Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
      Çap versiyası  ;  PDF

       

      5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
       
      Qadının “nəfəqə”dən yığdığı pul
      186. Əgər ər öz həyat yoldaşının “nəfəqə”si üçün müəyyən məbləğ təyin etməsə və “nə qədər istəyirsənsə, özün götür” desə, qadın da ərinin pulundan tədricən müəyyən məbləğ götürüb gələcək sıxtılı günlər üçün kənara qoysa, xüms ilinin sonunda bu pula xüms düşəcəkmi? 
      Cavab: Əgər qadının götürdüyü pulu əri ona vacib nəfəqə ünvanında verirsə, yaxud ona bağışlayırsa, bu pulun xümsü yoxdur. Amma əgər kişi öz həyat yoldaşını evin xərcləri üçün mövcud puldan götürməyə vəkil etsə, başqa sözlə, qadın evin alış-veriş işinə baxsa, bu halda artıq qalan pul kişinin əmlakı sayılır və xümsün şərtləri mövcud olduğu halda xüms ilinin sonunda onun xümsünü kişi verməlidir. 

       

      Valideynlərə verilən xərclik
      187. Mən bir anayam və dolanışıq xərclərimi övladlarım verir. Xüms ilimin sonunda müəyyən məbləğ pul artıq qalır. Mənim bu puluma xüms düşürmü?
      Cavab: Sualda qeyd edilənlərə əsasən, bu pula xüms düşmür.

       

      Övladlara verilən xərclik
      188. Bir şəxsin öz atasından, qardaşından və ya qohumlarından aldığı “nəfəqə” (gündəlik dolanışıq xərci) hədiyyə sayılırmı, yoxsa yox? Əgər bu nəfəqəni verən şəxs öz əmlakının xümsünü verməyibsə, nəfəqəni alan şəxs aldığı məbləğin xümsünü ödəməlidirmi?
      Cavab: Bir şeyin “hədiyyə” hesab edilməsi onu verən şəxsin niyyətinə bağlıdır. Buna görə də əgər ata pulu hədiyyə niyyətilə vermirsə, bu pul hədiyyə hökmünü daşımır. Amma istənilən halda, nəfəqə alan şəxsin bu pulun xümsünü verməsi vacib deyildir.

       


      (1) Nəfəqə – yəni xərclik. Gündəlik yaşam ehtiyacları üçün şəxsə verilən pul.

    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /