Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
    • 1. İLİN MƏİŞƏT XƏRCLƏRİNDƏN ARTIQ QALAN GƏLİR
    • 2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ
    • 3. HARAMA QARIŞMIŞ HALAL MAL
    • 4. MƏDƏN
      Çap versiyası  ;  PDF

       

      4. MƏDƏN

       

      Sual 157. Çıxarılan mədənin xümsünü verməyin vacib olduğunu nəzərə alaraq, dövlətə də çıxardığı mədənlərin xümsünü vermək vacibdirmi?
      Nəzərinizə çatdırım ki, dövlət tərəfindən mədənlərin çıxarılması aşağıdakı üç surətdən xaric deyil:
      1) Dövlət mədəni müstəqil şəkildə çıxarır və onun gəlirini xalqa xərcləyir. Bu surətdə dövlət mədəni çıxarıb onu başqa şəxsə bağışlayan və ya sədəqə verən hüquqi şəxs kimi olur. Qeyd etmək lazımdır ki, bu surətdə çıxarılan mədənə xüms düşür və xümsün vacibliyi dəlilləri ona da şamil olur.
      2) Bütün xalq mədənin sahibi sayılır və dövlət xalqın vəkili olaraq mədəni çıxarır. Bu surətdə xüms xalqın hər bir fərdinə vacib olur, çünki mədəni çıxaran, əslində, xalqdır və xümsü ödəmək vəkilə deyil, müvəkkilə (vəkil tutana) vacibdir.
      3) Dövlət xalqın başçısı olaraq mədəni çıxarır. Bu surətdə mədəni çıxaran ya başçının özüdür, ya da dövlət yalnız bir yardımçıdır və mədəni çıxaran xalqın özüdür. Bu surətdə də xümsü ödəmək vacib olur. 
      Digər tərəfdən də deyə bilmərik ki, dövlət çıxarılan mədənləri xalqa xərcləmək və ya hədiyyə etməklə xümsdən azad olur, çünki mədən nisab həddinə (lazımi miqdara) çatdıqda xüms vacib olur. Sizin bu mühüm məsələ barəsində nəzəriniz nədir?

      Cavab: Bir və ya bir neçə şəxsin şərikli şəkildə çıxardığı mədənə xüms vacib olur, əlbəttə, bu şərtlə ki, çıxarılan faydalı qazıntıdan şəxsin payı və ya şəriklərdən hər birinin payı çıxarma və saflaşdırma xərclərini çıxdıqdan sonra iyirmi dinar qızıl və ya iki yüz dirhəm gümüş dəyərində, yaxud da bu ikisindən birinin qiymətinə bərabər olmalıdır. 
      Bundan əlavə, xümsün vacib olmasının digər bir şərti çıxarılan faydalı qazıntının onu çıxaran şəxsin və ya şəxslərin əmlakı hesab olunmasıdır. Halbuki dövlətin çıxardığı mədən şəxs və ya şəxslərin əmlakı deyildir, əksinə, “cəhət əmlakı”dır(1). Bu səbəbdən xümsün vacib olmasının şərtinə malik deyildir. Nəticədə, dövlət və hökumətə xümsün vacib olmasına əsas qalmır. Bu isə, mədənə xümsün vacibliyinə dair bir istisna deyildir.

       

       

      (1) Hüquqi mülkiyyətdir, məsələn, dövlət, məscid və ya hüseyniyyənin bir şeyə malik olması.

    • 5. TAPILAN XƏZİNƏ
    • İKİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /