1 00:00:00,450 --> 00:00:03,600 بسم الله الرّحمن الرّحيم 2 00:00:05,200 --> 00:00:15,480 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:25,080 --> 00:00:32,620 و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهديّين المعصومين 4 00:00:35,250 --> 00:00:40,220 و السّلام علي شهدائنا الابرار المکرّمين 5 00:00:40,740 --> 00:00:51,370 Şəhidlərin pak ruhlarına Allahın, Onun saleh bəndələrinin və mələklərinin salamı olsun; 6 00:00:52,400 --> 00:01:04,800 tarixin bütün şəhidlərinə; İslam şəhidlərinə, İslam İnqilabı və müdafiə uğrunda – inqilabın, İslamın, 7 00:01:05,540 --> 00:01:14,340 müqəddəs Əhli-Beyt (ə) ziyarətgahlarının və bu günə qədər ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanlara. 8 00:01:14,910 --> 00:01:21,420 Möhtərəm şəhid ailələri, atalar, analar, şəhidlərin həyat yoldaşları, övladları, çox xoş gəlmisiniz! 9 00:01:23,880 --> 00:01:44,050 Allahın saleh bəndələri şəhid ailələrinin, ataların, anaların, şəhidlərin həyat yoldaşlarının, övladlarının, bacı və qardaşlarının qədrini yaxşı bilir. 10 00:01:46,680 --> 00:01:56,170 Ona görə ki, Allah-taala özü sizə salam və salavat göndərmişdir: 11 00:01:56,680 --> 00:02:01,020 “Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir”. (“Bəqərə” surəsi, 157-ci ayə) 12 00:02:02,000 --> 00:02:13,370 Allahın bir kəsə salam və salavat göndərməyi o şəxsin Haqq dərgahında çox yüksək və önəmli bir məqama sahib olması deməkdir. 13 00:02:13,880 --> 00:02:24,620 Səbəbi isə odur ki, siz səbir etmisiniz, dünyada əksər insanlar üçün böyük bir kədər sayılan övlad itkisi müsibətini 14 00:02:24,850 --> 00:02:31,250 bir bayrama, mübarək bir hadisəyə çevirmisinz. 15 00:02:32,740 --> 00:02:40,800 Allah-taalanın sizin gənc övladınızı öz yanında 16 00:02:41,420 --> 00:02:44,740 “Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur”. (“Ali-İmran” surəsi,169-cu ayə) – 17 00:02:45,020 --> 00:02:57,820 yaşadıb nemətlərdən bəhrələndirməsindən təsəlli tapmısınız. Şəhid ailələrinin bu səbri bu cür yüksək dəyərə malikdir. 18 00:02:59,820 --> 00:03:14,740 Şəhidlərin mesajı, həqiqətən də, müjdəvericidir; biz bu mesajı eşidə bilmək üçün qulağımızı, eşitməmizi islah etməliyik. 19 00:03:15,480 --> 00:03:23,820 Bəziləri şəhidlərin mesajını eşitmir, amma bu, Qurani-Kərimin ayəsində də öz əksini tapıb: 20 00:03:23,820 --> 00:03:33,540 “... arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayə) 21 00:03:34,910 --> 00:03:43,420 Şəhidlərin mesajı qorxu və kədəri inkar edir. 22 00:03:44,620 --> 00:03:50,450 Əlbəttə ki, qorxu və kədər bilməməyin ən mükəmməl nümunəsi elə şəhidlər özləridir. 23 00:03:51,820 --> 00:04:04,570 Hər kəsin öz canının hayında olduğu o qorxu və kədər dolu meydanda 24 00:04:05,200 --> 00:04:11,540 Allah yolunda şəhid olanların – yəni sizin gənc balalarınızın hamısının 25 00:04:11,940 --> 00:04:21,540 mesajı özləri və həmçinin başqaları üçün müjdədir; istər Müqədəs Müdafiədə, 26 00:04:22,110 --> 00:04:34,620 istər sərhədlərimizin qorunması, istər təhlükəsizliyin təmin olunması, istərsə də Əhli-Beyt (ə) ziyarətgahlarının toxunulmazlığı uğrunda 27 00:04:35,310 --> 00:04:45,310 şəhid olanlar olsun. Məhz elə buna görə də İmam Xomeyni (r.ə) buyururdu ki, 28 00:04:46,220 --> 00:04:57,250 “Şəhadəti bilən xalq əsarət bilməz!” 29 00:04:58,570 --> 00:05:10,000 Siz Allah yolunda fəda olmağa böyük bir uğur kimi baxaraq 30 00:05:11,420 --> 00:05:29,080 şəhid olmaq üçün qorxu bilmədən təhlükənin üzərinə getdiyiniz zaman dünyada heç bir qüvvə sizin qarşınızı ala bilməz. 31 00:05:30,050 --> 00:05:36,510 Qüdrət və qələbə o xalqa, o topluma aiddir ki, 32 00:05:37,020 --> 00:05:48,850 onlar bu yolda qarşılarına hansısa təhlükə çıxacağı, ziyanla üzləşəcəkləri, şəhid olaraq dünyadan gedəcəkləri təqdirdə 33 00:05:49,940 --> 00:05:54,050 uduzmuş yox, udmuş olacaqlarına inanırlar. 34 00:05:54,850 --> 00:06:03,480 Bu ruhiyyənin, bu əqidənin daşıyıcısı olan bir xalq üçün məğlubiyyət yoxdur! O xalq daim irəli gedəcək; 35 00:06:04,050 --> 00:06:15,420 necə ki İran xalqı da bu günə qədər özünün olduqca təhlükəli və zəhmətli yolunda daim irəli gedib. 36 00:06:16,740 --> 00:06:24,800 Zarafat deyil, dünyanın zalım, xəbis və korrupsioner güclərinin hamısı 37 00:06:25,310 --> 00:06:33,880 əl-ələ verərək İran xalqının qarşısında dura, amma bu 40 ildə heç bir qələt də edə bilməyələr, 38 00:06:34,850 --> 00:06:43,820 o körpə fidan bugünkü pak, möhkəm, yerindən tərpədilməsi mümkün olmayan 39 00:06:45,420 --> 00:06:54,970 köklü-köməcli ağaca çevrilə! Buna nəyin sayəsində nail olunub? 40 00:06:56,220 --> 00:07:05,310 Ölkənin taleyinə bu qürur və iftixarı yazan xalqımızın, yəni bax elə sizin gənc övladlarınızın şəhadətə bəslədiyi etiqad olub; 41 00:07:06,570 --> 00:07:19,200 göz yaşı töküb Allah yolunda şəhid olmağı arzulayan, ata-anasına yalvarıb: 42 00:07:19,880 --> 00:07:28,970 “Siz cəbhəyə getməyimə razı olmadığınız üçün mən əməliyyata getsəm də, şəhid olmadım. Siz razılaşın ki, mən şəhid ola bilim”, – deyən cavanların etiqadı. 43 00:07:30,970 --> 00:07:43,480 Mən müqəddəs ziyarətgahların müdafiəsi uğrunda şəhid olmuş hərbçilərdən birinin bioqrafiyasında oxumuşdum ki, həyat yoldaşına belə deyirmiş: “Sən mənim şəhid olmağıma razı deyildin, 44 00:07:43,480 --> 00:07:52,510 sən imkan vermirsən ki, mən şəhid olam”. Həyat yoldaşına yalvarıb-yaxarır ki, razılaş, qoy mən də şəhid olum. 45 00:07:53,820 --> 00:08:05,820 Maddi dünya bu sözlərin mənasını anlamır, dərk etmir. Bizim mömin və inqilabçı gənclərimizə 46 00:08:07,020 --> 00:08:17,540 keşməkeşli hadisələrin qarşısında dağ kimi möhkəm dayanmaq gücü verən məhz bu ruhiyyə və etiqaddır. 47 00:08:18,680 --> 00:08:38,280 Bəli, dəfələrlə demişik ki, bəzi inqilabçılar yarıyoldan qayıdıblar; inqilabın itkiləri olub, bəzi adamların qəlbi dünyaya daha çox bağlı olub. 48 00:08:38,570 --> 00:08:52,620 İslamın yer üzünə gəldiyi ilk illərdə də belə olub; o zaman da başlanğıcda inqilabçı kimi çıxış edən bəzi insanlar ömürlərinin ortasında və axırında dünyanı seçiblər. 49 00:08:52,800 --> 00:09:01,650 Düzdür, bu var, amma bu itkilərlə yanaşı, bizim dəfələrlə artıq qazancımız da olub; 50 00:09:02,680 --> 00:09:14,910 inqilabın qazancı. Elə inqilabın möcüzəsi də budur. Aradan 40 il keçəndən sonra görürsən ki, 51 00:09:15,770 --> 00:09:25,600 nə İmam Xomeynini, nə inqilabı, nə də Müqəddəs Müdafiəni görmüş, o illərin tarixi qəhrəmanlıqlarının yaxından şahidi olmamış mömin 52 00:09:26,170 --> 00:09:33,310 və müsəlman bir gənc bu gün eynən inqilabın ilk illərinin gənclərində – 53 00:09:34,340 --> 00:09:47,650 Himmətdə, Xərrazidə və bu sıradan olan digər şanlı şəhidlərdə olan güclü inqilabi ruhiyyə ilə döyüş meydanına yollanır, şövqlə, öhdəsinə düşən məsuliyyəti hiss edərək, 54 00:09:48,050 --> 00:09:56,340 şücaətlə düşmənin qarşısında durur. Bax buna görə mən həmişə deyirəm ki, bugünün mömin gəncləri 55 00:09:57,080 --> 00:10:07,200 inqilabın əvvəlindəki gənclərdən stimul baxımından irəli olmasalar belə, heç geri də qalmırlar. 56 00:10:08,570 --> 00:10:17,600 Bunlar inqilabın qazancıdır. İnqilabın və İslam Respublikasının möcüzəsi də elə budur ki, 57 00:10:18,000 --> 00:10:27,770 hər cür zəhmətə qatlaşmağa hazır olan o güclü, polad kimi əyilməz ruhiyyəni bu gün sizin verdiyiniz şəhidlərin timsalında 58 00:10:28,280 --> 00:10:39,480 təkrar-təkar yaratmağı bacarır. Onlar bizim üçün iftixar mənbəyidir, bu inqilabın və bu ölkənin daşıyıcı sütunlarıdır. 59 00:10:39,770 --> 00:10:52,110 Bu ölkəni qoruyub saxlayan məhz sizin gəncləriniz olub; sizin gəncləriniz! Dünyanın imperialist güclərinin, cinayətkar Amerikanın şah diktaturası dövründə olduğu kimi 60 00:10:52,620 --> 00:11:05,250 bu ölkədə ağalıq etməsinə əngəl olan məhz bu torpağa tökülən pak qanlar olub. Onlar imkan verməyiblər, sizin gənc övladlarınız buna imkan verməyiblər. 61 00:11:06,850 --> 00:11:17,140 Bu şəhadətlər, bu şücaətlər, ata-anaların, həyat yoldaşlarının bu səbri olmasaydı, 62 00:11:17,650 --> 00:11:29,650 bilmək olmaz, ölkənin vəziyyəti necə olardı, ölkəmiz bu genişmiqyaslı imperializm cəbhəsinin qarşısında dura bilərdi, ya yox. 63 00:11:30,280 --> 00:11:44,000 Dura bildik, çünki bu ölkənin sizin balalarınız kimi gəncləri var idi; və elə gənclər yenə də var; xalq da onların qədrini bilir. 64 00:11:45,480 --> 00:11:57,020 Görün o pak nəşlərin – elə hazırda verdiyimiz şəhidlərin; sərhədlərimizi, müqəddəs ziyarətgahları, 65 00:11:57,710 --> 00:12:06,910 ölkədə asayiş və təhlükəsizliyi qoruyarkən şəhid olan insanların – dəfnində xalq hansı səviyyədə iştirak edir! Dünən Kohgəluyə və Boyerəhməddə 66 00:12:07,710 --> 00:12:21,020 böyük xalq kütləsinin şəhid bir əskərin pak nəşini son mənzilə necə yola saldığını gördünüzmü?! Belədir, bu xalq şəhidlərinin qədrini bilir. 67 00:12:22,740 --> 00:12:31,710 Qərbin maddi dünyası üçün ürəyi axan 3-4 nəfər düşüncəsiz adam 68 00:12:32,510 --> 00:12:41,250 mənasız təhlillər edir. Qoy etsinlər, amma reallıq onların dediyi kimi deyil. 69 00:12:42,570 --> 00:12:53,370 İslam Respublikası mənəviyyatı ilə, ideologiyası ilə, fədakar, imanlı insanları ilə, 70 00:12:54,970 --> 00:13:00,340 imanlı ata-anaları, həyat yoldaşları, gəncləri ilə güclüdür. 71 00:13:00,570 --> 00:13:13,650 Bu günə qədər bu ölkəni qoruyub saxlayan ailəsindən, sevdiyi həyat yoldaşından, şirindilli körpəsindən 72 00:13:14,000 --> 00:13:22,050 vaz keçərək gedib Allah yolunda mübarizə aparan, canını təhlükəyə atan gənclər olub; 73 00:13:22,050 --> 00:13:30,450 inqilabın gücü bu cür insanların, bu cür imanların varlığına bağlıdır. Düşmənsə bunu dərk etmir. 74 00:13:30,740 --> 00:13:43,650 Və sizə deyim ki, müsəlman İranının ən öndə gedən düşmənləri çirkab içindədir; 75 00:13:44,000 --> 00:13:58,400 əxlaqsızlıq, siyasi korrupsiya çirkabı; boğaza qədər bu çirkaba batıblar. Amerikanın dövlət adamlarına baxın; 76 00:13:59,310 --> 00:14:10,220 görün necə pulpərəst, haqsız, insanların, xalqların canına və malına qarşı necə etinasızdırlar! Yəmən bunun bariz nümunələrindən biridir. 77 00:14:10,800 --> 00:14:21,250 Yəməndə cinayəti törədən Səudiyyə hökumətidir, amma amerikalılar da bu cinayətə ortaqdır. Özləri də bunu dilə gətirib deyirlər. 78 00:14:21,600 --> 00:14:32,800 Xəstəxanaları vururlar, bazarları vururlar, insanların sıx toplaşdığı məkanları vururlar. Hərbi əməliyyatdan söhbət getmir, xalqlara düşməndirlər! 79 00:14:34,510 --> 00:14:40,740 Bunlar cinayətkardırlar, çirkaba qərq olublar! Amerikanın siması budur. 80 00:14:42,220 --> 00:14:52,400 İran xalqı Amerikanı və onun timsalında imperializmi düzgün tanımaq istəyirsə, 81 00:14:52,620 --> 00:15:02,280 bu günə baxsın, onların o prezidentinin və hazırkı ABŞ rəsmilərinin əməllərinə baxsın. Özü də təkcə bunlar deyil, hamısı belədir. 82 00:15:03,600 --> 00:15:14,570 Sadəcə, bunlar o çirkin və nifrətəlayiq simalarını açıq-aşkar göstərdilər, yoxsa hamısı eynidir. 83 00:15:15,310 --> 00:15:24,110 İran İslam Respublikası bunların qarşısında durub. Müsəlman İranı bunların haqsızlığına, ədalətsizliyinə, 84 00:15:24,620 --> 00:15:32,970 əxlaqsızlığına və siyasi korrupsiyasına qarşıdır. 85 00:15:34,510 --> 00:15:42,910 Əlbəttə ki, özünün suverenliyi, mübarizliyi ilə İran İslam Respublikası dünyanın hegemonlarının düşmənçiliyini qazanır. 86 00:15:43,540 --> 00:15:53,020 Onlar ağalıq etmək, hamını öz hakimiyyətinə tabe etmək arzusundadırlar. Onlar istəyirlər ki, İran inqilabdan əvvəlki, 87 00:15:53,250 --> 00:16:01,020 hər işində ixtiyar sahibi olduqları İran olsun; eynilə bəzi digər zəif ölkələrin hazırda olduğu kimi. 88 00:16:01,370 --> 00:16:13,820 Özünüz də görürsünüz, hansısa ölkəyə, guya ki, dostluq əli uzadırlar, amma əvəzində sərvətini talayıb aparır, sonra da: “Bunlar bizim südverən inəyimizdir” – deyib istehza edirlər. 89 00:16:14,680 --> 00:16:30,170 Onlar istəyirlər ki, bizim əziz, böyük, iftixarlı İranımız və şücaətli İran xalqı da eynən həmin ölkələr kimi əllərinin altında olsun. 90 00:16:30,910 --> 00:16:35,080 Lakin bu günə qədər bu hədəflərinə çatmayıblar, bundan sonra da əsla çatmayacaqlar! 91 00:16:57,940 --> 00:17:13,020 Dahi liderimiz İmam Xomeyni (r.ə) Amerikanı “Böyük Şeytan” adlandırıb. Şeytan nədir? Şeytan elə bir varlıq, elə bir ünsürdür ki, 92 00:17:13,250 --> 00:17:19,770 dünyanın bütün dindar və təkallahlı insanları ona qarşı durmalıdırlar. 93 00:17:21,250 --> 00:17:32,970 İmam Amerikaya bu adı verməklə əslində yer üzündəki bütün dindar, təkallahlılıq inancında olan insanları, 94 00:17:33,370 --> 00:17:44,400 bütün vicdanlı xalqları Amerikaya qarşı səfərbər etmişdir. Bu hədəf indiyə qədər önəmli dərəcədə uğur qazanıb 95 00:17:44,740 --> 00:17:53,420 və inşallah, bundan sonra daha da çox uğur qazanaraq reallaşacaq. Düşmən də İran xalqını öz yolundan sapdırmaq üçün çalışır. 96 00:17:53,710 --> 00:18:07,540 Əlbəttə ki, Amerikanın İran xalqı ilə bağlı cızdığı planlar puça çıxıb. Artıq xalqımızın əleyhinə işlədib ona zərbə vura biləcəkləri bir planları qalmayıb, 97 00:18:07,540 --> 00:18:13,020 əllərindən gələni ediblər; gələcək planları da nəticəsiz olacaq. 98 00:18:13,420 --> 00:18:20,740 Son vaxtlar atdıqları addımlar (son bir neçə ildə gördükləri işləri nəzərdə tuturam; 99 00:18:20,740 --> 00:18:29,480 əsas ağırlıq verdikləri də hərtərəfli iqtisadi sanksiyalardır) gördükləri bütün bu məkrli işlər, 100 00:18:30,400 --> 00:18:41,480 İranla mübarizə aparmaq üçün xüsusi adamlar ayırmaları, İranın cürbəcür düşmənlərinə, münafiqlərə və sairə dəstək vermələri – 101 00:18:42,170 --> 00:18:51,710 bunlar hamısı o məqsədə xidmət edir ki, bəlkə, sanksiyaların, təhlükəsizliyə qarşı yönəlmiş addımların sayəsində 102 00:18:52,110 --> 00:19:01,310 İslam Respublikasında, bizim əziz müsəlman İranımızda ikitirəlik, konflikt, vətəndaş müharibəsi və problemlər yarada bilələr. 103 00:19:01,310 --> 00:19:08,970 Hədəfləri budur, bu yolda əllərindən gələni ediblər. 104 00:19:09,140 --> 00:19:25,310 Bunlar cari 1397-ci ilin əvvəlində (ya bundan bir az qabaq; cari miladi ilinin əvvəlində) elan etmişdilər ki, 105 00:19:25,310 --> 00:19:35,080 İranı qızmar bir yay gözləyir. Demək istəyirdilər ki, yayda İranla məşğul olacağıq, 106 00:19:35,310 --> 00:19:46,570 İranda reallaşdıracağımız planlar var; yəni konfliktlər olacaq, dava-dalaş olacaq, onu-bunu meydanlara çəkib çıxaracağıq, 107 00:19:46,850 --> 00:19:52,680 ayrı-ayrı qrupları bir-biri ilə vuruşduracağıq və sair. Hədəfləri bu idi. 108 00:19:53,250 --> 00:20:00,400 Amma onlara göz dağı olaraq, builki yayımız ən gözəl yaylardan biri oldu. 109 00:20:01,820 --> 00:20:12,680 Sonra da dedilər ki, İslam Respublikası 40 illiyini görməyəcək; yəni həmin məkrli planı builin payızında və qışında yerinə yetirmək arzusunda idilər. 110 00:20:12,910 --> 00:20:22,910 İran xalqı tam səbatla onların qarşısındadır; Allahın köməyi ilə, bəhmən ayının 22-də bu xalq 111 00:20:23,420 --> 00:20:32,740 İslam İnqilabının 40-cı ildönümünü əvvəlki illərdən də çox-çox böyük bir ehtişamla qeyd edəcək. 112 00:20:55,370 --> 00:21:10,050 Xalqımız sayıqdır. Rəsmilərimiz də daim işləyir, çalışırlar; əlbəttə ki, bundan da artıq səy göstərməlidirlər. 113 00:21:11,480 --> 00:21:16,850 Mən də öz növbəmdə əziz xalqımıza demək istəyirəm ki, bu sayıqlığınızı qoruyun. 114 00:21:19,080 --> 00:21:31,940 Bunların “1397-ci ildə elə edəcəyik, belə edəcəyik” demələri, İran İslam Respublikası ilə bağlı hansısa planları olduğunu bildirmələri – 115 00:21:32,170 --> 00:21:36,910 yəni əslində, planları puça çıxıb – yalan ola bilər. 116 00:21:38,170 --> 00:21:48,340 Ola bilsin ki, hay-küyü 1397-ci ildə salıb, planlarını 1398-ə çəkələr; misal üçün deyirəm. 117 00:21:49,600 --> 00:21:58,510 Hamı diqqətli olmalıdır; bunu bütün xalqımıza müraciətlə deyirəm. 118 00:21:59,200 --> 00:22:08,450 Amerika xəbis, hiyləgər bir düşməndir, sionistlərlə və regionumuzun mürtəce hökumətləri ilə əlbirdir, 119 00:22:08,680 --> 00:22:15,880 onlar da hamısı müsəlman İranına və İran xalqına düşmən kəsilib. Biz ayıq-sayıq olmalıyıq. 120 00:22:16,220 --> 00:22:29,140 Əlbəttə ki, biz onlardan güclüyük. İran İslam Respublikası əleyhinə bu qədər güclü stimula malik olduqlarına baxmayaraq, bu günə qədər onlar heç bir qələt edə bilməyiblər, 121 00:22:29,310 --> 00:22:33,770 bundan sonra da edə bilməyəcəklər; buna əsla şübhə yoxdur. 122 00:22:52,340 --> 00:22:54,620 Düşmən zəifdir; 123 00:22:54,620 --> 00:22:57,540 “Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (“Nisa surəsi, 76-cı ayədən) – 124 00:22:57,820 --> 00:23:08,510 Quran ayəsidir, amma biz də qəflətə dalmamalı, yuxuya getməməliyik. 125 00:23:08,740 --> 00:23:19,420 Mənim ölkəmizin gənclərinə, ictimaiyyətimizin müxtəlif təbəqələrinə, 126 00:23:20,050 --> 00:23:29,600 ölkədəki bütün siyasi cərəyanlara tövsiyəm budur ki, 127 00:23:31,250 --> 00:23:38,280 düşmənin dəyirmanına su tökməkdən, düşmən üçün meydan açmaqdan ehtiyatlı olsunlar; sayıq olsunlar. 128 00:23:39,310 --> 00:23:49,940 Biz qəflətə dalsaq, yuxuya getsək, həmin o zəif düşmən öz zəhərini yeridəcək; hamımız sayıq olmalıyıq; 129 00:23:50,170 --> 00:24:01,540 necə ki, əlhəmdulillah, bu gün bütün xalqımız sayıqdır və bu illər ərzində də həmişə sayıq olub. Bu sayıqlığımızı qoruyub saxlamalıyıq. 130 00:24:03,200 --> 00:24:11,080 Mənim gənclərimizə tövsiyəm budur; harada olmalarından asılı olmayaraq, hamısı ölkə üçün nə isə bir iş görməyə çalışsınlar; 131 00:24:12,450 --> 00:24:26,340 hər kəs öz olduğu yerdə ölkəmizin, iqtisadiyyatımızın, daxili istehsalımızın güclənməsi üçün əlindən gələni etsin; bildiyiniz kimi, bu ilin şüarı da daxili istehsalla bağlıdır. 132 00:24:26,570 --> 00:24:35,250 Bildiyiniz kimi, bu ilin şüarı da daxili istehsalla bağlıdır. İstehsalçılar, istehlakçılar, 133 00:24:35,710 --> 00:24:42,970 qərar qəbul edənlər, qanunları tənzimləyənlər, icraçılar, hökumət, parlament, 134 00:24:43,420 --> 00:24:55,250 məhkəmələrimiz – hər biri öz öhdəsinə düşən vəzifələri tam sayıqlıqla yerinə yetirsin. Mənim xalqımıza tövsiyəm budur. 135 00:24:55,480 --> 00:25:02,110 Ölkəmizin rəsmilərinə də bunu tövsiyə etmək istəyirəm ki, səylərini ikiqat artırsınlar. 136 00:25:03,080 --> 00:25:11,250 Ehtiyatlı olsunlar, düşmənin söz oyununa, gözdən pərdə asmağına aldanmasınlar. 137 00:25:12,620 --> 00:25:22,570 Diqqətli olsunlar ki, qapıdan qovduqları xəbis düşmən qayıdıb yenidən pəncərədən girməsin. 138 00:25:24,340 --> 00:25:36,910 Düşmən neştərini sancıb zəhərini buraxa bilmək üçün növbənöv hiyləgər metoddan istifadə edir. 139 00:25:36,910 --> 00:25:45,420 Rəsmilər etiyatlı olmalıdırlar. Mənim iqtisadi məsələlər, xalqın iqtisadi çətinliklərinin həlli ilə bağlı 140 00:25:45,820 --> 00:25:56,110 ilk növbədə zəruri hesab etdiyim iş daxili istehsalın gücləndirilməsidir. Mən bu barədə rəsmilərə də öz tapşırıqlarımı vermişəm. 141 00:25:56,740 --> 00:26:07,140 Milli istehsala diqqət və qayğı göstərmək lazımdır. Bu istiqamətdə ciddi 142 00:26:07,820 --> 00:26:14,740 və müsbət addımlar atılsa, inşallah, camaatımızın iqtisadi problemləri azalacaq. 143 00:26:17,480 --> 00:26:24,220 İslam dünyasında bəzi qüvvələr düşmənlə dost olub. 144 00:26:24,800 --> 00:26:37,310 Ali-Səudun hərəkətləri, onların əli ilə Yəməndə bu ölkənin işğalı məqsədilə məzlum Yəmən xalqına qarşı törədilən o cinayətlər 145 00:26:38,170 --> 00:26:48,510 Səudiyyə hökumətinin öz ziyanına tamamlanacaq; bunu dərk etsinlər; bütün bunlar özlərinin ziyanına olacaq. 146 00:26:49,540 --> 00:26:56,910 4 ilə yaxındır, təxminən 4 ildir ki, bunlar Yəməndə cinayətlər törədir. 147 00:26:56,910 --> 00:27:06,850 Bunlar elə bilirdilər ki, bir neçə gün, yaxud maksimum bir neçə həftə ərzində Yəməni işğal edib 148 00:27:07,140 --> 00:27:14,970 işlərin idarəçiliyini tamamilə ələ keçirə biləcəklər, amma 4 ildir, buna müvəffəq olmayıblar. İrəli getdikcə də 149 00:27:15,140 --> 00:27:23,420 süqutları daha ağır, üzləşəcəkləri zərbə daha ağrılı olacaq. 150 00:27:24,000 --> 00:27:36,910 Necə ola bilər ki, müsəlman bir xalqa, müsəlman ölkəsinə başçılıq edən bir hökumət İslamın düşmənlərinə, 151 00:27:36,910 --> 00:27:44,970 Amerikaya əlaltılıq edə, Amerikanın “südverən inəyi” ola? Nəyə görə belə olmalıdır? Hərəmeyni-Şərifeynin – Məkkə və Mədinənin xidmətçisi 152 00:27:44,970 --> 00:27:47,080 – kafirlərə qarşı sərt olmalıdır, 153 00:27:47,250 --> 00:27:49,880 – möminlərə qarşı sərt yox. 154 00:27:50,740 --> 00:27:57,940 Bunlar “اشدّاء علي المؤمنين” – möminlərə qarşı sərt və aqressivdirlər, “اشدّاء علي اليمن” – Yəmənə qarşı aqressivdirlər, “اشدّاء علي البحرين” – Bəhreynə qarşı aqressivdirlər; 155 00:28:00,170 --> 00:28:10,850 mömin insanlara təzyiq göstərirlər. Bu, Allahın qəzəbinə səbəb olan alçaq bir siyasətdir. 156 00:28:11,820 --> 00:28:19,250 İran xalqı gözüaçıqlıq və uzaqgörənliklə bütün bu prosesləri nəzərə almalı, 157 00:28:20,000 --> 00:28:29,650 öz möhkəm mövqeyini qoruyub saxlamalı və bilməlidir ki, dünya və regionun 158 00:28:29,650 --> 00:28:39,250 bu təlatümlü dəryasında – bu gün bu tufan Avropaya da çatıb; Fransaya baxın; Avropa ölkələri də bu tufana yaxalanıb – 159 00:28:39,600 --> 00:28:48,220 dünyanı, xüsusilə də regionumuzu bürümüş bu tufanda İslamın bərəkəti sayəsində 160 00:28:48,450 --> 00:28:57,710 Əhli-Beytə (ə) və İslama sevginin rahat və təhlükəsiz gəmisindədir. Bu uzaqgörənliyinizi qoruyun, bu yanaşmanı qoruyun, 161 00:28:58,220 --> 00:29:04,400 bu yola, inşallah ki, qüdrətlə davam edin. Qələbə İran xalqının olacaq! 162 00:29:04,620 --> 00:29:10,850 Allahın salamı, rəhməti və salavatı şəhidlərin və şəhid ailələrinin üzərindən heç vaxt əskik olmasın! 163 00:29:11,250 --> 00:29:23,480 Mən bir daha şəhidlərin atalarına, analarına, həyat yoldaşlarına, bacı və qardaşlarına öz səmimi sevgi və ehtiramımı bildirirəm. 164 00:29:23,650 --> 00:29:26,450 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.