Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
    • Beşinci fəslin xülasəsi və diqqətəlayiq məqamlar
      Çap versiyası  ;  PDF

       

      Beşinci fəslin xülasəsi və diqqətəlayiq məqamlar
      Xüms düşən əmlakdan istifadə etmək

       

      - Xümsün ödənişini gecikdirmək olmaz.
      - Əgər mərhum onun əmlakının xümsünün hesablanmasını və verilməsini vəsiyyət etsə, yaxud varislər mərhumun xüms borcu olduğunu bilsələr, xümsü ödəmədən irsdən istifadə edə bilməzlər.
      - Xüms verməyən insanlarla alver etmək və ünsiyyətdə olmaq onların əməlini dəstəkləmək olmadığı təqdirdə, bu işin maneəsi yoxdur. Əlbəttə, əgər “pis işlərdən çəkindirmək” üçün şərait olarsa, onları bu işdən çəkindirmək lazımdır. Hətta “pis işlərdən çəkindirmək” vəzifəsini yerinə yetirmək üçün müvəqqəti olaraq onlarla ünsiyyət və əlaqəni kəsmək lazım gələrsə, bu işi edə bilər.
      - Satıcı alıcının ona xümsü verilməmiş pul verdiyini bilsə belə həmin pulun xümsünü ödəməsi vacib deyil. 
      - Əmlakının xümsünü verməyən şəxslərlə şərik olmaq xümsünü verən şərikin əmlakının haram olmasına səbəb olmur.
       
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /