənin təmin olunması mövzusunun gündəmə gətirilməsi 316 00:48:11,540 --> 00:48:16,050 mühüm məsələlərdən biridir. Bununla da söhbətimin bu hissəsini tamamlamaq istəyirəm. 317 00:48:16,220 --> 00:48:21,200 Məncə, vaxtımız da qurtarır; elə bilirəm, artıq azandır. 318 00:48:21,480 --> 00:48:31,710 Mən ölkədəki məsələlərlə bağlı toxunmaq istədiyim məqamları burada özüm üçün qeyd etmişdim. Onları bir cümlə ilə xülasələndirmək istəsəm, deməliyəm ki, 319 00:48:32,050 --> 00:48:40,110 düşmən ölkəmiz haqqında yanlış və çirkin bir təsəvvür yaratmaq istəyir. Onun yaratdığı mənzərə reallığın tam əksinədir. 320 00:48:41,310 --> 00:48:50,510 Əslində müxtəlif aspektlərdən baxdığımız zaman ölkəmizdə ürəkaçan və gözəl bir mənzərə olduğunu müşahidə edirik; 321 00:48:51,420 --> 00:49:01,140 müxtəlif aspektlərdən; indi ola bilsin ki, 3-5 gün valyutanın dəyəri qalxıb-enir, əhali dolanışıq problemləri ilə üzləşir; bunlar var, bunları bilirik, 322 00:49:01,540 --> 00:49:10,280 amma düşmənin qələmə vermək, məcburən boynumuza qoymaq istədiyi o mənzərə – 323 00:49:10,280 --> 00:49:15,770 elə onun özünə göz dağı olaraq – yoxdur, bəlkə onun tam əksi var. 324 00:49:16,570 --> 00:49:22,510 Azan verildi və təbii ki, biz də söhbətimizi yekunlaşdırırıq. 325 00:49:24,170 --> 00:49:32,050 Azandan sonra namaz və nahardır. 326 00:49:32,340 --> 00:49:39,370 Əgər istəsəniz, biz də ölməyib sağ qalsaq, 327 00:49:39,770 --> 00:49:43,480 sizlərlə bir daha görüşə bilsək, ola bilsin, ölkədəki problemlərlə bağlı yenə də söhbət edərik. 328 00:49:43,770 --> 00:49:46,970 Allah hamınıza qüvvət versin, Allah sizi qorusun. 329 00:49:47,200 --> 00:49:54,740 Bu gün siz hamınız gözəl, yamyaşıl fidanlarsınız. Arzu edirəm ki, inşallah, 330 00:49:55,370 --> 00:49:59,540 barlı-bəhərli, pak ağaclara çevrilib, ölkəniz üçün faydalı olasınız. 331 00:49:59,710 --> 00:50:00,910 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.